Mövzu satişin həVƏSLƏndirilməsi план



Yüklə 252,5 Kb.
səhifə4/14
tarix18.01.2023
ölçüsü252,5 Kb.
#79595
1   2   3   4   5   6   7   8   9   ...   14
m-vzu-5

2. Daimi müştəri kartı. Hər bir qablaşdırılmış malda yarlıq qoyulur və daimi müştəri mal alarkən hə­min yarlıq onun şəxsi kartına yapışdırılır. Dolmuş kart daimi müştəriyə nağd qaydada müəyyən məbləğdə pul veril­məsini nəzərdə tutur.
Natural formada güzəştlər. Stimullaşdırmanın bu formasında əsasən aşağıdakı üsullardan istifadə olunur:
- musabiqələrin keçirilməsi. Vasitəçilərin, ticarət agentlərinin, topdan və pəra­kəndə ticarətçilərin həvəsləndirilməsi zamanı hədiyyələr nəzərdə tutulan musabiqələr keçirilir və müəyyən mi­qdarda xal toplayan şəxs həmin mükafatı əldə edir;
- «sirli müştəri» əməliyyatı. İstehsalçı müəssisə tərə­findən «sirli müştəri» kimi təqdim olunmuş şəxslər bir ticarət müəssisəsindən digərinə keçərək gizli yolla mağa­zaların vitrinlərində müəssisənin məhsullarının tam çe­şidlə səliqəli düzülməsini məxfi qaydada qiymətləndirir, reklamın mövcüdluğunu yoxlayır, malların satışının yüksək enerci ilə həyata keçirildiyini, alıcılarla lazımi təb­liğat aparıldığını müəyyənləşdirirlər və bunlar nəzərə alınmaqla mağazaların sahiblərinə qiymətli hədiyyələr verilir.
- nümunələrin paylanması. Bu üsul istehsalçılar tərə­findən ticarət vasitəçilərinə əmtəə nümunələrinin pulsuz qaydada verilməsini nəzərdə tutur.
- istehsalçıların və vasitəçilərin birgə tədbirləri. Bu metod istehsalçıların, vasitəçilərin, ticarət agentlərinin birgə işinin nəticəsi kimi müxtəlif oyunlar keçirilməklə stimullaşdırma tədbirlərinin, həmçinin istehlakçıların həvəslən-dirilməsi üzrə tədbirlərin həyata keçirilməsini nə­zərdə tutur.
- vitrinlərin müsabiqəsi. Ən yaxşı vitrin müsabiqəsi istehsalçı tərəfindən satışın həvəsləndirilməsi çərçivə­sində, konkret dövr ərzində, hər hansı əmtəənin vitrində daha yaxşı yerləşdirilməsinə görə qalibin müəyyən edil­məsini və ona hədiyyə verilməsini nəzərdə tutur.
Satıcıların stimullaşdırılması.
İstehsalçılar satıcıların həvəsləndirilməsini həyata keçirərkən bir sıra üsullardan istifadə edirlər. Onlara müsabiqələr keçirilməsini, müka­fatlar verilməsini, illik planların yerinə yetirilməsinə və yüksək nəticələr əldə edil-məsinə görə əmək haqqına əlavələr edilməsini və ya mükafatlar verilməsini və s. aid etmək olar. Mükafatların məbləği bəzən 2-3 aylıq əmək haqqı səviy-yəsində olur. Lakin satıcının bütün il ərzində həvəsləndirmək lazım gəldiyindən, mükafatın ümumi məbləği plan göstəricilə­rinin yerinə yetirilməsindən asılı olaraq müəyyənləşdirilir.

Yüklə 252,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin