Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında


  Qeyri-neft məhsullarının ixrac imkanları



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə16/20
tarix06.12.2022
ölçüsü0,62 Mb.
#72810
1   ...   12   13   14   15   16   17   18   19   20
İqtisadiyyatın əsas bölmələri üzrə strateji yol xəritələri

 


59 
Qeyri-neft məhsullarının ixrac imkanları 
Ölkə üzrə 2017-ci ildə 31 milyard 310,6 milyon 
manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal 
olunmuşdur. Bu dövrdə qeyri-neft sahələrində istehsal 
edilmiş ÜDM 1,7 faiz artmış, neft bölümündə isə 6,6 faiz 
azalmışdır. Qeyri-neft shələrində ÜDM-də xüsusi çəkisi
isə 60,6 faizə çatmışdır. Əlavə dəyərin 42,1 faizi sənaye, 
10,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,1 faizi 
tikinti, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 5 faizi 
kənd və meşə təsərrüfatları, balıqçılıq, 2,7 faizi turistlərin 
yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və 
rabitə, 15 faizi digər sahələrin payına düşmüşdür. 
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 faizini 
təşkil etmişdir. Əhalinin hər nəfərinə düşəən ÜDM-in 
həcmi 3224,6 manata bərabər olmuşdur. 
2017-ci ildə Azərbaycanda 18,6 milyard manatlıq 
sənaye məhsulları istehsal edilmişdir. Bu məhsulların 
70,1 faizi mədənçıxarma, 24,6 faizi emal, 4,5 faizi 
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi 
və təhcizatı, 0,8 faizi su təhcizatı, tullantıların 
təmizlənməsi və emalı sektorlarına aiddir. Mədənçıxarma 
sahələrində neft hasilatı 9, emtəəlik qaz hasilatı 2 faiz 
azalsa da, emal bölümündə bir çox mühüm məhsulların 
istehsalı üzrə kifayət qədər yüksək artım qeydə 
alınmışdır. Məsələn, həmin dövrdə ölkədə qida 
məhsullarının istehsalı 2,7, içki istehsalı 30,6, geyim 
istehsalı 57,1, ağacın emalı və ağacdan məmulatların 
istehsalı 22,4, tikinti materialları istehsalı 38,5, kompüter 


60 
və 
elektron 
məhsulları 
istehsalı 75,7, elektrik 
avadanlıqıarı istehsalı 84,2, maşın və avadanlıqların 
istehsalı 25,1, mebel istehsalı 28,7 faiz, eləcə də 
toxuculuq sənayesi məhsulları istehsalı 2,1, əczaçılıq 
məhsulları istehsalı 2,3 dəfə artmışdır. Ümumilikdə bu 
müddət ərzində sənayenin qeyri-neft sektorunda artım 4,4 
faizə çatmışdır. 
Dövlət Statistika Komitəsinin hesabatına görə, 
həmin müddətdə ölkə üzrə əsas kapitala 7 milyard 138,6 
milyon manat vəsait yönəldilmişdir. İstifadə olunmuş 
vəsaitin 78,6 faizi məhsul istehsalı, 16 faizi xidmət 
sahələri obyektlərinin, 5,4 faizi ümumi sahəsi 838,1 mil, 
kvadratmetr olan yaşam evlərinin tikintisinə sərf 
edilmişdir. Əsas kapitala yönəldilən vəsaitlərin 49 faizi 
daxili sərmayələr olmuşdur. Bütün bu vəsaitlər hesabına 
ölkədə bir çox mühüm sənaye və sosial obyektlərin 
tikilib istifadəyə verilmişdir. Onların sırasında Pirallahı 
rayonunda 
körpü, 
Yevlax 
şəhərində 
“Varvara” 
balığartırma müəssisəsi, Saatlıda “Sarıcalar” elektrik 
yarımstansiyası, Naxçıvan Muxtar Respublikasında 2136 
şagirdlik 4 ümumitəhsil məktəb binası və 224 yerlik 
məktəbəqədər təhsil müəssisəsi kimi obyektlər var. Bu 
dövrdə nəqliyyat, informasiya və rabitə sahəsində də 
canlanma müşahidə olunmuşdur. Dövlət Statistika 
Komitəsinin məlumatına görə, ölkədə 109,1 milyon ton 
yük və 938,7 milyon nəfər sərnişin daşınmışdır. Əvvəlki 
ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 2, 
sərnişin daşınması isə 2,4 faiz artmışdır. İnformasiya və 


61 
rabitə xidmətinə gəldikdə bu dövrdə həmin müəssisələr 
tərəfindən göstərilən xidmətlərin həcmi 828,4 milyon 
manatlıq olmuşdur ki, bunun da 72,1 faizindən əhali 
istifadə etmişdir. Bununla yanaşı informasiya və rabitə 
xidmətlərinin dəyən 3,7 faiz artmış, bu sahədə əldə 
edilmiş gəlirin 81,5 faizi qeyri-dövlət sahələrində yerinə 
yetirilən işlərdən ibarət olmuşdur. 
Dövlət Gömrük Komitəsinin məlumatlarına 
əsasən bu dövrdə xarici ticarət dövriyyəsinin həcmi 7 
milyard 267 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət 
dövriyyəsinin 61,2 faizi ixrac, 38,8 faizi idxal məhsulları 
olmuşdur ki, bu da 1,6 milyard dollarından çox müsbət 
saldo deməkdir. Azərbaycanın xarici ticarətində digər 
mühüm fakt müqayisəli qiymətlərlə ixracın 4,1 faiz 
artması, idxalın 27,6 faiz azalmasıdır. Onu da qeyd edək 
ki, ölkənin ixracı əsasən qeyri-neft məhsullarının 
hesabına artmış və qeyri-neft məhsullarının ixracı keçən 
ilin eyni dövrünə nisbətən 19,8 faiz artaraq 556,6 milyon 
dollarlığa çatmışdır. 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin