Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında


Tütünçülük, baramaçılıq və fındıqçılıq



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə14/20
tarix06.12.2022
ölçüsü0,62 Mb.
#72810
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
İqtisadiyyatın əsas bölmələri üzrə strateji yol xəritələri

Tütünçülük, baramaçılıq və fındıqçılıq 
Qeyri-neft sahələri içərisində bu gün tütünçülük
baramaçılıq və fındıqçılığın yenidən dirçəldilməsi qeyri-
neft sahələrinin ən önəmli, məsələlərdən biridir. Çünki 
hər bölgənin özünə xas olan ənənəvi kənd təsərrüfatı 
sahələrinin bərpa olunması və inkişafı bilavasitə 
regionların sosial-iqtisadi vəziyyətinə müsbət təsir edən 
məsələ olmaqla yanaşı, həmin iqtisadi-coğrafi ərazilərin 
iqtisadi inkişafı üçün mühüm əhəmiyyət daşıyır.


45 
Mövcud olan münbit torpaq, torpağın münbitliyi, 
iqlim şəraiti, ərazi-coğrafı vəziyyət, xarici bazarlara 
yaxın olmağı və qədim İpək yolu üzərində yerləşmək 
ipək istehsalı üzrə qeyri-neft sahələrin inkişafına təkan 
verib.
Dövlət strateji kənd təsərrüfatı sahələrinin inkişafı 
üçün öz dəstəyini göstərməklə tütünçülük, baramaçılıq, 
fındıqçılıq və digər sahələr kimi uğurla inkişaf edərək 
həm fermerlər, həm də dövlət daha böyük fayda götürür. 
Fındıqçılıq çox gəlirli və valyuta gətirən bir sahədir, 
fındıq istehsalı ilə bağlı bütün proseslər ölkədə həyata 
keçirilir. 2017-ci ölkədə fındıq istehsalı 34.3 min ton 
olub. İstehsalçılara 25 minə yaxın ev təsərrüfatını və 22 
fındıq emalı müəssisəni əhatə etməklə, 80 min hektar 
sahədə fındıq bağlarının salınması qarşıdakı dövrdə əsas 
hədəfdir.
Tütün istehsalçılarına güzəştli kreditlərindən 
istifadə etməklə artıq 13 rayonda tütün əkini aparılıb: 
2016-cı ildə 3.6 min ton tütün tədarük olunub. 2017-ci 
ildə tütün əkin sahələri 3 min hektara təşkil etməklə hər 
rayonda tütün qəbulu məntəqələri və qurutma kameraları 
fəaliyyət 
göstərir və ixracı ilə bağlı bazarlar 
genişləndirilməklə ölkədə müasir siqaret istehsal edən 
fabriklər fəaliyyət göstərirlər.
Ölkənin ümumi iqtisadi inkişaf perspek-
tivlərindən danışan dövlət başçısı bildirib ki, Azərbaycan 
iqtisadiyyatı inkişaf edir: “bu ilin altı ayının nəticələri 
bunu deməyə imkan verir. Qeyri-neft sahələrinin 


46 
iqtisadiyyatı artmaqla 2016-cı ildə hasil olunmuş ixracı 
36 faiz, qeyri-neft ixracı sənaye məhsulları 27 faiz 
artmış, ölkədə kənd təsərrüfatı ixracı 40 faizdən çox 
artıb. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi 
Forumu ölkə iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə 
görə düyna ölkələri içərisində 37-ci yerə layiq görülüb, 
bu səviyyə MDB məkanında birinci göstəricidir. 
Makroiqtisadi 
sabitlik 
təmin 
edilməklə 
manatın 
məzənnəsi sabitdir, dövlət xətti ilə yanaşı özəl sahələrdə 
ölkə iqtisadiyyatına sərmayə qoyulur. Qeyri-neft 
sahələrinə xidmət qırxa yaxın aqropark yaradılmış və 
onların vasitəsil il ərzində bu aqroparklarda istehsal 
olunacaq məhsul dünya bazarlarına yaxın gələcəkdə 
idxaldan asılılığı azaltmaq, daxili istehlakçı tələbatını 
daxili yerli əmtəələr hesabına təmin etmək və ixrac 
imkanlarını genişləndirmək məsələləri Azərbaycanda 
uğurlar yerinə yetirilir. 
Azərbaycanda 
işsizliyin 
və 
yoxsulluğun 
səviyyəsinin daha da aşağı düşəcəyinə əminliyini ifadə 
edən ölkə başçısı sahibkarlara verilən kreditlər hesabına 
yüz minlərlə yeni iş yeri yaradılıb Bütövlükdə 2004-cü 
ildən başlayaraq yerlərdə 1.2 milyon yarım iş yeri açılıb 
ki, onların böyük əksəriyyəti daimi iş yerlərindən 
ibarətdir. Son iki il ərzində kənd təsərrüfatı, sənaye 
sahələrində görülmüş çox böyük işlər sayəsində 
Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi daha 
da aşağı düşəcəkdir. 


47 
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı bölgəyə 
xas ənənəvi kənd təsərrüfatı sahələri olan barama, tütün 
və fındıq istehsalının genişləndirilməsini vacib məsələ 
kimi müəyyənləşdirməklə müvafiq icra strukturları 
qarşısında konkret tapşırıqlar verib. Eyni zamanda, 
bölgədə abadlıq, quruculuq – sosial infrastruktur 
tədbirlərinin davam etdirilməsi, ictimai-iaşə obyektlərinin 
inşa edilməsi istiqamətində də vəzifələr müəyyənləşdirib.
Regionların 
sosial-iqtisadi 
inkişafı 
dövlət 
proqram-larının icrası nəticəsində Balakən rayonunda 
əsaslı infrastruktur layihələri çərçivəsində Olimpiya 
İdman Kompleksi, Mədəniyyət Mərkəzi, “Gənclər Evi”, 
Bayraq Muzeyi, müasir turizm obyektləri, təhsil 
müəssisələri və digər sosialyönümlü obyektlər istifadəyə 
verilib, “ABAD” mərkəzi, yeni istehsal müəsissələri 
yaradılıb, kəndlərarası avtomobil yolları yenidən qurulub, 
geniş-miqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib.
Bölgələrin 
sosial-iqtisadi 
inkişafı 
dövlət 
proqramlarının icrası nəticəsində şimal-qərb zonasına aid 
Zaqatala da mühüm infrastruktur layihələri həyata 
keçirilib. Rayonda Beynəlxalq Hava Limanı, Olimpiya 
İdman 
Kompleksi, 
Müalicə-Diaqnostika 
Mərkəzi 
tikilərək istifadəyə verilib, Mərkəzi Xəstəxanası, 3500 
yerlik şəhər stadionu, Mədəniyyət Mərkəzi əsaslı təmir 
olunub, əlil və şəhid ailələri üçün 64 mənzilli 2 yaşayış 
binası inşa edilib, şəhərin su təhcizatı sistemi yenidən 
qurulub, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, iri 
istehsal və emal müəssisələri yaradılıb, 17 mindən çox 


48 
yeni iş yeri açılıb və geniş abadlıq-quruculub işləri 
aparılıb. 
Qax rayonunda da son illər ərzində rayonda 
Olimpiya 
İdman 
Kompleksi, 
“İçəribazar” 
qala 
kompleksi, Bayraq Muzeyi əlil və şəhid ailələri üçün 68 
mənzilli 3 yaşayış binası inşa edilib, Mərkəzi Xəstəxana, 
Mədəniyyət Mərkəzi, Uşaq-Gənclər Şahmat İdman 
Məktəbi müasir tələblərə cavab verən digər sosial-
yönümlü obyektlər istifadəyə verilib, yol-nəqliyyat in-
frastrukturu yaxşılaşdırılıb, şəhərin su təhcizatı sistemi 
yenidən qurulub, iri istehsal müəssisələri yaradılıb, 
genişmiqyaslı 
abadlıq-quruculuq 
işləri 
görülüb.
Aparılan sosial infrastruktur tədbirlərin davamı 
kimi, 
prezident 
Balakən-Qazbinə-İtitala, 
Əliabad-
Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil 
yollarının, Balakən Uşaq İncəsənət Məktəbinin yeni 
binasının tikintisi, habelə Zaqatala və Qaxda abadlıq-
quruculuq işlərinin, Qax şəhərinin su təhcizatı və 
kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin 
davam etdirilməsi ilə bağlı sərəncamlar imzalayıb.
Tütünçülük, baramaçılıq və fındıqçılıq Azərbay-
can ənənəvi kənd təsərrüfatı sahələridir: “Şübhəsiz ki, bu 
və digər sahələrin inkişaf etdirilməsi sektorda yüksək 
nailiyyətlərin əldə olunması üçün zəmin yaradacaq. Pre-
zident İlham Əliyevin hər dəfə bəyan etdiyi kimi, qyeri-
neft sektorunun inkişafına xüsusi dəstək verilir. Ölkə 
başçısı hər zaman sahibkarların yanında olduğunu xüsusi 
olaraq vurğulayır. Bu aspektdən də Qaxda keçirilən 


49 
müşavirənin təkcə konkret sahələrin deyil, bütövlükdə 
ölkə iqtisadiyyatına böyük töhfə verəcəyini düşünürəm”.
Ölkənin digər bölgələrində olduöu kimi, şimal-
qərb zonasında da həyata keçirilən quruculuq, abadlıq 
işlərindən 
danışan, 
sosial-infrastruktur 
tədbirləri 
çərçivəsində qəbul olunan sərəncamları yüksək 
qiymətləndirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin 
sədri qeyd edib ki, 2004-cü ildən sonrkı dövrdə 
regionlarda infrastrukturun formalaşması prosesi həyata 
keçirilib. O, SİA-nı məlumatlandırıb ki, ümumiyyətlə 
infrasturktur investisiyaların cəlb edilməsi baxımından 
vacibidi: “Çünki mövcud infrastruktur investisiyaların 
cəlb edilməsi baxımından yeni imkanlar yaradır”.
Barama, tütün və fındıq istehsalının inkişafı 
məsələlərinə dair respublika müşavirəsi post-neft 
dövründə regionların inkişafı və eləcə də iqtisadiyyatın 
diversifikasiyası 
baxımından 
vacib 
tədbir 
kimi 
xarakterizə edilməlidir: “Barama, tütün və fındıq istehsalı 
Azərbaycan üçün ənənəvi sahələrdir. Azərbaycan sənaye 
və qeyri-sahələrin dəstəyi ilə reallaşan regionaliqtisadi 
islahatlar ənənəvi sahələrin yenidən inkişafına stimul 
yaradıb. Bu isə həmin sahələri sahibkarlar üçün cəlbedici 
etməklə yanaşı, məşğulluğun güclənməsi, yeni iş 
yerlərinin yaradılması, daxili tələbin ödənilməsi və eləcə 
də qeyri-neft ixracatının artırılması kimi müsbət təsirlərə 
malikdir. Yalnız fındıq ixracatının Azərbaycan sahib-
karları ötən il 105 milyon dollar gəlir əldə ediblər. 
Bununla belə, ənənəvi kənd təsərrüfatı məhsullarının 


50 
ixracatından əldə edilən gəlirin daha da artırılması indi 
əsas hədəflərdəndir. 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin