31
bitkiləri, 132.5 min hektar pambıq, 8.6
min hektar şəkər
çuğunduru, 11.5 min hektar dən üçün günəbaxan, 3.4 min
hektar tütün, 61.7 min hektar çoxillik otlar, 1.7 min
hektar
birillik otlar, 5.1 min hektar sair yazlıq bitkilər
təşkil etmişdir.
2018-ci il iyul ayına qədər sahələrdə 593.3 min
ton və ya keçən ilə nisbətən 5.8
faiz çox tərəvəz, 304.3
min ton və ya 6,9 faiz çox kartof, 103.5 min ton və ya 7.3
faiz çox meyvə və giləmeyvə, 975,1 ton və ya 8.2 dəfə
çox tütün yarpağı və 360.7 ton və ya 10.5 faiz çox yaşıl
çay yarpağı və 40.2 min ton bostan məhsulları qarğıdalı
daxil olmaqla 1806.2 min ton (2017-ci ildə 1393.6 min
ton) dənli və dənli paxlalı bitkilər yığılmışdır.
2018-ci ilin birinci yarısında ölkədə ümumi sahəsi
1.3 min hektar olan 2907 istixana fəaliyyət göstərmişdir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə istixanaların
ümumi sayında 4.2 faiz, onların sahəsində isə 6.8 faiz
artım olmuşdur. 2017-ci
ilin müvafiq dövrü ilə müqa-
yisədə cari ilin yanvar-iyun aylarında istixanalarda
yetişdirilən pomidorun istehsalı isə 2.7 faiz artaraq 7.8
min ton olmuşdur.
Dostları ilə paylaş: