Mövzu satişin həVƏSLƏndirilməsi план


Satışın həvəsləndirilməsinin istehlakçılara təsiri



Yüklə 252,5 Kb.
səhifə9/14
tarix18.01.2023
ölçüsü252,5 Kb.
#79595
1   ...   6   7   8   9   10   11   12   13   14
m-vzu-5

Satışın həvəsləndirilməsinin istehlakçılara təsiri.
Onun çoxsaylı formaları mövcuddur. Bu təsir formaları satışın həvəslən-dirilməsinin həyata keçirilməsi prosesindən əvvəl, proses dövründə və prosesdən sonrakı dövrdə baş verir. Təsirlər həm müsbət, həm də mənfi xarakterə malik olurlar.
Daxili keçid effekti. Loyal alıcılar həvəsləndirmə təkliflərindən istifadə etsələr də əksər hallarda vərdiş etdikləri malları almağa üstünlük verirlər.
Gözləmə effekti. İstehlakçılar tezliklə onlara sərfəli təkliflərin olaca\ını gözlədiklərindən satışın həvəsləndirilməsinin həyata keçirilməsi prosesindən əvvəl satışın həcmi azalır. Satışın həvəsləndirilməsi tədbirlərinin həyata keçirilməsi vaxtı məlum olduqda, bu effekt özünü daha aşkar biruzə verir.
Tələbin azalması effekti. Satışın həvəsləndirilməsi tədbirlərinin həyata keçirildiyi dövr ərzində istehlakçılar lazım olan miqdarda mal aldığından bu tədbirlərdən sonra satışın həcmində azalma baş verir.
Hanibalizm effekti. İstehlakçılar satışın həvəsləndirilməsi tədbirlərinin həyata keçirildiyi dövr ərzində əvvəllər aldıqları ticarət markasının əvəzinə fərqli həcmdə digər ticarət markasını alırlar.
Keçid effekti. Satışın həvəsləndirilməsini həyata keçirən firma məhz bu effektə nail olmağa çalışır. İstehlakçıların bir ticarət markasından diğər ticarət markasına keçməsi nəticəsində həvəsləndirmənin həyata keçirildiyi məhsul üzrə satışın həcmi artır, digər məhsul qzrə isə satışın həcmi azalır.
Sınaq satınalmaların effekti. Satışın həvəsləndirilməsi tədbirləri istehlak-çıları irəlilədilən məhsulu almağa, ondan istifadə etməyə sövq edir. Bu yeni məhsulun irəlilədilməsində daha mühüm əhəmiyyət kəsb edir.
Saxlama effekti. Bu müsbət effekt hesab olunur. O, satışın həvəsləndiril-məsi tədbirləri başa çatdıqdan sonra da hiss olunur. Həzəsləndirmə kompaniyası bitdikdən sonra satışın həcmi yüksək olaraq qalırsa bu müəssisəni qane edən ən yaxşı haldır.
Bazarda məhsulun həyat dövranının mərhələlərindən asılı olaraq satışın həvəsləndirilməsinin istehlakçılara təsir forması və effekti dəyişir. Məhsulun həyat dövranının bazara çıxarılma və artım mərhələlərində alıcıların sınaq satınalmalarına cəlb edilməsi sayəsində ilkin tələbin həcmi artır. Məhsulun həyat dövranının yetkinlik mərhələsində isə satışın həvəsləndirilməsi tədbirlərinin həyata keçirilməsi nəticəsində satışın həcminin artması rəqib məhsulların satışının azalmasına gətirib çıxarır ki, bu da rəqiblərin “zəncirvari reaksiyasının” yaranmasına səbəb ola bilər.

Yüklə 252,5 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin