36
lar zavodu, 110/35/10 kilovoltluq “Yasamal-1” və
“Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik
yarımsatnsiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
Kompleksi, Heydər Əliyev adına
Müasir Təhsil
Kompleksinin yeni binası, Bona Dea Beynəlxalq
Hospitalı, Mingəçevir
şəhərində Mingəçevir Sənaye
Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı
üzrə iki müəssisəsi, Naftalan
şəhərində Naftalan şəhər
Mərkəzi Xəstəxanası, Goranboy rayonunda “Region
Aqropark”, Şəmkir-Samux-Goranboy magistral suvarma
kanalının
ikinci növbəsi, 110/35/10 kilovoltluq
“Dəliməmmədli” elektrik yarımstansiyası, Dəliməmədli-
Quşçular-Fəxralı-Qurbanzadə-Alpout
avtomobil yolu,
Xaçmaz rayonunda “Azərxalça” ASC-nin Xaçmaz filialı,
Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsində
“Xəzər” avtomobil zavodu və s.
obyektlər istifadəyə
verilmişdir
Nəqliyyat.
Dövlət
Statistika
Komitəsinin
məlumatına əsasən, 2018-ci ilin yanvar-iyun ayları
ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat
subyektləri tərəfindən 110.2 milyon ton yük daşınmış və
2017-ci ilin müvafiq dövrünə nisbətən 1 faiz artım
müşahidə olunmuşdur. Yüklərin 3.9 faizi dəniz, 6.1 faizi
dəmir yolu, 0.1 faizi hava, 63.9 faizi avtomobil nəqliyyatı,
26.0 faizi isə boru kəməri ilə daşınmışdır.
Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsi ilə dəmir
yolu ilə daşınan ümumi yükün
həcmi cari ilin yanvar-
may aylarında ötən ilin analoji dövrünə nisbətən 76 min
37
ton artmışdır. Bu dövrdə Bakı Beynəlxalq Dəniz Ticarət
Limanında aşırılan yüklərin həcmi keçən ilin analoji
dövrünə nisbətən 8 faiz artmışdır,
ümumilikdə isə ölkə
ərazisindən daşınan tranzit qyeri-neft məhsulları müvafiq
olaraq 9 faiz artaraq 805 min ton olmuşdur.
Dostları ilə paylaş: