Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında


Baramaçılığın inkişafı ipəkçilik və xalçaçılıq



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə13/20
tarix06.12.2022
ölçüsü0,62 Mb.
#72810
1   ...   9   10   11   12   13   14   15   16   ...   20
İqtisadiyyatın əsas bölmələri üzrə strateji yol xəritələri

Baramaçılığın inkişafı ipəkçilik və xalçaçılıq 
məhsullarının istehsalına imkan verir 
Ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəlməsi 
aqrar sahələrinin inkişaf etdirilməsinin sürətləndirilməsi 
və iqtisadiyyatın şaxələndirilmsinə xidmət edir. Hazırda 
Azərbaycanın 30 rayonunda barama istehsal olunur. 
2015-ci ildə ölkədə cəmi 216 kiloqrama qədər barama 
tədarük edilmişdir. Keçən əsrin 80-90-cı illərində 
iqtisadiyyatda baş verən tənəzzülün nəticəsində barama 
istehsalı getdikcə azalaraq həmin səviyyəyə düşmüşdü. 
Lakin 2015-2016-cı illərdə həyata keçirilən təşkilatı 
tədbirlər nəticəsində ölkədə 244 ton barama istehsal 


42 
etmək mümkün olub. Xüsusilə Zərdab, Füzuli, Zaqatala, 
Şəki, Ağcabədi rayonlarında baramaçılıq sahəsinin sürətli 
inkişafı digər aqara sahələrdən ciddi fərqlənir. Əksər 
bölgələrdə baramaçılığın inkişafı üçün Qax Damazlıq 
İpəkçiıik Stansiyasının ən müasir avadanlıqlarla təhciz 
edilərək yenidən qurulması məqsədilə prezidentin 
ehtiyyat fondundan 2016-cı ildə 4.5 milyon manat 
maliyyə vəsaiti ayrılmışdır. Kümüçülərə materiallar, 
subsidiyalar da verilir. Ölkədə istehsal olunan baramanı 
emal olunmaq üçün “Şəki İpək” Açıq Səhmdar 
Cəmiyyəti (ASC) qəbul edir.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycanda 70.7 ton 
yaş barama, 8.3 ton xam ipək istehsal olunubş 2017-ci 
ilin sentyabrında isə ipək xalçalar üçün ipliyin istehsalına 
sənaye 
üsulu əsasında həyata keçirilir. Digər 
istiqamətlərdə yeni-yeni hədəflər müəyyənləşdirilib. 
Hazırda ipəkçiliyin inkişafının stimullaşdırılması, yeni 
emal 
sahələrinin 
yaradılması, 
istehsal 
gücünün 
artırılması, maddi-texniki bazanın gücləndirilməsi və 
ipəkçiliyin inkişaf modelinin hazırlanması istiqamətində 
təşkilatı işlər aparılır.
“Şəki İpək” eləcə də AZPROMO ilə əməkdaşlıq 
edərək ipəkçilik məhsullarının ixrac imkanlarının 
genişləndirilməsi istehsalın həcminin artırılmasına şərait 
yaradır. Ölkədə hasil edilən baramanın “Aqrarkredit” 
Qapalı Səhmdar Cəmiyyətinin köməyi ilə baramaaçan 
sahələrinin genişləndirilməsi və yeniliklərin tətbiqi 
sürətləndirlməsi 
iqtisadi 
cəhətdən 
əsaslanmışdır. 


43 
Müəssisənin buxara olan təlabatının tam ödənilməsi üçün 
xarici ölkədən yeni buxar qazanı alınıb, qazanxana 
təsərrüfatı yenidən qurulub. Eləcə də baramaçan, burcu, 
toxucu, kəlağayı və boyaq-bəzək istehsalı bərpa olunub, 
daimi iş yerlərinin artırılmışdır. İpəkçiliyin inkişafı 
xalçaçılıq məhsullarının artmasına da təkan verəcək. 
“Azərxalça” İstehsalat Birliyi ölkənin 13 rayonunda 
fabriklər silsiləsinə malikdir və daha 12 rayonda yeni 
xalça fabrikinin fəaliyyətə başlaması ilə xalçaçılığın əsas 
qyeri-neft 
sahəsinə 
çevrilməsini 
təmin 
edəcək. 
Fəaliyyətdə olan müəssisələr öz işlərini yerli xammal 
əsasında qurması əhəmiyyətli olmaqla yaxın illərdə 
ipəkçiliyin inkişafı üçün Mingəçevir Sənaye Parkında 
fəaliyyət göstərən müəssisələrdə ipəkdən daha geniş 
çeşiddə məhsullar istehsal etmək imkanları yaradılacaq. 
Bu da ixracın artırılmasına imkan verəcək. İpəkçiliyin 
inkişafı sayəsində xarici ölkələrə ipək iplərlə yanaşı, bir 
sıra digər hazır məhsullar göndərmək mümkün olacaq. 
Azərbaycanın qədim ipəkçilik tarixinin olması, ölkədə 
istehsal edilən kəlağayıların istehsalçılar tərəfindən 
yüksək qiymətləndirməsi sahə məhsullarına olan 
tələbatın artmasını göstərir.
Görülən tədbirlər nəticəsində təkcə “Şəki İpək” 
ASC-də 1500-dək daimi iş yerinin açılacağı gözlənilir. 
Bu isə sovetlər dönəmində böyük və güclü müəssisə kimi 
tanınan “Şəki İpək”in öz şöhrətini yenidən bərpa etməsi 
deməkdir. Qeyri-neft sahəsi olmaq ipəkçiliyin inkişafı 
üçün daha geniş perspektivlər mövcuddur. Prezident 


44 
İlham Əliyevin dediyi kimi: “Şəki İpək”in fəaliyyəti 
bərpa edildi, tam bərpa edilməlidir, genişləndirilməlidir 
və 3 min ton yaş barama emal olunmalıdır. Bununla 
bərabər, biz gərək yeni ipək kombinantının yaradılması 
haqqında nəinki düşünək, artıq konkret addımlar ataq. Üç 
min ton emal gücündə olan yeni komninatın yaradılması 
zəruridir... Mən hesab edirəm ki, dövlət bu sahədə öz 
dəstəyini göstərməlidir. Xarici, yeli investorların marağı 
olarsa, dövlət də onlara dəstək verməyə hazırdır. Çünki 
bu da çox gəlirli sahədir. İnvestorlar əmin olmalıdır ki, 
bu sahənin inkişafı ilə bağlı heç bir problem olmayacaq“.
Dövlət başçısı Prezident Adminstrasiyasına, 
nazirliklərə, yerli icra orqanlarına və digər müvafiq 
qurumlara məsələyə baxmalarını və təkiflər vermələrini 
tapşırmışdır. Prezident göstərişinə əsasən, onlar eləcə də 
yeni kombinatın harada yerləşəcəyini və fəaliyyət 
göstərəcəyini məqsədəuyğun olduğu barədə təklifləri 
strateji hədəfkimi qiymətləndirilməlidir.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin