51
Sahibkarlıq fəaliyyəti
Beynəlxalq iqtisadi böhranın respublikaya təsirinin
əsas səbəbi iqtisadi münasibətlərə siyasi müdaxilələr
nəticəsində region ölkələrinin böhran burulğanına düş-
məsi, neftin qiymətinin sürətlə ucuzlaşmasını göstərmək
lazımdır. İqtisadi böhranın dünya miqyasında dərinləş-
məsi, neft və neft məhsullarının ucuzlaşması, gəlirlərin
əsas hissəsini bu sahədən əldə edən Azərbaycana böhran
təsir göstərməli idi. Bütün bunlara baxmayaraq, ölkədə
aparılan təxirəsalınmaz antiböhran islahatları nəticəsində
iqtisadi kataklizmlərin yaşanmasının qarşısı alındı, bütün
sahələrdə yeni iqtisadi dövrün əsası qoyuldu, inkişafın
sürəti təmin edildi.
Qeyri-neft sahələrinin, xüsusilə ərzaq təhlükə-
sizliyinin təminatı üçün kənd təsərüffatının inkişafına
diqqəti artırmaq məqsədilə həmin istiqamətdə bir sıra
təşkilati
tədbirlər
həyata
keçirildi.
Sahibkarlıq
fəaliyyətinə dair qanunlara dəyişikliklərin edilməsi,
inkişafını təmin edən yeni qanunların qəbul edilməsi
milli iqtisadiyyatın şaxələndirilməsini sürətləndirib,
ölkədə dörd il müd-dətinə sahibkarlıq subyektlərində
vergi yoxlamalarının aparılması dayandırıldı. Yerlərdə
sahibkarlığın aparıcı prioritet sahələrin maliyyələş-
dirilməsi üçün kiçik və orta biznes layihələrinin icrasını
həyata keçirmək məqsədilə sahibkarlara güzəştli kreditlər
verilir, sahibkarlıq subyektinin qeydiyyatı “bir pəncərə”
formasını tətbiqi ilə həyata keçirilir. Kənd təsərrüfatı
məhsulun
sərfəli
qiymətə
bazara
çıxarılmasını
52
asanlaşdırmaq məqsədi ilə “Ərzaq Məhsullarının
Tədarükü və Təhcizatı” Açıq Səhmdar Cəmiyyəti (ASC)
yaradılmışdır. Həmin qurum öz səlahiyyətləri çərçivə-
sində rayonlarda, kəndlərdə təsərrüfat sahiblərinin hasil
etdikləri məhsulu dövlət sifarişi əsasında alınmasını
həyata keçirir. Bununla da kəndli öz məhsulunu satmaq
üçün bazar tapmaq kimi qayğıdan azad olunacaq, gəlir
əldə etdiyini görüb daha çox məhsul istehsal etməyə
çalışacaq.
Azad sahibkarlığın və liberal iqtisadiyyatının
təşviqi ümumiyyətlə son dövrdə ölkədə iqtisadi
islahatların aparılmasını sürətləndirməklə sahibkarlığı
dəstəkləyən qanunlarda mühüm dəyişikliklər edilmişdir.
Dünya dövlətləri beynəlxalq maliyyə qurumlarında kredit
almağa çətinlik çəkdiyi halda Azərbaycan beynəlxalq
layihələrə sərmayə qoyur, strateji tərəfdaş ölkələrə kredit
verir. Azərbaycan Beynəlxalq Bankı ilə Rəşt-Astara
dəmir yolu xəttinin tikintisi üçün 500 milyon dollarlıq
kreditin ayrılması haqqında müqavilə bağlanmışdır.
1992-ci ilin 12 oktyabrında “Azərbaycan Respublikası
Sahibkarlığa Kömək Milli Fondunun Əsasnamə”sini
təsdiq
edilməsi
ilə
əsası qoyulan Azərbaycan
Respublikası Sahibkarlığa Kömək Milli Fondunun
iştirakı ilə yerli sahibkarlara 256 milyon manat güzəştli
kreditlər verilmişdir. Dünyada iqtisadi böhran yaşandığı
dövrlərdə Azərbaycan iqtisadiyyatı srüətlə inkişaf etmiş
və ümumi daxil məhsul istehsalı ilədən-ilə artmaqla
davam edir. Bu inkişafa Azərbaycan Respublikasının
53
Dövlət Statistika Komitəsi ilə yanaşı, Beynəlxalq
maliyyə qurumlarının hesabatlarında, o cümlədən Dünya
Bakı və Beynəlxalq Maliyyə Korporosiyası tərəfindən
hər il hazırlanan “Doing Business” eləcə də nüfuzlu
qurumlarından olan Dünya iqtisadi Formunun (WEF –
World Economic Forum) iqtisadi rəqabətlilik reytinq
hesablarında öz əksini tapır. Sahibkarlıqla əlaqədar
olaraq Gömrük və Vergi təşkilatlarında çox ciddi
şəffaflıq siyasəti həyata keçirilib və problemlər aradan
qaldırılıb. Bir sıra xidmətlərin “ASAN” xidmətə
verilməsi və müxtəlif xidmət sahələrinin mərkəz-
ləşdirilməsi sahibkarlar üçün çox münbit şərait
yaratmışdır. Qeyri-neft sahələrinin inkişafı ilə əlaqədar
hazırlanan proqramlar kənd təsərrüfatının, sənayenin
turizmin inkişafı ilə bağlı islahatlar həyata keçirilir.
Sahibkarlığın inkişafı üçün əsas problemlər, kreditlərin
qaytarılma məsələsi, bankların faiz dərəcələrinin yüksək
olması, kredit faktorunun olması kimi məsələlər Maliyyə
Bazarlarına Nəzarət Palatası tərəfindən diqqətdə
saxlanılmalıdır. Ölkənin 37 bank müəssisəsində
diaqnostikası aparılması və həmin diaqnostikaya uyğun
olaraq müəyyən keyfiyyət dəyişikliklərinin baş verməsi
mümkündür. Sahibkarlığa yaradılan şəraitin, xüsusilə
kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan
fermerlərə göstərilən kömək ölkənin dayanıqlı iqtisadi
inkişafına təsir dairəsi çox genişdir.
“Made in Azerbaijan” brendi məhsulu iqtisadi
münasibətlərin yeni şəraitə uyğun Beynəlxalq əlaqələrin
54
qurulmasında, ölkədə əlavə valyuta vəsaitlərinin
gətirilməsində xüsusi əhəmiyyətə malikdir. Hazırda
ölkəniin iqtisadi inkişafını təmin edən əsas vəzifələrdən
biri də ixracın həm məhsulların çeşidlərinin, həm də
məhsulların ixrac olunma isqtiqamətlərinin şaxələn-
dirilməsidir. Bu məqsədlə ixracın təşviqi, o cümlədən
geri ödəmə dəstəyinin verilməsi, “Made in Azernaijan”
brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin
ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin
alınması istiqamətində işlər sürətləndirilməlidir. Ölkə
miqyasında iqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlü-
kəsizliyinin möhkəmləndirilməsi, sahibkarlıqda özünü-
təminat səviyyəsinin yüksəldilməsi, məşğulluğun təmin
olunması, qeyri-neft məhsullarının ixracının artırılması,
idxaldan asılılığın azaldılması və əlverişli strateji
vəzifələrin həllində özəl sahələr həlledici rola malikdir.
Qlobal miqyasda baş verən maliyyə böhranından
Azərbaycan digər dünya dövlətlərindən fərqli olaraq az
itkilərlə çıxan ölkədir. İqtisadi dayanıqlığın təmin
olunmasında ölkədə yaradılmış siyasi sabitliklə yanaşı,
iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, bu siyasətin
prioritet iqtiqamətlərindən olan regionların sosial-iqtisadi
inkişafı proqramlarının müstəsna əhəmiyyatı var. Hazırki
dövrdə əlavə valyuta gətirən ixracyönümlü yerli
istehsalın genişlənməsinin sürətləndirilməsi məqsədilə
dövlət tərəfindən konkret layihələrə
yönəldilən
infraquruluş dəstəyi yerli istehsalın daha sürətli artımına,
dövlət tərəfindən sərmayə qoyuluşlarından məqsədyönlü
55
və səmərəli istifadə olunması əhalinin məşğulluğu
getdikcə yüksəldilməsinə şərait yaradır.
Ölkədə aparılan islahatların əsas məqsədi qeyri-
neft sahələrinin inkişafı olmaqla dövlətin sərmayə
qoyuluşlarından səmərəli istifadə etmək hesabına
rəqabətqabiliyyətli məhsul istehsalını artırmaq üçün
elektrik enerjisi, qaz, su təhcizatı və suvarma, yol-
nəqliyyat infraquruluşunun yaxşılaşdırılması həyata
keçirilib. 2016-2018-ci illərdə 250 min hektardan çox
torpaq sahələri əkin dövriyyəsinə qatmaqla burada
yüksək məhsuldarlığa nail olmaq məqsədilə suvarma
suyu və elektrik enerjisi ilə təminat layihələrinə 320
milyon manatdan çox dövlət vəsaiti yönəldilib. Qeyri-
neft sənayesi və kənd təsərrüfatı sahələrində, o cümlədən
fındıqçılıq,
üzümçülük,
şərabçılıq,
tütünçülük,
pambıqçılıq, baramaçılıq, ipəkçilik sahələrində, turizm və
tranzit imkanlarından istifadənin genişləndirilməsi
istiqamətində normativlərin təkmilləşdirilməsi, sərmayə
qoyuluşunun artırılması və biznes mühitinin yaxşılaş-
dırılmasına
dəstəyin
optimallaşdırılması
vacibdir.
Ölkənin
müxtəlif
təsərrüfat
sahələrində
sahibkarlığın inkişafı iqtisadiyyatının diversifikasiyası
baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı
istiqamətlərindən
birini
təşkil
edir. Bu siyasət
iqtisadiyyatın bütün sahələrindən, xüsusilə ölkə üçün
olduqda vacib olan inkişaf sahələrində işgüzar fəaliyyət
üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı
səviyyəsinin
yüksəldilməsinə
yönəldilib.
Ölkədə
56
sahibkarlığın inkişafı iqtiqamətində aparılan məqsəd-
yönlü və ardıcıl fəaliyyət konsepsiyasını təşkil etməklə
bazar mexanizminin hərəkət verici qüvvəsi kimi, yerlərdə
sosial-iqtisadi sistemin yenidən qurulmasında, sosial-
yönümlü problemlərin kompleks həllində mühüm rol
oynayır. Sahibkarlığın hüquqi bazasının sistem halına
gətirilməsi eyni zamanda mərkəzdə və regionlarda
infraquruluşun yeniləşdirilməsinin gündəmə gətirməklə
daha sürətli inkişaf istiqamətlərini təyin edir.
Sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin ildən-
ilə artırlması, onların fəaliyyətlərinə süni müdaxilələrin
aradan qaldırlması, antisanitar və korrupsiyaya qarşı
mübarizə tədbirlərinin gücləndirilməsi yerlərdə istehsal-
təsərrüfat
fəaliyyətinin
davamlı
sürətdə
inkişaf
etdirilməsinə böyük imkanlar yaradır.
Qeyd edək ki, vaxt ilə Azərbaycanın ən böyük
üzümçülük rayonlarından olan Şamaxıda son illər
təsərrüfatın bu gəlirli sahəsi sürətlə inkişaf edir və
hazırda plantasiyaların sahəsi 1650 hektar olmaqla,
onların 1554 hektarı artıq məhsul verir. İnformasiya
kommunikasiya texnologiyalarının inkişafı, yeniliklərin
istehsalata
tətbiqi,
avtomatlaşdırma
və
“yaşıl
iqtisadiyyat”a
keçid həm əmək münasibətlərinin
təşkilinin
müdafiəçisi olan həmkarlar ittifaqının
fəaliyyətinə ciddi təsir göstərməkdədir. Cəmiyyət, onun
əmək qabiliyyətli hissəsi gündəlik həyatda qeyri-tipik
məşğulluğun nümunələri ilə tez-tez rastlaşır, bu
baxımdan biz həmkarlar ittifaqları olaraq, məşğulluğun
57
belə formalarınının hüquqi tənzimlənməsində öz yerimizi
tutmalıyıq. Əmək fəaliyyətinin təşkilində sosial
tərəfdaşlarla birgə bu gün hüquqi platformanın bazasını
yaratmağı illərlə əldə edilmiş muzdlu işçilərin əsas
müdafiəçisi statusunu qorumağa imkan verir. 2015-ci
illər ərzində ölkə iqtisadiyyatında məşğul olanların sayı
600 min nəfərədək artaraq 4 milyon 672 min nəfər təşkil
edib. Muzdlu işçilərin sayı isə cəmi 200 min nəfərədək
artıb. Həyatın ritmini işsizliklə bağlı problemləri nəzərə
alarkən aydın başa düşmək olar ki, bu gün əmək bazarını
daha
çevik,
rəqabətqabiliyyətli
etmək,
əhalinin
məşğulluğunu artırmaq üçün qeyri-tipik məşğulluq
zəruridir. Lakin belə şəraitdə işçilərin müdafiəsinə
yardım edə biləcək mexanizm üzərində kimin necə
işləyəcəyi barədə düşünmək lazımdır. Məşğulluğun
bütün formalarında çalışanların əmək, sosial hüquqlarının
müdafiəsi üçün milli qanunvericilik, hətta BƏT-in
konvensiyaları səviyyəsində hüquqi sənədlər işlənib
hazırlanmalıdır.
Ölkədə baş verən quruluş dəyişiklikləri yaxın
zamanlarda modernləşmənin davam etdirilməsini, bir çox
müəssisələrin, hətta iqtisadiyyatın bölmələrinin yenidən
qurulmasını nəzərdə tutur. Hər il Ümumdünya Davos və
Münxen iqtisadi və siyasi forumlarında, digər dünya
biznes strukturlarının məlumatlarında iqtisadi sahədə
ölkənin real nailiyyətləri xüsusi qeyd olunur.
İqtisadiyyatın neftdən asılılığının azaldılması sayəsində
bu gün qeyri-neft sahələrində ümumi daxili məhsulun
58
həcmi ölkə üzrə 1,7 faiz artıb, neft-qaz bölməsində həcmi
isə 6,6 faiz azalıb.
Dünyada baş verən iqtisadi və maliyyə böhranına
baxmayaraq, iqtisadiyyatın liberallaşması, səmərəli vergi
və fiskal siyasət, o cümlədən güzəştli kreditlərin
verilməsi,
ixracyönümlü
məhsulların
istehsalının
stimullaşdırılması,
iqtisadi fəaliyyət iştirakçılarına
sağlam rəqabət şəraitinin yaradılması və digər tədbirlər
nəticəsində Azərbaycan iqtisadiyyatı inkişafını davam
etdirir. Son 15 ildə ölkədə 1 milyon 677 mindən artıq
yeni iş yeri yaradılıb, əhalinin gəlirləri 5,2 dəfə, minmum
əməkhaqqı 3,5 dəfə artıb, işsizlik səviyyəsi 4 faizdir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası Beynəlxalq Əmək
Təşkilatının “Əməyin gələcəyi təşəbbüsü” müasir
dünyada əmək münasibətləri ilə əlaqədar həyata keçirilən
təşkilati tədbirlər üçün geniş platforma yaradıb. Dünya
inkişaf etdikcə, zaman keçdikcə iqtisadiyyatın və əmək
münasibətlərinin quruluşu dəyişir, lakin insanların əsas
təlabatı – sağlam və gözəl rifahlı və həyat şəraitində
yaşamaq istəyi dəyişməz olaraq qalır. Bu səbəbdən
insanların ümumi istəyinin reallaşdırılmaı üçün səmərəli
və məqsədyönlü işləmək əm mühüm şərtlərdəndir.
Dostları ilə paylaş: |