Yerli istehsalın qorunması və ixracın təşviqi
üzrə tədbirlər. Yerli istehsalın qorunması, qeyri-neft
ixracının artırılması və ixracın diversifikasiyasının təmin
edilməsi məqsədi ilə 84 mal mövqeyi üzrə idxala iki il
müddətində spesifik rüsumlar tətbiq edilmişdir.
İdxal gömrük rüsumlarında azpilləli sistemə keçid
təmin edilmişdir. 3661 mal mövqeyi üzrə idxal rüsumları
azaldımışdır. 690 mal mövqeyi üzrə idxal rüsumları
artırılmışdır. Artımın əsas səbəbi ölkədə istehsalı olan
yerli malların xarici təsirlərdən qorunması məqsədilə
edilmişdir.
Tikinti.
Dövlət
Statistika
Komitəsinin
məlumatına əsasən, 2018-ci ilin yanvar-iyun aylarında
ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün
maliyyə mənbələrindən əsas kapitala 6331.7 milyon
manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
14.1 faiz az vəsait yönəldilmişdir. Bu azalma neft
sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı
olmuş, qeyri-neft bölməsinə yönəldilmiş kapital vəsaitin
həcmi isə 21.5 faiz, o cümlədən qeyri-neft sənayesinə
qoyulmuş investisiyalar 72.8 faiz artmışdır. İstifadə
olunmuş vəsaitin 4555.2 milyon manatı və ya 72.0 faizi
məhsul istehsalı obyektlərinin, 1312.7 milyon manatı
34
(20.7 faizi) xidmət sahələri üzrə obyektlərin, 463.8
milyon manatı (7.3 faizi) isə ümumi sahəsi 946.4 min
kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf
olunmuşdur.
Ümumi sərmayəsnin 49.8 faizi dövlət, 50.2 faizi
qeyri-dövlət
sektorunun
sərmayədarları
tərəfindən
qoyulmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 72.9
faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Daxili
mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin ümumi
sərmayənin 54.3 faizini təşkil etmişdir.
2018-ci
ilin
yanvar-iyun
ayları
ərzində
iqtisadiyyatda əsas kapitala qoyulmuş cəmi inves-
tisiyaların 55.4%-i və ya 3505.0 milyon manatı qeyri-neft
sektoruna yönəldilmişdir. Əsas kapitala qoyulmuş
investisiyaların 11.7%-i, qeyri-neft sektoruna yönlən-
dirilən investisiyaların isə 21.1%-i və ya 739.7 milyon
manatı qeyri-neft sənayesi bölməsinin inkişafında istifadə
edilmişdir.
|