MİRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə9/10
tarix31.01.2017
ölçüsü1,64 Mb.
#7205
1   2   3   4   5   6   7   8   9   10
    Nəzakət Əliyeva 
 
 
170 
etməməlidirlər.  Necə  ki,  güllərin  cərgəsindən  alaq 
otları  təmizlənirsə,  eləcə  də  qadınları  bütün 
pisliklərdən 
və 
yamanlıqlardan 
uzaqlaşdırmaq 
lazımdır». 
«Qızıl  gülü  ayaqlasan,  onun  tikanları  sənə 
batacaq;  ancaq  ona  məhəbbət  və  qayğıkeşliklə  qulluq 
etsən, o çiçəkləyəcək və daha da ətirli olacaq! 
Qadını könüllü olaraq qula çevirsən, o özü sənin 
qarşında  baş  əyəcək  və  minnətdarlıq  dolu  məhəbbətlə 
öz  ağasına  baxdığı  kimi  sənə  baxacaq;  ancaq  əgər 
qadını zorla qula, kənizə çevirsən, o məkr və hiylə ilə 
sənin  üzərində  öz  hakimiyyətini  quracaq.  Çünki 
məhəbbət  xəzinəsi  ziddiyyətlər  xəzinəsidir»-  deyə 
müdrik  qeyd  etdi.  O  bir  qədər  çaxır  içdi,  özünə  təzə 
tənbəki  gətizdirdi  və  sonra  başqa  şeylər  haqqında 
danışdı.  Mən  onun  sözünü  kəsdim  və  dedim:  «Ay 
Mirzə Şəfi, sənin sözlərin elə sevimli səslənir, mən də 
həvəslə  Quranın  gözəliklərini  oxuyuram  və  ona  görə 
sənin 
öyrətdiyin 
kimi 
qadınlara 
münasibət 
bəsləyirəm». 
«Sənin  xahişin  müdriklə  nəfəsdir»  cavab  verdi. 
Mirzə  -  Ona  görə  mənim  qulaqlarım  sənin 
ixtiyarındadır.  Qadınlarla  nə  qədər  çox  məşğul  olsan, 
onları o qədər yaxından tanıya bilərsən, daha çox sevə 
bilərsən və əsil məhəbbət öz əksini onda tapır; yüksək 
məhəbbət yüksək müdriklik deməkdir. 
Qadınlardan  yüksək  dünyada  nə  var?  Cənnətin 
hurilərinin  şən  xəyalları  Yerin  bu  gözəl  gerçəklikləri 
qarşısında nədir? 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
171 
Rumeli  xalqından  xəbər  alsan:  dünyada  ən 
yüksək  nədir?  Onlar  cavab  verəcəklər:  Sultan!  Bu 
sualla  farslara  müraciət  etsən,  onlar  cavab  verəcəklər; 
Şah!  Çünki  sünnilər  Yer  kürəsində  sultanı,  şiələr  isə 
şahı  Allahın  kölgəsi  hesab  edirlər.  Ancaq  gerçəkliyin 
yanında şüa nədir? Kölgə varlıq qarşısında nədir? Mən 
sənə  doğrudan  deyirəm:  qadınlar  Yerdə  Allahın 
varlıqlarıdır! Onlar həyatın özəyi, zərifliyin, gözəlliyin 
sütunu,  xoşbəxtlik  tacında  ən  qiymətli  daşdırlar.  Bu 
gözəllərdən  birinin  əlini  öpmək  ən  dadlı  xörəkdən 
alınan ləzzətdən də dadlıdır…». 
«Ancaq,  ay  Mirzə,  bu  əllər  erməni  kənd 
sahiblərinin əllərindən təmiz olmalıdır!». 
«Sən  cəfəngiyyat  danışırsan,  çünki  bu  qadınların 
təbiətində  ən  gözəl  şeydir  ki,  ağıllı  kişi  onlardan  hər 
cürə istifadə edə bilər. Qadınların pis əməlləri kişilərin 
səhv davranışından başlayır. Əgər bir qadın buna adət 
edir ki, həmişə onun əlini öpsünlər, onda o həmişə əlini 
təmiz  saxlayacaq;  ya  da  kimsə  onun  ayağını  öpsə,  o 
həmişə  ayağının  qayğısına  qalacaq,  bir  qadın 
səliqəsilə». 
Mən  öz  müəllimimi  bu  axşamkı  kimi  belə 
ruhlanmış  heç  görməmişdim.  O,  qadınların  şərəfinə 
danışmağı  bitirmirdi.  Onun  əvvəlki  qəmgin  siması 
nəşəli bir ifadə və razılıqla əvəz olunmuşdu. Mənə elə 
gəlirdi  ki,  o  yenidən  sevməyə  hazırlaşır.  Dərs  arası 
fasilələrdə  mahnılar  səslənirdi,  hər  arzusunu,  izahatını 
bir cüt şerlə ifadə edirdi. 
O,  əlini  bir  şüşə  şəraba  atdı,  lakin  şüşə  boş  idi, 
«şərab  gətir  deyə  o  qışqırdı-  Necə  demişdi  Hafiz!». 

    Nəzakət Əliyeva 
 
 
172 
«Mirzə  Şəfi,-  deyə  mən  onun  sözünü  kəsdim.  –  Sən 
başından  ayağına  qədər  vurulmusan,  boynuna  al,  mən 
bunu sənin bütün varlığında hiss edirəm!». 
«Sən  haqlısan,  -  gülümsəyərək  dedi  o,  «bütün 
dünya  mənə  yenə  çəhrayı  işıqda  görünür!  Necə 
demişdi  Hafiz».  Mən  yenə  onun  sözünü  kəsdim».  Ay 
Mirzə,  sən  niyə  öz  nəğmələrini  oxumursan?  Hafizin 
gözəl  nəğmələrini  mən  həmişə  oxuya  bilərəm,  ancaq 
mən  nə  qədər  sənin  yanındayam  sənin  səsini  eşitmək 
istəyirəm». O razılıqla başını yırğaladı və xahiş etdi ki, 
qələmdanı hazırlayım və oxumağa başladı: 
              Bir yüksək məqsədə can atırıq biz, 
   Sənin kimi mən də belə. 
              Özümüzü əsirliyə atırıq biz. 
Sənin kimi mən də belə 
Səni öz qəlbimdə gizlədərəm –  
Sən məni özünkündə 
Ayrıca ya da birgə, belə yaşayırıq biz 
Sənin kimi mən də belə. 
«Sən hələ yazmırsan?» - deyə o, qəfildən sözünü 
kəsdi. 
«Əlbəttə yazıram, axı sən mənə demisən!». 
«Ancaq  belə  cəfəngiyyat  yazmamalısan.  Mən 
özümü  bir  az  toparlamaq  istədim;  axı  adam  kiməsə 
vurulanda yaxşı şeirləri qoşmaq çətin deyil». 
 
 
 
 
 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
173 
ONUNCU FƏSİL: 
Axalsix paşalığında gəzinti 
Güclü öd kisəsi ağrıları və qızdırması məni yayın 
əvvəlində  xəstəxanaya  saldı,  quru-isti  havası  olan 
Tiflisin  həkimləri  onun  burada  müalicəsi  olmadığını 
təkid  edirdilər,  buna  mən  uzun  müddətə  paytaxtı  tərk 
edib güclü dağ havasında müalicəmi  axtarmalı idim. 
Mirzə  Şəfi  mənim  xəstəliyimin  pisləşməsinin  
səbəbini  qəbul  etdiyim  dərmanlarda  görür  və  mənə  
məsləhət    görürdü  ki,  dağlardakı  bağlara  baş  çəkib, 
mədəmi  tut  ağacının  meyvələri  ilə  doldurum  və  bu 
ləzzət  mənim  xəstəliyim  aparacaq.  Sololaki  dağı 
şəhərin ən gözəl  yerində yerləşir, onun geniş çiyinləri 
üzərində  qədim  Narikalın  xarabalıqlarının  qalıqları 
yerləşir  və  burada  uzun  bir  hasar  Sohah  taxtı  sarayını 
birləşdirir,  və  gürcüstanda  zalım  fars  şahlarının 
hökmranlığını xatırladır. Mirzə Şəfi ilə mən bağa çatan 
kimi  bir  az  dincəldik,  sonra  onun  köməyi  ilə  mən  tut 
ağacına çıxdım və əmin idim ki, onun meyvələri məni 
sağaldacaq.  Mən  bu  zəif  bədənimlə  ağaca  çatmaq 
istəmirdim, ancaq Gəncəli alim sözündə durdu ki, mən 
onun meyvələrini öz əlimlə dərib yemləyəm. Ancaq bu 
müalicə mənə kömək etmədi və mənim xəstəliyim lap 
pisləşdi. Mən Priyutinada müalicə üçün yerləşdirildim.  
 
ON  BİRİNCİ  FƏSİL: 
Müdriklər yarısı 
Axalşıx  paşalığı  Paskyeviç  tərəfindən  zəbt 
olunduqdan  sonra  oradakı  türk  sakinləri  paytaxtı  tərk 
etdilər  və  Anadoluya  tərəf  köçdülər  ki,  rusların 

    Nəzakət Əliyeva 
 
 
174 
hakimiyyəti  altında  qalmasınlar.  Erməni  mühacirləri 
türk köçkünlərini iki böyük hissəyə böldü, onlardan bir 
hissəsi ağ çarın hökmranlığındakı xristianların tərəfinə 
keçdilər. 
Axalsixdə  qalan  türklərin  kiçik  bir  hissəsi 
tanınmış  yazı  alimi  Ömər  əfəndi  tərəfində  qaldılar, 
onlar  Adigion  kəndinin  yaxınlığında  rusların 
hökmranlığının vəkalətində yaşayırdılar. 
Əgər  diqqətli  oxucu  xatırlayırsa  Mirzə  şəfi  ilə 
tanışlığın başlanğıcında Ömər əfəndinin müdrikliyi-nin 
şöhrəti  haqqında  hörmətli  Mirzənin  Şərqin  müdrikləri 
üçün söylədiyi yaxşı fikirlər məlum idi. 
Onun müdriklik məktəbi Bakıda Xəzər dənizinin 
sahilində yaşayan Abbasqulu xanın şöhrətlənməsi üçün 
və  yaxud  Ömər  əfəndinin  Adigionun  bülbül  və  qızıl 
gülünü tərənnüm etdiyi üçün heç bir zərər verməmişdi. 
Tiflisin  yazı  alimləri  isə  hörmətdən  salınmışdı, 
çünki  onlar  özlərini  Mirzə  Şəfidən  daha  çox  irəlidə 
hesab edirdilər, çünki burada fikir rəqabətə daha yaxın 
idi.  Mən  bir  dəfə  Gəncəli  alimdən  soruşdum  ki,  o  öz 
əsasları  ilə  onlarla  dostluq  münasibətlərində  birləşə 
bilərmi; həm sünnilərin, həm də şiələrin sektasında – o 
mənə belə cavab verdi: 
«Cəfəngiyyat  danışırsan,  ey  tələbə!  Kilsənin 
sektalarının  və  bölünməsinin  mənə  nə  dəxli  var?  Hər 
qoyun  sürüsünün  öz  çobanı,  hər  icmanın  öz  möcüzəsi 
olmalıdır; hər kəs öz işini bacardığı qədər görür, çünki 
yaşamaq  istəyir.  Müdriklər  ən  çox  dəlilərə  tərəf 
yönəlməli,  nəinki  dəlilər  müdriklərə  doğru,  çünki 
dəlilər çoxdur, müdriklər az. Tacir öz malını tərifləyir 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
175 
və insanlar bundan öz tələbatına görə alanı alırlar; mala 
cənnətin  sularla  dolu  bağlarını  tərifləyir,  insanlar  isə 
buna  öz  tələbatına  görə  inanırlar».  «Əgər  tacir  öz 
mallarını  pisləsəydi,  o,  dilənçiyə  çevrilər  və    bütün 
alıcılarını itirərdi. Müştərilər isə çılpaq gəzəsi deyillər, 
ona görə başqa tacirin mallarını alacaqlar». 
Əgər  molla  desəydi  ki,  mənim  öyrətdiklərim 
səhvdir,  onda  dəlilər  onu  daşlayar  və  onun  yerinə 
başqasını  qoyardılar.  Yalnız  sonra  həqiqət  insanlar 
arasında  yolunu  tapır;  yalnız  sonra  və  sonra  toxum 
buğdası cücərir və məhsul verir». 
«Ancaq  heç  vaxt  işığı  söndürmək  lazım  deyil, 
çünki  günəş  gecə  işıq  saçmır.  Vicdan  susmamalıdır, 
çünki  o  vicdansızlığın  bahasına  yaşayır.  Sədi  necə 
demişdi;  «gözəl  səma  işığından  şikayət  etmək 
lazımdırmı? 
Çünki 
yarasalar 
günəş 
işığına 
dözmürlər!». 
Mirzə  Şəfi  bizim  Ömər  əfəndinin  yanında 
olmadığımızın  ilk  aylarında  yazırdı:  “İndi  Tiflisdə 
Qərbin bir alimi müdriklik dərsi alır, sonra isə o Ömər 
əfəndinin müdrikliyinin kəlamlarını tədqiq etmək üçün 
onu  ziyarət  edəcəkdir.  Mənim  burada  olmağım 
Adigion aliminə çoxdan məlum idi, lakin bir –birimizi 
uzaqdan görmüşdük, ancaq belə bir sözünü eşitmişdim 
ki, guya Qərbin alimləri burada yaradıcılıq etmək üçün 
gəliblər.  
Mən  Axalsixdə  olanda  eşitmişdim  ki,  Ömər 
əfəndi  bir  neçə  həftədir  ki,  şəhəri  tərk  edib 
Adigiondakı yay evinə köçmüşdür. 

    Nəzakət Əliyeva 
 
 
176 
Mən Paşalıqda gəzərkən ona xəbər göndərdim ki, 
tezliklə  görüşək.  Ondan  belə  bir  cavab  gəldi  ki,  onun 
evinin  astanasına  mənim  ayaqlarım  dəydikdə,  xoşbəxt 
olacaq. 
Adigionın  çirkli  döngələrindən  keçərək,  saysız-
hesabsız  itlərin  hürməsinə  baxmayaraq,  qaranlıq 
qarışanda biz sağ-salamat Ömər əfəndinin evinə çatdıq. 
Evin  damı  və  balkonu  adamlarla  dolu  idi,  xanəndələr 
öz  mahnıları  ilə  bizi  salamladılar,  gecənin  qaranlığına 
baxmayaraq 
biz 
balkonda 
oturduq, 
bizə 
arasıkəsilmədən  meyvələr,  müxtəlif  cürə  südlü 
xörəklər və s. gətirirdilər. 
Ertəsi  gün  mənimlə  gələn  zabit  yoluna  davam 
etdi,  Yusif  və  qohumları  Axalsixə  geri  qayıtdı,  mən 
Georgi ilə Ömər əfəndinin yanında yalnız qaldım. 
Onun  oxuduğu  nəğmələr  əsasən,  şərabın 
şöhrətindən  bəhs  edirdi.  Mən  isə  Mirzə  Şəfidən 
öyrəndiyim  bütün  mahnıları  və  kəlamları  söyləməli 
idim.  Adigion  alimi  buna  qarşı  öz  nəğmələrindən 
oxudu.  Mən  bunların  içində  çoxlu  cəsarət  və  öz 
hisslərimi aşkar etdim, ancaq Mirzə Şəfi nəğmələrində 
olan orijinallıq və yenilik onda yox idi. 
Biz  birgə  Mirzə  Şəfiyə  məktublar  yazdıq;  mən 
ziyarətin  sevincini  və  ondan  ayrıldıqdan  sonra 
xatirələrimi onunla bölüşmək istəyirdim. 
Biz Ömər əfəndi ilə qarşılıqlı olaraq bir-birimizin 
xəttini  təriflədik,  çünki  gözəl  xətlə  yazıya  Şərqdə  çox 
böyük  dəyər  verilir  və  bu  müdrikliyin,  alimliyin  əsas 
tərkibi  hesab  edilir.  Ona  görə  də  bir  yazı    alimi  o 
birindən  sübut  üçün  onun  yazı  məharətini  göstərməyi 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
177 
tələb  edir,  əgər  o  sınaqdan  pis  çıxarsa  onda  onu  ələ 
salırlar. 
«Sən yaxşı edirsən ki, öz müəllimini tərifləyirsən, 
ancaq  alimlik  tamam  başqa  şeylə  qiymətləndirilir. 
Daşların içində ağac əkmək olmaz, dəlinin başı ilə alim 
olmaq olmaz». 
Onun  bu  sözlərinə  mən  Bibliyadan  bir  sitat 
gətirdim:  «Kimə  nə  isə  verilibsə,  ona  həmişə  verilir, 
kimdəsə yoxdursa, onun alanı əlindən «alınır». 
O  başını  razılıqla  tərpətdi,  mən  sözümə  davam 
etdim:  «Məhsuldar  torpaqda  ala  kolu  da  yaxşı  inkişaf 
edir. Ancaq meyvə alaq otundan çox olarsa, bu böyük 
qulluqun  və  mübarizənin  nəticəsidir.  Eynilə  belə 
xüsusiyyət  insanlarda  da  olur.  Təmizlik  nə  deməkdir? 
Natəmizliyə  qarşı  mübarizə;  yaxşılıq  nə  deməkdir? 
Pisliyə  qarşı  mübarizə  deməli  hər  şey  yaxşı  şeyin  pis 
tərəfi  də  var  və  mübarizə  nə  qədər  davamlı  olarsa, 
insanın  dəyəri  də  o  qədər  böyük  olar,  çünki  bu 
mübarizədə 
onun 
qüvvəsi 
azalmır, 
əksinə 
möhkəmlənir».  
Ömər  əfəndi  bir  müddət  susdu  və  fikrə  getdi, 
sonra  üzünü  mənə  tərəf  çevirib  dedi:  «Mən  bilmək 
istərdim, bizim ikimizdən kim daha müdrikdir?». 
Onun  bu  sualına  mən  gülməkdən  özümü  zorla 
saxladım  və  cavab  verdim:  «Bu  nə  sualdır?  Bir  toz 
dənəsi  qiymətli  qaşların  yanında  nədir?  Səninlə 
müqayisədə mən nəyəm?». 
Mənim cavabıma o gülümsədi, ancaq kimin daha 
müdrik  olmağını  aydınlaşdırmağı  təkid  etdi.  Bunun 
üçün  o  iki  eyni  kağız  parçası  gətirdi  və  dedi:  «götür 

    Nəzakət Əliyeva 
 
 
178 
yaz, sən öz dilində, mən də öz dilimdə». Tezliklə yazıb 
qurtardım,  ancaq  o  hələ  vərəqinin  yarısında  idi.  «Sən 
yazıb  qurtardın?»  -  deyə  Ömər  əfəndi  soruşdu.  «Bəli, 
qurtardım». O alıb mənim şeirimi oxudu. Mənim onun 
qonaqpərvərliyini  tərifləməyim  xoşuna  gəldi.  Ən 
nəhayət,  o  müdriklik  mübarizəsinə  belə  qiymət  verdi: 
«Sən  öz  qəlbində,  mən  də  öz  qəbiləmdə  müdrikəm!». 
O mənim əlimi möhkəm sıxdı və evə getdi. Bir azdan 
geri qayıtdı, onun əlində bir kitab var idi: «Bunu sənə 
məndən  yadigar  verirəm,  çünki  sənə  ən  layiqli  bunu 
bildim. Burada mənim, atamın və babamın şeirləri var. 
Onu  götür  və  müdriklik  mübarizəsinin  mükafatı  kimi 
özündə saxla!». 
 
ON İKİNCİ FƏSİL: 
Tiflis yayın sonunda 
 Müdriklik məktəbinə qayıdış 
Avqust  ayının  ortaları  idi,  ancaq  Tiflisdə 
dözülməz  isti  var  idi.  Mən  Mirzə  Şəfinin  yanına 
qayıtdım.  Havaların  isti  olmasına  baxmayaraq,  o 
müdriklik məktəbini yenidən açdı. 
Diqqətli  oxucu  xatırlayırsa,  mən  Ermənistandan 
qayıdanda  Mirzə  Şəfi  mənə  özünün  nəğmələr 
toplusunu  «Müdrikliyin  açarı»  bağışladı.  Toplu  Mirzə 
Şəfinin  ön  sözü  ilə  başlayır  və  kağız  üzərinə 
köçürülmüş şeirləri ilə davam edirdi. 
Bu  Gəncə  aliminin  mahnı  bayramlarında  və 
yarışlarında oxuduğu nəğmələr gürcülərin və tatarların 
dilindən düşmürdü. Onun bir çox nəğmələri özünü tərif 
ilə  başlayır  və  qurtarırdı.  Mirzə  Şəfinin  bir  çox 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
179 
şeirlərinin  formasını  və  məzmununu  dəyişmədən 
tərcümə edərək oxucularıma təqdim edirəm. 
 
ON ÜÇÜNCÜ FƏSİL: 
Mirzə Şəfi tənqidçi kimi 
Həm  məşq,  həm  də  Gəncə  aliminin  Qərbin 
müğənniləri  qarşısında  şöhrətini  artırmaq  üçün 
nəğmələri alman və ingilis dilindən tatar dilinə tərcümə 
etməyə  dəfələrlə  cəhd  etdim.  Bu  cəhdlər  mənim  üçün 
çox  vacib  idi.  Mən  burada  dilin  üstünlüklərinin 
özümdə necə böyüdüyünü yaxşı görürəm. 
Mirzə  Şəfi  çox  gözəl  tələffüzə,  səs  ahənginə  və 
forma  bitkinliyinə  malikdir.  Mən  onun  bir  çox 
şeirlərində,  həm  mənalı,  həm  də  məzmunlu 
olmayanlarda,  orijinalın  dil  gözəlliyini  nəzərə 
çarpdırdım.  Tərcümə  olunmuş  şeirlərdə  onun  şəkil  və 
fikirlər  haqqında  qeydləri  məni  təkcə  düşündürmək 
deyil,  həm  də  bir  əyani  vasitə  kimi  şərq  aləminin 
hisslər aləminə nəzər salmağa da imkan verirdi. 
Alman lirikasında çox böyük rol oynayan hədsiz-
hesabsız  sentimentallıq  çox  vaxt  bizim  nəslin 
cırlaşmasına, məhvinə və zəifləməsinə gətirib çıxardığı 
halda,  bu,  Şərq  şairlərinə  tamamilə  yad  və  anlaşılmaz 
bir  şeydir.  Bunlar  həmişə  real,  anlaşılan  məqsədlərə 
can  atırlar.  Bu  məqsədə  çatmaq  üçün  yeri  və  göyü 
hərəkətə gətirirlər. Aypara onlar üçün qızıl nala çevrilir 
və  onlar  bununla  sevimli  qəhrəmanlarının  atını 
nallayırlar.  Ulduzlar  onlar  üçün  qızıl  mismara  çevrilir 
və  onlar  bununla  səmanı  mismarlayırlar  ki,  o  yerə 
düşməsin. Sərv və sidr ağaclarını balaca meşədə əkirlər 

    Nəzakət Əliyeva 
 
 
180 
ki,  qamətli  qızlar  xatırlansın.  Sevənlərin  gözləri 
günəşdir  və  bu  bütün  möminləri  oda  sitayiş  etdirir. 
Günəş  özü  parlayan  liradır  (musiqi  aləti)  və  onun 
şüaları  qızıl  simlərdir  ki,  bu  da  Şərqin  sevimli 
akkordlarını  məhəbbətin  qüdrəti  üçün  tütəkdə 
səsləndirir… 
İndi  isə  mənim  müdriklik  məktəbindəki 
dəftərlərimdən  birini  əlimizə  götürərək  və  Mirzə 
Şəfinin  Qərbin  poeziyası  haqqında  qərarını  misallarla 
əyaniləşdirək.  Heyne  və  Hötedən  tərcümə  etdiyim 
kiçik  şeirlər  ona  xüsusilə  başqa  cür  çatdı.  Şillerin 
şeirlərinin  gözəlliyini  ona  çatdırmaq  lap  çətin  oldu. 
Ancaq belə bir fikir söylədi ki, bu şeirlərdən hər birinin 
özəyi  var  və  bu  dil  baxımından  çətinlik  yaradır.  Belə 
çətinliklər  üzə  çıxanda  Tiflis  gimnaziyasında  fars  dili 
müəllimi  işləyən  dostumuz  erməni  H.Budaqova 
müraciət  etmək  olar.  Budaqov  həm  alman,  ingilis  və 
fransız dilini çox yaxşı bilir və nəğmələri bu dillərdən 
şərq dillərinə tərcümə etmək ona böyük sevinc gətirir. 
Belə çalışmalardan aydın oldu ki, nə qədər zəngin 
ruhlu  insanlar  xarici  poeziyadan  həzz  almaqdan 
məhrumdurlar. 
Belə  ki,  biz  bir  gün  Heynenin  ulduzlar  haqqında 
şeirini  tərcümə  etmək  istədik.  Budaqov  şeirdəki 
istehzanı  büs-bütün  başa  düşdü,  ancaq  biz  bütün 
qüvvəmizlə çalışsaq da, Mirzə Şəfiyə anlada bilmədik, 
çünki  nə  tatar  dilində,  nə  də  fars    dilində  «Filoloq» 
sözünün ifadəsini tapa bilmədik. Biz bu sözü «Dilbilir» 
kimi tərcümə etdik. Axı Mirzə Şəfi özü Dilbilir idi və 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
181 
bu  Gəncə  alimi  bununla  başqa  dildə  olan  ulduzların 
dilini necə başa düşsün. 
Tomas  Moorun  və  Lord  Bayronun  bəzi 
nəğmələrini  o  yaxşı  başa  düşdü  və  bu  onu  çox 
sevindirdi.  T.Volfenin  bir  gözəl  şeiri  ona  çox  böyük 
təsir göstərdi. 
 
 
ON  BEŞİNCİ  FƏSİL: 
Tiflisdə tatar mənzili 
Tatar  və  fars  yazı  alimlərinin  görüşlərində  və 
baxışlarında  tanınan  Mirzə  Şəfi,  Tiflisin  «yaxşı 
cəmiyyət»  adlanan  cəmiyyətinə  məlum  deyildi.  Bu 
«Yaxşı cəmiyyət» əsasən hərbiçilərdən, yüksək vəzifəli 
şəxslərdən  və  kiçik  bir  qrup  alman,  fransız  və  ispan 
adlarından  ibarət  idi.  Buraya  saysız-hesabsız  gürcü 
şahzadələri və knyazları da baş çəkirdilər. 
Böyük  ziyafətlərdə,  ballarda  və  buna  bənzər 
bayramlarda  çox  güclü  Asiya  elementi  özünü  biruzə 
verirdi.  Burada,  əsasən,  dəbdəbəli  paltarlarda  və 
qiymətli  qaşlarla  bəzədilmiş  silahlarla  qırğız, 
türkəmən,  kabardin,  abxaz,  guriyalı,  xanlar,  sultanlar 
və  müxtəlif  tatar  və  çərkəz  mənşəli  knyazları  görmək 
olardı. 
Mən  müqəddəs  David  dağının  ayağında 
yaşayırdım. Çox bərk istilər və quraqlıq olanda burada 
belə  adət  var  idi  ki,  yazıq  gürcü  qadınları  qapılara 
düşərək sədəqə toplayır və sonra bunu Allahı sevənlərə 
verərək xahiş edirlər ki, o öz mərhəmətini əsirgəməsin 
və  yerə  yağış  göndərsin.  Bu  məqsədlə  onlar  ziyarətə 

    Nəzakət Əliyeva 
 
 
182 
gedirlər  və əllərində xaçlar, müqəddəslərin şəkilləri və 
s.  ilə  açıq  havada  əkinlər  üçün  xeyir-dua  verərək 
qurbanlar  da  göndərirlər.  Sədəqə  toplanması  təntənəsi 
hər  gün  davam  təkrarlanır,  o  vaxta  qədər  səma  bu 
duaları eşidir və Yerə yağış göndərir. 
Mən Mirzə Şəfini tapıb, ondan axşam keçiriləcək 
dəsrləri başqa günə keçirməyi xahiş etmək istəyirdim. 
Biz  onun  mənzilinə  daxil  olanda  o,  ayaqlarının 
üstü  örtülmüş  halda  divanda  uzanmış  və  qəlyan 
çəkirdi.  Bizi  görən  kimi  o  ayağa  qalxdı  və  «Xoş 
gəldiniz!» dedi. 
Biz  otaqda  gənc  bir  oğlanı  da  gördük  və  onun 
kimliyini  soruşduq.  Mirzə  Şəfi  dedi:  «Kasıb  bir 
qohumudur.  Atasının  ölümündən  sonra  mən  onu  bu 
evə  gətirmişəm  və  ona  müdriklik  dərsi  öyrədirəm. 
Ancaq  o  dindarlığa  daha  çox  meyl  edir  və  müctəhid 
olmaq istəyir». 
Mirzə  Şəfinin  bu  söhbəti  zamanı  gənc  əlində 
şərab  badələri  ilə  içəri  daxil  oldu.  Mirzə  Şəfi  badəni 
onun əlindən alıb dedi: «Get öz dəftərini gətir, bu həftə 
nə yazdıqlarını oxuyaq». 
Gənc  öz  dəftərini  gətirdi  və  oradakı  başlıqları 
oxuduq: 
«Rusların Yerevana gəlişinin tərif şeri» və o birisi 
isə «Qarabağ tatarlarının böyük  rus padişahına, Yerin 
böyük hökmranına duası». 
Birinci  dəftər  tatar  dilində,  ikinci  dəftər  isə  ərəb 
dilində, fars şeirləri ilə qarışıq halda yazılmışdı. 
«Ey  mənim  müdrik  müəllimim,  mən  Sizin 
kitabxananıza  çox  böyük  maraqla  baxmaq  istərdim! 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
183 
Yəqin  səndə  mömin  tərif  nəğmələrindən  və  dualardan 
fərqli olaraq başqa kitablar var». 
«Əslində  –  dedi  o,  -  mən  kitablarımı  hər  kəsə 
göstərmirəm». Sonra o, mənə kiçik, ancaq çox qiymətli 
və  onun  ədəbi  yaradıcılığının  zənginliyini  açıqlayan 
poetik  və  fəlsəfi  məzmunlu  ərəb  və  fars  dilində  olan 
əlyazmalarını  göstərdi.  Mən  sualımı  səsləndirə  də 
bilmədim:  Ey  müdrik  insan  bu  necə  mümkündür  ki, 
sən  hər  gün  şərq  poeziyasının  ən  gözəl  güllərini 
ətrafına  səpirsən,  sanki  yazın  güllərinin  ən  gözəl  yeri 
kimi  və  mənbə  az  olan  yerdə  sən  necə  yarada 
bilirsən?».  «Mənbənin  həcmi  məhduddur,  ancaq 
məzmunu  böyükdür.  Ən  yaxşı  şairlərin  yazdıqları 
yaxşı şeyləri mən əzbər bilirəm və nəyisə unutsam, onu 
yenidən  öyrənirəm.  Pis  şairlərdən  mən  heç  nə 
oxumuram,  onların  əsərləri  nəyimə  lazımdır?  Mən  nə 
qədər  çox  zəngin  elmli  olsam,  bir  o  qədər  kasıb 
kitablarım olacaq. Nə qədər çox yoxlayıramsa, o qədər 
çox lazımsız, artıq şeylər tapıram. Ən yaxşısı odur ki, 
yaxşı  kitabı  yüz  dəfə  oxuyasan,  nəinki  pis  kitabı  bir 
dəfə. Nə qədər çox kitab varsa, o qədər çox qarışıqlıq! 
Mən başqasının şeirini oxuduqdan sonra heç vaxt yaxşı 
şeir  yaza  bilmirəm,  çünki  o  mənə  mane  olur.  Mən 
yalnız gözəl gözlərdən, sevimli əl və ayaqlardan, ətirli 
çiçəklərdən,  yaxşı  çaxırdan  və  təmiz  yaz  havasından 
məst  olanda  gözəl  şeirlər  yazıram.  Bunlar  hamısı 
yaratmaq üçün bir mənbədir. (Bu sözləri deyəndə alim 
bir qədər şərab içdi, birini də mən ona hədiyyə etdim, 
onu  içən  kimi  o  sözünə  davam  etdi).  Kiçik  gül  bağı 
mənə  daha  çox  ətir  bəxş  edir,  nəinki  böyük  səhranın 

    Nəzakət Əliyeva 
 
 
184 
vahələri  və  ağır  yüklənmiş  karvanları.  Qızın  al 
yanağından aldığım ilhamı bütün yad şairlər mənə verə 
bilməzlər.  Kiçik  günahsız  uşaq  mənim  üçün  daha 
hörmətli və  mömündir,  nəinki ən uzun  moizə.  Mənim 
bir  badə  şərabdan  aldığım  ləzzəti,  nə  Sufinin,  nə  də 
filosofların əsərləri mənə bəxş edə bilməz»… O özünə 
təzə çubuq dolduranda mən saata baxdım: 
«Biz  getməliyik  –  dedim  mən,  -  bizə  mahnı 
oxumamış, ayrılmayaq. Mən sənin gözəl səsinin ahəngi 
ilə  yola  düşmək  istərdim.  Ancaq  mənim  üçün  çox 
maraqlıdır ki, sən qafiyə, şəkil və fikirləri belə tez necə 
birləşdirirsən?  Sənin  mahnıların  üçün  sənə  heç  bir 
hazırlıq lazım deyil?». 
Bizim keçib getdiyimiz bağ yazın əlvan paltarını 
geymişdi.  Mirzə  Şəfi  əlini  uzadaraq  bir  neçə  koldan 
güllər  dərib  gözəl  dəsdə  düzəltdi  və  onu  mənə  uzadıb 
dedi:  «Bir  bax,  bu  güldəstəsi  bir  göz  qırpımında 
güzəldi,  ancaq  bunun  üçün  güllər  bir  anda  bitmədilər. 
Bax, mənim nəğmələrim də belədir!». 
   
ON ALTINCI  FƏSİL: 
Mirzə Şəfinin kitab çapına olan şəxsi  
 fikirləri və hüsnxət yazısına olan göstərişləri 
O vaxtlar Tiflisdə mənə məşhur daniya şərqşünası 
Vesterqaarth baş çəkdi, o uzun illər idi Hindistanda idi, 
indi  isə  vətənə  dönərkən  İrandan  yolunu  salaraq 
buradakı  mixi  yazıların  surətini  götürmək  istəyirdi. 
Şərqin ədəbi xəzinəsi ilə zəngin yüklənmiş bu adam öz 
yükünü yüngülləşdirmək üçün Kəlküttədə çap olunmuş 
bir  neçə  fars  kitabını  mənə  verdi  və  mən  bunu  Mirzə 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
185 
Şəfinin rəhbərliyi ilə öz toplantımızda oxudum. Mənim 
müəllimimi  kitabı  nəzərdən  keçirdikdən  sonra,  onu 
kənara tullamasına mən heç də az təəccüblənmədim və 
o  məndən  həmişəlik  xahiş  etdi  ki,  bir  də  belə 
basmaklarla, yəni çaplarla məni narahat etməsin. 
Mirzənin  hirsi  soyuyana  qədər  gözlədim  və 
bunun  səbəbini  soruşdum.  O  dedi  ki,  kitabların 
məzmunu  deyil,  onların  vəziyyəti  onu  əsəbiləşdirir; 
«Kitab yazılmalıdır, çap edilməli deyil», - o israr etdi. 
«Ancaq nə üçün – dedim  mən, - Mirzə Şəfi, sən 
çap olunmaya nifrət edirsən? Sənin xəttinin gözəlliyini 
itir  və  hər  halda  bu  şairlərin  və  alimlərin  əsərlərinin 
daha tez, külli halda və daima yayılmasına kömək edir, 
xalqın xeyrinə və öz şöhrətinin artmasına xidmət edir». 
Mirzə  Şəfi  çubuğunu  üfürdü,  başım  yırğaladı  və 
cavab  vermədi.  Mənim  ona  kitab  çapı  incəsənətini 
əyani  göstərmək  cəhdlərim  əbəs  idi.  Yalnız  bir  şüşə 
şərab  içdikdən  sonra  bu  fikirlərini  əsaslandırmağa 
başladı. Elə görünürdü ki, sanki  o əvvəllər heç vaxt bu 
haqda  əsaslı  düşünməyib  və  öz  etirazları  və  səbəbləri 
ilə bunu dərk etməyə hazır deyil. 
Yazılmış  kitabdan  çap  olunmuş  kitabın  daha  tez 
və  ümumi  yayılmasını  əlbəttə  o,  inkar  edə  bilməzdi, 
lakin  onun  gətirəcəyi  hər  hansı  yüksək  faydaya  da 
əmin deyildi. O mənə bir çox zəngin, adamların öz var-
dövlətlərini  kitablara  və  müdriklik  xəzinəsinə  deyil, 
tamam başqa məqsədlərə israf etdiklərini misal gətirdi, 
atalar  sözündə  deyildiyi  kimi;  müdriklər  xəzinənin 
dəyərini  qiymətləndirirlər,  ancaq  varlılar  müdrikliyin 
dəyərini yox. 

    Nəzakət Əliyeva 
 
 
186 
Bir  kasıb  alim  öz  biliklərini  çoxaltmaq  üçün 
başqalarının  kitablarını  ya  üzündən  köçürür,  ya  da  öz 
sifətinin  təri  ilə  əldə  edir  və  bundan  böyük  imkanlı 
fayda əldə edir.  
Məgər  kitab  nəşri  incəsənəti  bir  çox  əvvəl 
yaşamış alimləri üzə çıxardıb? Çap olunmuş kitabların 
bazara  gətirilməsi  İran  və  qonşu  ölkələrin  tənəzzülə 
getməsi  deyilmi?  Firdovsi,  Sədi  və  Hafizin  kitab  çapı 
ilə  insanların  beyninə  və  qəlbinə  yol  tapmağa 
ehtiyacları var idi? 
Bütün  bu  etirazlarını  Mirzə  Şəfi  saatlarla  etiraf 
etdi, lakin kitab çapına  olan nifrətinin əsas  səbəblərini 
axırda  açıqladı.  Yalnız  ifadədolu  xətlə  şair  öz  fikrini 
oxucuya  aydın  çatdıra  bilər.  Daha  yaxşı  olar  ki,  şair 
nəğmələrini  heç  yazmasın,  onu  xalqla  özü  oxuyaraq 
çatdırsın və bu onu bütün anlaşıqsızlıqlardan qoruyar. 
Mirzə  Şəfi  öz  nəğməsi  ilə  dərsi  sona  çatdırdı, 
ancaq  mən  bu  fəsli  bununla  bitirmək  istəməzdim  və 
onu  qeyd  etmək  istərdim  ki,  bütün  vəziyyətlərdə  bu 
mədəni-tarixi 
diqqətəlayiqlik 
əldə 
etmişdir. 
Baxmayaraq  ki,  kitab  nəşri  incəsənətindən  400  il 
keçmişdir, bu günə qədər o nə İranda, nə də Türkiyədə 
özünə giriş yolu tapmamışdır. Ondan yalnız bəzi dövlət 
işi  məqsədlərində,  yaxud  bəzi  alimlərin  öz  şöhrətini 
artırmaq üçün bir neçə az oxunulan qəzetlərdə istifadə 
edilirdi.  Belə  izahat  vermək  olar  ki,  məsələn,  Parisdə, 
Vyanada,  Leypsiqdə  və  qitənin  digər  ədəbi  mərkəzi 
yerlərində  fars  kitabları  daha  çox  nəşr  edilirdi,  nəinki 
İranın özündə. 
 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
187 
ON  SƏKKİZİNCİ  FƏSİL: 
Gəncə aliminin ikinci və sonuncu məhəbbəti 
 Mirzə Şəfi nəğmələrinin yekunu 
Məhəbbət həmişə ilğım olur 
Mənim  müdrik  müəllimimin  əhvali  ruhiyyəsi 
yaxşı  olanda  söhbət  əsnasında  onun  nəğməsindəki 
Hafizə  haqqında  soruşanda  o,  söhbətdən  uzaqlaşırdı. 
Bir  təsadüf  olmasaydı,  mən  bu  tapmacanın  açarını 
uzun müddət tapa bilməyəcəkdim.  
Bir  gün  mən  gəzintidən  adətən  olduğundan  gec 
qayıdanda  Mirzə  Şəfinin  müdriklik  divanında  məni 
gözlədiyimi  gördüm.  Vaxt  keçsin  deyə  o  qələmdanı 
əlinə götürüb stolun üstündəki bir parça kağıza şeirlər 
yazırdı.  Mən  özümü  görməməzliyə  vurub  açıq  qalmış 
yan otağa paltarımı dəyişmək üçün keçəndə o, Hafizin 
bir nəğməsini oxudu. 
«Ey gözəl, qoy küləklər sənin ətrini  
Hafizin qəbri üstünə gətirsin! 
Onun sakit məzarından 
Minlərlə gözəl güllər göyərsin!» 
- Bu gün nədən başlayacağıq, ay Mirzə Şəfi- deyə 
mən  soruşdum  və  onunla  birlikdə  şərab  içdim.  O 
barmağı ilə çubuğuna vurdu və cavab verdi:  
-  Kağız  və  qələm  götür,  mən  sənə  bu  gün 
Füzulinin qəzəllərindən oxuyacam. 
O oxudu və mən yazdım: 
Sənin yanına gəlmək üçün mənim həyatım, 
   
                      mən həyatımı verdim, 
Mərhəmətli ol, çünki yalnız səninlə 
   
 
          mən həyata gəldim! 

    Nəzakət Əliyeva 
 
 
188 
Bir damla su kimi okeana axmışam, 
Yazıq Füzuli, mən sənin yanına gəlirəm 
  şirin həyat kimi!» 
- Qəzəlin mənası mənim xoşuma gəldi, - dedim, - 
mən, ancaq son sətir də Füzulinin adının yerinə səninki 
olsaydı, daha yaxşı olardı. 
-  Sən  mənim  nəğmələrimə  qulaq  asmaq 
istəyirsən? Mən sənin üçün oxuyuram. 
«Sənin  nəğmələrini  mən  həmişə  həvəslə 
dinləyirəm, ancaq mənim sözlərimin başqa mənası var. 
Mən  deyirəm  ki,  bu  sözlərin  mənası  sənə  çox  uyğun 
gəlir». 
Mirzə  Şəfi  heyrətlə  mənə  baxdı.  «Ey  ulamə,  sən 
mənə  hirslənmə!-  dedim  mən,  -  çünki  mən  maraqdan 
sənin  şerlərinə  baxdım.  Məni  buna  vadar  edən  sənə 
qarşı  səmimiliyim  və  dostluğumdur.  Mən  bilirəm  ki, 
sən vurulmusan, sən özün bunu mənə demisən. Atalar 
dediyi  kimi,  «Müşk  ilə  məhəbbət  gizlədilə  bilməz». 
Sən  özün  mənə  dedin  ki,  bu  məhəbbət  adi 
məhəbbətlərdən  deyil.  Sevənlərin  təbiətinə  görə  onlar 
çox  şən  və  fərəhli  olurlar.  Ancaq  sən  isə  qəmginsən, 
Mirzə    Şəfi,  bu  məni  çox  narahat  edir.  Mən  sənin 
dərdinin  səbəbini  bilmək  istərdim  və  bəlkə,  sənə 
kömək edə bilərəm». 
Mirzə Şəfi bir anlıq fikrə getdi, sonra çubuğundan 
dərin bir qullab çəkib tüstülərə qərq oldu, yenə bir neçə 
badə şərabı içəri ötürüb dedi: «Al bu kağızı da oxu və 
əgər  dinləmək  istəyirsənsə,  mən  ürəyimdəkiləri  sənə 
söyləyərəm». 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
189 
Mən kağızı alıb tələsik oxudum. Orada Hafizəyə 
həsr edilmiş nəğmələri gördüm. 
«Bilirsən  –  deyə  Mirzə  şəfi  öz  hekayəsinə 
başladı- Hafizənin atası əvvəldən mənə ciddi bir izahat 
verdi,  o  mənim  məhəbbətim  haqqında  heç  eşitmək  də 
istəmədi  və  mənim  nə  vaxt  ailə  saxlamaq  imkanım 
olduğu halda bu barədə danışa biləcəyimi dedi». 
«Mən  sənə  neçə  dəfə  demişəm,  –  deyə  mən 
alimin sözünü kəsdim, – əgər sən mənim məsləhətimə 
qulaq  asıb  gimnaziyada  tatar  dili  müəllimi  işinə 
keçsəydin, sən məqsədinə tez çatardın».  
«Əgər  belə  olsaydı,  hər  şey  yaxşı  olardı.  Ancaq 
hələ heç nə alınmır!». 
«Bu  sənin  öz  günahındır.  Mən  bir  neçə  gün 
bundan qabaq direktor Kulşinski ilə danışdım və onun 
ağzından eşitdim ki, əgər sən istəsən, bütün çətinliklər 
aradan qalxar». 
«Məgər  mən  nə  bacarıramsa  etmədim?  Xahişli 
yazıları  səninlə  göndərmədim?  İndi  isə  xalçanın 
üstündə oturub bütün günü cavab gözləyirəm». 
«Bəs sənə müəyyən cavab gəlmədi?». 
«Cavablar  kifayət  qədərdi.  Ancaq  heç  biri  ürək 
açan  deyil.  Nəhayət  mənə  böyük  bir  məktub  gəldi  və 
mən bunu təyin olunmağımın təsdiqi zənn etdim və tez 
vasitəçinin  yanına  gedib  evlənmə  işinə  başlamasını 
dedim.  Bu  yazı  Hafizənin  atasına  göstərmək  üçün  ən 
yaxşı  zəmanət  idi.  Ancaq  iki  gündən  sonra  o  mənim 
yanıma gəlib acı sözlərlə məni təhqir etdi»: 
«Bu nə demək idi?». 

    Nəzakət Əliyeva 
 
 
190 
«Rus  dilini  az  bilən  Hafizənin  atası  sonrakı 
danışıqlardan  qabaq  bu  yazını  müftinin  yanına  aparır 
və  bu  kağızın  ancaq  mülk  vəziyyəti  haqqında  olan 
fetva, yəni rəydən ibarət olduğunu öyrənir və cavab isə 
rədd cavabı olur». 
«Hafizənin atası – deyə Mirzə Şəfi davam etdi – 
rus  dilindən  edilmiş  tərcüməni  təəccüblə  mənə  verdi. 
Direktor Kulşinski gələn cümə axşamı, nahardan sonra 
saat  5-də  mənim  gimnaziyaya  gəlməyimi  və  tatar 
dilindən  imtahan  verməyimi  tələb  edirdi».  Bu  anda 
Gəncə alimi bir az dayandı və atəşini söndürmək üçün 
stəkanı  başına  çəkdi.  Söylədiyi  əhvalat  onun 
xatirələrini  sanki  bir  daha  canlandırdı.  Xüsusilə  onun 
gedib gimnaziyada imtahan verməsi tələbi qəlbini  çox 
ağrıtdı.  Şərqin  birinci  alimi,  öz  soy-kökünün  fəxri, 
gözəllik  xəzinəsinin  hökmdarı,  şeir  aləminin  mirvarisi 
Mirzə Şəfi öz doğma dilindən imtahan verməli idi! 
Mən  onun  hirsdən  sifətinin  necə  qızardığını 
gördüm.  Mən  onun  yaralarına  məlhəm  çəkmək  üçün 
dedim: «Heç günəşdən soruşurlarmı ki, o işıq saçır və 
ya gizli gül ətir saçır? Yaxud Mirzə Şəfi kimi müdrik 
insanın elmini yoxlamaq düzdürmü?». 
«Sən  mənə  Hafizə  haqqında  nəğmə  oxu,  onda 
əhvali-ruhiyyən  yaxşılaşar.  Hekayənin  ardını  bir  badə 
şərabdan sonra söyləyərsən».  
Mənim  bu  sözlərim  ona  xoş  təsir  etdi.  O, 
mənimlə  «Allahverdi»  şərabından  içdi  və  sonra 
oxumağa  başladı.  Mən  onun  şerini  təriflədim.  Mənim 
məsləhətimin  ona  yaxşı  təsirindən  sevinərək  dedim:  - 
Görürsən  Mirzə  Şəfi,  sən  nə  xoşbəxt  adamsan!  Sənin 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
191 
məhəbbətinə  olan  fikrin  səni  fərəhləndirir.  Məgər 
Nəşhəbi öz nəğməsində haqlı oxumurmu ki, məhəbbət 
yer  üzündə  ən  gözəl  şeydir,  burada  bəy  də,  dərviş  də 
eynidir?- 
«Ancaq  Nəşhəbi  həm  də  demişdir  –  dedi  Mirzə 
Şəfi – pulsuz insan hörmətsiz, nüfuzsuzdur, pulsuz ev 
səhradır?  Mən  məhəbbətimi  səhra  evə  gətirməliyəm. 
Əvvəllər bu haqda heç fikirləşmirdim, indi isə bu fikir 
məni qəmgin edir». 
«Şikayətini  kənara  at-  dedim  mən  –  ay  Mirzə 
Şəfi! Hər şey yaxşılığa doğru gedəcək. Bu kiçik səfeh 
rus kağızlarına fikir vermə. Sən öz azadlığını Hafizəyə 
olan  məhəbbətinə  qurban  verirsənsə,  onda  sözünə 
sadiq  qalmalısan!  Mən  elə  bir  əsaslı  səbəb  görmürəm 
ki, sən nə üçün gimnaziyada yer ala bilməyəsən…». 
«Ancaq imtahan!». 
«Bu  çox  pisdir  ki,  onlar  sənin  elminə  şübhə 
edirlər. Moskvada belə qanun var ki, dövlət qulluğuna 
girən  hər  müəllim  imtahan  verməlidir,  çünki  burada 
səfehlər  daha  çoxdur,  nəinki  müdriklər!  Bu  qanun 
qüvvədədir,  ancaq  sənin  kimilərinə  müstəsnalıq 
etməlidirlər». 
«Onlar  müstəsnalığı  ancaq  elələrinə  edirlər  ki, 
yalan  və  riyakarlıqla  dolu  əsərlər  yazsınlar,  məsələn 
Mirzə Abul Qasım, Qarabağlı Hadi. Ancaq ilanlar hər 
yerdə sürünürlər!». 
Mən müxtəlif cür suallarla bu alimin hekayəsinin 
sonunu öyrənmək istədim.  
«Mən bilmək istərdim- başladım sözə – sən necə 
oldu ki, Hafizəni gördün, onu sevdin və seçdin».  

    Nəzakət Əliyeva 
 
 
192 
«Bu  çox  sadə  baş  verdi.  Sən  özün  mənim 
mənzilimə  gedib  gəlmisən,  küçələrə,  səkilərə  yaxşı 
bələdsən.  Ay  işığında  evlərin  damında  görünən  qızlar 
söhbətlərə, nəğmələrə qulaq asırdılar. Bu küçələr mənə 
gənclik  məhəbbətini  xatırladırdı,  Züleyxanın  gözəl 
siması  gözlərim  önündə  canlanırdı.  Ertəsi  gün  evə 
gedərkən  bir  evin  damında  Züleyxaya  bənzər  gözəl 
qamətli  bir  qız  gördüm.  O  mənə  tərəf  baxırdı.  Mən 
onun  gözəlliyindən  sehrlənib  yerimdə  dondum.  Qız 
bunu hiss edən kimi gözdən itdi. Başımda və ürəyimdə 
bir  ağırlıqla  evə  çatıb  yatağa  uzandım.  Bütün  gecə 
rahatlıq  tapa  bilmədim.  Gözümə  yuxu  gedən  kimi 
Züleyxanı  yuxuda  görürdüm.  Ancaq  tezliklə  onun 
surəti  döngədəki  evin  damındakı  gözəl  qızla  əvəz 
olunurdu. Ertəsi gün evə qayıdanda yenə həminki kimi 
etdim və o gecə daha narahat yatdım. Səhəri gün mən 
öz-özümə  dedim:  “Mirzə  Şəfi,  sən  öz  qəlbini  örtüklə 
bürüyüb  gizlətmək  istəyirsən?  Axı  sən  vurulmusan! 
Hardasa  yanan  bir  evi  söndürməyə  tələssən,  sən  özün 
alovlara  qərq  olarsan.  Ürəklə  bu  tam  əksinədir.  Onu 
söndürməyə su lazım deyil. Əgər ürək alovlanırsa, onu 
müalicə  etmək  lazımdır.  Çox  günlər  keçdi.  Dördüncü 
günün  sonunda  mən  evin  damında  gözəl  qızı 
görməyimə  çox  xoşbəxt  oldum.  Mən  evlə  üzbəüz  elə 
dayandım ki, o gözəl simanı tam görüm. Xoşbəxtliyin 
bir anı əbədiyyətə,  əbədiyyət isə bir ana çevrilir. Mən 
bilmədim  ki,  nə  qədər  vaxt  dayanıb  o  gözəli  seyr 
etdim.  O  sanki  yuxu  xəyalı  kimi  qarşımda  durdu  və 
sonra  yox  oldu.  Qısa  bir  vaxtdan  sonar  -  deyə  Mirzə 
Şəfi  davam  etdi  -  mən  ona  nəğmə  oxumaq  üçün 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
193 
əlverişli  fürsət  tapdım.  Mahnı  yarıya  çatanda  o  biri 
evlərin  damlarında  çoxlu  qadınlar  göründü.  Mənim 
gözəlim qorxmuş halda mənə getməyə işarə verdi. Mən 
buna əməl etdim, ancaq getməmişdən onun ayaqlarına 
gül atdım. 
Ertəsi  gün  axşam  mən  yenə  onu  həmin  saatda 
orada  gördüm.  O  üzü  örtülmüş  halda  damda 
dayanmışdı.  Mən  yavaşca  evin  yanından  keçəndə, 
birdən  yaşlı  bir  qadın  mənə  yaxınlaşıb  dedi:  «Mirzə 
Şəfi,  məni  uzaqdan  izlə!».  O  mənim  adımı  bilirdi, 
əlbəttə, bu mənim gözəlimin elçisi idi. Mən onu sakitcə 
izlədim. Bir azdan kiçik və yalnız bir komanın yanına 
çatdıq. O içəri keçdi və mənə də əl edib çağırdı. İçəridə 
on-on iki yaşlı qızlar oturub əl işləri görürdülər. Qadın 
onları  bayıra  təmiz  hava  almağa  göndərdi.  Mən  bu 
qoca qadınla tək qaldım. 
«Mirzə Şəfi, - deyə o sözə başladı- əgər mən sənə 
yaxşı  xəbər  versəm,  sən  mənə  nə  verərsən?  Sənin 
taleyin  mənim  sözümdən  asılıdır.“Mən  nəyim  varsa, 
ona verdim və başqa şeylər edəcəyimə vəd verdim. O 
mənə  bu  gənc  xanımın  (onun  adı  Hafizə  idi)  salamını 
və  diqqətini  çatdırdı.  Bir  də  onu  dedi  ki,  Hafizənin 
atası  qoca  pulgir  bir  tacirdir,  bir  çox  elçiləri  rədd 
etmişdir.  Çünki  o  çox  böyük  kəbin  (başlıq)  pulu 
istəyirdi. 
Sonrakı  dəfə  görüşəndə  mən  qoca  qadınla  bir 
plan qurdum.  Bizim planımıza görə mən qadın paltarı 
geyinib  və  lazımı  şeyləri  götürməliydim.  Ertəsi  gün 
axşam mən paltarımı dəyişmiş  halda Hafizənin evinin 
qarşısında iki dəfə vurulmuş kişilərdən danışdım…». 

    Nəzakət Əliyeva 
 
 
194 
«Bəs sənin saqqalın səni ələ vermirdi?». 
«Mən türk qadınları kimi üzümü yaylıqla tamam 
örtmüşdüm,  yalnız  gözlərim  görünürdü.  Yaylığın 
üstündən  örpək  və  bütün  bədənimi  isə  ağ  çadra  ilə 
örtmüşdüm.  Bu  yolla  mən  hər  axşam  Hafizə  ilə  rahat 
söhbət  elə  bilirdim.  Mənim  mahnılarım  və  görüşlərim 
onun  mənə  olan  məhəbbətini  artırırdı  və  biz  birlikdə 
unudulmaz  vaxtlar  keçirirdik,  o  vaxta  qədər  ki, 
Hafizənin  anası  bizim  sirrimizi  öyrəndi.  O  mənim 
Hafizə  ilə  söhbət  edərkən  səs  ahəngimdən 
şübhələnərək  aşkar  etdi.  Qorxmuş  Hafizə  heç  nəyi 
inkar  edə  bilmədi.  Qızının  göz  yaşları,  mənə  olan 
qızğın məhəbbəti və ən nəhayət, mənim şeirlərim onun 
ana ürəyini tərpətdi. Mənim şerlərimi oxuduqdan sonra 
onun  nifrəti  dostluğa  çevrildi.  İndi  mən  bir  elçi  tapıb, 
onun  atasının  yanına  göndərməli  idim.  Qocanın  nə 
mənim fikirlərimə və şeirlərimə heç marağı da yox idi. 
Toy isə mən kəbin (başlıq) pulunu verəndən sonra baş 
tutacaqdı». 
Bu  qədər  Mirzə  Şəfi.  Mən  qısa  müddətdə  Tiflisi 
tərk  etməli  oldum.  Mən  bu  Gəncə  aliminə  arzularının 
həyata keçməsini dilədim. 
Konstantinopolda  mən  ondan  qısa  bir  məktub 
aldım.  O  yazırdı  ki,  gimnaziyada  deyil,  bir  qarnizon 
məktəbində  yaxşı  bir  iş  almışdır,  başqa  mənbələrdən 
öyrəndim  ki,  o,  öz  borcunu  böyük  vicdanla  yerinə 
yetirir.  Bir  az  bundan  sonra  mən  başqa  məktub  aldım 
və  Mirzə  Şəfinin  öz  xoşbəxtliyinə  çatmağına  az 
qalmışdı.  Hafizənin  atası  öd  kisəsinin  qızdırmasından 
vəfat etmişdi. Anasının isə onların birləşməsinə heç bir 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
195 
etirazı  yox  idi.  Ancaq  onun  atasının  yazdığı  adi 
vəsiyyətnamə  vaxtın  bir  qədər  də  uzanmasını  tələb 
edirdi. Bu arada alim öz çalışqanlığı və qənaətcilliyi ilə 
xeyli  pul  toplaya  bildi.  Bu  pula  o  nişanlısına  hədiyyə 
və toy xərclərini hazırladı. 
Mən  mehriban  oxucularıma  bu  hekayənin 
sonunun yaxınlaşdığını və toyun özü haqqında aldığım 
məlumatlardan qısaca şərh verirəm: 
Matəm vaxtından səkkiz gün sonra Mirzə Şəfi öz 
qoca qohumunu Hafizənin anasının yanına göndərdi və 
nişan gününü müəyyənləşdirdi. Bu günü farslar şirini-
xuran, yəni şirniyyatların yeyilməsi adlandırırlar, çünki 
nişanlı oğlan qızın evində nişana toplaşmış valideynləri 
və qohumları şirin peçenye, qənd və mürəbbəyə qonaq 
etməli  idi.  Qadınlar  otağın  ortasında  kişilərdən  aralı 
otururlar  və  məcməyidə  çoxlu  şirniyyatlar  stolun 
üstünə  qoyulur.  Kişilər  və  qadınlar  uzun  müddət 
ayaqlarının  üstü  örtülmüş  halda  oturur  və  elə 
görünürlər ki, birinin o birinin mövcudluğundan xəbəri 
yoxdur,  xeyli  sonra  bir-birlərini  salamlayır  və  birgə 
musiqidən  həzz  alırlar.  Belə  yerlərdə  ən  çox  işlənən 
musiqi alətləri bunlardır; saz, çəngir, qaval və nağara; 
bunların  birlikdə  səslənməsindən  həqiqətən  (avropalı 
üçün) ürək-və qulaqyırtan səslər  əmələ gəlir ki, bu da 
farslar  və  tatarlar  üçün  ən  əyləncəli  bir  konsertdir. 
İnsanların  zövqlərinin  ilk  təsir  və  vərdişləri  o  qədər 
güclü  olur  ki,    vətənlərindən  uzaqlara  və  Peterburqa 
köçmüş  gənc  asiyalılar  öz  vətənlərinə  geri  qayıdanda 
öz  rəqslərini  qaval  və  nağara  ilə  dinləməkdən 
doymurlar. 

    Nəzakət Əliyeva 
 
 
196 
Nişan günü qadınlar oğlan evinə toplaşırlar ki, qız 
üçün  alınmış  hədiyyələri,  yəni  qızıl  üzük,  bahalı 
parçalar,  şal,  ayaqqabı,  sabun,  xına,  sürmə  və  s. 
görsünlər.  Oğlanın  qohumlarından  biri  nişanlanan  qızı 
otağın ortasına gətirir, onun başına örpək salır və nişan 
üzüyünü  onun  barmağına  taxır.  Bundan  sonra 
bayramsayağı  təbriklər,  salamlar  çatdırılır  və  üç 
gündən  sonra  qız  evi  eynilə  oğlan  gətirən 
hədiyyələrdən  onlara  göndərir.  Bunlar  əsasən,  əl  ilə 
işlənmiş  naxışlardan,  kostyum  tikdirmək  üçün  alınmış 
parçadan və hər cürə tualet əşyalarından ibarət olur. 
Toy  tədarükləri  adətən  böyük  vaxt  tələb  edir, 
nişanlılar  öz  toy  paltarlarını  hazırlayırlar,  ən  mühüm 
akt isə nişanlı qızın evinə çox adamların gəlib-getməsi, 
məsləhət  verən  qadın  toplantısı  olur.  Bu  arada  isə 
nişanlı  oğlan  demək  olar  ki,  hər  gün  qız  evinə 
məhəbbət əlaməti olaraq hər hansı bir hədiyyə, yəni bir 
səbət  meyvə  və  ya  kiçik  bəzək  şeyi,  ya  gül  dəstəsi, 
nəhayət,  yağlı  bir  qoçun  bud  ya  da  bel  hissəsini 
göndərir,  o  bununla  nişanlısının  anasının  yanında 
hörmət qazanmaq istəyir. 
Bu  ölkənin  adət-ənənəsinə  görə  bəylə  gəlin 
toydan  qabaq  bir-birilərini  görməməlidirlər.  Şərqdə 
cinslər  arasında  cazibə  qüvvəsi  Qərbdə  olduğundan 
daha  böyükdür;  Şərqin  qoca  müdriki  söylədiyi  kimi, 
Yer  üzündə  yalnız  iki  adam  yaşayırdı,  onlardan  biri 
qadın,  digəri  isə  kişi  idi.  Qısa  vaxtdan  sonra  onlar 
qarşılaşırlar,  elə  bil  ki,  onları  ölkələr  və  dənizlər 
ayırırdı… 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
197 
Nəhayət,  toy  günü  təyin  edilir,  bəy  gəlinin 
evindəki qonaqlara ziyafət verir. 
Toy  sazişində  yalnız  dəvət  edilmiş  qohumlar  və 
tanışlar  iştirak  edirlər.  Bu  formal  hüquqi  bir 
müqavilədir,  burada  əgər  ər  arvadın  heç  bir  günahı 
olmadan  ondan  ayrılırsa,  onda  müəyyən  məbləği 
ödəməlidir.  Gəlindən  nigah  müqaviləsinin  şərtləri  ilə 
razı  olduğunu  üç  dəfə  xəbər  alırlar.  Üçüncü  sualdan 
sonra  o  öz  cavabını  verir  və  bunu  mollaya  deyirlər, 
bundan  sonra  isə  molla  təsdiq  etmə  möhrünü  kağızın 
üstünə  basır.  Bir  çox  ailələrdə  mollanı  Quranın  bəzi 
yerlərini  oxumaq  üçün  dəvət  edirlər,  bu  isə  köhnə 
adətlər və mərasimlərlə bağlıdır. 
Nigah  müqaviləsi  bağlandıqdan  sonra  gəlini 
qadın  qonaqların  müşayəti  ilə  hamama  göndərirlər  və 
oradan  da  hər  hansı  bir  qohumunun  evinə.  Evlənmə 
günündə  gəlini  çox  dəbdəbəli  gedişlə,  musiqi  və  səs-
küylə  gələcək  mənzilinə  gətirirlər,  burada  isə  onun 
sahibi,  əri  hamamdan  sonra  bəzənərək,  hər  əlində 
şamla  onu  qarşılayır  və  yataq  otağına  aparır.  Burada 
şamları  iki  içi  düyü  ilə  doldurulmuş  fincana  qoyurlar. 
Bəy  gəlinin  üz  duvağını  götürür,  bir  fincan  su  gətirib 
onun ayaqlarını yuyur və sonra bu suyu bu pak otağın 
dörd  küncünə  çiləyir.  Sonra  dualar  oxunur;  bir  cüt 
qadın gəlinlə bəyin əllərini birləşdirir, onları Allahın və 
Peyğəmbərin  qorumasını  diləyərək  rəzə  ilə  bağlanmış 
qapı arxasında taleyin öhdəsinə buraxırlar…  
 
 
 

    Nəzakət Əliyeva 
 
 
198 
ON DOQQUZUNCU  FƏSİL: 
Şərqdə qadınlar 
“Bəs  Şərqdə  bir  qadının  taleyi  neçədir?”  –  deyə 
mən  bəzi  səmimi  qadın  oxucularından  eşidirəm  və  bu 
suala bacardığım qədər cavab verməyə çalışıram. 
Ürəkləri  arzu  etdiklərinin  hamısını  öz  ərlərində 
tapan, az imtiyazlı qadınların bəxti və onların əyləncə, 
kef  üçün  istəkləri  evlərinin  hasarından  bayıra  çıxmır. 
Qaydaya  görə  Şərqdə  qadınların  kişilərə  nisbətən 
tutduğu mövqe, bir qulun, kənizin öz ağasına, sahibinə 
olan mövqeyindən heç də yaxşı deyil. 
Kişi  qadını  onun  valideynlərindən  müəyyən 
qiymətlə  alır  və  istədiyi  vaxtda  müəyyən  qiymətlə 
boşayır, baxmayaraq ki, onun uşaqları özü ilə aparmaq 
hüququ yoxdur. 
Şərqdə bizdə olduğu kimi heç bir ictimai əyləncə 
və  kef  yerləri  yoxdur.  Teatrlar,  operalar,  konsertlər, 
açıq  gəzintilər,  ballar,  axşam  əyləncələri,  əyləncə 
səyahətləri  və  bu  səpkidə  əyləncə  və  rahatlıqlar  onlar 
üçün çox yad və naməlum bir şeylərdir, yalnız gözəl və 
rahat evdarlıqdan başqa.  
Bu  qadınların  yalnız  yeganə  ümumi  görüş  yeri 
hamamdır.  Burada  onlar  günlərinin  çox  vaxtını 
keçirirlər, hər kəs özünə çənə yoldaşı tapıb, üst geyim 
və  bəzək  əşyalarını  göstərməyə  can  atır,  çünki 
hərəmxanadan  başqa  heç  bir  yerdə  buradakı  kimi  öz 
cazibədarlıqlarını,  zinət  əşyalarını  açıb  göstərməyə  və 
dillərnin  yüyənini  buraxmaq  fürsətinə  malik  olmurlar. 
Onlar  yarı  bürünmüş  halda  xalçaların  üstündə  uzanır, 
kiçik fincanlarda qara qəhvəni saatlarla hortuldarak içir 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
199 
və  arabir  çubuq  və  qəlyan  çəkirdilər.  Onların 
çubuqlarının,  paltarlarının  və  digər  zinət  əşyalarının 
bahalılığı,  nəhayət,  kənizlərinin  sayı  onların  bir  –
birilərinin  arasında  ölçü  meyarıdır;  kim    kimlə  çəkişə 
və  ya  barışa,  kim  kimlə  dost  və  ya  düşmən  ola  bilər, 
tərifləyə  və  ya  abrını  tökə  bilər,  heyran  qalar  ya  da 
paxıllığını  çəkə  bilər.  Bu  deyilənlər,  əlbəttə,  yalnız  o 
qadınlara  aiddir  ki,  onların  ərləri  zəngin  və  varlı 
olsunlar.  Tamamilə  kasıb  qadınları,  yəni  hansıların  ki 
nə qulları, nə də kənizləri var, ev işlərini özləri yerinə 
yetirirlər, onları yalnız bizim ölkədəki kasıb qadınlarla 
müqayisə 
etmək 
olar, 
yalnız 
iqlimlə 
bağlı 
müxtəliflikləri  xəbər  verənlər  istisna  olmaqla 
yoxsulluğun aqibəti hər yanda çox bənzərdir, eynidir. 
Gəlin,  Şərq  ölkəsində  əlverişli  şəraitdə  yaşayan 
qadının  vəziyyətinə  düzgün  diqqət  yetirək.  Sanki  gül 
açan qönçəyə baxan kimi.  
Qızlıq  həyatı  burada  çox  qısa  olur.  12  yaşından 
sonra gənc qızlar artıq həddi –buluğa çatmış sayılır. Və 
onların  sifəti  insanların  gözü  qarşısında  bürünür. 
Haradadır ki, o gözəl sifət ki, ona həvəslə baxmasınlar? 
Xoşa gəlmək istəyi təbii və insana xas olan bir şeydir. 
Və  kiminsə  yoluna  qeyri  –  təbii  maneələr  qoyulursa, 
onda  təbiət  özü  onun  qayğısına  qalır  ki,  yəni  o  buna 
naz  etməsin.  Ancaq  Şərqdə  qızlar  bu  cür  qeyri  –təbii 
maneələrə  hər  addımda  rast  gəlirlər  və  onlar 
aşikarlıqda  etmək  istədiklərini  vətənlərinin  adət  - 
ənənələri qadağan etdiyi üçün bunları gizli və ya hiylə 
ilə  əldə  etməyə  məcbur  olurlar.  Beləliklə,  burada  əsl 
qadın səxavəti inkişaf edə bilməz və bunun üçün nələr 

    Nəzakət Əliyeva 
 
 
200 
saxlanılıbsa insan təbiətinə müqavimət göstərir, yalnız 
ondan qalan kiçik azad parçalar xoş əməl kimi tanınır 
və  məşq  edilir,  qadağan  olunmuş  qorxu  isə  ən  çox 
aldadır və dünya kimi qocalmış təcrübədir. 
Buna  görə  də  Şərqdə  qadın  səxavəti,  xoş  əməli 
hərəmxana  dustaqxanasından  kənara  çıxa  bilmir  və 
burada  qadınların  iztirabları  heç  bir  sərhəd  tanımır. 
Gənc  qız  ata  evində  sanki  istixanada  böyüyən  bir  gül 
kimi  böyüyür  və  oranı  yalnız  ərə  gedəndə  tərk  edir. 
Sanki  bir  dustaqxananı  o  biri  ilə  dəyişməyə  gedir.  O, 
yazmağı – oxumağı, nəğmə ifa etməyi və hər cür qadın 
işlərini görməyi öyrənmişdir. Ancaq bununla heç də öz 
həyatını  gözəlləşdirə  bilmir,  çünki  onun  şüur  və 
təsəvvür  qüvvəsi  nə  qədər  çox  oyanarsa,  o  qədər  də 
alçaldıcı və çarəsiz vəziyyətlərdən xəbərdar olar.  
Quranı  oxumaq  ona  heç  bir  təsəlli  verməyəcək, 
çünki  peyğəmbərin  vədləri,  daimi  cəza  və  mükafatları 
yalnız kişilərə aid edilmişdir: onun ölkəsinin şairlərinin 
əsərləri ancaq ağanı nəşələndirə bilər, ancaq can atmaq 
lazım  deyil  ki,  bu  əsərlərdə  təsvir  edilən  xoşbəxtlik 
mövcud  münasibətlərdə  olsun,  çünki  fars  lirikasının 
yaranması  ilə  mövcud  olanların  məzxərəyə  qoyulması 
və  aradan  qaldırılması  başlandı  və  buna  görə  nəğmə 
mənbələri təzə və canlı yayılmağa başladı, çünki onlar 
öz  yüksəkliklərindən  aşağıya  doğru  dindarların 
dönmüş  nizamnamələrinin  və  adətlərinin  üzərindən 
keçərək,  onları  sındırmış  və  öz  zarafatlarının  köpüyü 
ilə islatmışlar. Hafizin  nəsihət  etdiyi sevgi xoşbəxtliyi 
bu  gün  öz  sevgilisini  yalnız  Mirzə  Şəfidə  tapır.  Belə 
ruhlar  Şərqdə  çox  nadirdir.  Burada  bir  qızın  öz  əlini 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
201 
həqiqətən  sevdiyi  adama  verməsi  çox  müstəsna 
hallardan  biridir.  Qaydaya  görə,  valideynlər  qızlarının 
talelərinə qərar verirlər və adaxlının seçilməsində onun 
yaxşı xüsusiyyətlərinə, bədəninin, ruhunun və ürəyinin 
xasiyyətinin  yaxşı  olmasına  üstünlük  vermək  əvəzinə, 
onun nüfuzlu vəziyyəti, rütbəsi və ya var – dövləti əsas 
götürülür.  Belə  fikirləşəndə  12  yaşından  15  yaşına 
qədər  tər  çiçək  kimi  gözəl  qızları  60  və  ya  70  yaşlı 
kişilərə  ərə  vermək,  hansıların  ki,  üzünü  görməyiblər 
və onlardan qabaq ikisini və ya üçünü öz ehtiraslarına 
qurban veriblər, dəhşətə gəlmək olur.  
Kişilərin  nəzarəti  altında  onlar  bir  məhbus  kimi 
buxovlanır və qorunur, hərəmxana həyatında bir tərzli 
həyatını  yalnız  onda  xoşbəxt  sayır  ki,  əgər  dalaşqan, 
paxıl  və  acıdil  günülərindən  üstün  olaraq,  ərinin 
sevimli  yeganə  arvadı  olarsa,  əks  təqdirdə  onun 
buradakı  həyatı  cəhənnəmə  çevrilir.  Buradakı  adi  bir 
halı misal üçün götürəndə belə fikirləşmək olur ki, bir 
hərəmxana  gözəli  Cənubun  alovunda  1  ay  ərzində 
çəkdiyi  iztirabları  möhtərəm  Şimal  xanımları  bunu 
bütün  həyatı  boyu  çəkdiklərinə  bərabər  olur,  belə 
qənaətə  gəlmək  olur  ki,  Şərqin  hərəmxanaları 
intriqaların,  fitnə-fəsad  və  əxlaqsızlığın  hörümçək 
torudur,  ona  görə  ki,  burada  qadın  cinsinin  tərbiyə 
olunması  üçün  onların  ruhunun  formalaşması  və 
ürəklərinin  nəcibləşdirilməsi  üçün  heç  nə  edilmir, 
çünki  qızlar  öz  gəncliklərindən,  pozğun  və 
vəhşiləşdirilən  nümunələr  görürlər  və  ona  görə  də 
onlar  həyat  xoşbəxtliklərini  parıldayan  dəbdəbələrdə 

    Nəzakət Əliyeva 
 
 
202 
və xam hisslərinin laxlayıb çökməsində axtarmağa adət 
edirlər.  
Lakin  bunların  arasında  çox  gözəl,  istedadlı 
uyğun  təbiətli  bütün  əlaqə  və  münasibətlərdə  əsl 
xanımlar yetişdirmək olardı, əgər onlar öz hüquqlarını 
qorumaq  üçün  yol  tapa  bilsəydilər,  bu  isə  mümkün 
olmayan  bir  şey  deyil.  Mən  yenə  təkrar  edirəm: 
Qaydaya  görə  Şərqdə  qadınların  mövqeyi  (buna 
German  məfhumunda  qadın  ləyaqəti  deyilir)  azad 
deyildir  və  əxlaqsızdır,  çünki  çoxarvadlılıq  uşaqlara 
nəcib  təsir  və  tərbiyə  vermək    haqqında  heç 
fikirləşməyib, 
beləliklə, 
hərəmxanalar 
bütün 
bədbəxtliklərin  mənbəyidir  və  islam  xalqları  əsrlərdir 
buna düçar olublar və bu onların məhv olmasına gətirib 
çıxara  bilər.  Müstəsna  olaraq,  bəzi  sağlam  Qafqaz 
icmalarını  götürmək  olar,  çünki  onlar  Məhəmmədin 
yalnız  adını  daşıyır  və  çoxarvadlılıqdan  uzaqdırlar, 
korlanmış nəsillərlə yaxınlıq etmirlər, necə ki,  bundan 
İranda,  Türkiyədə  hər  il  minlərlə  insanlar  qurban 
gedirlər.  
Şərqdə  qadınların  qul  mövqeyinə  baxmayaraq, 
necə  ki  mən  sizə  həqiqəti  yuxarıda  tam  çılpaqlığı  ilə 
təsvir  etməyə  çalışdım,  bəzən  elə  gözəl  və  ağıllı 
qadınlar onu sevən axmaq ərlərini tam ram edərək onu 
idarə  edirlər,  bir  çox  qadınlar  isə  öz  mövqelərinin 
təhqir  olunmasını  hiss  etmədən,  fürsət  tapan  kimi 
Avropa  həyatı  ilə  tanış  olur,  həqiqi  baxışla  və  açıqca 
avropalı bacılarla görüşür, açıq üzlə küçələrlə gəzir və 
başqalarının ərləri ilə danışır və dostluq edir. 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
203 
Xoşuna gələn bir kişi ilə gizli görüşmək və onun 
xoşuna  gələnləri  etməyə  icazə  vermək,  bu  bir  fars  və 
ya  türk  qadınının  vicdanını  çox  narahat  etmir,  lakin 
açıqcasına  küçədə  bir  kişi  ilə  etinasızcasına  söhbət 
etmək, ya danışmaq böyük cinayətdir.  
Bu  ondan  irəli  gəlir  ki,  qəbul  olunmuş  hisslər, 
ədəb,  ləyaqət  və  hökmlər  həmişə  bizim  doğma 
ətrafımızda  təsir  və  vərdişlərdən  yaranır.  Bundan  tam 
əmin  olmaq  üçün  nə  İrana,  nə  də  Türkiyəyə  getmək 
lazımdır.  Elə  buradaca  zülmkarlıq  modasının  ildən  – 
ilə  yeni  formaya  keçməsi  və  yeni  düzgün  olmayan 
məfhumların  yaranmasını  görmək  kifayət  edir;  misal 
üçün  ən  çox  eşidilənlər:  “Bunu  etmək  olmaz,  bunu 
geyinmək  olmaz,  bu  sənə  yaraşmır  və  s.”  Bütün  bu 
deyilən  qeyri-düzgünlüklərdən  başqa  Şərqin  bəzi 
xoşagələn adətlərindən də danışmaq lazımdır. Məsələn, 
qadınlar yalnız öz ərləri üçün bəzənməli və yalnız onun 
qarşısında  üzünü  açmalıdır,  baxmayaraq  ki,  o  evdən 
başqa  hər  yerdə  üzü  örtülü  və  görkəmli  paltarda 
gəzməlidir.  
Bizdə  isə  bu  məlum  olduğu  kimi  tam  tərsinədir: 
qadınlar  evdə  özlərinə  çox  az  fikir  verirlər,  yalnız 
qonaq gələndə və ya qonaq gedəndə yuyunur, bəzənir, 
bir  sözlə  öz  gözəllik  və  cazibədarlığını,  yaxşı 
geyimlərini başqa kişilərin xoşuna gəlmək üçün edirlər 
və kişilər də eyni zamanda arvadlarının bir gözəl varlıq 
kimi  başqa  kişilərə  görünməyinə  fəxr  və  razılıqla 
baxırlar.  
Şərqlilər  isə  bunu  haqq  və  adətə  uyğun  hesab 
edirlər  ki,  arvadını  ciddi  qorumaq,  onun  gözəlliyinin 

    Nəzakət Əliyeva 
 
 
204 
başqa  kişilərin  ürəyini  riqqətə  gətirməyə  imkan 
verməmək lazımdır. Ona görə onlar gəzməyə gedəndə 
gözəl 
ayaqlarını 
mümkün 
qədər 
uzunboğaz 
çəkmələrdə,  incə  boyunlarını  isə  geniş  paltarlarda 
gizlətməlidirlər,  onun  baxdığına  heç  kəs  nəzər  sala 
bilməz, hətta gözlərinə belə! Ancaq evdə istədiyi gözəl 
və  rahat  çəkələklərdə  gəzə  bilər,  necə  ki  (bu  bizdə 
nadir  bir  şeydir)  bədənini  səliqəli  yuyub,  yağlamalı, 
qulluq  etməli  və  geyinməlidir.  Bu  da  bizdə  qayda 
deyil.  
Bu  adətlərin  yaxşı  cəhətləri  yalnız  onda  qəbul 
edilə  bilər  ki,  çoxarvadlılıq  aradan  götürülsün,  təkrar 
qeyd  edildiyi  kimi  çünki  o  bütün  bədbəxtliklərin 
mənbəyidir və düzgün ailə həyatına qovuşmağa imkan 
vermir və bununla ölkənin ən yaxşı və davamlı əsasları 
başlanır.  
Məşhur  tatar  komediya  şairi  M.F.Axundov  öz 
qəhrəmanlarının  dili  ilə  sərbəstcəsinə  demişdir:  Bizdə 
hökm  sürən  “çoxarvadlılıq”,  fransızlardakı  “çox 
ərlilik”dən  heç  də  geri  qalmır.  “Çoxarvadlılıq”  o 
deməkdir  ki,  bir  kişiyə  bir  arvad  kifayət  deyil,  “çox 
ərlilik” isə o deməkdir ki, bir qadına bir kişi bəs eləmir. 
Birinci  ənənə  bizdə  hökmranlıq  edir,  sonuncu  isə 
Parisdə”.... 
  Bunların  içində  bir  həqiqət  var  ki,  onu  (Parisin 
sərhədlərindən kənarda da) inkar etmək olmaz. Ancaq 
onu əlavə etmək olar ki, bizdəki “çoxərlilik” necə olur-
olsun  icazə  verilməyən,  qanuna  zidd  və  cəzaya 
məhkum bir şeydir, bunun əksinə, Şərqdə bu dinə, adət 
-ənənələrə əsaslanır və  buna görə  məhvedici nəticələri 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
205 
davam  edir,  çünki  heç  bir  qanun  onu  qorxutmur  və 
cəzalandırmır. 
  Ancaq bu o demək deyil ki, Şərq qadınları “çox 
ərlilik”lə  məşğul  olmaq  istəməzdilər,  onlarda  buna 
həvəs  və  istedad  yüksək  dərəcədə  mövcuddur,  ancaq 
bir şey çatmır o da – fürsət! Hər hansı bir təklif olsa da, 
ondan istifadə etmək çətindir. Həm də qadınlar onların 
kişilərlə  əlaqəsinə  onların  yolunda  duran  çətinlikləri 
aradan  qaldırmaq  üçün  heç  bir  vasitə  axtarmırlar, 
onları gözləyən təhlükələrə baxmayaraq, “güllərin dili” 
ilə, dərvişlərin və başqa nökərlərin köməyi ilə bəziləri 
bu  gizli  əlaqəni  yarada  bilirlər  və  bununla  qadağan 
edilmiş  hərəmxananın  ləklərində  bitən  məhəbbət 
gülləri beləcə dərilir.  
  Beləliklə,  həyat  sevincləri  Şərq  qadınları  üçün 
çox cüzi, az bəxş edilmişdir. Adətən onların çiçək açan 
vaxtında,  otuz  yaş  da  buna  daxil  olmaqla  bu  Asiyalı 
xanımları  artıq  nə  gözəlliklərə  heyran  olmur,  nə  də 
gözəlliyi  kəşf  etməyə  can  atmırlar.  Sifət  solğunlaşır, 
xasiyyət  acılaşır,  səs  elə  kobudlaşır  ki,  həmin  anda 
bütün insani ifadələr yoxa çıxır.  
 
 
 
 
 
 
 
 

    Nəzakət Əliyeva 
 
 
206 
 
Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin