MEHDĠ ƏLĠYEV: TANINMIġ TƏHSĠL
TƏġKĠLATÇISI, BÖYÜK MÜƏLLĠM
Professor Misir Mərdanov
...Ölüm sevinməsin qoy, ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər,
Şirin bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər...
Bu hikmət dolu müdrik kəlamlar xalq şairi Səməd
Vurğunun dahi Azərbaycan bəstəkarı Üzeyir bəy
Hacıbəylinin vaxtsız ölümünə həsr etdiyi şeirdən bir
parçadır. Dillər əzbəri olan bu kövrək misralarda
əbədiləşən dərin məzmunlu ifadələrin təsiri ilə qanrılıb
yaşadığımız illərin arxasından keçmişə boylananda,
ömür yolunda qarşısına çıxan fərqli insanların nəcib və
xeyirxah əməllərini xatırlayanda, elm, təhsil və
mədəniyyət
tarixində
əbədi
imzasını
qoyan,
soydaşlarının könül dünyasında özünə əbədi məskən
salan böyük şəxsiyyətləri bir anlığa göz önünə
gətirəndə istər-istəməz bu dünyadan köçsə də, özündən
sonra xoş xatirələr, əbədiyaşar əməllər və silinməz
izlər qoyan, necə deyərlər, "sevərək yaşayan, sevilərək
ölən" yaxşı insanlar, yaxşıların yaxşıları yada düşür...
Bu bir həqiqətdir ki, ömrün uzun-qısalığından,
ictimai-siyasi mühitin özəlliklərindən asılı olaraq hər
bir fərdin həyatından, ömür yolundan minlərlə, bəlkə
də yüz minlərlə insan keçə bilir. Lakin həmin
insanların arasında yadda qalanlar, daim xoş xatirələrlə
anılanlar, hər zaman ruhuna rəhmət oxunanlar, sözsüz,
az, hətta lap az olur. Çünki yadda qalmaq üçün gərək
Nəzakət Əliyeva
104
Mehdi Əliyev
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
105
minlərdən, yüz minlərdən seçiləsən, gərək həmişə, hər
yerdə öz yolun, öz sözün, öz əməlin olsun, gərək
həyatda və insanların qəlbində silinməz izlər qoya
biləsən. Gərək elə ömür yaşayasan ki, sən bu dünyada
olmayanda da yerin görünsün, yoxluğun hiss edilsin və
səni tanıyanlar : qəlbinin dərinliklərindən gələn nisgilli
bir pıçıltı ilə "Nə yaxşı dünyada yaxşı var imiş, yoxsa
qırılardıq yaman əlindən",- deyə bilsinlər...
XX əsr Azərbaycan ali təhsili və elminin
inkişafına layiqli töhfələr vermiş, ölkəmizdə ali təhsilin
qurucularından biri, görkəmli elm və təhsil təşkilatçısı,
tanınmış, elm və maarif xadimi, peşəkar müəllim, saf
və
səmimi
insan,
əsl ziyalı, uca şəxsiyyət,
respublikamızda elm və təhsilin yorulmaz cəfakeşi
Mehdi Əliyevi xatırlayanda bu böyük insanı
tanıyanların,
onu
sevənlərin,
saysız-hesabsız
yetirmələrinin hamısı kimi, mənim də qəlbimin
dərinliklərindən bayaqkı hikmət dolu söz və ifadələr
keçir.
Doğrusu, Mehdi müəllim mənə dərs deməsə də,
ali təhsil aldığım universitetin rektoru kimi, onu hər
zaman ideal müəllim və təhsil təşkilatçısı hesab
etmişəm. Ötən əsrin 60-cı illərində tələbəsi olduğum
Bakı Dövlət Universitetinə qəbul olana qədər yaxın
qohumum, Mehdi müəllimin yetirməsi professor
Niftalı Qocayevdən onun haqqında çox xoş sözlər
eşitmişdim. 1964-cü ildə Universitetə daxil olub,
yataqxanada qalmağa başladım. İstər yataqxanada,
istərsə
də
universitet auditoriyalarında Mehdi
müəllimin humanizmi, xeyirxahlığı, saflığı, düzlüyü,
Nəzakət Əliyeva
106
nəcibliyi haqqında yuxarı kurs tələbə-seminariyanın
direktoru Cavad bəy Rəfibəyli, Əhməd Cavad
Axundzadə, Mikayıl Rzaquluzadə və digər tanınmış
milli ziyalılardan mükəmməl dərs alaraq təkcə peşəkar
müəllim kimi deyil, həm də milli dəyərlərə sahib çıxan
Azərbaycan vətənpərvəri kimi yetişmişdir. Xatırlatmaq
yerinə düşər ki, Mehdi Əliyevlə yanaşı, həmin
seminariyadan sonralar böyük ədəbiyyatşünas alim
olmuş akademik Həmid Araslı, görkəmli alim-yazıçı,
professor Mir Cəlal Paşayev də məzun olmuşdular...
Seminariyanı bitirdikdən sonra az müddət Gəncə
şəhərində pedaqoji fəaliyyətlə məşğul olan Mehdi
Əliyev ali təhsil almaq arzusu ilə Bakıya yollanır.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı
Dövlət
Universitetinin
(1922-ci
ildən
artıq
"Azərbaycan Dövlət Universiteti" adlandırılmağa
başlanmışdı) fizika-riyaziyyat fakültəsinə daxil olmuş,
1930-cu ildə oranı uğurla bitirmişdir. Ali təhsilini
yüksək göstəricilərlə başa vuran Mehdi Əliyev
istedadlı və perspektivli kadr kimi Azərbaycan Dövlət
Pedaqoji İnstitutunda fizika-riyaziyyat fakültəsinə
dekan vəzifəsinə göndərilir. Yeri gəlmişkən, onu da
deməliyik ki, 1930-cu ildə Azərbaycan Dövlət
Universiteti SSRİ-də aparılan ali təhsil islahatlarına
uyğun olaraq 4 instituta parçalanmışdı. Bu ali təhsil
müəssisələrindən biri də Pedaqoji İnstitut idi. Mehdi
Əliyev yenidən təşkil olunmuş Azərbaycan Dövlət
Pedaqoji İnstitutunda 1935-ci ilədək dekan vəzifəsində
uğurla çalışmışdır. O, bu illərdə Pedaqoji İnstitutla
yanaşı, Azərbaycan Tibb İnstitutunda, Azərbaycan
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
107
Kənd Təsərrüfatı İnstitutunda, Azərbaycan Sənaye
İnstitutunda mühazirələr oxumuş, milli kadrların
yetişdirilməsinə öz töhfələrini vermişdir. Mehdi Əliyev
Azərbaycan
Dövlət
Universiteti
yenidən
bərpa
olunandan
(1934)
sonra
özünün
elmi-pedaqoji
fəaliyyətini orada davam etdirmiş, 1935-ci ildən
ömrünün sonunadək bütün elmi-pedaqoji və təşkilati
fəaliyyəti kiçik fasilələrlə doğma Universitetlə bağlı
olmuşdur.
Böyük Vətən müharibəsi (1941) başlananda o
zaman universitetin rektoru olmuş Cəbrayıl Ələsgərov
kimi, fizika-riyaziyyat fakültəsinin dekanı vəzifəsində
çalışan Mehdi Əliyev də könüllü olaraq cəbhəyə
yollanmış, müharibənin dəhşətlərini öz gözləri ilə
görmüş, ön cəbhədə vuruşmuş, düşmən gülləsinə tuş
gələrək ağır yaralanmış və ordudan tərxis olunduqdan
sonra Universitetdə yenidən elmi-pedaqoji fəaliyyətə
başlamışdır. Belə ki, 1944-cü ildə Universitetin fizika-
riyaziyyat fakültəsinə yenidən dekan seçilən Mehdi
Əliyev müharibənin ağır zərbələrinə məruz qalmış
respublikamızda ali təhsilin yenidən qurulması və
inkişafı yolunda ömrünün sonunadək fədakarcasına
çalışmış, nəticədə Azərbaycanda ali təhsil sisteminin
əsas qurucularından və görkəmli təşkilatçılarından biri
kimi, çağdaş təhsil tariximizə öz əbədi imzasını və
şərəfli ziyalı adını həkk etdirməyə nail olmuşdur.
Mükəmməl
və
dərin
biliyi,
hərtərəfli
dünyagörüşü və ziyalılığı, peşəkar müəllim ustalığı,
səmərəli təşkilatçılıq qabiliyyəti, yüksək mənəvi-əxlaqi
keyfıyyətləri, insansevərliyi və vətənpərvərliyi ilə
Nəzakət Əliyeva
108
parlaq və uca şəxsiyyət kimi formalaşan Mehdi Əliyev
1952-ci ildə Azərbaycan Dövlət Universitetinin tədris
işləri üzrə prorektoru kimi məsul vəzifəyə irəli
çəkilmiş, o, bu vəzifədə çalışdığı on il ərzində
respublikamızda ali təhsilin öncülü və bayraqdarı olan
universitetdə tədrisin yüksək səviyyədə təşkili, elmi və
pedaqoji
işlərin
bir-biri
ilə
peşəkarlıqla
əlaqələndirilməsi,
ölkə
üçün
yüksəkixtisaslı
mütəxəssislərin
yetişdirilməsi
sahəsində
böyük
uğurlara imza atmış, nəticədə Azərbaycanın elmi-
pedaqoji, təhsil ictimaiyyəti arasında sayılıb-seçilən
şəxsiyyətə, böyük nüfuz sahibinə çevrilmişdir.
Universitetin tələbələri arasında dolaşan söhbətlər
məndə bu fenomenal insana olan əvvəlki hörmət və
ehtiramımı bir qədər də artırdı. Xoşbəxtlikdən tale elə
gətirdi ki, uzun illər o zaman respublikada yeganə olan
universitetdə tədris işləri üzrə prorektor işləmiş,
sonralar Azərbaycan Dövlət Pedaqoji İnstitutuna
rektor təyin olunmuş Mehdi Əliyev mən II kursda
oxuyanda yenidən Bakı Dövlət Universitetinə rektor
kimi qayıtdı. Bundan sonra Mehdi müəllimi daha
yaxından tanımaq imkanı qazandım. Çox keçmədi ki,
Universitet müəllim və tələbələri arasında Mehdi
müəllim haqqında dolaşan miflərin həqiqət və
gerçəklik olduğunu öz gözlərimlə gördüm, öz qəlbimlə
duydum.
Açığını deyim ki, Mehdi müəllimin dünyasını
dəyişməsindən
keçən
müddətdə
onunla yaxın
ünsiyyətdə olmuş insanlarla, görkəmli elm və təhsil
xadimləri ilə olan çoxsaylı söhbətlərdə hamıdan bu uca
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
109
Nəzakət Əliyeva
110
şəxsiyyət haqda yalnız xoş sözlər eşitmişəm. Mehdi
müəllim
haqqında
gördüklərim,
eşitdiklərim,
oxuduqlarım və bildiklərim məndə bu görkəmli təhsil
fədaisinə vurğunluğu daha da artırdı, onu ideal bir
ziyalı, təhsil fədaisi kimi qəbul etməyimə əsas verdi...
Doğrudur, bu gün haqq dünyasında uyuyan
Mehdi müəllimi bizdən qırx illik bir zaman kəsiyi
ayırır. Çoxdan idi ki, Mehdi müəllimin ziyalılığa örnək
ola biləcək ömür yoluna yenidən işıq tutmaq, onun
şərəfli ziyalı həyatının enişli-yoxuşlu məqamlarını bir
daha yada salmaq, 65 illik ömrünün 40 ildən çoxunu
yorulmadan, usanmadan Vətənimizdə elmin, təhsilin
inkişafına, milli kadrların yetişdirilməsinə həsr etmiş
bu maarif, təhsil, elm fədaisini müasir gəncliyimizə
yaxından tanıtmaq arzusunda idim. Son illərdə
Azərbaycanın təhsil tarixinə dair araşdırmalarım
zamanı Mehdi Əliyev haqqında əldə etdiyim yeni
faktlar hazırda təhsil ictimaiyyətinin diqqətinə təqdim
olunan bu yazının yaranmasına gətirib çıxartdı...
Mehdi müəllim haqqında böyük məmnuniyyətlə
qələmə aldığım bu kövrək sətirlər az qala yarım əsrə
yaxın bir müddətdə ürəyimin dərinliyində yer almış
ülvi hisslərin təzahürüdür, görkəmli elm və təhsil
xadiminə, tanınmış fizik alimə, ömrünü elm və təhsilin
inkişafı yolunda şam kimi əritmiş böyük Azərbaycan
ziyalısına, ölkəmizdə ali təhsilin qurucularından biri
olan uca şəxsiyyətə olan dərin ehtiramın ifadəsidir, -
desəm mən yalnız həqiqəti etiraf etmiş olardım.
Hörmətli oxucu! Gəlin bu böyük ömür yolunu
birlikdə vərəqləyək.
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
111
Mehdi Sadıq oğlu Əliyev 1907-ci il dekabrın 21-
də Azərbaycanın qədim və zəngin mədəniyyət
mərkəzlərindən olan Gəncədə ziyalı ailəsində doğulub.
Əslən qədim Gəncənin əsilzadə ailələsində dünyaya
gələn Mehdi müəllim XIX əsrin sonundan Gəncədə
fəaliyyət göstərməyə başlamış rus-müsəlman (rus-
Azərbaycan) məktəbində və kişi gimnaziyasında
mükəmməl təhsil almışdır.
Mehdi Əliyev 1920-1924-cü illərdə təhsilini ötən
əsrin əvvəllərində Azərbaycanda müəllim kadrları
hazırlayan ilk seminariya kimi yaradılan (1914) və
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920)
milliləşdirilən Gəncə Müəllimlər Seminariyasında
davam etdirərək müəllimlik peşəsinə yiyələnmişdir.
Məlumat üçün onu da deməliyəm ki, həmin seminariya
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra
böyük şairimiz Məhəmməd Füzuli adına Gəncə
Müəllimlər Seminariyası (Həmin Seminariyanın 1923-
1927-ci
illərdə
direktoru
Kiyev
İmperator
Universitetinin tarix - filologiya fakültəsinin məzunu
(1916) olmuş, Azərbaycanın bir çox ali məktəblərində
müəllim işləmiş, sonralar repressiyaya məruz qalmış
Cavad
bəy
Rəfibəyli (1890- 1956 olmuşdur)
adlandırılmış, Mehdi Əliyev də həmin təhsil
müəssisəsinin beşinci buraxılışından məzun olmuşdur.
Burada o, 1962-ci ildə Mehdi Əliyevin elm, təhsil və
idarəçilik sahəsindəki zəngin təcrübəsi və yüksək
peşəkarlığı, ən başlıcası isə yüksək mənəviyyatlı
ziyalılığı nəzərə alınaraq respublika rəhbərliyi
tərəfindən Azərbaycanın ən qocaman pedaqoji ali
Nəzakət Əliyeva
112
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
113
təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji
İnstitutuna rektor təyin olunmuşdur. 1965-ci ilədək
Mehdi müəllim bu institutda yüksək ixtisaslı ali
pedaqoji kadrların hazırlanmasında, elmi-tədqiqat
işlərinin aparılmasında, institut kollektivi arasında
sağlam mənəvi-əxlaqi iqlimin formalaşmasında əsaslı
dönüşə nail olmuş, respublikanın peşəkar müəllim
kadrlarına olan tələbatının ödənilməsinə sanballı
töhfələr vermişdir. Beləliklə, Mehdi müəllim rektor
kimi ali təhsilin təşkili və qurulması sahəsində bilik və
bacarığını, yüksək təşkilatçılığını, fədakar əməyini,
dərin intellektual səviyyəsini, mənəvi təmizliyini,
idarəçilikdə misilsiz ünsiyyət mədəniyyətini və şəxsi
nüfuzunu Azərbaycanın təhsil ictimaiyyəti və xalqı
qarşısında bir daha ləyaqətlə təsdiqləmiş oldu.
Bütün bu yüksək əxlaqi-mənəvi dəyərlər 1965-ci
ildə Mehdi Əliyevin yenidən Azərbaycan Dövlət
Universitetinə daha yüksək statusda - rektor kimi
qayıdışına səbəb oldu. O, bu məsul və şərəfli vəzifəni
1970-ci il dekabrın 26-na kimi böyük uğur və ləyaqətlə
daşıdı.
Mehdi müəllimin universitetə rəhbərlik etdiyi
həmin illərdə onun fədakar əməyi, yüksək təşkilatçılıq
məharəti və dərin intellekti sayəsində elm və
təhsilimizdə böyük uğurlar qazanıldı. Bu illər doğma
universitetimizin
tarixində
bir sıra yaddaqalan
hadisələrlə əlamətdar oldu. Belə ki, bu dövrdə
yüksəkixtisaslı kadr hazırlığı və elmi-tədqiqat işləri
sahəsində əsaslı uğurlar qazanılmış, universitetdə bir
sıra elmi istiqamətlər (məsələn, neft kimyası,
Nəzakət Əliyeva
114
fiziologiya, yarımkeçiricilər fizikası və s). üzrə elmi
məktəblər formalaşmış, həmin istiqamətlər üzrə
kafedralar və problem laboratoriyaları yaradılmışdır.
Mehdi müəllimin təşəbbüsü ilə bu illərdə
universitet məzunları arasında xüsusi istedadı ilə
seçilənlərin
sistematik olaraq keçmiş Sovetlər
Birliyinin tanınmış elm mərkəzlərinə, universitetlərinə
aspiranturaya
və
stajirovkaya
göndərilməsinə
başlanmışdır. Hazırda universitetdə çalışan tanınmış
professor-müəllim heyətinin böyük əksəriyyəti o
illərdə yetişmiş elmi-pedaqoji kadrlardır. Bu gün
universitetin elmi-pedaqoji kadrları arasında Mehdi
müəllimin qayğılarından bəhrələnən alimlərimiz onu
minnətdarlıq duyğuları ilə xatırlayırlar.
Mehdi Əliyevin rektor olduğu illər Azərbaycanın
çağdaş mədəniyyət və təhsil tarixində Azərbaycan
Dövlət Universitetinin 50 illik tarixi yubileyinin (1969)
keçirilməsi, həmin yubiley tədbirində Azərbaycanın o
zamankı rəhbəri, ümummilli lider Heydər Əliyevin ana
dilində çıxış etməsi, bununla da xalqımızın milli
özünüdərk və oyanışında yeni mərhələnin başlanması
ilə də yaddaşlarda qalıb. Bu tarixi yubileyin
keçirilməsində, təşkilində, universitet tarixinə dair
zamanına görə ən sanballı əsərin (Xəlil Əlimirzəyev.
Azərbaycan Dövlət Universiteti 50 ildə. Bakı: 1969)
yazılmasında ADU-nun rektoru Mehdi Əliyevin də
xüsusi xidmətləri olmuşdur.
Mehdi müəllim Azərbaycanda elm, təhsil
sahəsində görkəmli təşkilatçı olmaqla yanaşı, qırx
ildən artıq ardıcıl olaraq peşəkar müəllimliklə,
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
115
pedaqoji
fəaliyyətlə də
məşğul olmuşdur. O,
respublikanın bir sıra ali məktəblərində, həmçinin
Tiflisdəki Zaqafqaziya Dəmir Yolları İnstitutunda
mühazirələr
oxumuşdur.
Onu
tanıyanların,
yetirmələrinin və tələbələrinin söylədiyinə görə, Mehdi
müəllim özünəməxsus qeyri-adi pedaqoji istedada və
ustalığa malik pedaqoq idi. Mehdi müəllim məntiqli,
sistemli,
aydın,
anlaşıqlı,
dərin
məzmunlu
mühazirələrini
söyləməkdən
xüsusi
zövq
alar,
dinləyicilərin qəlbini sanki ovsunlamağı bacarardı.
Bir məqamı da xüsusi vurğulamaq istərdim. Son
dərəcə səmimi, geniş ürəkli, humanist insan kimi
ziyalılar arasında tanınan və bu gün yaddaşlarda böyük
ziyalı kimi qalan Mehdi Əliyevdən söz düşəndə hamı
etiraf edir ki, insanın yadına ilk olaraq "müəllim" sözü
düşür. Həmkarları ona həmişə "Mehdi müəllim", -
deyə müraciət edərdilər. Mənə elə gəlir ki, "Mehdi
müəllim" ifadəsi daha ürəyəyatan, qəlboxşayandır.
Sanki müəllimlik onun boyuna biçilmişdi. Mehdi
müəllimdə Azərbaycanın köhnə kişilərinə, xüsusən
klassik müəllim-pedaqoqlara xas olan bir ürək
genişliyi, mərdlik, qürur, səmimiyyət və doğmalıq,
ədəb-ərkan, səliqə-sahman, yüksək davranış və
ünsiyyət mədəniyyəti cəmləşmişdi. Açıq etiraf etmək
lazımdır ki, Mehdi Əliyevdən söz düşəndə "Mehdi
müəllim" ifadəsi insan qəlbindən uca dağlardan
süzülüb gələn büllur bulaq suyu kimi dodaqlara axıb
gəlir...
Azərbaycanın iki qocaman ali təhsil müəssisəsinə
uzun illər rəhbərlik etmiş Mehdi Əliyev təhsil
Nəzakət Əliyeva
116
tariximizə təkcə elm- təhsil təşkilatçısı, maarifçi-
pedaqoq kimi deyil, həm də elmdə öz sözünü demiş
nüfuzlu bir alim kimi daxil olub. O, 1933-cü ildə o
dövrün yüksək elmi adlarından sayılan (nəzərə almaq
gərəkdir ki, elə ad alanları o illərdə barmaqla saymaq
olardı) dosent adına layiq görülmüşdür. Sonralar
(1949) o, bərk cisimlər fizikası üzrə namizədlik
dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri
namizədi elmi dərəcəsi almışdır. Mehdi Əliyevin elmi
əsərləri istər respublikanın, istərsə də xarici ölkələrin
nüfuzlu elmi jurnallarında nəşr edilmiş, bir çox
beynəlxalq konfranslarda məruzələri dinlənilmiş,
Azərbaycan elmini və təhsilini ləyaqətlə təmsil
etmişdir.
Mehdi müəllim zəngin irs qoyub getmişdir. Onun
Azərbaycan
dilində
fizika
üzrə
dərslik,
dərs
vəsaitlərinin hazırlanması, fızika üzrə ana dilində elmi
terminologiyanın tərtibi və unifikasiyası sahəsində
xidmətləri böyükdür. Mehdi müəllim ali məktəb
tələbələri üçün fizikadan zəruri dərslikləri (məs.: A.F.
İoffe "Molekulyar fızika kursu" dərsliyi və s.) rus
dilindən Azərbaycan dilinə tərcümə etmişdir. Eyni
zamanda ana dilində dərslik yaradıcılığına başlamış, ali
məktəblər üçün "Optika" kursundan Azərbaycan
dilində yazılmış ilk dərsliyin həmmüəllifi (prof. Niftalı
Qocayevlə birlikdə) olmuşdur.
Böyük və unudulmaz müəllim, bacarıqlı elm-
təhsil təşkilatçısı, ləyaqətli insan olan Mehdi Əliyevin
həyat və fəaliyyətinin bütün pillələrində ən böyük
amalı Azərbaycanımıza, Vətənimizə, xalqımıza
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
117
ləyaqətlə xidmət etmək olmuşdur. O, əsl elm, təhsil,
maarif fədaisi idi. Mehdi müəllim həyatının sonuna
qədər bu amal uğrunda mübarizə aparmış, bacardığı
qədər
təhsilimizin,
elmimizin,
maarifimizin
yüksəlməsinə çalışmışdı.
Mehdi müəllim görkəmli alim-pedaqoq, tanınmış
elm-təhsil təşkilatçısı olmaqla yanaşı, qayğıkeş ailə
başçısı kimi, Vətənə layiq 3 övlad böyüdüb tərbiyə
etmiş, onların yüksək təhsil almasına nail olmuşdur.
Onun böyük oğlu Emin Əliyev fizika-riyaziyyat
elmləri namizədi, Azərbaycan MEA-nın Fizika
İnstitutunun aparıcı elmi işçisidir, Azərbaycan
Respublikasının Dövlət Mükafatı laureatı adına layiq
görülüb. Digər oğlu Tofiq Əliyev ölkənin tanınmış
memarlarından biridir. Qızı Aliyə xanım isə
musiqişünas kimi fəaliyyət göstərir. Mehdi müəllimin
bütün övladları atalarının böyük ziyalı adını hər zaman
ucaltmış, ataları ilə daim fəxr etmişlər...
Azərbaycan elminin, maarifinin, təhsilinin böyük
cəfakeşi, yenilməz fədaisi Mehdi Əliyevin Vətən və
xalq qarşısındakı xidmətləri dövlətimiz tərəfindən hər
zaman
yüksək
qiymətləndirilmiş,
"Azərbaycanın
əməkdar elm xadimi", "Azərbaycanın əməkdar
müəllimi" kimi yüksək fəxri adlara layiq görülmüş,
keçmiş Sovetlər Birliyinin "Qırmızı Əmək Bayrağı"
ordeni, eləcə də bir sıra digər orden və medallarla təltif
olunmuşdur.
Hesab edirəm ki, Mehdi müəllimin ən böyük
mükafatı yetirmələrinin, tələbələrinin, həmkarlarının
ona olan sonsuz hörmət və ehtiramında, ünsiyyətdə
Nəzakət Əliyeva
118
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
119
olduğu insanların qəlbində özünə ucaltdığı əbədi
heykəldə axtarmaq daha doğru olardı.
Mehdi müəllim adına layiq insan idi. Ərəb
mənşəli "Mehdi" sözü islamda mifik-dini obrazın
adıdır, anlamı "insanları birliyə, haqqa-ədalətə, irfana,
elmə, nura çağıran" deməkdir. İslamda belə bir inam
var ki, , zaman-zaman islam dinində baş verə biləcək
əyintilərə, ayrılmalara qarşı mübarizə aparacaq və
islamın bütövlüyünü, islami dəyərlərin müqəddəsliyini
qoruyacaq hər dövrün öz Mehdisi olacaqdır... Bu
baxımdan Mehdi müəllim islami inanclarda olduğu
kimi, ömrü boyu insanları elmə, maarifə, elm və maarif
nuruna, haqqa-ədalətə, birliyə səsləmişdir... O insan
xoşbəxtdir ki, adı ilə əməlləri üst-üstə düşür. Mehdi
müəllim belə insanlardan idi.
Bu böyük elm və təhsil fədaisi şərəfli ziyalı
ömrünün 65-ci baharında 1972-ci ilin may ayının 5-də
haqq dünyasına qovuşdu. Bu gün həmin vaxtdan bizi
düz 40 illik bir zaman ayırır. Lakin bu zaman kəsiyi
mehdisevərlərin qəlbində Mehdi müəllimə olan sevgi,
sayqı duyğularını azaltmayıb, əksinə bu böyük
ziyalının
tələbələrinin,
yetirmələrinin
qəlbində
yandırdığı elm, maarif nurunu daha da alovlandırmış,
Azərbaycan elmi və təhsilinin inkişaf yollarını daha da
işıqlandırmışdır. İftixar etməli haldır ki, bu gün Mehdi
müəllimin
əziz
xatirəsi
onu
tanıyanların,
yetirmələrinin, həmkarlarının qəlbində, əməllərində
yaşamaqdadır. Mətləb aydınlığı üçün burada Mehdi
Əliyevlə uzun illər birlikdə çalışmış, Azərbaycan
elmində, təhsilində görkəmli yer tutan tanınmış
|