65
Kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli
istifadə istiqamətləri
Kənd təsərrüfatı təyinatlı torpaqlardan daha səmərəli
və məqsədli şəkildə istifadə edilməsi, o cümlədə münbit
torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması ilə
bağlı genişmiqyaslı tədbirlər görülməsi nəticəsində əkin
sahələri genişlənib. Nəticədə belə torpaq sahələri yenidən
gəlir mənbəyinə çevrilir, eyni zamanda, həmin sahələrdə
əkin prosesinin aparılması bol məhsul əldə edilməsinə
şərait yaradır, bu isə ölkədə ərzaq təhlükəsizliyinin
reallaşdırılmasında çox böyük iqtisadi sosial mahiyyətə
malikdir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən,
2017-ci ilin ilk 6 ayı ərzində 32 müraciət üzrə 95 min
hektardan artıq torpaq sahəsinin təyinatı dəyişdirilib.
Bundan 81 min 739 hektar torpaq sahəsində 19
aqroparkın və 13 min 680 hektar torpaq sahəsində isə 4
iri taxılçılıq təsərrüfatının yaradılması nəzərdə tutulub.
Həyata keçirilən belə tədbirlər aqrar sahənin dinamik
inkişafınına imkan verir, bu isə istehsal olunan məhsulun
əhali təlabatının tam ödəməsinə, Ümumi Daxili
Məhsulun həcmində qeyri-neft sahələrinin payının
artmasına əlverişli şərait yaradır. Qeyri-neft sahələrində
əldə edilməsi xarici bazarlara çıxış imkanlarını
genişləndirir.
Yerli icra hakimiyyəti təşkilatları ilə birlikdə
görülən tədbirlər nəticəsində 2017-ci ildə 40 min hektar
səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq
66
sahələrinə dair bağlanmış icarə müqavilələrinə xitam
verilib. Həmin dövr müxtəlif iqtisadi-coğrafi ərazilərdə
yenidən kənd təsərrüfatı sahələrinin tərkibinə səmərəli
şəkildə istifadəsi həyata keçirməklə iri taxılçılıq,
pambıqçılıq təsərrüfatları yaradılıb. Meyvə bağlarının
salınması müvafiq aqrotexniki və meliorativ tədbirlər
görülüb. Əkinə yararlı ərazilərdə qeyri-neft təyinatlı
məhsulların hasil olunması üçün torpaq sahəsi üçün
hüquqi və fiziki şəxslərə icarəyə verilib.
Ölkədə qeyri-neft sahələrinin o cümlədən, aqrar
sahənin inkişaf etdirilməsi ilə əlaqədar aidiyyəti mərkəzi
və yerli icra hakimiyyətləri birbaşa iştirakı təmin
olunmaqla 166 min hektar torpaq sahəsinin kateqoriyası
dəyişdirilib. Həmin torpaq sahələri aqroparkların iri
təsərrüfatların təşkili məqsədilə sərmayədarlara icarəyə
verilib. Yerlərdə əhali məşğulluğunun artırılması, ərzaq
təhlükəsizliyinin təmin edilməsi və qeyri-neft sahələrində
istehsal olunan məhsulların həcmini və çeşidini artırmaq
üçün səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı
240 min hektar torpaq sahələri geri qaytarılıb və əkin
dövriyyəsinə cəlb olunması üçün təşkilatı tədbirlərin
icrası həyata keçirilib.
“Azərbaycan Respublikasında torpaq münasibət-
lərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında”
2016-cı ildən başlayaraq ölkənin Əmlak Məsələləri
Dövlət Komitəsi torpaqlardan istifadəyə və onların
mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyini
artırmaq, görülən işləri təkmilləşdirmək, torpaqların
67
təyinatı
üzrə istifadəsini tənzimləyən qərarların
reallaşdırılmasına nəzarət edir. Azərbaycan Respublikası
ƏMDK dövlət orqanları, bələdiyyələr, hüquqi və
vəzifələrini izah etmək və yenilikləri barəsində
ictimaiyyəti məlumatlandırmaqla torpaq və nəzərində
yerləşdirilən bütün formalarda təsnifatlaşdırılan mülkiy-
yətin dəqiq uçotunu tərtib etməklə onlardan səmərəli
istifadə olunmanı nəzarətdə saxlayır. Azərbaycan
Respublikasının Qazax, Ağdaş, Oğuz, Şamaxı, Salyan,
Cəlilabad, quba və Abşeron rayonlarında aparılan
təşkilati idarəetmə tədbirlərin keçirilməsi nəticəsində min
hektarlarla torpaq sahələrində kənd təsərrüfatı məhsulları
yetişdirilir. Eyni zamanda, torpaqların dəqiq uçotu,
torpaq idarəçiliyi və inzibatçılığında yeni çağırışların və
müasir yanaşmaların tətbiqi ilə bağlı DƏMK müasir
iqtisafi şəraitə uyğun işlər aparılır.
Hazırda ölkə üzrə Torpaqların Elektron Kadastr
Uçotu
İnformasiya
Sisteminin
yaradılması
işi
müvəffəqiyyətlə icra olunur. Ötən dövrdə respublikanın
12 rayonunda elektron kadastr uçotu tədbirləri yekunlaşıb.
Layihə çərçivəsində 870 min hektardan çox ərazidə
irimiqyaslı çöl-torpaq tədqiqatı, 700 min hektara yaxın
ərazidə isə çöl-geobotanik tədqiqat işləri aparılıb. 2017-ci
ilin sonunadək torpaqların elektron kadastr uçotu
layihəsinə cəlb edilən 14 rayonda 1 milyon hektardan
artıq sahəsinin uçotlaşdırma işləri aaparılmışdır. Eyni
zamanda, il ərində 800 min hektar ərzində irimiqyaslı
torpaq tədqiqatının, 550 min hektar ərazidə isə çöl-
68
geobotanik tədqiqatın reallaşdırılmaı həyata keçirilib.
Torpaq tədqiqatı işlərinin nəticələrinə əsaslanaraq bu
ərazilərin torpaq, şorlaşma və eroziya xəritələri
hazırlanmış torpaqların bonitirovkası, habelə iqtisadi
qiymətləndirilməsi sahəsində optimallaşdırılma aparıl-
mışdır.
Torpaqların kadastr uçotuna alınması işləri
yekunlaşdıqca etibarlı kadastr məlumatları əsasında şəhər,
qəsəbə, kənd bələdiyyələrinin müasir rəqəmsal xəritələri
də hazırlanır. Gəncə, Sumqayıt, Şəki şəhərlərinin, Xızı və
Salyan rayonlarının inzibati sərhədləri daxilində yerləşən
bələdiyyələr icra təşkilatları və Bakım şəhərinin 53
bələdiyyəsinin malik olduğu bütün torpaqlar haqqında
xəritələr tərtib olunmuşdur.
Mühüm inzibati-ərazi dairələr üzrə sərhədlərin,
hələ də dəqiqləşdirilməməsi də torpaq sahələrinin
idarəçiliyində çətinliklər mövcuddur. Bunu nəzərə alaraq
aidiyyatı mərkəz və yerli icra hakimiyyəti təşkilatları ilə
birlikdə
həmin
çətinliklərin
aradan
qaldırıması
istiqamətində tədbirlər görülür. Eyni zamanda, işğal
altında və cəbhə bölgələrində yerləşən, habelə torpaq –
sərhəd mübahisələri olan inzibati ərazi dairələri istisna
olmaqla, respublikanın digər inzibatı ərazi dairələrinin
sərhədlərinin müəyyənlədirilməsinə dair yerquruluşu
işləri artıq yekunlaşıb. Ölkənin 4,1 hektar ərazisinin
ortofotomateriallarının rəqəmsallaşdırılması və bu ərazi
üçün relyef xəritələrinin hazırlanması əhalinin təsərrüfat
işləri fəallaşmasını təmin etmişdir.
69
Respublika
iri
təsərrüfatların
yaradılması
məqsəilə aidiyyəti təşkilatların iştirakı ilə 18 rayonun
inzibati ərazilərindən yenidən əkin dövriyyəsinə cəlb
ediləcək 150 min hektara yaxın torpaq sahələrinin və bir
sıra rayonlarda isə yeni suvarılacaq ərazilərin kadastr
xəritələri də hazırlanıb. Ölkə ərazisində təyinatından və
mülkiyyət formasından asılı olmayaq, bütün torpaqların
kadastr
uçotuna
alınması
işləri
2020-ci
ildə
yekunlaşmaqla bərabər dəqiq kadastr uçotu məlumatları
əsasında rəqəmsal bələdiyyə xəritələri də tərtib
olunmuşdur. Azərbaycanda torpaqların elektron kadastr
uçotu və rəqəmsal kadastr xəritələrinin yaradılmasında
ölkəmizin kosmik imkanlarından – süni peyklərin
məlumatlarından istifadə olunur. Bununla bağlı Əmlak
Məsələləri Dövlət Komitəsi ilə “Azərkosmos” ASC-i
göstərən sahələrdə bircə əməkdaşlıq etməklə, yerinə
yetirilən işlərin vaxtında və daha keyfiyyətli olmasını
təmin edirlər.
Dostları ilə paylaş: |