MİRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə4/10
tarix31.01.2017
ölçüsü1,64 Mb.
#7205
1   2   3   4   5   6   7   8   9   10

____________________________ 
1. Ehtimala görə Peçeniklərin bir qolu Çoban (Çobanilər) adlanırdı. Cənubi 
Qafqazın  Rusiya-tərəfindən  işğalından  sonra  bu  eldən  200  ailə  İrana 
köçürülmüşdür.  İrəvan  əyalətində  Böyük  Çoban-Qara,  Kiçik  Çoban-qara 
kəndləri Türkiyənin Arazqırağı kəndləridir.  

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
71 
QAFQAZDA MİRZƏ ŞƏFİ  
AVROPADA FRİDRİX  BODENŞTEDT 
 
 
Mən aşiqəm bel bağla 
 
Ağ kəmərlə bel bağla 
     Nə yada sirrini ver 
    Nə namərdə bel bağla. 
 
Hər  şey  Mirzə  Şəfinin  ölümündən  sonra  başladı. 
Əgər  1844-cü  ildə  F.Bodenştedt    “Mən  İrəvandan 
qayıtdığım  zaman  Mirzəyə  bir  para  kiçik  hədiyyələr  
gətirmişdim.  O,  dostluq  xatirəsi  olaraq  mənə  öz  əlilə 
yazılmış  şeirlərindən  mürəkkəb  dəftərini  bağışladı. 
“Ağılların  açarı”    sərlövhəsilə  yazılan    bu  dəftərdə  
bizim  müəllimin  dünyagörüşünü  ifadə  edən  həkimanə 
sözlər,”  uzun  mühakimələr  vardı.  Bu  şeir  dəftərçəsinə 
o  bir  müqəddimə  də  yazmışdır».  Müqəddimədə 
oxuyuruq:  
«...  Şagirdim  və  dostum  Bodenştedt  əfəndinin 
mükkərər  rəca  və  iltimasına  görə  mən  Mirzə  Şəfi  ona 
qəsidə,  qəzəl,  mürəbbat  və  məsnəvilərdən  ibarət  olan 
öz məcmuəyi-asarımı hədiyyə edirəm».

 
 
 
 
 
1.Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi. (II cild). Bakı, 1944. səh. 41.
 
 
 

    Nəzakət Əliyeva 
 
 
72 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mirzə ġəfi Vazeh 
Fridrix BodenĢtedt 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
73 
Fridrix  Bodenştedt  bu  şeirləri  özü  ilə  Almaniyaya 
aparmış  və  onların  bir  hissəsini  ilk  dəfə  1848-ci  ildə 
Ştutqartda «Şərqdə min bir gün», 1851-ci ildə Berlində 
«Mirzə  Şəfinin  şərqiləri»  adı  ilə  çap  etdirmişdir.  Nəşr 
olunan  bu  şərqilər  az  müddət  içərisində  böyük  şöhrət 
qazanmış və alman dilindən başqa rus, ingilis, fransız, 
italiyan, isveç, holland, norveç, danimarka, polyak, çex 
və  qədim  Yəhudi  dilinə  də  tərcümə  edilmişdir.  Bu 
şöhrət  F.Bodenştedti  şirnikdirdi  və  o,  25  il 
M.Ş.Vazehin  şeirlərinin  tərcüməsi  olduğunu  1873-cü 
ildə  birdən-birə  inkar  etdi,  Amerikada  tələbələr 
qarşısında  çıxışında  «Yaxşı  olar    ki,  mənə  Vazeh 
deyəsiniz...»  Özünü  bu  şeirlərin  müəllifi  elan  etdi. 
Avropada  ikitirəlik  yaratdı.  1912-ci  ildə  fransız 
F.Makler  Tiflisdəki  dostu  Sunduqyana  (Sandıqçıya) 
məktub  göndərib  Qafqazda    Mirzə  Şəfi  Vazeh  adlı 
adamı  tanıyıb  -  tanımadığını,  şair    olduğu  barədə  
məlumat  verməyi    xahiş    etdi.  O,    F.Köçərli    ilə  
görüşmüşdür.  Bu    xahişin      xeyirxahlıq      məqsədi  
daşıdığını    bilən  F.Köçərli  Vazehin  kimliyini 
öyrənmək üçün bir çox ziyalı ilə görüşmüş, əldə etdiyi 
məlumatları  Sunduqyana  vermək  istəyəndə  onun 
öldüyünü  qəzetdən  oxumuşdur...  Vazeh  məsələsi 
yalnız  Avropada  deyil,  Qafqaz  ziyalıları  arasında  da 
şübhə  doğurmuşdur.  Mirzə  Şəfinin  ölümündən  21  il 
sonra  başlayan  bu  inkarçılığı  Adolf  Berje  də 
Zaqafqaziya Şeyxülislamı Səlyaniyə istinad edib Mirzə 
Şəfinin  şairliyini  inkar  etdi  və  bununla  da 
F.Bodenştedtin  ədəbi  sirqətinə  bəraət  qazandırdı. 
Bundan sonra Rusiyada və Qərbi Avropada Mirzə Şəfi 

    Nəzakət Əliyeva 
 
 
74 
Vazehin  şeirləri  unuduldu.  Sovet  dövründə  bu  sahədə 
Əli  Əjdər  Seyidzadə,  M.Rəfili,  Yenikolopov  və 
başqaları  ciddi  araşdırmalar  apardılar  lakin  bu 
axtarışların 
hamısında 
F.Bodenştedt 
plagiator 
adlandırıldı.  Akif  Bayramov  XX  əsrin  70-ci  illərində 
bu 
məsələni 
Alman 
ədəbiyyatşünaslarının 
tədqiqatlarını  əsas  götürüb  «Y.Mundek  Mirzə  Şəfi 
haqqında»  məqaləsində  izah  etmişdir.  Məqaləni  necə 
varsa, eləcə də veririk. 
 
Y.MUNDEK MİRZƏ ŞƏFİ HAQQINDA 
 
Mirzə  Şəfi  irsi  60-70-ci  illərdə  alman 
ədəbiyyatşünaslarının  diqqətini  ciddi  surətdə  cəlb 
etmişdir.  1971-ci  ildə  Qərbi  Almaniyada,  Hamburq 
şəhərində  Y.Mundekin  «Mirzə  Şəfi  və  Fridrix 
Bodenşdet  Azərbaycan  ədəbiyyatşünaslığında»  adlı 
kitabı çapdan çıxmışdır. Müəllif Almaniyada və Sovet 
İttifaqında Mirzə Şəfi Vazehin həyat və yaradıcılığına 
aid  əsərləri  öyrənmiş,  sistemləşdirmiş  və  maraqlı 
mülahizələr irəli sürmüşdür. 
Başlıca məsələ bundan ibarətdir ki, müasir alman 
ədəbiyyatşünasları  Mirzə  Şəfi  Vazehin  şəxsiyyətini, 
onun  şairliyini  tərəddüdsüz  qəbul  edirlər.  Fridrix 
Bodenştetin  məlum  plagiatlığı  ilə  yanaşı,  onun  Qərb 
aləmində  Mirzə  Şəfini  tanıtması  xidməti  də  həmin 
tədqiqatlarda mühüm yer tutur. 
Y.Mundek  əsərinin  «Giriş»  hissəsində  (səh.5-7) 
kitabın yazılma  səbəblərini izah edir. Müəllif göstərir 
ki, 
1967-ci 
ildə  Tiflisə  səyahət  ərəfəsində 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
75 
F.Bodenştedtin «Şərqdə min bir gün» kitabını ilk dəfə 
oxumuşdur  Tiflisin  məftunedici  gözəlliyi  ilə  bərabər 
F.Bodenştedtin  xatırladığı  «Gecə  şərqiləri»  də  onun 
diqqətini  cəlb  etmişdir.  Məhz  Tiflisdə  Gəncəyə  görə 
bütün Avropa keçən əsrin II  yarısından  Mirzə Şəfini 
tanımışdır. 
 Y.Mundek  bu  qərara  gəlir  ki,  Almaniyaya 
qayıtdıqda  «Mirzə  Şəfi  nəğmələri»nin  müəllifliyini 
öyrənmək məqsədilə axtarışa başlasın. Bu məqsədlə də 
alman,  rus,  Azərbaycan  və  başqa  dillərdəki 
materialları  öyrənir.  O  Azərbaycan  alimlərinə 
minnətdarlığını  bildirir  ki,  Mirzə  Şəfiyə  aid 
ədəbiyyatla  onu  ətraflı  tanış  etmişlər.  Xüsusilə, 
Moskvada  Lenin  adına  kitabxana  fondunda  zəngin 
mənbələrlə tanış olmuşdur. Təəssüf edir ki, Mirzə Şəfi 
haqqında 
Azərbaycan 
dilində 
ədəbiyyat 
yox 
dərəcəsindədir. 
Ə.Səidzadənin, 
M.Rəfilinin, 
İ.Yenikolopovun  kitabları  rus  dilində  çıxmışdır. 
Y.Mundek bütün ədəbiyyatı nəzərdən keçirib  belə bir 
rəyə  gəlir  ki,  Azərbaycan  ədəbiyyatşünaslığı  həmin 
problemi – Mirzə Şəfi Vazehin həyat və yaradıcılığını 
kifayət  qədər  tədqiq  etməmişdir.  O,  Ə.Ə.Səidzadənin 
1969-cu ildə çıxmış - «Mirzə Şəfi» kitabını bu sahədə 
istisna edir. 
Y.Mundek 
alman 
müəlliflərindən 
Karl 
Zundermeyerin  1930-cu  ildə  Kildə  müdafiə  və  çap 
edilmiş  «Fridrix  Bodenştedt  və  Mirzə  Şəfinin 
nəğmələri»  dissertasiya  işinin  tamamilə  birtərəfli 
yazıldığını, Almaniya sağ ədəbiyyatşünaslarının əhval-

    Nəzakət Əliyeva 
 
 
76 
ruhiyyəsini  ifadə  etdiyini  göstərir.  Y.Mundekin  əsəri 
aşağıdakı problemləri əhatə edir: 
I.
 
Mirzə  Şəfi  alman  ədəbiyyatşünaslığında. 
Burada aşağıdakı məsələlər işıqlandırılır: Almaniyada 
Mirzə  Şəfi  ilə  ilk  tanışlıq,  Adolf  Berjenin  Mirzə 
Şəfınin  həyatı  haqqında  məqaləsi,  H.Burgeşin  Mirzə 
Şəfinin Tiflis şəhərində olmasına dair verdiyi məhdud 
məlumat. 
F.Bodenştedtin  öz  «saxta»  məlumatını  elan 
etməsi. 
Mirzə  Şəfi  istedadının  alman  tədqiqində 
Bodenştedtin əlavə məlumatından sonra keçdiyi yol. 
«Mirzə Şəfi nəğmələri»ndən nümunələr. 
II.
 
Mirzə  Şəfi  irsinə  Sovet  Azərbaycanında 
diqqətin artması. 
III.
 
Mirzə Şəfi haqqında Azərbaycan ədəbiyyat 
tarixçisi  Ə.Ə.Səidzadənin  son  və  geniş  tədqiqatı. 
Ümumən,  onun  əsərləri  haqqında  fıkirlər,  bu  sahədə 
fikir ayrılıqları.  
Mirzə Şəfi «Divani-hikmət»in banisi kimi. 
Mirzə Şəfınin fəlsəfi görüşləri. 
     Məxəzlər:  Alman  məxəzləri;  Azərbaycan  və  rus 
mənbələri 
və 
ikinci 
dərəcəli 
ədəbiyyat 
Ə.Ə.Səidzadənin tənqidi. 
A.Berje tərəfindən verilən Mirzə Şəfi şeirlərinin 
mətnləri.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                 
IV. Ümumazərbaycan  ədəbiyyatşünaslığında  Mirzə 
Şəfi  haqqında  tədqiqatın   təkamül   yolu. 
Birinci bölmədə deyilir ki, hələ bir əsr  bundan  

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
77 
əvvəl  Azərbaycan  şairi  Mirzə  Şəfinin  adı  bütün 
Avropada yayılmışdır. 
Y.Mundek  Mirzə  Şəfi  irsinin  öyrənilməsi 
tarixindən aşağıdakı maraqlı faktları gətirir: 
Türkoloq German Vamberinin «Türk xalqı, onun 
etimoloji  və  etnoqrafik  əlaqələri»  (Leypsiq,  1885 
əsərində Mirzə Şəfi şair kimi xatırladılır. 
Misirşünas  Henrix  Burgen  1860-cı  ildə  Tiflisdə 
Mirzə  Şəfi  ilə  əlaqədar  axtarış  aparmış  («Pruss 
səfirliyinin  İrandan  keçən  səyahəti  1860-1861»-
Leypsiqdə  1862-ci  ildə  çıxmışdır),  Mirzə  Şəfinin 
qəbrini  tapmışdır,  Mirzə  Şəfinin  qəbrini  tapmaq,  ona 
abidə  qoyulması  təklifini  irəli  sürmək  istəmiş,  lakin 
irsindən bir iz tapmamışdır. 
1853-cü  ildə  «Brokqauz-Yefron  ensiklopediya-
sı»nın  onuncu  nəşrində  Mirzə  Şəfi  adlı  gəncəli  türk 
şairinin  «Nəğmələri»nin  nəşri  qeyd  olunur,  nəğmələr 
təriflənir. 
Orada 
göstərilir 
ki, 
«Nəğmələr»i 
F.Bodenştedt  sərbəst  şəkildə  almancaya  tərcümə 
etmişdir.  Lakin  həmin  ensiklopediyada  Mirzə  Şəfinin 
Qarabağda doğulması və sağ olması haqqında məlumat 
səhvdir.  1852-ci  ildə,  yəni  ensiklopediyanın  onuncu 
nəşrindən bir il əvvəl Mirzə Şəfi vəfat etmişdi. 
1874-cü 
ildə  Bodenştedt  «Mirzə  Şəfinin 
irsindən» adlı kitabındakı giriş və əlavədə Mirzə Şəfini 
«şair və böyük alim» kimi qiymətləndirir. O bildirir ki, 
kitabdakı  bir  şeiri  «Molla,  şərab  bitəmizdir...»  (bax: 
«Şərqdə  min  bir  gün»,  1-ci  cild,  səh.60)  orijinaldan 
tərcümədir.  Qalanlar  özü  tərəfindən  sərbəst  tərtib 
edilmişdir. 

    Nəzakət Əliyeva 
 
 
78 
Ə.Ə.Səidzadə  isə  göstərir  ki,  həmin  misralarla 
başlayan şeir Mirzə Şəfiyə deyil, Füzuliyə məxsusdur. 
Füzulini yaxşı tanıyan Bodenştedt burada da səhvə yol 
vermişdir. 
Y.Mundekin  fikrincə  Mirzə  Şəfinin  şairlik 
istedadı,  zövqü  və  yaradıcılıq  işi  haqqında  dünya 
şərqşünaslığında  ən  müfəssəl  məlumat  verən 
F.Bodenştedtdir.  F.Bodenştedt  Mirzə  Şəfidə  özünü 
Allaha  qarşı  qoymaq  meyllərini,  onun  fəlsəfi 
müdrikliyini  göstərir.  Bəs  belə  olduğu  təqdirdə 
Azərbaycan  şairinin  alman  dilinə  tərcümə  olunmuş 
əsərlərindəki  bəzi  dini  əlamətlər  haradandır? 
Y.Mundek qeyd edir ki, «Mirzə Şəfi irsinə» dini ruhu 
F.Bodenştedt  özü  əlavə  etmişdir.  Onu  məşhurlaşdıran 
şair,  səyyah  dramaturq,  professor  F.Bodenştedt  1849-
1850-ci  illərdə  dərc  etdirdiyi  üç  cildlik  «Şərqdə  min 
bir  gün»  əsəri  ilə  özünə  ölməz  abidə  qoymuşdur. 
Bundan  sonra  naşirlərin  təşəbbüsü  ilə  1851-ci  ildə 
«Mirzə Şəfi nəğmələri» kitabı çıxmış və 1881-1922-ci 
illərdə  həmin  kitab  149  dəfə  nəşr  edilmişdir.  1922-ci 
ildən bəri «Nəğmələr» dərc edilmir. 
Mirzə  Şəfi  nəğmələri  əsas  Avropa  dillərinə, 
ruscaya,  hətta  yəhudi  dilinə  tərcümə  olunmuşdur. 
Y.Mundek  M.Şəfi  Vazehin  həyatı  haqqında  Sovet 
ensiklopediyasında,  A.Berjenin  məqaləsində  və  son 
əsərlərdə verilən məlumatı təhlil edir. Y.Mundek daha 
sonra  bildirir  ki,  F.Bodenştet  nəinki  Mirzə  Şəfinin 
bədii  əsərləri,  hətta  həyatı  haqqında  da  başqa 
mənbələrə nisbətən bəzi dəqiq faktları qeyd etmişdir. 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
79 
1889-cu  ildə  F.Bodenştet  özünün  70  illik 
yubileyində  (O,  1819-cu  ildə  Hannover  yaxınlığında 
Peynedə  doğulmuşdur)  demişdir  ki,  «Şərqdə  min  bir 
gün» kitabında öz müəlliminə sadiq qalmışdır. Guya o 
öz  müdrik  müəlliminin  yolu  ilə  gedərək,  onun 
fikirlərinə  sadiq  qalaraq  çoxlu  şeirlər  yazmışdır. 
Bundan  hələ  xeyli  əvvəl,  1874-cü  ildə  F.Bodenştedt 
«Mirzə  Şəfi  nəğmələrdə  və  həqiqətdə»  məqaləsində 
yazmışdır ki, o, Mirzə Şəfinin bir obraz kimi təcəssüm 
etmişdir. 
F.Bodenştedtin  bu  iddiaları  doktor  Samyel 
Conson  və  şotland  şairi  Makfersonun  böyük  etirazına 
səbəb  oldu.  Bu  etiraz  və  mübahisələr  Qərbdə  geniş 
miqyas  aldı.  Mübahisənin  məğzi  ondan  ibarət  idi  ki, 
Mirzə Şəfi şeirlərini bədii gücünə qiyməti yalnız Göte 
kimi  «Qərb-Şərq  divanı»  müəllifi  verə  bilərdi. 
F.Bodenştedtin  şairlik  istedadının  zəifliyi  isə  çoxdan 
məlum  idi.  Sonralar  Almaniyada  belə  bir  vəziyyət 
yarandı  ki,  hətta  F.Bodenştedtin  özü  yazdığı  şeir, 
dram,  novellaların  orijinallığına  hamı  şübhə  ilə 
yanaşdı. 
«XIX  əsr  alman  ədəbiyyatı  tarixi»  əsərinin 
(Berlin,  1899,  I  nəşr)  müəllifi  Pixard  Meyer 
F.Bodenştedti ittiham etməyə məcbur oldu. 
1961-ci  ildə  Ernes  Algerin  Ştutqartda  çap 
olunmuş  «XIX  əsrdə  alman  ədəbiyyatı»  əsərində 
F.Bodenştedtin 
xidməti 
(Puşkin, 
Lermontov 
şeirlərinin,  Xəyyam  rübailərinin,  Şekspir  sonetlərinin 
tərcüməsi)  yüksək  qiymətləndirilsə  də,  Mirzə  Şəfi 
irsini kölgədə qoymağa çalışmışdır... 

    Nəzakət Əliyeva 
 
 
80 
Ulu  öndər  Heydər  Əliyevin  “Biz  tariximizi, 
ədəbiyyatımızı 
yenidən 
yazmalıyıq” 
deməsi 
M.Ş.Vazeh  yaradıcılığını  orijinal  şəkildə,  yeni  tərzdə  
işlənməsinə imkan verir. Ədəbi üfüqün sonsuzluğunda 
Mirzə  Şəfi  Vazeh  Kərbəlayi  Sadıq  oğlunun 
poeziyasının  Avropaya  inteqrasiya  olunduğu  sevinc 
doğurur.  Aydın  olur  ki,  Şərq  təfəkkürü,  həmişə  Qərb 
təfəkkürünü 
reallığa 
yönəltmişdir. 
Dünya 
mədəniyyətinin  korifeylərinin  Mirzə  Şəfi  Vazehə 
heyranlığı da bununla bağlıdır... 
 
 
MİRZƏ ŞƏFİNİN MAARİFÇİLİYİ 
 
Dövründən,  ictimai-sosial  və  siyasi  hadisələrin 
mürəkkəbliyindən 
asılı 
olmayaraq 
Azərbaycan 
ədəbiyyatında  maarifçilik  poeziyadan  -  Nizamidən 
başlamış, Nəsimi maarifçiliyi özünü təsdiqləmək üçün 
«Ənəlhəq»  deyib  üsyan  etmiş,  bu  Füzulidə  yüksək 
zirvəyə  çatmış  Xətaidə  formalaşmış,  XIX  əsrdə 
əvvəlki mütəfəkkirlərdən fərqli olaraq A.A.Bakıxanov 
və  M.Ş.Vazeh  kimi  təşəkkül  dövrü  realist 
maarifçilərini  yetirmişdir.  Bu  hər  iki  şəxsin 
maarifçiliyi  onların  müəllimliyini  də  özlərində  ehtiva 
edir... 
Maarifçilik,  sadəcə  olaraq  maarifi  xalq  kütlələri 
arasında yaymaqdan ibarət deyildir. Maarifçilik, tarixi 
inkişafın  müəyyən  mərhələlərində  yaranan  və 
müəyyən  siniflərin  mənafeyinə  xidmət  edən  siyasi  və 
ictimai bir hərəkatdır. 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
81 
Maarifçilik, 
ümumiyyətlə, 
təhkimçilik 
hüququnun  və  onun  iqtisadi,  ictimai,  hüquq 
sahələrində doğurduğu nəticələrin əleyhinə çıxan və bu 
ictimai,  quruluşun  məngənəsində  əzilən  xalq 
kütlələrinin,  xüsusilə  aşağı  təbəqənin  hüququnu 
müdafiə  edən  bir  hərəkat  kimi  tarixdə  məlumdur. 
Əlbəttə, bu hərəkatın məramnaməsində avam kütlələri 
maarifləndirmək və bu yolla onlara öz hüququnu başa 
salıb  onları  oyatmaq  əsas  yer  tutur  ki,  maarifçilik  də 
bununla əlaqədardır. 
1840-cı 
ildə 
M.F.Axundov 
Tiflis 
qəza 
məktəbində  tatar  (Azərbaycan)  dili  müəllimliyi 
vəzifəsindən  istefaya  çıxarkən  öz  yerinə  köhnə 
müəllimi Mirzə Şəfini məsləhət görmüşdür. 1840-cı il 
mayın  3-də  Tiflis  qəza  məktəbinin  ştatlı  nəzarətçisi 
X.Abovyan Zaqafqaziya məktəbləri direktoruna raport 
verir;  bu  raportda  tatar dili  üzrə  azad  edilmiş  vəzifəni 
Elisavetpol  müsəlmanlarından  Mirzə  Şəfi  Sadıq 
oğlunun tuta biləcəyi tövsiyə edilir. X.Abovyan həmin 
raportda  Mirzə  Şəfini  yaxşı  bir  alim  və  pedaqoq  kimi 
səciyyələndirir  və  məktəbə  onun  böyük  xeyir 
verəcəyini  xüsusi  olaraq  qeyd  edir.  Lakin  rəisliyin 
sərəncamına  görə  həmin  vəzifəni  tutmaq  üçün  Mirzə 
Şəfi  imtahan  verməli  olur.  Təşkil  edilmiş  imtahan 
komissiyası Mirzə Şəfinin gözəl biliyə malik olduğunu 
etiraf  edir.  Bütün  bunlara  baxmayaraq  uzun  əzab-
əziyyətdən,  süründürmədən  və  1841-ci  il  yanvar 
ayında  Mirə  Şəfiyə  and  içdirdikdən  sonra  o  öz 
vəzifəsini  ifa  etməyə  başlamışdır.  Mirzə  Şəfi, 
X.Abovyanın  ümid  və  etimadını  tamamilə  doğrultdu. 

    Nəzakət Əliyeva 
 
 
82 
Abovyanın  yerinə  gəlmiş  yeni  nəzarətçi  Mirzə  Şəfi 
haqqında  belə  deyirdi:  “Tatar  dili  sahəsindəki 
müvəffəqiyyət lap yaxşıdır; 2-ci və 3-cü sinif şagirdləri 
tatar  dilində  tamam  qayda  ilə  oxuyur  və  yazırlar;  bu 
şagirdlər  arasında  öz  fikrini  hətta  şərh  etməyi 
bacaranlar da vardır”.  
Həmin  məktəbdən  başqa,  Mirzə  Şəfi  qapalı 
xüsusi  orta  məktəblərdə  də  dərs  deyir  və  gözəl 
müvəffəqiyyətlər  qazanırdı.  Özünü  bilikli  hesab  edən 
bir  çox  adamlar  öz  birinciliyini  Mirzə  Şəfiyə  güzəştə 
getməyə məcbur olurdu; belə bir vəziyyət istər-istəməz 
öz  peşə  yoldaşları  içərisində  Mirzə  Şəfiyə  düşmən 
yaradırdı.  Mirzə  Şəfini  görməyə  gözü  olmayanlardan 
biri, özünü “Bağdad müdriki” adlandırmış Mirzə Yusif 
Şahnazarov deyilən bir nəfər idi.  
Mirzə  Şəfi  həqiqətən  istedadlı  alim  olmuşdur. 
Onu Mirzə Yusif kimi kütbeyinlərlə heç cür müqayisə 
etmək olmazdı. Bunu Mirzə Şəfi özü də hiss edirdi. O 
özünün şeirlərindən birində yazır: yox, yox, Mirzə Şəfi 
belə yaratmır, o belə yaratmır. O, qəlbində isti çeşmə, 
döşündə  çiçəklənən  bağ  bəsləyir;  onda  ulduzlar 
səyrişir, ətrafa ətir saçır.  
Mirə  Şəfi  öz  vaxtını  sadə  camaat  arasında 
keçirməyi  sevirdi;  lakin  bunu  o,  camaata  bənzəmək 
üçün  deyil,  özünün  dediyi  kimi,  “varlığın  sirrini 
stəkanda tapmaq”dan ötrü edirdi.  
Mirzə  Şəfi  öz  şagirdlərinə  yanaşmağı  bacaran 
gözəl  pedaqoq  olmuşdur.  O,  olduqca  qəşəng  xətlə 
yazırdı.  Bununla  yanaşı  Mirzə  Şəfi  öz  yazısına 
rəngarənglik  verir,  hərfləri  mətnin  məzmununa 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
83 
uyğunlaşdırırdı.  Adi  şeylər  haqqında  yazmaq  lazım 
gəldikdə,  Mirzə  Şəfi  bunu  sadə  geyimə  salır,  qəşəng 
şeyləri  bayramsayağı  ifadə  edir,  qadınlara  aid  olan 
məktubu isə xüsusi incə xətlə yazırdı.  
M.F.Axundov  Mirzə  Şəfiyə  yüksək  qiymət 
vermişdir. 
O, 
Mirzə 
Şəfini 
böyük 
müdrik 
adlandırmışdır.  Mirzə  Şəfi  Qərbi  Avropa  ədəbiyyatını 
Bakıxanovun  və  Bodenştedtin  vasitəsilə  oxumuşdur. 
Mirzə Şəfi rus ədəbiyyatına da yaxşı bələd idi.  
Mirzə  Şəfinin  fikirləri  ruhaniləri  çox  narahat 
edirdi.  Odur  ki,  onlar  Mirzə  Şəfini  taqsırlandırmaq 
üçün  bəhanə  axtarırdılar.  Ruhanilər  Mirzə  Şəfiyə 
böhtan  ataraq  deyirdilər  ki,  guya  o  öz  nəğmələri  ilə 
gəncliyi  pozur.  Ruhanilər  belə  nəğmə  yazmaqdan 
Mirzə Şəfini uzaqlaşdırmağa çalışır, onu açıqdan-açığa 
hədələyirdilər. Mirzə Şəfi onlara qarşı olan öz qəzəbini 
dönmədən,  axıradək  bildirirdi.  Mirzə  Şəfi  özü  ilə 
ruhani  və  mollalar  arasındakı  münasibətə  dair  deyir: 
ayı ilə onun təlimçisi necə rəftar edirsə, mənimlə də bu 
cür rəftar etmək istəyirlər. Ayının təlimçisi onun dişini 
çıxarır və sonradan onu zəncirləyir.  
Ruhaniliyin  bütün  çürüklüyünü  və  zərərini  başa 
düşən  Mirzə  Şəfi  dinə  qarşı  şeirlər  yazmaqda  davam 
edirdi. O yazırdı: şairin şeirlərindən məscid iyi gəlirsə 
və  o  dəhşətlə  sızıldayırsa,  demək  şairin  başı  boş, 
bilikləri isə dumanlıdır.  
Mirzə  Şəfi  təkcə  bu  şerində  deyil,  bir  sıra  digər 
şeirlərində də məscidə və ona qulluq göstərənlərə qarşı 
hücum edirdi. O özünün “Mirzə Şəfi nəğmə deyir” adlı 
şerində yazır: mənimlə bizim müctəhid arasındakı fərq 

    Nəzakət Əliyeva 
 
 
84 
nədədir?  Bizim  hər  ikimiz  xalq  qarşısında  öyüd-
nəsihətlə  ağlımızın  yükündən  azad  olmağa  çalışırıq: 
mən nəğmə ilə, o-iyrənc ciyilti ilə; onun ürəyi qalın ət 
içərisində elə dərin gizlənmişdir ki, heç zaman heç bir 
şey onun ürəyindən xaricə çıxmır; mən isə öz ürəyimi 
dilimdə  gəzdirirəm.  O  məni  gizlində  dili  ilə  dalamağı 
sevir,  mən  isə  açıqdan-açığa  onu  ifşa  edirəm;  mən 
onun qəzəbindən qorxmaqdansa, o mənim istehzamdan 
daha çox qorxur.  
Mirzə  Şəfinin  müctəhidə  aid  olan  bu  söhbəti 
göstərir  ki,  o,  ruhanilərin  yaltaq,  qorxaq,  başı  boş 
olduğunu cəsarətlə tənqid etmişdir.  
Ruhanilərin  fitnəsi  ilə  Mirzə  Şəfi  Tiflisdən 
uzaqlaşdırılır;  o,  Gəncəyə  gəlir,  yenidən  müəllimlik 
edir,  şairlərlə  durub  oturur  və  “Vazeh”  təxəllüsünü 
daşıyır.  
1850-ci  ildə  Mirzə  Şəfi  yenidən  Tiflisə  qayıdır. 
O,  1850-ci  il  yanvarın  1-dən  Tiflis  gimnaziyasında 
tatar  dili  üzrə  kiçik  müəllim  vəzifəsinə  təyin  edilir. 
Şairin  həyatının  bu  dövrü  onun  əsaslı  əsəri  olan 
“Müntəxəbat”la  əlamətdardır.  Bir  dərslik  olmaq 
etibarilə  bu  müntəxəbat  gimnaziyada  tatar  dili  üçün 
hazırlanmışdır.  Müasirlərinin  rəyinə  görə  bu  kitab 
gözəl dərslik olmaqla bərabər, qiymətli elmi əsər imiş; 
bu kitab haqqında aşağıda ətraflı danışacağıq.  
Mirzə  Şəfi  1852-ci  il  noyabrın  16-da  mədə 
iltihabından vəfat etmişdir.  
Berje  Mirzə  Şəfi  haqqında  yazır:  “Mirzə  Şəfi  öz 
şəxsi  həyatında  yüksək  əxlaq  saflığına  və  qəlbinin 
nadir 
keyfiyyətlərinə 
görə 
onu 
tanıyanların 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
85 
məhəbbətini  qazanmışdır.  Onun  qəbri  Tiflisdədir  və 
çoxdan alaq basmışdır”.  
Azərbaycan xalqının istedadlı oğlu, bütün varlığı 
ilə  hər  cür  istismarçılara,  müftəxorlara  nifrət  etmiş 
müdrik  alim,  müəllim,  şair,  vətəndaş  olan  Mirzə  Şəfi 
öz həyatını belə başa vurmuşdur.  
Mirzə Şəfinin nəğmələrində şənlik səslənir, orada 
adi  həyat  öz  əksini  tapırdı.  Onun  nəğmələri  müxtəlif 
mövzuya:  ruhaniliyin  riyakar  əxlaqına  qarşı  etiraza, 
məmurlar  dairəsinin  əxlaqına  rişxənd  etməyə,  əməyin 
mədhinə, dostluq, sevgi, beynəlmiləlçilik, doğruçuluq, 
namusluluq və düşüncəliliyə həsr edilirdi.  
Rus  tərcüməçilərindən  biri  Mirzə  Şəfinin 
poeziyasına  belə  qiymət  verir:  “Mirzə  Şəfinin  nəğmə 
və fikirləri özünün şairanə, ruhlandırıcı xüsusiyyəti ilə 
müvəffəqiyyətə layiq olmuşdur... Onun şerində həyata 
gümrah və həyəcanlı bir baxış əks olunmuşdur. Lakin 
buradan  o  nəticə  çıxmır  ki,  müəllif  dövrünün 
xəstəliklərinə,  kölgəli  cəhətlərinə  qarşı  laqeyd 
olmuşdur;  əksinə,  o,  bu  cəhətləri  kifayət  qədər  başa 
düşür  və  öz  poeziyasında  onu  tərənnüm  edir;  buna 
baxmayaraq  onun  poeziyasında  gümrah  və  işıqlı  bir 
ahəng hökm sürür”.  
“Mirzə Şəfinin nəğmələri” adlı kitab Bodenştedti 
məşhur  etmiş  və  dünyanın  demək  olar  ki,  bütün 
dillərinə  tərcümə  olunmuşdur;  hətta  o,  qədim  yəhudi 
dilinə də tərcümə edilmişdir.  
Mirzə  Şəfinin  yüksək  ideyaları  ölmədi,  bu 
ideyalar  gələcək  nəslin  inkişafına  təsir  göstərdi  və 
M.F.Axundov  kimi  mütəfəkkirlər  Mirzə  Şəfinin 

    Nəzakət Əliyeva 
 
 
86 
mütərəqqi ideyalarını mənimsəyib, onu daha da inkişaf 
etdirdilər.  
 
 
Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin