MİRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə5/10
tarix31.01.2017
ölçüsü1,64 Mb.
#7205
1   2   3   4   5   6   7   8   9   10

1.
 
Təlim və tərbiyəyə aid fikirləri 
 
Mirzə  Şəfi  geniş  təhsilin  və  yüksək  əxlaqi 
keyfiyyətlərin  gənc  nəsildə  tərbiyə  olunmasının 
tərəfdarı  idi;  o  özünün  müəllimlik  təcrübəsində 
şagirdlərinə  geniş  bilik  verməyə  çalışırdı.  Mirzə 
Şəfinin  müəllim  yoldaşlarının  öz  şagirdlərinin 
söylədikləri fikirlər də bunu təsdiq edir. Öz müəllimlik 
fəaliyyətində  Mirzə  Şəfi  tədris  proqramlarının  formal 
tələbləri ilə getmir, o, bu tələblər çərçivəsindən kənara 
çıxardı.  Mirzə  Şəfi  ancaq  formal  biliklər  verməklə 
kifayətlənmir,  öz  şagirdlərinə  lazımi,  həyati,  təcrübi 
vərdişlər  aşılayırdı.  Gözəl  xətlə  yazmaq  tələbi  onun 
müəllimlik  təcrübəsindəki  ən  yaxşı  cəhətlərdən  biri 
olmuşdur. O,  yaxşı xətlə  yazmağı insanın həyatı üçün 
vacib vərdiş hesab etməklə yanaşı, onu uşaqda diqqətli, 
səliqəli, intizamlı olmaq və s. gözəl əxlaqi keyfiyyətlər 
tərbiyə edən amil kimi qiymətləndirirdi.  
Məlumdur  ki,  rus  pedaqogikasının  ən  görkəmli 
klassiki  olan  K.D.Uşinski  XIX  əsrin  ikinci  yarısında 
gözəl  xəttin  roluna  yüksək  qiymət  vermişdir.  Rus 
pedaqogikasının 
tarixində 
hüsnxətti, 
müəllim 
seminariyasının  tədris  planına  ilk  dəfə  Uşinski  daxil 
etmişdi.  Gözəl  xətlə  yazmaq  vərdişi  bizim  məktəb 
üçün  indi  də  öz  aktuallığını  itirməmişdir.  Mirzə  Şəfi 
özünün  müəllimlik  təcrübəsində  hələ  XIX  əsrin 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
87 
əvvəllərində hüsnxəttə olduqca ciddi diqqət etdirmiş və 
bununla da dövrünün qabaqcıl pedaqoji fikrinin başlıca 
tələblərindən  birini  qabaqcadan  irəli  sürmüşdü.  Mirzə 
Şəfi öz şagirdlərindən gözəl yazmağı tələb edir və özü 
bunun  ibrətamiz  nümunələrini  verirdi;  onun  son 
dərəcədə  gözəl  xətti  vardı.  Həqiqi  bir  pedaqoq  kimi 
Mirzə Şəfi özü təqlid üçün nümunə idi; o nəinki sözlə, 
habelə  işlə,  nəinki  yada  salmaqla,  habelə  göstərməklə 
öz  şagirdlərini  tərbiyə  edirdi.  Mirzə  Şəfinin 
müasirlərinin  etiraf  etdiyinə  görə  gözəl  yazmaqda  heç 
kəs  ona  çata  bilmirdi.  Mirzə  Şəfi  dövrünün 
məktəblərində  yazı  işində  tətbiq  olunan  formal, 
mexaniki,  mənasız  köçürmə  və  təmrinlərin  əleyhinə 
idi. O, forma ilə məzmunun bir-birinə uyğun gəlməsini 
tələb  edirdi.  Mirzə  Şəfi  deyirdi:  “Şərqin  müdrik 
adamları,  gözəl  fikri  həm  danışıqda,  həm  də  yazıda 
gözəl  şəkildə  ifadə  edilməsinə  böyük  üstünlük 
verirdilər”.  
Mirzə  Şəfinin  xidməti  və  böyüklüyü  ancaq 
bundan ibarət deyildir.  
Mirzə Şəfi geniş təhsilin tərəfdarı olmuşdur; onun 
fikrinə  görə  bu  geniş  təhsili  necə  vermək  olardı? 
Şagirdləri nəyə və necə öyrətmək lazımdır? Mirzə Şəfi 
məsələni belə qoyurdu. O, dini mövhumatın, doğmatik 
təlimin  əleyhinə  idi.  Yaxşı  dərslik  şagirdlərin 
müntəzəm 
olaraq 
biliklərlə 
silahlanmasında 
müəllimdən  sonra  müstəsna  və  həlledici  rol  oynayır. 
Bunu  Mirzə  Şəfi  yaxşı  başa  düşürdü.  Mirzə  Şəfi  bu 
ciddi, olduqca çətin və məsul, lakin tamamilə zəruri və 
nəcib  olan  işə  var  qüvvəsi  ilə  girişmişdi.  Bizə 

    Nəzakət Əliyeva 
 
 
88 
məlumdur ki, həm rus, həm də Qərbi Avropa pedaqoji 
tarixində  Komenski,  Uşinski,  Tolstoy,  Vaxterov, 
Bunakov kimi ən böyük pedaqoqlar da bu ciddi məsələ 
ilə  məşğul  olmuşlar;  bu  pedaqoqları  məşhur  edən  bir 
də  onların  yaratmış  olduğu  gözəl  dərsliklərdir.  Mirzə 
Şəfi  də  belə  pedaqoq  olmuşdur.  Müasirləri  onun 
İ.V.Qriqorevlə  birlikdə  tərtib  etdiyi  “Müntəxəbat”ı 
əsaslı  əsər  adlandırmışlar.  “Müntəxəbat”  həqiqətən 
yaxşı  əsər  olmuşdur;  bu  əsərin  dəyəri  nəinki  buraya 
daxil  edilmiş  material  zənginliyində  və  metodiki 
cəhətdən  nizamlı  olmasındadır  (bu,  əlbəttə,  dərsliyin 
olduqca  dəyərli  cəhətləridir);  bundan  əlavə  dərsliyin 
doğma  Azərbaycan  dilində  tərtibi  də  xüsusi  olaraq 
qeyd  edilməlidir.  “Müntəxəbat”  rus,  Azərbaycan  və 
fars  ədəbiyyatının  ən  yaxşı  əsərlərinin  nümunələrini 
canlı  və  başa  düşülən  Azərbaycan  dilində  verir. 
M.F.Axundovun  dövründə  çiçəklənməyə  başlayan 
Azərbaycan 
dilindəki 
yeni 
ədəbiyyat 
hələ 
Axundovadək inkişaf etməyə başlamışdı.  
“Müntəxəbat”ın  proqram  və  məzmunu  təxminən 
aşağıdakı qaydadadır:  
1.  Ərəb  və  fars  dillərindən  tatar  (Azərbaycan) 
dilinə tərcümə edilmiş məqalələr:  
a)  cümlələr  şəklində  verilmiş  öyüd-nəsihət 
məzmunlu fikirlər. Həmin cümlələrin rusca tərcüməsi;  
b)  uşaqların  yaş  xüsusiyyətlərinə  uyğun  olan 
gülməli kiçik hekayələr-lətifələr;  
v) nəsihət məzmunlu təmsillər;  
q)  Şərq  tarixinin  ilk  dövrlərindən  başlayaraq 
Məhəmmədə qədər tarixi məlumat;  

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
89 
2.  “Qarabağnamə”  və  “Dərbəndnamə”dən 
götürülmüş parçalar.  
3.  Şeirlər:  a)  Füzulinin  seçilmiş  qəsidələri  və  b) 
Füzulinin “Leyli və Məcnun” poemasından parçalar.  
“Müntəxəbat”ın  ikinci  hissəsini  əlifba  sırası  ilə 
düzülmüş tatar-rus lüğəti təşkil edir.  
Proqramdan  göründüyü  kimi  dərsliyin  tərtibində 
geniş  məsələlər  nəzərdə  tutulmuşdur.  O  zamankı 
şəraitdə  belə  bir  kitab  hazırlamaq  və  meydana 
çıxarmaq  olduqca  mürəkkəb  və  çətin  iş  idi; 
Azərbaycan  dilində  olan  orijinal  mənbələr  tək-tək  idi, 
terminologiya  isə  yox  idi.  Buna  görə  də  müəlliflər 
müxtəlif  rus  və  fars  mənbələrindən  tərcümə  etməyə 
məcbur olmuşlar. Nəinki tərcümə, habelə tərcümə üçün 
materialın  seçilməsi  özü  də  çətin  iş  idi;  çünki  bunun 
üçün  həm  geniş  elmi  biliyə,  həm  də  lazımi  pedaqoji-
metodiki ustalığa sahib olmaq,  materialı  seçməyi, onu 
dərslik  üzrə  yerləşdirməyi  və  şərh  etməyi  bacarmaq 
tələb  olunurdu.  O  zamankı  senzorun  ciddiliyinə 
baxmayaraq,  müəlliflər  öz  dərsliklərində  şagirdlərə 
mövhumat, xürafat, cəfəngiyyat aşılaya biləcək zərərli 
materiallardan  böyük  ustalıqla  yaxalarını  qurtara 
bilmişlər.  Bu  dərslikdə  şagirdlər  üçün  zəngin  folklor 
materialı  və  tarixə  aid  kifayət  qədər  məlumat 
verilmişdir. Burada tarixə dair materiallara meyl etmək 
təsadüfi  deyildir.  Xalqın  keçmişini  öyrənmək,  gənc 
nəsli  keçmişin  qəhrəmanlıq  nümunələri  əsasında 
tərbiyə  etmək  Bakıxanov,  Mirzə  Şəfi  və  başqa 
maarifpərvərlərin  əlində  ən  güclü  silahlardan  biri 
olmuşdur.  

    Nəzakət Əliyeva 
 
 
90 
Müntəxəbata  daxil  edilmiş  materiallar  tərbiyə- 
edici xarakter daşıyır. Bu materialların məzmunu gənc 
nəsli  elmə,  maarifə,  əməyi  sevməyə,  namuslu  olmağa 
və  doğru  danışmağa,  ağıllı  olmağa,  dözümlülüyə, 
təvazökar olmağa dəvət edir. “Müntəxəbat”ın “Müdrik 
nəsihət  və  fikirlər”  şöbəsində  oxucunu  elmə  çağıran: 
“Ağıllı  düşmən  səfeh  dostdan  yaxşıdır”,  “Alimin 
keçirdiyi  bir  gün  avamın  bütün  həyatından  yaxşıdır”, 
“Danışana  deyil,  danışılana  fikir  ver”,  “Ehtirası  üstün 
gələn məğlub olar”, “Öz biliyini işə sərf etməyən alim, 
adamların  ən  pisidir”,  “Alimin  silahı  onun  idrakı  və 
dilidir,  hökmdarın  silahı-qılınc  və  qalxanıdır”  kimi 
qiymətli sözlər indi də öz qiymətini itirməmişdir.  
Belə  məzmunlu  misallar  tərbiyənin  digər 
məsələlərinə  dair  də  verilir.  “Müntəxəbat”a  daxil 
edilmiş  povestlər,  hekayələr,  lətifələr,  parçalar,  şeirlər 
də tərbiyəvi xarakterdədir.  
Dərslikdə  əyanilik  prinsipi  də  tərtib  edilmişdir. 
Məsələn,  49-cu  səhidəfə  “Şah  və  meymun”  mətninə 
dair gözəl şəkil verilmişdir, bu şəkil, mətnin məzmunu 
ilə  tanış  olmadıqda  belə  onun  mahiyyətini  başa 
düşməyə imkan verir.  
Dərsliyin  dili  sadə  və  bədii,  obrazlı  olmaqla 
uşaqların yaş və bilik səviyyələrinə uyğundur.  
Bundan  əlavə  Mirzə  Şəfi  İv.  Qriqorevlə  birlikdə 
“Tatar-rus lüğəti” də tərtib etmişdir. Bu lüğət, təlimin o 
zamankı şəraiti üçün olduqca böyük əhəmiyyətə malik 
idi.  
Mirzə Şəfinin pedaqoji baxışlarına dair verdiyi- 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
91 
miz  qısa  məlumat  göstərir  ki,  o,  Azərbaycan 
məktəbinin inkişafı tarixində görkəmli mövqe tutur. 
A.Bakıxanovdan  sonra  Mirzə  Şəfi  təlim  və 
tərbiyə məsələlərini yüksək mərhələyə qaldırmışdır; o, 
dinə  mövhumata,  avamlığa  qarşı  amansız  mübarizə 
aparmışdır.  Mirzə  Şəfi  ruhaniliyin  ən  barışmaz 
düşməni olmuşdur.  
Mirzə  Şəfi  pedaqoji  işi  ürəkdən  sevmiş,  yaradıcı 
bir  müəllim  kimi  işləmiş,  özünün  səmimi  davranışı, 
sadə  əxlaqı  ilə  fərqlənmişdi.  O,  tərtib  etdiyi 
“Müntəxəbat”  ilə  Azərbaycan  məktəbinə  böyük  xeyir 
vermişdir.  Həmin  “Müntəxəbat”  həm  dərslik,  həm  də 
əsaslı  elmi-metodiki  əsər  kimi  dövrünün  qabaqcıl 
tələbləri səviyyəsində durmuşdur.  
“Müntəxəbat”da  olan  material  zənginliyi,  məna 
dərinliyi,  dilin  sadə  və  obrazlılığı,  mətnlərin 
müntəzəm, 
ardıcıl 
yerləşdirilməsi 
və 
digər 
xüsusiyyətlər  bu  dərsliyi,  Rusiya  və  Qərbi  Avropa 
pedaqogikası  klassiklərinin  görkəmli  dərslikləri  ilə 
(Komenskinin  “Otkrıtaə  dverğ  əzıkam»,  Uşinskinin 
«Rodnoe  slovo»  və  s.  ilə)  müqayisə  etmək  üçün  bizə 
əsas verir.  
Öz  şagirdlərində  əməli  vərdişlərin,  birinci 
növbədə  gözəl  xətlə  yazmaq  vərdişinin  aşılanmasına 
dair  Mirzə  Şəfinin  göstərdiyi  qayğı,  onun  müəllimlik 
fəaliyyətindəki ən qiymətli cəhətlərdən biridir.  
Mirzə  Şəfi  geniş  təhsilin  tərəfdarı  olmuş  və  öz 
əməli  fəaliyyətində  də  bu  tələbi  həyata  keçirməyə 
çalışmışdır.  
Mirzə Şəfi tərbiyəedici təlimin tərəfdarı olmuş və  

    Nəzakət Əliyeva 
 
 
92 
yetişməkdə  olan  gənc  nəsildə  yüksək  əxlaqi 
keyfiyyətlərin tərbiyə olunmasını tələb etmişdir.  
Təlim  və  tərbiyə  məsələlərinin  yaxşılaşdırılması 
sahəsindəki  yüksək  xidmətlərinə  baxmayaraq,  Mirzə 
Şəfi  bu  məsələləri  M.F.Axundov  qədər  lazımi 
prinsipial  səviyyəyə  qaldıra  bilməmişdi.  Bu  böyük 
vəzifəni  yerinə  yetirmək  Azərbaycanın  məşhur 
mütəfəkkiri M.F.Axundovun öhdəsinə düşdü.   
XIX  əsr  Azərbaycan  ədəbiyyatında  maarifçilik 
üç  inkişaf  mərhələsi  keçirir:  Birincisi  ilk  təşəkkül 
dövrü,  ikincisi  kamal  dövrü,  üçüncüsü  süqut  dövrü... 
Birinci  mərhələnin,  A.A.Bakıxanov,  İ.Qutqaşınlı, 
M.Ş.Vazeh kimi az-çox realizmə meyl göstərən şair və 
yazıçıların  simasında  meydana  çıxır.  Bu,  30-40-cı 
illəri  əhatə  edir.  A.A.Bakıxanov  təşəkkül  dövrünün 
realist  maarifçisi  kimi  diqqət  mərkəzindədir.  
Yaradıcılığının  birinci  dövründə  məsnəvi  şəklində 
yazdığı  bir  sıra  mənzum  hekayə  və  romantik  şeirlər, 
«Təhzübül  əxlaq»  və  pedaqoji  əsəri:  «Kitabi-nəsihət» 
və  «Nəsihətnamə»  əsərləri  ilə  müasirlərinə  istiqamət 
vermiş: 
     
     Dila, əzm eylə bülbül sifət gülzarə, bismillah,  
     Muradın olsa meyl etmək fəqani- zarə, bismillah.  
 
Müasir Mirzə Şəfi buna belə bir nəzirə yazmışdır:  
 
 Gözlərinin kim aşiqə məxmur şəklin göstərər,  
 Əhli-füqərə mərdum məğrur şəklin göstərər. 
 Qamətini yadilə çəkdim bəski ah atəşin,  

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
93 
 Xatirəm nar şəcərdən tur şəklin göstərir.  
İyirmi  dörd  misradan  ibarət  qəzəllərində 
Füzulinin təsiri daha aydın hiss edilir: 
 Tacım ah, göz yaşım Təxt, leşkərim dərddir, qəmim  
                                                                     ölkəm, 
Mən  eşqə  sultan  olsam  da,  sənin  eşqindir  sultanım. 
Göz yaşım taxt, ahım tac, dərd qoşun, qəm  
                                                          məmləkətimdir, 
 
Mən  eşqə  sultan  olsam  da,  sənin  eşqindir 
sultanıma  sevgilimin  kuyunin  qədası,  eşq  mülkünün 
sultanıyam, gəl ey canım olan sevgilim! Gəl ki, sənsiz 
hicrandan  canım  o  dodağına  çatıbdır.  Dodağını 
dodağım üstə qoy sonra canım al: 
Gəl  ey  canım  ki,  hicrimdə  dodağa  çatdı  bu  canım, 
Dodağın qoy dodağıma, özün al can, cananım.   
Sənin atəşli çöhrəndən iki xislət doğub məndə: 
Gözüm ağlar, özüm yannam, inan ey çeşmi- 
                                                             məstanım. 
Bu qəzəlin məqtə beytində isə oxuyuruq:  
O yarın zülfü ruyindən sən ümid gözləmə,  
Vazeh tutarsan Çini-Maçini, əlində vardır,  
                                                        imkanın 
 
Təfsiri  belədir:  Vazeh  o  dilbərin  zülfündən  və 
üzündən  ümid  gözləmə,  əgər  canımın  canı,  ürəyimin 
qanı  hərəkətdən  qalmayıb  kömək  edərsə,  Çini-Maçini 

    Nəzakət Əliyeva 
 
 
94 
tutaram.  Əks  təqdirdə  eşqin  əsasında  casusluq  edən, 
onun bədənini hərəkətə gətirən qan yorular, qocalıq üst 
gələr,  bədən  soyuyar,  rütubət  artar,  soyuq  rütubət 
sümüklərə tökülər, ağrılar başlayar... Bu baş verməsin 
deyə,  aşiq,  məşuq  öz  canlarının  təbibi  olmalı, 
vücudlarının  qədrini  bilməlidir.  Can  bədənin  casusu, 
qulaqlar xəbərçi olsalar da, hər iki tərəfin eşq və aşiqin 
onlara ehtiyacı danılmazdır. 
On  dörd  misralıq  qəzəlində  eşqsiz  insan  susuz 
quyuya  bənzədilir,  ürək  ölü  sayılır,  sevən  ürəyin  və 
şəxsin  ülviliyindən  danışır,  imanlı  insanı  məhəbbətsiz 
təsəvvür etmir. Məhəbbəti kamil insansa  həyalıdır və 
aşiqin  əsiri  olduğuna  görə  özünü  bəxtiyar  sayır  və 
deyir: 
İki  dünyanı verrəm sən baxanda  
Mənə eşqin bu sövdası əyandır. 
Necə Vazeh, əsiri olmayım mən, 
Bu eşqin qarşısında Qaf yalandır.  
 
Belə  olduqda  niyə  Vazeh  eşqin  əsiri  olmasın? 
Axı, əzəmətli Qaf dağı başını eşqin ayağına qoymaqla 
heç  bir  şey  itirmir,  məhəbbəti  artırır.  Vazeh  deyir:  O 
düşüncə  var  olsun  ki,  o  eşq  haqqındadır.  Eşq  Allahın 
insana bəxş etdiyi mənəvi nemətdir. Nizami demişkən: 
 
Eşqsiz olsaydı, xilqətin canı, 
Dirilik sarmazdı böyük cahanı. 
 
Bu  baxımdan  «Məktubun  intizarında»  lirik 
poemasında  eşq  (aşiq)  məktubun  intizarını  çəkir. 
Məktub göndərən və onu həsrətlə gözləyən eşq hər iki 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
95 
halda  insandır.  Aşiq  və  məşuq.  Məsnəvi  formasında 
yazılan    bu  poema  M.Ş.Vazehin  indiyədək  orijinalı 
əlimizdə  olmayan  «Sədi  və  Şah»,  «Teymur»  və 
«Dərviş» kimi süjetli mənzum əsərlərindən mövzusuna 
görə  də  seçilir.  Həmid  Məmmədzadə  yazır  ki,  yüz 
yetmiş  misralıq  bu  poema  Vazehin  öz  xəttidir...  və 
həcm etibarı ilə onun yaradıcılığında mühüm yer tutur. 
Ədəbiyyat  tarixində  yuxarıda  adlarını  çəkdiyimiz 
əsərlərə  «poema»  deyilməsi  doğru  deyildir,  mənzum 
hekayə deyilsə daha düzgün olardı. 
Bu  da  məlumdur  ki,  Mirzə  Şəfinin  Hannoverli 
Bodenşdet  tərəfindən  tərcümə  olunmuş  şeirlərinin 
birinci hissəsi onun Gəncədə sevdiyi qıza - Züleyxanın 
eşqinə  aid  olan  şeirləridir.  Vazehin  Züleyxa  adlı  bir 
qızı  sevməsini  yalnız  Bodenşdedt  deyil,  başqa 
tədqiqatçılar da təsdiq  edirlər. Hətta, İ.K.Yenikolopov 
1938-ci  ildə  Bakıda  çap  etdirdiyi  “Şair  Mirzə  Şəfi” 
kitabında,  arxiv  sənədlərində  Züleyxa  haqqında 
məlumat  olduğunu  qeyd  edir.  Çox  güman  ki, 
«Məktubun  intizarında»  poeması  Züleyxaya  həsr 
olunmuşdur.  Tiflisdə  yaşayan  şair  görünür  Gəncədən 
Züleyxadan  məktub  gözləyir,  yarının  hicrindən 
şikayətlənir, onun fəraqından kipriklərinin xəncər olub 
ürək  qanını  gözlərindən  axıtdığını,  könlündən  göy 
gurultusu  kimi  ucalan  nalə-əfqandan  didələrindən 
leysan  yağışı  kimi  yağan  damcıları  təsvir  edir.  Dilsiz 
yollardan 
gələn 
karvanı 
qarşılamağa 
tələsir, 
sevgilisindən  xəbər  tutmaq  istəyir.  Ümidi  boşa  çıxır. 
Həsrətdən  kövrəlir  qəm-qüssəsi  getdikcə  artır.  Aşiq, 
kədərini  artıran  fələkdən  şikayətlənir.  Taleyinə  qarşı 

    Nəzakət Əliyeva 
 
 
96 
üsyan  edir.  «Nə  olaydı  ki,  hec,  aşinalıq  (məhəbbət) 
olmayaydı» - deyir. Nəhayət, aşiq - M.Ş.Vazeh Heyran 
xanım  Dünbülü  kimi  səhər  mehinə  müraciət  edir. 
Yalvarır  ki,  görsən,  dərdimi  deməyə  tələsmə,  əvvəlcə 
başına  dolan,  onun  ala  gözlərindən  öp...  Əgər  lütf 
eləyib  öz  aşiqinin  əhvalından  xəbər  tutmaq  istəsə,  de 
ki, nə gecəsi var, nə də gündüzü... Səndən sonra aşiqin 
yazı  xəzan  olub,  abi-həyat  onun  gözündən  itibdir, 
susuyan  adamın  su  dalınca  heyran  -  heyran  baxdığı 
kimi,  o  da  yana-yana  sevgilisini  axtarır.  Ağlamaqdan 
gözləri kor, qulaqları kar olub... Belə gedərsə, onların 
görüşməsi yəqin ki, məhşərə qalar...». 
«Məktubun  intizarında»  poemasında  olduğu 
kimi, Vazehin lirik şeirlərində də aşiq-məşuq ünsiyyəti 
təkrar  olunursa,  bu  yeknəsəklik  deyildir.  Məhəbbətdə 
yeknəsəklik  yoxdur.  Şair  hər  dəfə  eşqin  vüsətində 
dayanan məhəbbətə hər dəfə yeni ruh, yeni məna verir 
və bunu bacarır. Bu bacarıq Allah vergisidir, ona görə 
də  sevgi  tərənnüm  edən  parçada  aşiqin  keçirdiyi 
müxtəlif  ruhi  halları  təsvir  edəndə  hissə  qapanmır.  O 
bilir  ki,  hisslər  həmişə  eyni  axarla  getmir,  bu  da 
şıltaqlıq yaradır. Axı, «Hisslərin şıltaqlığı, məhəbbətin 
bədbəxtliyidir» - demişlər. 
 
Xoş olsun ol könül, eşqə məkandır,  
Var olsun ol fıkir, eşqə həyandır. 
və 
Dideyi bə didar dust dəstdir ağuş yar.  
Eşq əz an suniyaz hüsn əzan suyun niyaz 
Sədr hürrim qəbui dər xur hər xam nisl. 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
97 
M.Ş.Vazehin  ayrı-ayrı  sevgi  təranələrində  onun 
şair xəyalı ilə ürəkdən deyilmiş şirin və mənalı sözlər 
həyat  simfoniyasıdır.  Şair  bir  sevgi  nəğməsində  öz 
sevgisinə  müraciət edib deyir:  «Sən  mənim  saatlarımı 
şirinləşdirdin, fəqət tez ötüb keçdin və qəlbimdə elə bir 
atəş qoydun ki, bu atəş səhrada yanan atəşə bənzər». 
Vazeh  bu  atəşi  «Səhrada  yanan  atəşə»  ona  görə 
bənzədir  ki,  onu  -  səhra  atəşini  söndürmək  mümkün 
deyildir. 
Eyni  sevgi  mövzusunda  yazılan  digər  şeirlərində 
«Məktubun  intizarında»  poemasında  şair  sevgi 
haqqında  deyir:  «Gecə  yasəmən  öz  rahiyadar  ətrini 
ətrafa  səpərkən,  ulduzlar  parlarkən,  bütün  dünya 
yuxuya  dalarkən,  bütün  ətraf  sakitikən  məhəbbət 
oyaqdır.  Məhəbbəti  fəlsəfiləşdirənlər  məhəbbətin 
oyaqlığını  görmüş,  ya  da  özlərini  dərrakəli  göstərmək 
məqsədi  daşıyırlar.  Məhəbbətin  fəlsəfəsi  insani 
hisslərlə bağlıdır, bu da idrakın mahiyyətidir. 
Bu  da  həqiqətdir  ki,  M.Ş.Vazehin  məhəbbətini 
tərənnüm  edən  şeirlərində  müasir  ictimai  həyat  öz 
əksini  tapmışdır  və  bu  şeirlər  əsas  etibarilə  intim 
psixoloji  baxımdan  duyğuları  ifadə  edir.  Lakin  bu 
şeirlərdə  dərin  həyat  motivləri,  məhəbbətin  fəlsəfəsi, 
insan  hisslərinin  çarpazlaşması  və  dünyəviliyin 
tərənnümü 
onları 
bu 
dövrdəki 
antirealist, 
maarifçilikdən  uzaq  qəzəl  epiqonçuluğu  qəsidə  və 
mərsiyə ədəbiyyatına qarşı qoyur. 
 «Məktubun  intizarında»  poemasından  başqa, 
toplanılıb  kitaba  daxil  edilən  qəzəl  və  şeirlərin  heç 
birinin  orijinalı  olmayıb,  Salman  Mümtazın  dediyi 

    Nəzakət Əliyeva 
 
 
98 
kimi Mirzə Şəfinin bizə gəlib çatan irsi onun bilavasitə 
özü  tərəfindən  deyil,  ya  F.Bodenşdedtin  alman  dilinə 
tərcümələri,  ya  da  müasirləri  və  dostlarının:  -  Mirzə 
Mehdi  Naci,  Mirzə  Nəsrulla  Nasirin  əlyazmalarından 
götürülmüşdür.  Hər  iki  şəxs  «Divani  hikmət»  ədəbi 
məclisinin  üzvü  olmuş  və  Mirzə  Şəfinin  «Göstərir» 
rədifli bu şeirinə də nəzirə yazmışlar: 
 
Səbzə puş olmuş qədəmin rüxsar- atəşgünülə,  
Museyi-İmrana guya tur şəkilin göstərir.  
 
Vazehin yaxın dostlarından olan Fazil xan Şeyda 
və  Qafqaz  sərdarı  Voronsovun  öz  saatını  açıb  qoluna 
bağladığı Şeyx İbrahim Qüdsi də həmin qəzələ nəzirə 
yazmışdır 
XIX  əsr  Azərbaycan  üçün  uğurlu  olmadı.  Rus 
çarı 
Azərbaycanı  tabeliyinə  bağladı. 
Məmur 
uşaqlarının oxuması üçün 1830-cu ildə Şuşada, 1831-
ci  ildə  Nuxada,  1832-ci  ildə  Bakıda,  1833-cü  ildə 
Gəncədə,  1837-ci  ildə  Şamaxı  və  Naxçıvanda 
məktəblər  açıldı.  Bu  məktəblərdə  azərbaycanlı 
uşaqlarının  oxumasına  da  icazə  verildi.  Əsas  məqsəd 
çar  özünə  sədaqətli,  Azərbaycan  və  rus  dilini 
mükəmməl  bilən  tələbələr  hazırlamaq  idi.  Bu  siyasət 
guya  yerli  əhalini  savadlandırmaq  məqsədi  daşıyırdı. 
Gəncədə  açılan  məktəb  də  bu  siyasətlə  bağlı  idi. 
M.Ş.Vazeh də burada kolleqrafiyadan dərs deyirdi. Bu 
məktəb  onun  dünyagörüşünü  artırır,  təlimin  yeni 
metodlarını  öyrədirdi...  Onu  da  deyək  ki,  M.Ş.Vazeh 
ilk pedaqoji fəaliyyətə məscid mədrəsəsindən başlamış 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
99 
və  burada  M.F.Axundova  dərs  demiş,  onu  yeni 
ideyalara maraq göstərməyə yönəltmişdir. 
Tiflis  gimnaziyasında  Azərbaycan  dilinə  ehtiyac 
yarananda  M.F.Axundov  müəlliminin  Gəncədən 
Tiflisə  çağrılmasını  gimnaziya  direktoruna  məsləhət 
görmüş, gimnaziyanın hesabına ona ev kirələmiş və bu 
vəsait  Maarif  müdiri  Uvarovun  razılığı  ilə  olmuşdur. 
Vazehin  pedaqoji  fəaliyyətinin  ikinci  mərhələsi  Tiflis 
gimnaziyası  ilə  bağlıdır.  O,  burada  İ.İ.Qriqoryevlə 
birlikdə  «Kitabi-türkü»  adlı  dərslik  hazırlamışdır, 
«Divani-hikmət»  ədəb  məclisini  burada  davam 
etdirmişdir.  O,  burada  rus  ədəbiyyatından  Aleksandr 
Veltmanın  (Şərq  poeziyasının  mənəvi  yetginliyi  hiss 
olunurdu) şeirlərini xoşladığı üçün onlardan bəzilərini 
fars  dilinə  tərcümə  etmişdi.  Bu  tərcümələrdən  yalnız 
«Aydın  fəcri  nə  üçün  duman  bürüdü?»  şeirinin 
tərcüməsi bizə gəlib çatmışdır. 
A.Veltmanın  əsərləri  ilə  onun  maraqlanmasının 
səbəbi hər ikisinin dünyagörüşü arasındakı yaxınlıq ilə 
əlaqədar idi. XIX əsrin 40-cı illərində yaşayan rus şairi 
öz  şeirlərində  demokratik  xırda-burjua  ziyalılarının 
əhvali-ruhiyyəsini  tərənnüm  edirdi  ki,  bu  da  xırda 
sənətkar təbəqəsi içərisindən çıxan Mirzə Şəfi Vazehin 
ruhuna uyğun gəlirdi. 
M.Ş.Vazeh  1820-ci  illərdə  Gəncədə  təşkil  etdiyi 
«Divani-hikmət»  (Hikmət  evi)    ədəbi  məclisini 
sonralar Tiflis gimnaziyasında da davam etdirmişdir. 
Tiflisdə  davam  etdirilən  «Divani-hikmət» 
məclisində iştirak edənlərin əksəriyyəti onun şagirdlər 
və  yaxın  dostları  idi.  Gəncə  məclisindən  fərqli  olaraq 

    Nəzakət Əliyeva 
 
 
100 
Tiflisdə  təşkil  olunan  «Divani-hikmət»  beynəlmiləlçi 
idi. 
Burada 
A.A.Bakıxanov, 
İ.İ.Qriqoryev, 
M.F.Axundov,  Mirzə  Yusif,  Vidadi,  Ağa  İsmayıl 
Zəbih,  Fazil  xan  Şeyda,  X.Abovyan,  F.Bodenştedt, 
Mirzə  Mehdi  Zəbih,  İ.İ.Qriqoryev,  Q.Rozen, 
L.Z.Budaqov  kimi  tanınmış  ziyalılar  iştirak  edirdilər. 
Məclisin (bütövlükdə Azərbaycanda fəaliyyət göstərən 
məclislərin  hamısında)  iştirakçılarının  çoxu  M.Füzuli 
və  M.P.Vaqif  ədəbi  məktəblərinə  mənsub  olan 
dünyagörüşləri yetkin insanlar idi. Onların əksəriyyəti 
nəzirə yazsalar da, hər birinin özünəməxsus bədii ifadə 
vasitələri,  sözü  və  bədii  naxışı  olmuşdur.  Vaqif  ədəbi 
məktəbinin nümayəndələri isə, əsasən, qoşma şəklində 
yazmağa meyl göstərmişlər.  
M.Füzuli  ədəbi  məktəbinə  mənsub  olanların 
əsərlərində  dövrandan  şikayət  («Fələklər  yandı 
ahımdan, muradım şəmi yanmazmı») əsas yer tutduğu 
halda  Vaqif  ədəbi  məktəbinin  nümayəndələri  gözəlin 
xarici  görkəmini-gözünü,  qaşını,  təsvir  edir:  «Kür 
qırağını  seyrangah  edən»  telli,  toqqalı  gəlini  behişt 
hurisi adlandırırdı.  
«Divani-hikmət»in 
üzvlərinin  yaradıcılığında 
sevgi  motivləri  ilə  bir  sırada  ictimai  motivlər  də 
güclüdür.  İctimai  motivlərin  güclülüyü  Q.Zakirin 
«Çıxmadı  qurtulaq  dərdi-bəladan,  gündə  bir  zaqonu 
görən  canımız»  sözlərini  yada  salır.  Zakir  gözəllərin 
xaricini  deyil,  mənəvi  aləmini  tərənnüm  edirdi.  Əsl 
gözəllik mənəvi aləmdir. 
«Divani-hikmət» 
məclisinin 
əsas 
xüsu-
siyyətlərindən  biri  yaxşı  şeir  yazmaq  uğrunda  yarış, 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
101 
qızğın  ədəbi  və  fəlsəfi  mübahisələr  gedirdi; 
F.Bodenştedt  yazır  ki,  bu  mübahisələrin  çoxu  Mirzə 
Şəfi Vazehlə Bakıxanov arasında cərəyan edirdi. 
«Divani-hikmət»də ən əvvəl şeir oxunur və sonra 
oxunan  şeir  haqqında  mübahisə  açılırdı  və  bu  şeirlərə 
çox zaman Vazeh qiymət verirdi. Məclisin sədri Mirzə 
Şəfi  Vazehin  özü  idi.  Almaniyada  nəşr  olunan 
F.Bodenşdetdtin  yazdığı  romanda  M.Ş.Vazehin 
məlahətli  səsə  malik  olaması  xüsusilə  vurğulanır. 
“Divani-hikmət” məclisində qəzəllərini məlahətli səslə 
oxuması  dinləyənləri  valeh  etdiyi  qeyd  olunur. 
F.Bodenştedin  “Şərqdə  min  bir”  romanı  Hermann 
Ammon  tərəfindən  yenidən  işlənmiş  bu  roman  1900-
cu  ildə  Berlində  Alman  Ədəbiyyatı  Həvəskarları 
cəmiyyətinin  nəşriyyatında  çap  edilmişdir.  Romanda 
Mirzə  Şəfinin  məlahətli  səsə  malik  olduğu  qeyd 
olunur. 
M.Ş.Vazehin  həyat  və  yaradıcılığı    Avropa, 
Rusiya və Azərbaycan tədqiqatçı-larının diqqətini cəlb 
etmiş,  müxtəlif  ictimai  quruluşlarda  ayrı-ayrı 
tədqiqatçıların  onun  yaradıcılığına  müraciət  etdiyini  
görürük.  Mirzə  Şəfi  uşaqlara  müstəqil    düşünmək  və 
çalışmaq  bacarığı  verən,  yeni  dünyəvi  elmlərin  təlim 
üsullarının  tərəfdarı  idi.  Bu  məsələni  nəzəri  cəhətdən 
həll  etməklə  və  məscid  hücrələrində  islahatlar 
aparılmasının zəruriliyini söyləməklə kifayətlənməmiş 
“Divani-Hikmət” məclisində özünün bir sıra fikirlərini 
əməli  olaraq  həyata  keçirmişdir  (müasirləri  Mirzə 
Fətəliyə,  A.A.Bakıxanova,  F.Bodenştedə    təsiri).  O, 
evində  fərdi  dərs  deməklə  məşğul  olmuşdur.  1840-cı 

    Nəzakət Əliyeva 
 
 
102 
ildə M.F.Axundov Tiflis Qəza məktəbində Şərq dilləri 
üzrə müəllim işləyirdi. Həmin il bu vəzifədən çıxarkən 
öz  yerinə  müəllimi  Mirzə  Şəfini  məsləhət  görmüşdür. 
Mirzə  Şəfi  tərəfindən  uşaqların  istifadəsinə  vermək 
üçün  hazırlanan  Azərbaycan  dilini  öyrənənlər  üçün 
dərslik hazırlamış lakin əziyyəti nəticəsiz qalmışdır. 
Mirzə 
Şəfi 
Azərbaycanda 
görkəmli 
maarifpərvərlərdən  biri  olmuşdur.  O,  ağır  ictimai 
şəraitdə  mübariz    bir  maarifçi  kimi  çıxış  etmiş, 
cəmiyyətin inkişafında elmin böyük əhəmiyyətə malik 
olduğunu  göstərmişdir.  O,  bütün  ömrünü  cəfakeş 
müəllim peşəsinə həsr etmişdir.  
Mirzə Şəfi müəllimin ağır maddi həyat şəraitində 
olduğunu görmüş, lakin coğrafi məkanını dəyişməkdən 
başqa çarəsi olmamışdır. 
XX  əsrdə  demokratik  elmi-pedaqoji  fikrin 
nümayəndələrindən  biri  də  Mehdi  Sadıq  oğlu  Əliyev 
olmuşdur.  Mirzə  Şəfi  Vazeh  şəcərəsinə  aid  olan  bu 
görkəmli  şəxsiyyətin  Azərbaycan  elminin  fikir 
inkişafında  özünəməxsus    yer  tutduğunu  xalqa 
göstərmək bizim vəzifəmizdir. 
 
 
 
 
 
 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
103 
Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin