Mövzu satişin həVƏSLƏndirilməsi план


Müəyyən miqdar mal alışı zamanı pulsuz əlavə mal verilməsi



Yüklə 252,5 Kb.
səhifə7/14
tarix18.01.2023
ölçüsü252,5 Kb.
#79595
1   2   3   4   5   6   7   8   9   10   ...   14
m-vzu-5

Müəyyən miqdar mal alışı zamanı pulsuz əlavə mal verilməsi. Belə üsulla stimullaşdırma dolayı yolla qiymət azaldılması , qiymət güzəşti deməkdir. Bu stimullaşdırma metodu istehlakçıda iki istiqamətdə maraq oyadır. Birin­cisi, hər hansı bir qiymət azaldılmasında olduğu kimi va­saitə qənaət etməyə imkan verir. İkincisi, istehlakçı əlia­çıq istehsalçı ilə qarşılaşmış olur.
Qiymət güzəştlərilə məhsul alınmasına hüquq verən kuponların yayılması. Sertifikat xarakteri daşıyan ku­ponlar istehlakçılara ayrı-ayrı məhsulların alışı zamanı qənaət etməyə imkan verir.
İstehlakçıların stimullaşdırılmasının digər növü natura şəklində həvəsləndirmədir. Məhsulun təbiətindən asılı ola­raq natura şəklində həvəslən-dirmənin aşağıdakı forma­ları tətbiq edilir:
- az miqdarda malın yoxlama­dan keçi­rilmək məqsədilə alıcılara pulsuz istifadəyə verilməsi;
- mala əlavə olaraq bağlanılan hədiyyələr;
-alıcıya mağazadan çıxarkən kassadan verilən hədiyyələr;
- malların gələcəkdə hansısa məqsəd üçün təkrar istifadə oluna bilən qablara yerləşdirilməsi qaydasında mükafatlandırma. Mallar elə qablara yerləşdirilir ki, on­ları sonradan digər məqsədlər üçün istifadə etmək mümkün olur.
Nümunələrin yayılması qaydasında stimullaşdırma əsasən bir məqsədə qulluq edir: - alıcıları malla daha ya­xından tanış etmək məqsədilə malın kiçik bir hissəsini onlara yoxlamaq üçün pulsuz verirlər. Nümunələrin yayılmasının əsas metodları aşağıdakılardır:
- malların evlərə çatdırılması; müəyyən qrup isteh­lak­çılara təsir göstərmək məqsədilə nümunələrin poçtla göndə­ril­məsi; kütləvi informasiya vasitələrindən istifadə etməklə nümu­nələrin məqsədyönlü yayılması; pərakəndə ticarət mağa­zalarında satıcılar tərəfindən mal alışı za­manı isteh­lakçılara nümunələrin paylan-ması.
Reklam suvenirlərindən istifadə. İstehlakçıların həvəsləndirilməsi üsullarından biri də reklam suvenirlərindən istifadə edilməsidir. Mal alışı zamanı alıcıya pulsuz olaraq reklam verənin adı həkk olunmuş müxtəlif xırda əşyalar- suvenirlər verilir.

Yüklə 252,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin