Zaqatala: Kənd təsərrüfatına qayıdış iqtisa-
diyyata güclü təkan verir.
Ötən illərin prizmasından Zaqatalanın sosial-
iqtisadi mənzərəsinə nəzər salanda aqrar sahənin sürətli
və məqsədyönlü inkişaf üçün geniş miqyaslı, əhəmiyyətli
tədbirlər həyata keçirilir. Respublikanın 13 rayonunda
tütün əkilir və Zaqatala onlardan biri olmaqla 2015-ci
ildə rayonda 468 hektarda tütün əkilmişdirsə, 2017-ci
ildə həmin göstərici 744 hektara çatdırılmışdır. Zaqatala
rayonunda tütünçülüyü inkişaf etdirmək məqsədi ilə
əsasən ətirli və qiymətli tütün sortları olan “Berley” və
“Verciniya”nın yetişdirilməsinə üstünlük verilir. 2017-ci
ildə rayonda 700 hektar sahədə müxtəlif tütün sortları
əkilmiş və bu mövsümü işlərə 2236 ton yaş tütün və 15,4
5
ton quru tütün emal müəssisələrinə təhvil verilmişdir.
2017-ci ilin birinci yarısında 7,8 milyon manat dəyərində
tütün ixrac edilmişdir ki, bu da 2016-cı ilin müvafiq
dövrü ilə müqayisədə 13,2 ton çoxdur. “Azər tütün”
MMC-nin tütün qəbulu məntəqəsinin və illik emal gücü
3000 ton olan Tütün emalı zavodunun fəaliyyət
göstərməsi rayonda tütün istehsalını xeyli artırmaq
imkanlarına müvafiq olaraq tütün qurutma kameralarının
artırılmasına ehtiyac var. Rayon üçün kənd təsərrüfatının
ənənəvi sahəsi olan baramaçılığa da Zaqatalada diqqət və
qayğı ön plana çəkilmişdir. 2015-ci ildə cəmi 200
kiloqram barama tədarük edildiyini, 2 il ərzində bu
rəqəmin 244 tona çatdırıldığını qeyd edən dövlət başçısı
bu işlə məşğul olan 30 nrayondan 10 rayonun adını
çəkmiş və bu sırada Zaqatala kümçülərinin fədakar
əməyini də qeyd etmişdir. 2018-ci ildə respublikada 500
ton barama tədarük edilə biləcəyini, 2019-cu ildə bu
rəqəqmin ən azı 1000 tona, 2025-ci ildə isə 6 min ton
barama istehsal olunacaq. Ölkənin bütün bölgələrində
qəbul məntəqələrinin yaradılması, “Şəki İpkə” ASC-nin
istehsal imkanlarının genişləndirilməsi, yeni ipək kom-
binatının yaradılması, barama istehsalı və emalını təmin
etməklə sahənin geniş miqyası inkişafına nail olmaq
mümkündür. Beləliklə, yerli gəlirləri öz hesabına təmin
edən rayon və şəhərlərin sayı 33-ə çatdırılmışdır.
Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərləri,
Abşeron, İmişli rayonları ilə yanaşı Gəncə, Lənkəran,
Yevlax şəhərləri, Ağcabədi, Astara, Beyləqan, Bərdə,
6
Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kür-
dəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı,
Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və
Şamaxı rayonları 2017-ci ildən xərclərini öz gəlirləri
hesabına edir, bu rayonlara dotasıya ayrılmır.
2017-2018-ci illər ÜDM-də qeyri-neft sektoru
üzrə büdcə gəlirlərinin xüsusi çəkisini yüksəltmək, büdcə
gəlirlərinin yığım əmsalını artırmaq, dövlət büdcəsi
xərclərinin optimallaşdırılması istiqamətində isləri davam
etdirmək, büdcədən maliyyələşən təşkilatlar üzrə adam-
başına malliyələşdirmə prinsipinə keçmək, yerli dövlət
proqramları və tədbirlərinin orta müddətli büdcə xərcləri
ilə uzlaşdırılması üçün tədbirlər görmək, xərclərin
investisiya və sosial yönümlülüyünə üstünlük verməklə
sosial siyasəti gücləndirmək, büdcə xərclərinin son
nəticəyə əsaslanan məqsədli proqramlar əsasında tərtibini
davam etdirmək kimi strateji məqsədlər daxildir. Sahib-
karlığın, dövlət büdcəsinin vəsaiti hesabına həyata
keçirilməsi nəzərdə tutulmuş tədbirlərin rayon üçün
ənənəvi olan baramaçılığın inkişaf etdirilməsi məqsədi
ilə 2016-cı ildə nəzərdə tutulan 1500 kiloqrama
çatdırılmışdır. 2017-ci ildə 500 nəfər kümçünün fədakar
əməyi nəticəsində rayon üzrə nəzərdə tutlan 21 ton
əvəzinə 21,4 ton barama istehsal edilərək “Şəki-İpək”
ASC-yə təhvil verilmişdir. Kümüçülər qısa müddətdə 84
min manat gəlir əldə etmiş, onlara 105,3 min manat
dövlət vəsaiti hesabına subsidiya hesablanmışdır. Bütün
bunlar son dövrdə bu sahənin inkişaf etdirilməsi
7
istiqamətində həyata keçirilən zəruri və təxirəsalınmaz
tədbirlər sayəsində mümkün olmuşdur. Gələcəkdə
barama istehsalının artırılması məqsədi ilə rayonda 147
min ədədə yaxın tut tinginin əkilməsi təmin edilmişdir.
Zaqatala rayonu üçün ənənəvi olan və ölkəmizə ən çox
valyuta gətirən fındıqçılığın inkişaf etdirilməsi, mövcud
bağların 2 dəfə artırılması ilə bağlı qarşıya qoyulmuş
vəzifələrin icrası üçün rayon icra hakimiyyətində
yaradılan xüsusi qərargahın fəaliyyəti də yaxşı bəhrə
vermişdir. Fındıq bağlarının salınması üçün suvarılan
münbit torpaq sahələri müəyyən edilmiş, fındıq
istehsalçılarının siyahısı hazırlanmış, pöhrə verəcək
bağlar müəyyən edilmiş və onların sahiblərinin siyahıları
tərtib edilmişdir. İcra hakimiyyətinin təşkilatçılığı ilə bu
tədbirlərin həyata keçirilməsi nəticəsində 1 milyon 700
min ağac əkini üçün yerli pöhrələr müəyyənləşdirilmiş və
onların uçotu aparılmışdır. Görülmüş tədbirlər nəti-
cəsində 2016-cı ilin yanvar ayının 1-i tarixində Zaqatala
rayonunda mövcud olan 9575 hektar fındıq bağlarının
sahəsi 2017-ci ilin yazında 3158 hektar yeni fındıq
bağlarının salınması və 4284 hektardan ibarət olan yeni
sahələrin həcmi 17017 hektara çatdırılmışdır. Yeni fındıq
istehsalçılarının sayı isə 2500 nəfərdən çoxdur. Fındıq
bağları sahələrinin iki dəfə artırılması istiqa-mətində işlər
davam etdirilir. Qeyd edək ki, rayonda ötən ilin payız
mövsümündə 5 hektar sahədə
fındıq
tingliyi
yaradılmışdır. Burada 300 min ədəd keyfiyyətli fındıq
tingi yetişdirilərək sahələrə köçürülmüşdür. Rayonun
8
emal müəssisələri tərəfindən 2016-cı ildə 91,9 milyon
manat, 2017-ci ilin 6 ayında isə 30,8 milyon manat
dəyərində fınfıq məhsulları ixrac olunmuşdur.
Ölkə üçün ənənvi olan sahələrdən biri də
gülçülükdür və rayonda bu bərpa edilməsi üçün 2016-cı
ildə Türkiyədən və Bolqarıstandan dəvət olunmuş
mütəxəssislərin tövsiyələri əsasında Zaqatala rayonunun
Aşağı Tala kəndində gülçülüyün inkişaf etdirilməsi
məqsədilə 107 hektar torpaq sahəsi ayrılmışdır.
Bolqarıstandan gətirilmiş tinglərin 82 hektarda “Dəməşq
qızılgülü” və 25 hektarda “Lavanda” gülü növləri üzrə
gül plantasiyaları salınmışdır. Bu plantasiyalarda ilkin
mərhələdə təxminən 600 ton gül ləçəyinin toplanması
nəzərdə tutulub. “Dəməşq qızılgüləri”ndən istehsal
olunan yağ həm məhsuldarlığına, həm də keyfiyyətinə
görə ən yaxşı hesab olunur. Bolqarıstandan gətirilmiş
“Lavanda” gülünün Fransa və Türkiyə “Lavanda”
növlərindən yağlılıq dərəcəsi 20 faiz çoxdur.İllik gücü
1250 ton yaş gül, 250 litr gizli gül və 6 min litr
“Lavanda” gül yağı “AzRose” adı ilə bazarlara çıxarılır.
Gələcəkdə isə həmin yağlardan istifadə etməklə müxtəlif
ətriyyat, yuyucu, məişət və qida sənayesində istifadə
olunan məhsulların istehsalı nəzərdə tutulur. Gül yağı
istehsalı avadanlığının Türkiyədən gətirilmiş və həmin
müəssisədə 684 daimi iş yerləri yaradılmışdır. Layihə
gələcəkdə yerli əhalinin öz pay torpaqlarında qızılgül
əkməklə bu sahənin daha da inkişaf etdirilməsinə şərait
yaradacaq. Beləliklə, əhali yığdığı gül ləçəklərini
9
müəssisəyə təhvil verməklə əlavə gəlir əldə edəcək.
Müəssisənin ümumi əraisi 3 hektardır. Burada istehsalat
bölməsi, anbar, ofis və digər quruluş obyektləri tikilib.
Ərazidə suvarma məqsədləri üçün su tutumu 5 min
kubmetr olan süni göl yaradılıb, damcı suvarma sistemi
qurulub, kənd təsərrüfatı texnikaları alınıb. Türkiyədən
gülçülük sahəsində böyük təcrübəyə malik ixtisaslı
aqronomlar dəvət edilmişdir.
Zaqatalalılar var qüvvələri ilə çalışırlar. Sahib-
karlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviy-
yəsinin artırılması üçün bütün imkanlardan istifadə
olunur, aqrar sahənin, xüsusi ilə də ixrac potensialı böyük
olan sahələrin inkişafına bir nömrəli vəzifə kimi
yanaşılır.
Rayonlar
Əkin sahəsi,
hektar
Pambıq qəbulu
məntəqələrinə verilmişdir,
ton
Cəmi
O cümlədən
2017-ci ildə
Respublika
üzrə cəmi
136413,2
48880,23
2685,49
Ağcabədi
9550,0
3638,03
280,89
Ağdam
rayonu
3005,0
876,17
66,91
Ağdaş
rayonu
3000,0
925,55
42,95
Ağsu
rayonu
2500,8
931,90
-
Beyləqan
8550,0
3666,67
284,11
10
Bərdə rayon
8518,5
3129,56
3129,56
Biləsuvar
11351,8
5895,15
5895,15
Cəlilabad
500,0
272,30
272,30
Füzuli
rayonu
2050,0
431,40
431,40
Goranboy
5000,0
1001,40
1001,40
Hacıqabul
1203,9
177,79
177,79
İmişli
rayonu
15641,5
3049,11
262,92
Kürdəmir
4027,0
1437,87
-
Neftçala
rayonu
11111,0
2350,16
134,50
Saatlı rayonu
17220,0
9513,40
435,00
Sabirabad
15055,0
5322,26
110,27
Salyan
rayonu
7052,4
2209,20
156,00
Samux
rayonu
53,0
8,23
-
Tərtər
rayonu
3123,0
1400,85
71,87
Ucar rayonu
2500,0
639,29
-
Yevlax
rayonu
2168,0
564,70
28,43
Zərdab
şəhəri
3232,3
1439,24
34,15
Mənbə: Azərbaycan Respublikasının Dövlət statistikası
Komitəsi (2018 – ci il)
Dostları ilə paylaş: |