Mövzu satişin həVƏSLƏndirilməsi план


Ticarət vasitəçilərinin həvəsləndirilməsi metodları



Yüklə 252,5 Kb.
səhifə3/14
tarix18.01.2023
ölçüsü252,5 Kb.
#79595
1   2   3   4   5   6   7   8   9   ...   14
m-vzu-5

Ticarət vasitəçilərinin həvəsləndirilməsi metodları.
Ticarət vasitəçilərinin həvəsləndiril­mə­sində bir çox üsullardan istifadə edilir ki, bu da böyük paylarla məhsul alanda qiymət güzəştlərindən, servis xidmətini təşkil etmək üçün onlara pulsuz və ya böyük güzəştlərlə avadanlıqlar, səyyar emalatxanalar verilmə­sindən ibarətdir. Bundan başqa vasitəçiləri həvəsləndir­mək məqsədilə müəyyən edilmiş tapşırıqlardan artıq məhsul satışına görə onlara yüksək əmək haqqı veril­məsi, təkrar güzəştlər edilməsi metodların-dan da istifadə edilir. Bütün bunlarla yanaşı, vasitəçilərin həvəsləndiril­məsində müsabiqələr keçirilməsi üsulundan da geniş isti­fadə olunur. Ticarət vasitə-çilərinin hər biri keçirilən müsabiqələrdə yüksək bal toplamaqla müsabiqənin qa­libi olmaq və mükafatı almaq imkanı əldə edir.
Ümumiyyətlə ticarət vasitəçilərinin həvəsləndirilməsi üsullarını iki qrupa bölmək olar:
- maliyyə güzəştləri;
- natural formada güzəştlər.
Maliyyə güzəştləri. Onların bir sıra növləri möv­cüddür:
-müəssisənin məhsulunun kataloqa satılması ilə əla­qədar güzəştlər. Bu güzəştlər çox tez-tez tətbiq olunan stimullaşdırma tədbirləridir. Onlar satışın bütün mərhə­lələrində tətbiq edilirlər və əsasən böyük vasitəçilər, top­dan və pərakəndə ticarətçilər üzrə həyata keçirilirlər.
- alınan məhsulların miqdarına görə güzəştlər. Müəssisə özünün mal ehtiyatlarının bərabər hərəkətini təmin etmək məqsədilə mütəmadi, böyük partiyalarla mal alan topdan və pərakəndə ticarətçilərə müəyyən qiymət gü­zəştləri edir.
- topdan və pərakəndə ticarətçilər tərəfindən məh­sulun sərfəli şəkildə təqdim olunmasına və yaxud satış ye­rində məhsulun reklamına çəkilən xərclərin ödənil­məsi;
- kuponlardan istifadə olunması. Bu üsulla adətən müstəqil pərakəndə ticarət müəssisələrilə böyük ticarət mərkəzləri arasında bərabərlik yaratmaq məqsədilə on­lara güzəştli mal almaq hüququ verən kuponlar verilir. Kuponların iki forması mövcüddür:
1. Güzəşt hüququ verən çek:
- pərakəndə ticarətçi xırda topdansatış mağazasın­dan müəyyən miqdarda mal alarkən qablaşdırılmış mal­la­rın içərisindən növbəti mal alışında ona güzəşt hüququ verən çek tapır;
- topdan ticarətçiyə yeni mal alışı zamanı reklam dəsti təqdim olunur və ora müəyyən miqdarda mal alı­şına güzəşt hüququ verən talon qoyulur.

Yüklə 252,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin