Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə1/20
tarix06.12.2022
ölçüsü0,62 Mb.
#72810
  1   2   3   4   5   6   7   8   9   ...   20
İqtisadiyyatın əsas bölmələri üzrə strateji yol xəritələri




İqtisadiyyatın əsas bölmələri üzrə strateji yol 
xəritələri 
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas 
sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi 
haqqında” fərman uzunmüddətli dövr üçün düşünülmüş 
iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlik və dinamik 
iqtisadi inkişaf üçün əsaslı zəmin yaradıb. Böyük 
sahibkarlar sinifi formalaşıb, ölkənin sosial-iqtisadi 
inkişafında özəl bölmələrin rolu artmaqla ümumdünya 
iqtisadi 
sisteminə inteqrasiya istiqamətləri geniş-
lənmişdir. 
Davamlı iqtisadi islahatlar çərçivəsində bu siyasət 
qlobal iqtisadi çağırışlara uyğun müasir konseptual 
yanaşmalarla 
daha 
da 
təkminləşdirilib, 
strateji 
məqsədlərə uyğun sərbəst bazar münasibətlərinin və 
özünüinkişaf 
qabiliyyətinə 
malik 
sosialyönümlü, 
diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaş-
dırılması təmin edilib. Həyata keçirilən məqsədyönlü 
tədbirlər nəticəsində makroiqtisadi sabitlik qorunub 
saxlanılmış, qeyri-neft sahələrinin və bütövlükdə 
regionların tarazlı inkişafı sürətlənib, strateji valyuta 
ehtiyatlarından 
səmərəli istifadə təmin olunmuş, 
sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əlverişli biznes 
və sərmayə qoyuluşu mühiti formalaşmışdır. 
Bununla belə, son dövrlərdə istər regionda, istərsə 
də qlobal iqtisadiyyatda gedən proseslər, neft gəlirlərinin 
kəskin azalması, mürəkkəb xarici iqtisadi mühit ölkənin 
makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini 



göstərməkdədir. Dünyada cəryan edən proseslərin 
yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal 
iqtisadi böhranın ölkə iqtisadiyyatına təsirini minimuma 
endirmək məqsədilə iqtisadi islahatların əsas strateji 
hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra 
tədbirləri həyata keçirilmişdir. Ölkədə sosial-iqtisadi 
inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında 
əhəmiyyətli bağlılıq və qarşılıqlı uzlaşma yaratmağa, 
iqtisadi inkişafın keyfiyyətcə yeni inkişaf modelinin 
formalaşdırılması əsas prioritrtə malikdir.
Bununla əlaqədar olaraq, ölkədə həyata keçirilən 
iqtisadi siyasətin və islahatların davamlılığını təmin 
etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən 
təhlili və yeni iqtisadi inkişaf staregiyasının hazırlanması 
2016-cı 
ildən başlayaraq Milli iqtisadiyyat və 
iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin 
başlıca istiqamətlərinə müvafiq olaraq inkişaf planları 
tərtib olunmuşdur. 
Yerli və xarici ekspertlərin, təcrübəli mütəxəsis-
lərin, məsləhətçı şirkətlər və ölkədə fəaliyyət göstərən 
beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində 
milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sahəsi üzrə 
strateji yol xəritələrinin layihələri hazırlanmışdır. Strateji 
yol xəritələri 2016-2020-ci illər iqtisadi inkişaf stra-
tegiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr 
üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonraki dövrə 
hədəf baxışları özündə ehtiva edir. Layihələr açıq 
müzakirəyə verilmiş və yekun sənəd tərtib edilərkən 



maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti 
təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri 
nəzərə alınıb.
AZƏRTAC-a 
istinad 
olunmaqla 
ölkənin 
perspektiv inkişaf hədəflərini və istiqamətlərini 
müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin 
etmək istiqamətində mühüm strateji yol xəritələri təsdiq 
edilib:
1.”Azərbaycan Respublikasının milli iqtisadiyyat 
perspektivi üzrə Strateji Yol Xəritəsi”; 
2.”Azərbaycan Respublikasının neft və qaz 
sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına 
dair Strateji Yol Xəritəsi”; 
3.”Azərbaycan Respublikasının kənd təsərrüfatı 
məhsullarının istehsalına və emalına dair Strateji Yol 
Xəritəsi”; 
4.”Azırbaycan Respublikasında kiçik və orta 
sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına 
dair Strateji Yol Xəritəsi”; 
5.”Azərbaycan Respublikasında ağır sənaye və 
maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”;
6.”Azərbaycan Respublikasında ixxtisaslaşmış 
turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”;
7.”Azərbaycan Respublikasında logistika və 
ticarətin 
inkişafına dair Strateji Yol Xəritəsi”;
8.”Azərbaycan Respublikasında uyğun qiymətə 
mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”;
9.”Azərbaycan Respublikasında peşə təhsili və 



təliminin 
inkişafına dair Strateji Yol Xəritəsi”;
10.”Azərbaycan 
Respublikasında 
maliyyə 
xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”;
11.”Azərbaycan Respublikasında telekommuni-
kasiya və informasiya texnologiyalarının inkişafına dair 
Strateji Yol Xəritəsi”;
12.”Azərbaycan 
Respublikasında 
kommunal 
xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) 
inkişafına dair Strateji Yol Xəritəsi”.
Strateji yol xəritələrində nəzərdə tululmuş 
fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və 
kommunikasiya tədbirlərini İqtisadi İslahatların Təhlili 
və Kommunikasiya Mərkəzi tərəfindən tərtib olunan 
nəzarət formalarına müvafiq olaraq tənzimləmə aparılır.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin