Mövzu satişin həVƏSLƏndirilməsi план


Fəaliyyət proqramı hazırlanır



Yüklə 252,5 Kb.
səhifə13/14
tarix18.01.2023
ölçüsü252,5 Kb.
#79595
1   ...   6   7   8   9   10   11   12   13   14
m-vzu-5

6. Fəaliyyət proqramı hazırlanır. Bu zaman, ox­şar məhsulların öyrənilməsi üzrə təhlil aparılır və nəticə­lər qeyd olunur.
7. Plan qrafik. İl ərzində həyata keçirilməsi nə­zərdə tutulan tədbirlərin qrafiki tutulur. Həmin tədbirlər qra­fikə uyğun olaraq həyata keçirilir.
8. Stimullaşdırma tədbirlərinin müddəti. Satışın sti­mullaşdırılması proqramı adətən bir il müddətinə tər­tib olunur. Proqramda nəzərdə tutulan ayrı-ayrı stimul­laş­dırma tədbirləri isə qısa müddətli olurlar və ilin müxtəlif dövrlərində həyata keçirilirlər. Lakin bu tədbir­lərin müddəti çox qısa olduqda stimullaşdırma arzu olu­nan səmərəni vermir və istehlakçıların əksəriyyətinin bu təd­birlərdən kifayət qədər faydalanmaq imkanı azalmış olur. Əgər tədbirlər həddindən çox uzunmüddətli olursa onla­rın istehlakçıları bazarlığa sövq etmək dərəcəsi zəifləyir. Odur ki, proqramda nəzərdə tutulan stimullaşdırma təd­birlərinin hər birinin optimal müddəti müəyyənləşdiril­məlidir və bu proqramda öz əksini tapmalıdır.
9. Stimullaşdırma tədbirlərinin vaxtının seçilməsi. Stimullaşdırma üzrə mütəxəssislər satışın stimullaşdırıl­ması tədbirlərinin hər birinin keçirilməsinin təqvim vax­tını müəyyənləşdirirlər. Bu vaxtın düzgün seçilməsi həm stimul­laşdırma tədbirlərinin, həm də ümumilikdə sti­mullaşdırma proqramının səmərəliliyini yüksəltməyə im­kan verir.
10. Büdcə. Satışın stimullaşdırılması tədbirlərinin hər biri üzrə ciddi müəyyən edilmiş büdcə hesablanır. Bu büdcə stimullaşdırmanın illik ümumi büdcəsinə daxil edilir. Proqramda nəzərdə tutulan tədbirlər üzrə xərclər hesablanır, ya da ümumi büdcədən hər bir tədbir üçün faiz şəklində müəyyən məbləğdə ayırmalar müəyyənləşdi­rilir.
11. Stimullaşdırma proqramının qabaqcadan yoxla­nılması. Satışın stimullaşdı­rılması proqramı işlənib hazırlandıqdan sonra onun yoxlanıl­ması həyata keçirilir və stimullaşdırma tədbirlə­rinin qar­şıya qoyulan məqsədlərə uyğun gəlməsi, seçilmiş metod­ların və üsulların düzgünlüyü bir daha yoxlanılır, testlərin keçirilməsi qaydasında proqramın optimallığı qiymətlən­dirilir. Yalnız bundan sonra proqramın həyata keçirilmə­sinə başlanılır.

Yüklə 252,5 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin