Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında


Azərbaycan xalçaçılığı yeni inkişaf dövrü



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə12/20
tarix06.12.2022
ölçüsü0,62 Mb.
#72810
1   ...   8   9   10   11   12   13   14   15   ...   20
İqtisadiyyatın əsas bölmələri üzrə strateji yol xəritələri

Azərbaycan xalçaçılığı yeni inkişaf dövrü 
Azərbaycan xalçaçılığı yeni inkişaf dövrü “Azər-
xalça” ASC-nin ilk filialının Füzuli rayonunda açılması 
dövlətin məcburi köçkünlərə qayğısından qaynaqlanır. 
Əsas önəmli fakt da odur ki, filialın işçiləri bir neçə ay 
ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-
tədris kurslarını keçib, çalışacaqları sahədə bacarıq və 
vərdişlərini təkmilləşdiriblər.
Horadiz filialında 43 dəzgahda Qarabağın tarixi 
xalça çeşniləri əsasında “Azərxalça”nın xalçaları toxu-
nacaq və onlar dünya muzeylərində, şəxsi kolleksi-
yalardamühafizə olunan, eləcə də Azərbaycanın ayrı-ayrı 
bölgələrindən toplanan qədim və orijinal xalçalar 
əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. 
Yeni yaradılan müəssisədə dəzgahların əksəriyyəti 
Azırbaycan brendidir. Burada hər ay 250-260 kva-
dratmetrdən çox xalça toxunur. Xalçalar Qarabağın 16 
rayonunun müxtəlif yerlərə aid tarixi naxışları əsasında 
toxunur, daxili və xarici istehlakçılara təqdim olunur.
Xalçaçılıq Qarabağ xanımlarına nənələrindən 
yadigar qalan el-oba sənətidir. Füzulidə xalça toxumağı 
əzəldən seviblər və az qala, hər kənd öz xalçasının 
“müəllifi” olub. Həmin xalçalardan biri “Xanlıq” 
xalçasıdır. Yeni Kombinat unudulanları yada salmağa, 
köhnə naxışları bərpa etməyə təkan vermişdir.
“Azərxalça” 
ASC-nin 
yaradılmasınn 
əsas 
məqsəd-lərindən biri məhz bu tarixi mirasımızı 
qorumaqdır. Qurum eyni zamanda xalçaçılığı inkişaf 


40 
etdirərək ölkədə bu istiqamətdə güclü sənaye potensialı 
yaradacaq. Xalça-çılığın inkişafı təkcə bölgədə deyil, 
Azərbaycanın digər rayonlarındayeni iş yerlərinin 
açılmasına 
imkan 
verəcək. 
Füzuli 
rayonunda 
“Azərxalça”nın xətti ilə belə gözəl müəssisələryaradılıb 
və yaradılır. Hamımız yaxşı bilirik ki, xalçaçılıq sənətini 
qadınlar yaşadırlar. Bu müəssisə-lərin yaradılması, 
fəaliyyətə başlaması qadınlar üçün iş yerlərinin açılması 
deməkdir. Bu da çox vacibdir. Çünki qadınlar üçün iş 
yerləri açmaq o qədər də asan məsələ deyil. Ancaq bu 
gün siz burada işləyirsiniz, yaxşı maaş alırsınız, həm ailə 
büdcəsinə bunun böyük tövhəsi olur, eyni zamanda 
qədim sənətimiz yaşayır, yaşayacaq, gənc nəslə də siz öz 
təcrübənizi öyrədəcəksiniz”.
Qeyri-neft sahələrinin inkişafı prioritet istiqa-
mətdə olmaqla minlərlə insanın fəal əməyə cəlb olunması 
deməkdir. Bu addımıta qədimdən dünyanı heyran qoyan 
xalçaçılıq sənətinin yeni layihələrlə zənginləşməsi 
deməkdir. Xalça və xalça məmulatlarının istehsalı 
artınlacaq, bu məhsulların ölkənin daxilində və xaricində 
satış şəbəkəsi genişləndiriləcək. Bunun üün isə maddi-
texniki bazanın müasirləşdirilməsi, ondan səmərli istifadə 
edilməsi və digər tədbirlərin görülməsi tələb olunur i, 
həmin şərtlər də dövlət başçısının sərəncamında nəzərə 
alınıb.
Xalçaçılığın inkişaf eyni zamanda iqtisadiyyatın 
şaxələndirilməsi deməkdir. Bu sahə inkişafı etdikcə 
məhsul istehsalı da artacaq və ölkənin ixrac potensialı 


41 
güclənəcək. Çünki Azərbaycan xalçaları öz təkrar-
olunmaz gözəlliyi və yüksək keyfiyyəti ilə həmişə diqqəti 
cəlb edib. Xarici bazara çoxlu sayda və yüksək 
keyfiyyətə malik xalçalar göndərməklə onların alıcı 
marağına səbəb olacağı, həvəslə alınacağı şəksizdir.
“Azərxalça”nın Qarabağ torpağında fəaliyyətə 
başlayan ilk filialının “qədəmlərinin yüngül olacağına da 
şübhə yoxdur. Aödamda, Tovuzda, Ağstafada, Qazaxda, 
Şəmkirdə, Qubada, İsmayıllada, Xaçmazda, Qəbələdə 
filiallar açılacaq və bu rayonlarda həmin müəsissələrin 
binalarının tikintisinə başlanıb. Yerlərdə əvvəlcədən 
xalçaçılıq üzrə hazırlıq tədris kursları, ustad dərsləri 
təşkil 
edilib. 
Eləcə 
də 
işçi 
potensialının 
müəyyənləşdirilməsi və gücləndirilməsi üçün daimi 
tədris formalarında istifadə oluna bilər. 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin