70
Kos-un dövlət tərəfindən tənzimləmə sistemi
Azərbaycan Respublikasında kiçik sahibkarlığın
inkişafının əsası Azərbaycan Respublikası Nazirlər
Sovetinin 12 oktyabr 1990-cı il tarixli “Kiçik
müəssisələrin yaradılması və inkişafı haqqında tədbirlər”
adlı qərarı ilə qoyuldu. İlk mərhələdə yaradılmış
kooperativlər sahibkarlıq fəaliyyətində çox mühüm
oynayırdılar və bu səbəbdən 1991-ci ildə 4611
kooperativlər təşkil olunmaqla, həmin qurumlarda
işləyənlərin sayı isə 92186 nəfər idi.
O zaman yaradılmış kiçik müəssisələr iri
müəssisələrə nisbətən daha səmərəsiz idi. Çünki, kçik
müəssisələr yaradılarkən iri birliklərdən rentabelliyi aşağı
olan və ya heç olmayan istehsal prosesinin hissələri
rəhbərliyin qərarına əsasən ayrılırdı. Bundan başqa digər
səbəblər də var: çox hallarda təsisçi müqaviləsi əsasında
yaradılmış törəmə müəssisələrin istehsaldaxili qiymətləri
təsisçi-birliyə sərf olunan həcmdə müəyyənləşdirildi.
Bundan başqa, dövlət bölmələrinin kiçik müəssisəi
mərkəzləşdirilmiş formada və adi idarəetmə üsulu ilə
fəaliyyət göstərirdi. Buna görə də kiçik müəssisələr daha
səmərəsiz olurdular və müvəffəqiyyətlə inkişaf edə
bilmirdilər.
Kiçik müəssisələrin inkişafını ləngidən əsas
səbəblərdən biri onların xammal ilə təminatı idi. İri
müəssisələr mərkəzləşdirilmiş qaydada xammal və lazım
olan
avadanlıqıa
təhciz
olunmurdular.
Kiçik
müəssisələrdə isə bu problemlər mövcud idi.
71
Digər
səbəbdən
kiçik
müəssisələrin
subsidiyalaşdırılması idi, bu proses dövlət müəssisələri
üçün daha müvəffəqiyyətlə həyata keçirilirdi. Yeni
təsərrüfatçılıq sisteminə qədəm qoymuş müəssisələr üçün
kredit almaq çətin idi. Əsas çətinlik ondan ibarətdir ki,
kiçik müəssisələr iflasa uğradıqda kreditin qaytarılması
təminatı yox idi, risklərin sığortalanması fondu
yaradılmamışdı.
Sahibkarlığın inkişafında dövlət təminatının əsas
istiqamətlərindən biri kiçik və orta sahibkarlığın inkişaf
etdirilməsidir. Bu istiqamətdə dövlət ilk addım kimi
özəlləşdirmə prosesini həyata keçirmişdir.
Beynəlxalq
təcrübədə
dövlət mülkiyyətinin
özəlləşdirilməsinin əsasən iki üsulu mövcuddur: standart
və qeyri-satndart. Hərrac, tender, birbaşa və qimən
kapitala satış üsulları standart üsullara, çek, venuçer
sertifikatı və kuponları tətbiq etməklə özəlləşdirmə
formaları üsulları isə qeyri-standart üsullara aid edilir.
Ölkədə özəlləşdirmənin hər iki üsulundan istifadə edilir.
Birinci
mərhələdə
1995-1998-ci
illərdə
Azərbaycanda dövlət mülkiyyətinin özəlləşdirilməsinin
Dövlət Proqramının reallaşdırılmasını xarakterizə edir.
Bu mərhələdə özəlləşdirmənin normativ bazasının
yaradılması ilə onun hüquqi bazasının formalaşdırılması
prosesi hayata keçirilmişdir Həmin dövr kiçik
müəssisələrin sürətli özəlləşdirilməsi, orta və iri
müəssisələrin isa korporasiyalaşdırılması ilə xarakterizə
olunur.
72
Özəlləşdirmənin Dövlət Proqramına görə, orta və
iri müəssisələrin özəlləşdirilməsi zamanı müvafiq olaraq
səhmdar cəmiyyətlərin səhmləri aşağıdakı satış növləri
üzrə bölüşdürülür:
a) əmək kollektivinə güzəştli satışda – 5 %,
b) çek auksionlarına (investisiya müsabiqələri və
hərraclarına) – 50%-dən az olmayaraq,
c) pul auksionlarına (investisiya müsabiqələri və
hərraclarına) – 35 %-dən az olmayaraq,
Beləliklə, qarışıq özəlləşdirmə üsulu tətbiq edilən
Azərbaycanda özəlləşdirmə aşağıdakı formalar üzrə
aparılır:
1) əvvəllər icarəyə verilmiş əmlak Dövlət Əmlak
Nazirliyinin razılığı ilə icarəçiyə satılır,
2) kiçik müəssisələr əmək kollektivinə satılır,
3) orta və iri müəssisələr çek və pul hərraclarına
çıxarılır,
4) açıq və qapalı tipli səhmdar cəmiyyətlər yaradılır.
Bu zaman müəssisələr işçilərin sayına görə təsnifləşdirilir.
İkinci mərhələ 1999-cu ildən başlamışdır. Bu
dövrdə özəlləşdirmənin tempi xeyli aşağı düşmüş, onun
gedişində fasilələr müşahidə olunmuşdur. Dövr ərzində
özəlləşdirmənin yeni hüquqi bazası yaradılmış və sonrakı
proseslər dövlət mülkiyyətinin özəlləşdirilməsinin yeni
Qanunlara və II Dövlət Proqraçının müddəalarına uyğun
tənzimlənir.
73
Yerlərdə sahibkarlığın inkişafı məqsədilə son illər
xüsusi dövlət proqramları və sahibkarlıq fəaliyyətinə
mane olan bürokratik əngəllərin və yoxlamaların aradan
qaldırlmasına yönəldilmiş qərarlar qəbul olunmuşdur və
həyata keçirilmişdir. Onlar arasında ölkədə “İstehsalat,
xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzar\tinin
qaydaya salınması və əsassız yoxlamaların qadağan
edilməsi barədə” 1996-cı ilədək “Dövlət nəzarəti
sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı
sahəsində süni maneələrin aradan qaldırılması haqqında”
1999-cu il “Azərbaycan Respublikasında kiçik və orta
sahibkarlığa dövlət köməyi proqramı (1997-2000-ci illər)”
xüsusi yer tutur. Həyata keçirilən iqtisadi islahatların
nəticəsi olaraq hazırda ölkədə ümumi daxili məhsul
istehsalının 71 faizi, o cümlədən sənayedə 50 faizi, kənd
təsərrüfatında və ticarətdə 99 faizi özəl bölmənin payına
düşür.
Ölkə iqtisadiyyatında özəl bölmənin inkişafını
sürətləndirmək, bu sahəyə sərmayelərin cəlb olunmasını
həvəsləndirmək, kiçik və orta sahibkarlığa dövlət
köməyinin
səmərəliliyini
artırmaq
məqsədilə
“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın
inkişafını Dövlət Proqramı (2002-2005-ci illər)” həyata
keçirilməsi məqsədilə dövlət büdcəsinin layihəsində
müvafiq vəsaitin ayrılmasını təmin etmişdir.
Ölkədə kiçik və orta sahibkarlığın hüquqi bazası
inkişaf etdirilmiş, sahibkarlığın tənzimlənməsi sahəsində
əhəmiyyətli irəliləyişlər olmuşdur. Kiçik və orta
74
sahibkarlıqlara təhsil, informasiya və məsləhət xidmətləri
göstərən strukturlar dəyişdirilmiş və onların fəaliyyəti
gücləndirilmişdir. Kiçik və orta sahinkarlata maliyyə
köməyi mexanizmlərinin formalaşması, sahibkarlar üçün
vergi
yükünün
azaldılması,
vergi
qurumunun
həvəsləndirilməsi mexanizmin istifadə olunur. Sahib-
karların hüquqlarının və qanuni mənafelərinin qorunması
mexanizmlərinin formalaşması və onların fəaliyyətinə
qanunsuz müdaxilələrin qarşısını almaq və əsassız
yoxlamaları aradan qaldırmaq məqsədilə ölkədə “Nəzarət
kitabçası2nın tətbiqinə başlanmışdır. KOS-ların regional
infraquruluşuna müvafiq genişlənməsi onların ictimai və
peşə birliklərinin formalaşması istiqamətində əhəmiyyətli
irəliləyişi təmin etmişdir.
KOS-un inkişafının sürətləndirilməsi sahənin
səmərəli bazar iqtisadiyyatı sisteminin formalaşmasında
və beynəlxalq iqtisadi mühitə uyğunlaşmasında, ölkənin
iqtisadi və sosial problemlərinin həllində rolunun
gücləndirilməsi
Azərbaycan
dövlətinin
iqtisadi
siyasətinin öncl istiqamətlərindən nirini təşkil edir. Bu
məqsədlə KOS sektorunun inkişafına dövlət köməyi
tədbirlərinin
çərçivəsi genişləndirilir və onların
ünvanlılığını gücləndirir.
Proqram Azərbaycan Respublikasının Konsitu-
siyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə,
“Sahibkarlıq fəaliyyəti haqqında” və “Kiçik sahibkarlığa
dövlət köməyi haqqında” Azərbaycan Respublikasının
qanunlarına və digər qanunvericilik aktlarına uyğun
75
hazırlanmışdır.
Sahibkarların
hüquqlarının
müdafiəsinin
gücləndirilməsi məqsədilə aşağıdakı tədbirlərin həyata
keçirilməsi mərhələləri:
-Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
əlavə və dəyişiklilər edilməsi barədə təkliflərin
hazırlanması,
-müqavilə hüquqi normalarının möhkənləndirilməsi,
müqavilə üzrə mübahisələrin məhkəmə vasitəsilə həlli
qaydalarının
təkmilləşdirilməsi
barədə
təkliflərin
hazırlanması,
-“Sahibkarlıq sferasında nəzarət və yoxlamaların
həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərar layihəsinin hazırlanması,
-"Nəzarət kitabçası"nın tətbiqi mexanizmlərinin
təkmilləşdirilməsi.
Azərbaycan
Respublikasında
sahibkarlığın
inkişafına dövlət qayğısını artırmaq, bu sahədə mövcud
problemləri vaxtaşırı təhlil edərək müvafiq tədbirlər
görülməsini təmin etmək məqsədilə 27 avqust 2002-ci
ildə Azərbaycan Respublikasının Prezidentinin qararı ilə
Azərbaycan
Respublikası
Prezidentinin
yanında
Sahibkarlıq Şurası yaradılmışdı. Sahibkarlıq Şurasının
məqsədi Azərbaycan Respublikasında sahibkarlığın
inkişafı və bu sahəyə dövlət qayğısının istiqamətləri
burada takliflar hazırlayıb, Azərbaycan Respublikasının
76
Prezidentinə təqdim etməkdən ibarətdir. Azərbaycan
Respublikasının Sahibkarlığa Kömak Milli Fondunun
məqsədi Azərbaycan Respublikasında sahibkarlığın
inkişafı və əhalinin işgüzarlıq fəaliyyatinin artırılması
sahəsinda tədbirlərdə iştirak etmək, onlara maliyyə
dəstayi verməkdan ibarətdir.
Son illər həyata keçirilən iqtisadi islahatlar
Azərbaycan Respublikasında sahibkarlığın inkişafına
təkan
vermiş,
ǝhalinin
həyat
səviyyəsinin
yaxşılaşdırılmasında
və
iqtisadiyyatın
inkişafında
sahibkarlığın rolunu artırmışdiı. Bununla yanaşı, ölkədə
keyfiyyətli məhsul bolluğunun yaradılmasında, rəqabətə
davamlı istehsal sahələrinin inkişafında və əhalinin
məşğulluğunun təmin olunmasında sahibkarlıq hələ də
həlledici amilə çevrilməmişdir. Bu isə öz növbəsində
sahibkarlığın daha sürətlə inkişafı üçün dövlət köməyinin
artırılmasını zəruri edir.
Dövlət başçısının "Ölkə iqtisadiyyatının gələcək
inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır"
prinsipinə uyğun olaraq, Azərbaycanda sahibkarlığın
inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən
birinə çevrilmişdir. Prezident İlham Əliyevin sədrliyi ilə
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın
icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş
konfransda cənab İlham Əliyev respublikamızda özəl
sektorun, kiçik və orta sahibkarlığın inkişafına bundan
sonra da xüsusi diqqət göstəriləcəyini bir daha
77
bildirmişdir. Bu da təsadüfi deyil. Çünki son illər
Azərbaycanın dinamik inkişafında iqtisadiyyatın əsas
hərəkətverici qüvvəsi olan özəl sektorun, kiçik və orta
sahibkarlığın rolu böyükdür. Təkcə bu faktı qeyd etmək
kifayətdir ki, son illərdə investisiyaların böyük
əksəriyyəti özəl sektorlar tərəfindən qoyulan daxili
investisiyalardır. Bu, həm da onu göstərir ki, Azərbaycan
dövlətinin gücü artmış. özəl sektor. sahibkarlıq
ölkəmizdə gedən uğurlu proseslərdən bəhrələnmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq
formanı ilə təsdiq edilən "Sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi və sahibkarların maraq-
larının müdafiəsi haqqında" Azərbaycan Respublikasının
Qanunu da sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi
ilə yanaşı, eyni zamanda, bu sahədə yersiz müdaxilələrin
aradan qaldırılması və investisiya mühitinin daha da
yaxşılaşdırılması sahəsində mühüm bir addım kimi
qiymətləndirilməlidir. Yeni qanunun qəbulunu birmənalı
şəkildə iş adamlarına verilən siyasi dəstək kimi
qiymətləndirmək lazımdır. Azərbaycan dövləti hər zaman
sahibkarlıq fəaliyyətinə olan yersiz müdaxilələrin aradan
qaldırılması istiqamətində müəyyən tədbirlər həyata
keçirir. Qeyd edilən Qanunun 28 avqust 2013-cü il tarixli
Prezident fərmanı ilə qüvvəyə minməsi sahibkarlıq
sahəsində sadəcə hüquqi mühitin təkmilləşdirilməsi deyil,
eyni zamanda sahibkarlara dövlət dəstəyinin kompleks
şəkildə göstərilməsi kimi qiymətləndirilməlidir. Qanunun
əsas mahiyyəti sahibkarlıq üzərində inzibati təzyiqi
78
azaltmaqdır. Qanunun qəbul olunması dövlət-sahibkar
münasibətlərinin müsbət mənada tənzimlənməsində
atılan ciddi addım hesab edilə bilər. Eyni zamanda, bu,
korrupsiya ilə aparılan mübarizə baxımından da mühüm
əhəmiyyət kəsb edir.
Qanunun əsas məqsədi sahibkarlıq fəaliyyəti
sahəsində yoxlamaların vahid qaydalarının müəyyən
edilməsindən və həmin yoxlamaların aparılması zamanı
sahibkarların
onların
müdaxilələrin
qarşısının
alınmasından ibarətdir.
Azərbaycan Respublikasi Prezidentinin – Sahib-
karlığın inkişafına mane olan müdaxilələrin qarşısının
alınması haqqında 28 sentyabr 2002-ci il tarixli 790 saylı
Fərmanını ilə ölkədə sahibkarlığın inkişafını daha da
sürətləndirmək və ona mane olan əsassız müdaxilələrin
qarşısını almaq məqsədilə Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin İqtisadiyyatda Cinayətkarlıqla
Mübarizə İdarəsi ləğv edilmiş, hüquq-mühafizə
orqanlarının (məhkəmənin qərarları əsasında hallar
istisna olmaqla) sahibkarlıq subyektlərinə müdaxilələri
qadağan edilmişdir.
Azərbaycan Respublikasının Vergilər Nazirliyinə
tapşırılmışdır ki, vergilərin ödənilməsində yol verilən
nöqsanları, o cümlədən vergilərin əvvəlcədən qanunsuz
ödənilməsi
hallarını
aradan
qaldırsın;
vergi
yoxlamalarının qanunvericilikdə nəzərdə tutulmuş
vaxtdan uzun müddətə aparılmasına və onun
səlahiyyətinə aid olmayan yoxlamaların aparılmasına yol
79
verməsin; vergi orqanları tərəfindən həyata keçirilən
səyyar vergi yoxlamalarının sayını azaltsın və bir-birini
təkrarlayan əsassız yoxlamaların qarşısını alsın; vergi
orqanlarının vəzifəli şəxslərinin qanunvericiliklə nəzərdə
tutulmuş vəzifələrinə əməl etməsinə ciddi nəzarət etsin
və vergi ödəyicilərinə xidmət sahəsində süründür-
məçiliyin aradan qaldırılmasını təmin etsin; vergi
orqanlarının
vəzifəli
şəxslərinin
hərəkətlərindən
(hərəkətsizliyindən) şikayətlərə vaxtında və obyektiv
baxılmasını təmin edən müvafiq tədbirlər görsün; vergi
orqanları
tərəfindən
təsərrüfat
subyektlərinin
fəaliyyətinin qeyri-qanuni surətdə məhdudlaşdırılması
hallarının qarşısını alsın; vergi nəzarət işinin
qanunvericiliyə uyğun olaraq aparılmasını təmin etsin və
müəyyən edilmiş tədbirlərin yerinə yetirilməsi barədə
mütəmadi
olaraq
Azərbaycan
Respublikasının
Prezidentinə məlumat versin.
Regional inkişaf proqramları ilə yanaşı,
- Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı,
- Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi
sahəsində əlavə tədbirlər haqqında, - Azərbaycan
Respublikası Sahibkarlığa kömək Milli Fondunun
vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi
haqqında, - Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət
reysteri haqqında, - Azərbaycan Respublikasında azad
iqtisadi zonaların yaradılması haqqında, - Azərbaycan
Respublikasında -Azərbaycan Respublikasında sahibkar-
lığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında,
80
-Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və
istehlakçıların
hüquqlarının
qorunmasının
təmin
edilməsinə dair bəzi tədbirlər haqqında, -Sahibkarlıq
sahəsində
aparılan yoxlamaların vahid məlumat
reyestrinin forması və aparılması qaydası haqqında
Əsasnamə və digər fərman sǝrǝncamların, qanunların,
dövlət proqramlarının icrası sahibkarlığın inkişafına
təkan
vermiş,
qeyri-neft
sektorunun
inkişafını
stimullaşdırmışdır.
Azərbaycan
Respublikası Prezidentinin 19
oktyabr
2015-ci
il
tarixdə
imzaladığı
-Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb
olunan növlərinin sayının azaldılması, xüsusi razılıq
(lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və
şəffaflığının təmin edilməsi haqqında Fərmanı,
Sahibkarlıq
fəaliyyətinin
inkişafının
Azərbaycan
Respublikasında dövlət siyasətinin əsas istiqamətlərindən
biri olduğunu bir daha sübut edir.
Eyni zamanda sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsi üçün tələb olunan bütün növləri üzrə xüsusi
razılıq (lisenziya) verilməsi qaydasının sadələşdirilməsi
və şəffaflığın təmin edilməsi (lisenziya) verilməsi
xidmətinin
-ASAN xidmət mərkəzində həyata keçirilməsi,
habelə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət
növlərinin sayının minimuma endirilməsi məsələləri də
bu fərmanda öz əksini tapmışdır.
Bununla bərabər, 20 oktyabr 2015-ci il tarixdə
81
Milli Məclisin plenar iclasında Prezident İlham Əliyevin
qanunvericilik təşəbbüsü ilə daxil olan -Sahibkarlıq
sahəsində aparılan yoxlamaların dayandırılması haqqında
qanun layihəsi müzakirəyə çıxarılmış və qəbul edilmişdir.
Qəbul olunmuş qanun layihəsində 2015-ci ilin noyabrın 1
dǝn hesablanmaq şərti ilə 2 il müddətinə yoxlamaların
dayandırılması, bu müddətdə yalnız vergi yoxlamaları,
insanların
həyat
və
sağlamlığına,
dövlətin
təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan
hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilən yoxlamalar aparılacağı
nəzərdə tutulmuşdur.
Bununla bağlı gələcəkdə sənədlərin elektron
qaydada verilməsini təmin edən
-Elektron
lisenziyal portalının yaradılması
nəzərdə tutulmuşdur ki, bu da sahibkarların bu sahədə
işlərini asanlaşdıracaq, onların operativ və daha səmərəli
işləmələri üçün zəmin yaradacaq. Məhz bunların
nəticəsidir ki, müəyyənləşdirilmiş iqtisadi inkişaf
strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol
oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı
ölkələrinin iqtisadi inkişafı baxımından nümunəyə
çevrilməkdədir.
Dostları ilə paylaş: |