Mövzu satişin həVƏSLƏndirilməsi план


«Xüsusi göstəricilərə görə mükafatlandırma »



Yüklə 252,5 Kb.
səhifə5/14
tarix18.01.2023
ölçüsü252,5 Kb.
#79595
1   2   3   4   5   6   7   8   9   ...   14
m-vzu-5

«Xüsusi göstəricilərə görə mükafatlandırma ». Məhsulun kataloqla satılma­sına, işgüzar fəallığın aşağı düşdüyü dövrə göstəricilərin artıqlaması ilə yerinə yetirilməsinə və s. nail olunmasına görə mükafatlandırma həyata keçirilir. Bu zaman verilən mükafatların həcmi göstəricilərin artıqlaması ilə yerinə yetirilməsinə uyğun olaraq müəyyən edilir.
Mükafatların kataloqu tutulur. Satıcı yaxşı işləmə­sinə, əlavə sifarişlərin yerləşdirilməsinə görə müəyyən bal toplayır. Toplanmış balın səviyyəsindən asılı olaraq satıcı həmin kata­loqdan müvafiq mükafat seçib əldə etmək im­kanı qazanır. Əgər satıcı kataloqda hər hansı mükafatı bəyənirsə və onu əldə etməyə bal çatmırsa, onda o, sifa­rişlərin artırılması və digər göstəricilərin daha da yaxşı­laşdırılmasına nail olmağa çalışır.
Satıcıların turizm səyahətinə göndərilməsi qaydasında mükafatlan-dırılması. Fəaliyyətində yüksək nəticə, böyük müvəffəqiyyət qazanan satıcılar turizm səyahətinə göndə­ril­mək qaydasında mükafatlandırılırlar. Söhbət müsabiqə qaydasında mükafatlandırmadan gedir. Bu müsabiqədə xüsusi fərqlənən satıcılar xarici ölkələrə turizm səyahətinə göndərilirlər.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, satıcıların həvəsləndirilməsi üzrə tədbirlər ticarət heyyətinin yüksək satış göstəricilərinə nail olmasına yönəldilir. Satıcıların həvəslən­di­rilməsində yuxarıda qeyd edilən metodlarla yanaşı mütərəqqi əmək haqqı sistemindən istifadə olun­ması, həmçinin satıcıların müəssisənin yubileyi ilə əlaqə­dar ziyafətlərə dəvət edilməsi, yüksək göstəricilərə nail olanların şəkillərinin şərəf lövhələrindən asılması və s. üsullardan da istifadə edilir.
İstehlakçıların stimullaşdırılması.
İstehlakçı ona təklif olunan stimullaşdırma variant­larından birini seçir və bu zaman fərqinə varmır ki, sti­mullaşdırma kim tərəfindən həyata keçirilir: - istehsalçı və ya satıcı.
İstehlakçıların həvəsləndirilməsi məhsulların satışı prosesində onlara kommersiya güzəştləri edilməsini, oy­unlar keçirilməsini, maddi və mənəvi maraq­lan­dır­ma­nın digər üsullarından istifadə edilməsini nəzərdə tutur.
İstehlakçıların həvəsləndirilməsinin ən geniş yayıl­mış üsullarından biri qiymət güzəştlərinin edilməsidir.

Yüklə 252,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin