Mövzu satişin həVƏSLƏndirilməsi план


Proqramın realizasiyası və ona nəzarət



Yüklə 252,5 Kb.
səhifə14/14
tarix18.01.2023
ölçüsü252,5 Kb.
#79595
1   ...   6   7   8   9   10   11   12   13   14
m-vzu-5

12. Proqramın realizasiyası və ona nəzarət. Satışın stimullaşdırılması proqramının realizasiyası adətən iki hissədən ibarət olur: - hazırlıq mərhələsi və təd­birlərin həyata keçirilməsi dövrü. Firmanın mütəxəssisləri stimullaşdırma tədbirlə­rinin hər biri üçün həm hazırlıq mərhələsini, həm də təd­birlərin həyata keçirilməsi dövrünü müəyyənləşdirirlər və onların planını hazırlayırlar. Hər bir tədbir həyata keçi­rilməzdən əvvəl onun üçün hazırlıq dövrü tələb olunur. Satışın stimullaşdırılması proqramının realizasiyasından sonra onun effektliyinin qiymətləndirilməsi qaydasında nəzarət həyata keçirilir.
Stimullaşdırmanı həyata keçirmək üçün mütəxəs­sislər hansı yaradıcı ideyadan və metodlardan istifadə edəcəklərini müəyyənləşdirməlidirlər. Bu zaman əsas məqsəd istehlak­çı­ların nəzərində məhsulun dəyərliliyini yüksəltməkdən ibarətdir. Bu baxımdan və satışın həvəs­ləndirilməsinin qarşı­sında qoyulan digər məqsədlərə uyğun olaraq həyata keçirilən stimullaşdırma proqramı­nın nəticələrinin qiymət-ləndirilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Qiymətləndirməni həyata keçirən mütəxəssislər bir neçə üsuldan istifadə edirlər və onlardan da ən çox istifadə ediləni müxtəlif dövrlərdə, yəni sti­mullaşdırma proqramı həyata keçirilməzdən əvvəl, pro­q­ramın realizasiyası dövründə və ondan sonrakı dövrdə sa­tış göstəricilərinin müqayisəsi üsuludur. Bu üsuldan is­tifadə etməklə stimullaş-dırma tədbirləri nəticəsində satı­şın həcminin nə qədər artması müəyyənləşdirilir. La­kin bu nisbi xarakter daşıyır. Çünki stimullaşdırma pro­q­ramının həyata keçirildiyi dövrdə satışın həcminə çoxlu sayda digər amillər də təsir göstərir. Odur ki, stimullaş­dırma kampaniyası dövründə satışın həcminin artımının hansı hissəsinin məhz stimul­laşdırma tədbirləri əsasında əldə edildiyini müəyyənləş-dirmək xeyli çətin olur. Bəzən satışın stimullaşdırılması tədbirlərilə yanaşı eyni vaxtda reklam fəaliyyəti, stimullaşdırmanın digər tədbirləri də həyata keçirilir və bütün bunlar satışın həcminə kom­pleks təsir göstərir. Deməli, stimullaşdırma tədbirləri nə­ticəsində satışın həcminin artırılması ilə yanaşı, həm də rəqiblərin müvafiq tədbirlərinə cavab reaksiyası verilir, bazarda müəssisənin və məhsulun mövqeyinin qorunub saxlanması və gücləndirilməsi təmin edilir.





Yüklə 252,5 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin