Aktiv təkliflər qaydasında stimullaşdırma. Bu qaydada stimullaşdırma lotoreya oyunlarının, uduşlu satışların, müsabiqələrin həyata keçirilməsini, bu zaman istehlakçıların aktiv iştirakını nəzərdə tutur. Bu cür stimullaşdırma tədbirlərinin əsas üstünlüyü ondan ibarətdir ki, onlar həm də əyləncə xarakteri daşıyır.
Məhsul satışının artırılmasına xidmət göstərən istehlakçıların stimullaş-dırılması metodlarının təsnifatı çox genışdir. Firmalar daima axtarışdadırlar, yeni metodlar işləyib hazırlayır və tətbiq etməyə çajışırlar.
Satışın həvəsləndirilməsi o qədər də sadə məsələ deyildir. Onun əsas məqsədi məhsul satışını canlandırmaq və satışın həcmini qısa müddət ərzində artırmaq olsa da, bəzən bu cür tədbirlərin həyata keçirilməsi uzunmüddətli nəticələr əldə etməyə də imkan verir.
Artıq qeyd edildiyi kimi, satışın həvəsləndirilməsi tədbirlərinin səmərəliliyi onun reklamla qarşılıqlı əlaqəsindən çox asılı olur. Demək olar ki, əksər həvəsləndirilmə tədbirləri reklamla müşaiət olunur. Firmalar satışın həvəsləndirilməsi tədbirlərini hazırlayıb həyata keçirərkən, bu tədbirlər barədə məqsədli auditoriyaya reklam vasitəsilə geniş informasiya çatdırırlar. Bu tip reklam tədbirləri həvəsləndirilmə kompaniyasının həyata keçirildiyi bütün müddətdə müəyyən dəyişikliklərlə və ya olduğu kimi fasilələrlə təkrar olunur.
Əgər firma yeni məhsulu bazara çıxararkən satışın həvəsləndirilməsi tədbirlərini həyata keçirməyi planlaşdırırsa, bu halda reklam daha mühüm əhəmiyyət kəsb edir. Bu zaman geniş reklam kompaniyası ilə yanaşı, eyni zamanda istehlakçıların həvəsləndirilməsi (kuponların və pulsuz nümunələrin paylanması) və dilerlərin həvəsləndirilməsi istiqamətində də müvafiq tədbirlər həyata keçirilir. Yalnız bu cür kompleks tədbirlərin həyata keçirilməsi sayəsində firma yeni məhsulun bazar mövqeyini gücləndirmək vəzəruri bazar payını əldə etmək imkanı qazanır. Yeni məhsulun bazara çəxarılması zamanı bir çox iri firmalar xüsusi, kompleks tədbirlər proqramı işləyib hazırlayırlar və bu proqramın tərkib hissəsi kimi yeni məhsulun müzakirəsini (prezentasiyasını) həyata keçirirlər. Bu məqsədlə dilerlərin və ticarət müəssisələri rəhbərlərinin iştirakilə preskonfranslar təşkil edirlər. Bu cür konfransların əsas məqsədi təkcə dilerlərin yeni məhsul haqqında məlumatlandırılması deyil, eyni zamanda ticarət müəssisələrinin rəhbərləri ilə məhsul satışının həyata keçirilməsinin forma və metodları barədə fikir mübadiləsi etmək, bunun sayəsində satış prosesini canlandırmaqdır.
Satışın həvəsləndirilməsinin istehlakçılara və vasitəçilərə xüsusi təsiri mövcuddur. J.J. Lamben satışın həvəsləndirilməsinin istehlakçılara və vasitə-çilərə təsirinin aşağıdakı formalarını xüsusi qeyd edir (11.s.926).