Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında


  Rəqabət qabiliyyətinin yüksəldilməsində



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə4/20
tarix06.12.2022
ölçüsü0,62 Mb.
#72810
1   2   3   4   5   6   7   8   9   ...   20
İqtisadiyyatın əsas bölmələri üzrə strateji yol xəritələri

 


18 
Rəqabət qabiliyyətinin yüksəldilməsində 
intensivləşmə amilləri 
Qeyri – neft sahələrinin aparıcı rola malik olduğu 
amovativ iqtisadi inkişaf səviyyəsi nəzərə alınmaqla 
mahiyyət etibarilə aqrar bölmələrin inkişaf səviyyəsi 
daha yüksəkdir. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər 
salsaq görərik ki, o uğurların təməlində intellektual 
potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsil 
səviyyəsi dayanır. Gələcəkdə bu amillər daha da böyük 
rol oynayacaq, çünki bu gün istər iqtisadi sahədə, sənaye 
istehsalının inkişafında, hər bir sahədə müasir 
texnologiyalar hər şeyi həll edir.
Azərbaycan öz tarixində əvvəlki hər üç sənaye 
inqilabını yaratmışdır. Birinci inqilab zamanı su və buxar 
enerjisi əl əməyinin mexanikləşdirilməsinə imkan 
yaratmış, enerji mənbəyi kimi odun və daş kömür çıxış 
etmişdir. İkinci sənaye inqilabı elektrik enerjisi ilə bağlı 
texnologiyaların istifadə yaradılmasına imkan vermiş
istehlak bazarları formalaşdırmışdır. Üçüncü sənaye 
inqilabı elektronika və informasiya texnologiyaları 
ətrafında inkişaf edib postsənaye informasiya dünyası 
adlandırılan ənənəni doğurmuşdur. Bu istehsalın 
avtomatlaşdırılması ilə nəticələnmiş və öz növbəsində də 
sənayedə məşğul olan işçilərin sayını sürətlə azaltmışdır. 
“Rəqəmsal” adlandırıla bilən dördüncü sənaye inqilabı 
yalnız iistehsal və istehsalın idarəedilməsi sahələri ilə 
yanaşı avtonəqliyyat xidmətləri sahəsində insanların 
rolunu minumuma endirəcək. Avtomatlaşdırma və 


19 
robotlaşdırma fiziki, rəqəmsal və bioloji obyektlər 
arasında olan sərhədləri sürətlə aradan götürür. 
Azərbaycan, digər ölkələr kimi, bir tərəfdən çoxsaylı 
imkanlar yaradan, digər tərəfdən isə qeyri – peşəkarlığa 
səmərəliyi və rəqabət amillərini nəzərə almayan 
qloballaşan dünya şəraitində yaşayır. İndi sənayenin 
inkişaf meyilləri Asiyadan Avropaya və ABŞ-a 
“qayıtmağa” başlaması müşahidə olunur. 
1980-2022-ci 
illərdən 
bəzi 
inkişaf etmiş 
dövlətlərdə sənayenin müxtəlif sahələrində çalışanların 
ixtisasından asılı olaraq əmək bazarının dəyişməsində 
çox böyük dəyişikliklər müşahidə olunmaqdadır. 
Tədqiqatlar göstərir ki, aşağı və yüksək ixtisaslı işçilər 
arasında məşğulluq artmış, orta ixtisaslı işçilər arasında 
isə azal-mışdır. Əsas səbəb kimi istehsal sahələrində orta 
səviyyəli əməliyyatların daha geniş miqyasda aparıl-
masıdır. Digər tərəfdən istehsalın gedişində eyni 
əməliyyatların tətbiqi, avtomatlaşdırma prosesinin 
tətbiqini asalnlaşdırır və yeni şəraitdə işçilər daha yüksək 
əməkhaqqı ilə təmin olunurlar. 
Beləliklə, hazırda dünyada növbəti sənaye 
inqilabı baş verir və bu sənaye inqilabı istehsalın və 
idarəetmənin avtomatlaşdırılmış və robotlaşdırılmış 
vasitələrinə əsas-lanır. Buna görə də iqtisadi səmərəlilik 
prioritet olaraq ön plana çıxır və milli şirkətlərin 
beynəlxalq rəqabət mühitində rəqiblərdən qorunmasında 
dövlət qurumları olduqca məhdud imkanlara malikdir. 
Ölkənin inkişaf strategiyasına uyğun məqsədlərin həlli 


20 
yolları müəyyən edildikdən sonra idarəçiliklə bağlı 
istənilən tapşırığın yerinə yetirilməsi zamanı maliyyə, 
insan və təbii ehtiyatlar malik olma səviyyəsi mümkün 
əhəmiyyət daşıyır. Bu məhdudiyyətləri aradan qaldır-
mağın yeganə yolu mövcud imkanların genişlənməsinə 
və qarşıya qoyulmuş məqsədlərə nail olunmasına imkan 
verən iqtiqamətlər üzrə resursları səfərbər etməkdir. Bu 
baxımdan innovasiya sahəsində intellektual resursların 
səfərbər edilməsinin vacibliyi əhəmiyyətli dərəcədə artır.
Beynəlxalq standartlara əsasən, yeniliklər bazara 
çıxarılan daha çox təkmilləşdirilmiş məhsul və texnoloji 
prosesdə iştirak edən keyfiyyət göstəricilərinə istinad 
olunur. Məhsul və xidmətlərin istehsalında keyfiyyətin 
yüksəldilməsinə xidmət edən yeniliklər şirkətlərin 
bazarda yerini möhkəmləndirir və onun inkişafını 
sürətləndirir.
Beynəlxalq bazarlarda bir çox təbii resursların 
qiymətinin kəskin azalması bəzi ölkələrin resursyönümlü 
inkişaf modelindən yenilikçilik inkişaf modelinə keçmə-
sini stimullaşdırır. Yeni inkişaf modelində başlıca aparıcı 
qüvvə “start up” olmaqla gələcək fəaliyyətdə təsvir edilir. 
Təcrübə göstərir ki, ideyaya malik və yenilik axtaran 
insanları bir yerə yığmaqla gəlir gətirən şirkətlərin 
şaxələndirilməsi proseini sürətləndirmək çox vacib 
amillərdəndir.
Sənaye bir çox hallarda bir-birinə müxtəli növ 
xidmətlər göstərən bütöv şirkktlər qrupunun yerləşdiyi 
coğrafı regionda cəmləşməyə, klasterləşməyə meylli olur. 


21 
Klasterləşmə klasterdə birləşmiş şirkətlərin rəqabət 
üstünlüyünün reallaşmasını təmin etməklə yanaşı, həm də 
burada şirkətlərin öz müstəqilliyini saxlaya bilirlər. 
Ölkədə pambıqçılığın inkişaf etdirilməsi və Mingəçevir 
şəhərində bu qiymətli xammalın emal edilməsi üçün 
sənaye 
müəssisənin 
yaradılması 
təklifi 
klaster 
təşəbbüsüdür. Bu iqtisadi cəhətdən əlverişli olmaqla 
məntiqli və məqsədəuyğundur. 
Universitet həmçinin tədqiqatla, elmi fəaliyyətlə 
məşğul olur. Bu ikinci funksiyadır. Digər bir funksiyanı – 
sahibkarlıq 
funksiyasını 
qeyd 
etmək 
istərdik. 
Universitetlər 
birbaşa olaraq sənaye klasterinin 
formalaşması prosesinin başladığı regionun iqtisadi 
inkişafını stimullaşdıra bilərlər. İstənilən universitet 
biliklərin, texnologiyaların, sahibkarlıq və innovasiya-
ların yaranması və ötürülməsi mərkəzinə çevrilə bilər. 
İnnovativ, elmi və sahibkarlıq fəaliyyəti üçün mühitin 
yaradılmasına yönəlmiş xidmətlər universitet ətrafında 
tədris, elmi və maliyyə resurslarının cəmlənməsinə imkan 
verəcək. Artıq qeyd edildiyi kimi, sənaye dar 
ixtisaslaşma çərçivəsində cəmləşməyə meyillidir və 
bunun səbəbi A.Marşalın dediyi kimi, “biliklərin axını” 
effektidir. 
Biliyə tələbin olduğu yerdə təhsil və elmə də tələb 
olacaqdır. Azərbaycanda universitetlər ənənəvi olaraq 
sənayenin inkişaf etdiyi regionlarda yerləşir. Sovet 
ittifaqı dağıldıqdan sonra sənayenin böyük bir hissəsi 
obyektiv səbəblərdən inkişafdan qaldı və ya bütövlükdə 


22 
sıradan çıxdı. İnkişafın resursyönümlü modelinin 
tükəndiyi və ölkənin gələcək inkişafının əsasən sənaye ilə 
bağlı olduğu bir vaxtda ali təhsil sistemi cəmiyyət üçün 
xüsusi bir dəyər kəsb edir. Prezident İham Əliyevin 
sədrliyi ilə 7 oktyabr 2016-cı il tarixində keçirilən 
Azərbaycan Respublikası nazirlər Kabinetinin iclasında 
təhsil 
nazırı Mikayıl Cabbarovun dediyi kimi: 
“Azərbaycanın yeni iqtisadi modeli bizim milli 
iqtisadiyyatımızın rəqabətqabiliyyatının insan kapitalının 
keyfiyyətinin artırılması yolu ilə yüksəldilməsini tələb 
edir. Yeni təhsil klasterlərində yaradıcılıq onlarla yeni 
ixtisaslar iqtisadi subyektlər və müəssisələrlə sıx 
əməkdaşlıq etməlidirlər”. 
Təhsil sistemi insan kapitalının keyfiyyətinə təsir 
edən yeganə amil deyil. Lakin məhz o, cəmiyyətin 
intellektual elitasını formalaşdırır. Təhlillər göstərir ki, 
ali təhsilli məşğul əhalinin payı orta hesabla Avropa 
İttifaqı ölkələrində 22%, iqtisadi əməkdaşlıq Təşkilatı 
ölkələrində (OECD) 27%, ABŞ-da 33%, Rusiya 
Federasiyasında 54%-dir. Azərbaycanda bu göstərici 
17% təşkil edir. Beləliklə, etiraf etmək lazımdır ki, 
Azərbaycanda ali təhsilli insanların sayının artması 
potensialı yüksəkdir. Azərbaycan son dövrlərdə dünya 
əmək bölgüsü çərçivəsində aşağı əməkhaqqı olan 
ixtisasları, yəni “kasıblıq üzrə ixtisaslaşma”nı deyil, 
“varlılıq üzrə ixtisaslaş”nı seçdiyi üçün bu sahədə 
vəziyyərin köklü şəkildə dəyişəcəyini proqnozlaşdırmaq 
olar. 


23 
Hesab edirik ki, ölkəmizin bir sıra regionlarının 
müasir texnopolislərə çevrilməsi prosesinin mərkəzində 
universitetlər dayanmalı və bu proses daha da 
sürətlənməlidir. 
Artıq 
Bakı, 
Gəncə, 
Sumqayıt, 
Mingəçevir və Lənkəran belə potensiala malikdir. 
Azərbaycanın digər regionlarında da kifayət qədər 
potensialı var, Formalaşan klasterlərə universitetləri daxil 
etmək və onların bazasında elmi və sahibkarlıq 
fəaliyyətini təşkil etmək olduqca vacibdir. 
Universitetlər insanlara verməklə yanaşı, həm də 
gələcək 
alimləri, 
istedadlı sahibkarları, komanda 
liderlərini formalaşdırmağa yardım edirlər. Düşünürük ki, 
regionlar arasında klasterlər formalaşdıran sənaye 
sahələrinin inkişafı sahəsində rəqabət güclənəcək. Burada 
üstünlük regionun təhsil, elmi, innovasiya və mədəni 
mərkəzinə çevrilməyə hazır olan universitetin yerləşdiyi 
regiona verməlidir. Bu isə, öz növbəsində, Azərbaycanın 
rəqabətqabiliyyətliyini birmənalı olaraq artıracaqdır.
2018-ci 
ilin 
yanvar-iyun 
ayları 
ərzində 
iqtisadiyyatın qeyri-neft sahələrində 20637.0 milyon 
manatlıq əlavə dəyər yaradılmış və ümumilikdə onun 
52.6%-i sosial və digər xidmətlər, ticarət, nəqliyyat 
vasitələrinin təmiri və tikinti sahələrinin payına 
düşmüşdür. 
2018-ci 
ilin 
yanvar-iyun 
aylarında 
ölkə 
iqtisadiyyatının qeyri-neft sahələrində yaradılan əlavə 
dəyər əvvəliki ilin çüvafiq dövrü ilə müqayisədə 2% 
artmışdır. Qeyri-neft sahələrində yaradılan əlavə dəyərin 


24 
ÜDM-də xüsusi çəkisi 55.8% təşkil etmişdir. Qeyri-neft 
sahələrində alt sahələri üzrə EDM-ə çox müsbət tövfə 
verən sahələr nəqliyyat və anbar təsərrüfatıŞ tikinti və 
ticarət və nəqliyyat vasitələrinin təmiri sahələr olmuşdur. 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin