Təsərrüfatçılığının təşkilati – hüquqi formasından asılı olmayaraq müəssisə özünün iqtisadi fəaliyyətini, pul vəsaitinin qoyuluş istiqamətlərini sərbəst qaydada müəyyən edir ki, bu da təsərrüfat sərbəstliyi prinsipinin mahiyyətini müəyyən edir. Sonra, maliyyə sahəsində sərbəstlik.
Özünümaliyyələşmə – sahibkarlıq fəaliyyətinin əsas şərtidir və aşağıdakı xərclərin ödənilməsini nəzərdə tutur:
Maddi məsuliyyət prinsipi – təsərrüfat fəaliyyətinin aparılması və nəticələri üçün müəyyən məsuliyyət sistemini nəzərdə tutur. Bu prinsipin həyata keçirilməsinin maliyyə metodları müəssisə, onun rəhbəri və işçiləri üçün müəyyən edilir. Belə metodlara daxildir:
Maddi məsuliyyət prinsipi – təsərrüfat fəaliyyətinin aparılması və nəticələri üçün müəyyən məsuliyyət sistemini nəzərdə tutur. Bu prinsipin həyata keçirilməsinin maliyyə metodları müəssisə, onun rəhbəri və işçiləri üçün müəyyən edilir. Belə metodlara daxildir:
- ayrı – ayrı işçilərə cərimə qoyulur, mükafat ləğv edilir, işdən çıxarılır və s.
Fəaliyyətin nəticələri üçün maraq – mənfəətin alınması ilə müəyyən edilir. Təsərrüfat fəaliyyətinin nəticələri üçün müəssisə, dövlət və müəssisənin işçiləri maraqlıdır. Işçilər mənfəət hesabına mükafatlandırırlar. Dövlətin marağı isə müəssisənin rentabelli işləməsində və nəticədə mənfəətin həcminin artmasındadır.
Maliyyə ehtiyatının təmin olunması – sahibkarlıq fəaliyyəti üçün bazar iqtisadiyyatı şəraitində vacibdir. Çünki, müəssisə hər gün risklə rastlaşır. Bazar münasibətləri şəraitində riskin nəticələri bilavasitə sahibkarın üzərinə düşür.
Müəssisənin təsərrüfat – maliyyə fəaliyyəti üzərində nəzarətin həyata keçirilməsinin əsasını maliyyənin nəzarət funksiyası təşkil edir.
III Sual: Təsərrüfatçılığın təşkilatı – hüquqi formalarınınvə sahə xüsusiyyətlərinin maliyyənintəşkilinə təsiri.
III Sual: Təsərrüfatçılığın təşkilatı – hüquqi formalarınınvə sahə xüsusiyyətlərinin maliyyənintəşkilinə təsiri.
Bazar iqtisadiyyatı şəraitində təsərrüfatçılığın təşkilati-hüquqi formalarına daxildir:
Dövlət müəssisəsi,istehlak kooperativi, səhmdar cəmiyyəti, xüsusi müəssisə, bələdiyyə müəssisəsi və s. fəaliyyət göstərirlər. Qeyd edilən hər bir müəssisədə təsərrüfatçılığın təşkilatı-hüquqi formaları nizamnamə kapitalının təşkilində özünü göstərir.
Istehlak koperativləri sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışı, ticarət, məişət xidməti və s. ilə əlaqədar fəaliyyət göstərirlər. Istehsal koperativlərinin mülkiyyəti koperativin nizamnaməsi əsasında təşkil olunur. Yəni onların nizamnamə fondu koperativ üzvlərinin könüllü pay haqları əsasında formalaşır.
Təsərrüfat yoldaşlıqları və cəmiyyətləri də kommersiya fəaliyyəti göstərirlər. Təsərrüfat cəmiyyətləri səhmdar cəmiyyəti formasında təşkil olunurlar. Səhmdar cəmiyyətinin təsisçiləri (səhmdarlar) onun öhdəlikləri üçün cavabdeh deyillər. Onlar öz səhmlərinin dəyəri səviyyəsində cəmiyyətin fəaliyyəti ilə əlaqədar olan zərər riski üçün cavabdehdirlər.
Səhmdar cəmiyyəti açıq və qapalı olur. Açıq səhmdar cəmiyyətində səhmdarlar öz səhmlərini başqa səhmdarların razılığı olmadan sata bilərlər. Belə cəmiyyət öz səhmlərinə açıq yazılış apara bilər və sərbəst qaydada sata bilər.
Səhmdar cəmiyyəti açıq və qapalı olur. Açıq səhmdar cəmiyyətində səhmdarlar öz səhmlərini başqa səhmdarların razılığı olmadan sata bilərlər. Belə cəmiyyət öz səhmlərinə açıq yazılış apara bilər və sərbəst qaydada sata bilər.
Lakin qapalı səhmdar cəmiyyətinin səhmləri ancaq onun təsisçiləri arasında yayıla bilər. Belə cəmiyyət öz səhmlərinə açıq qaydada yazılış apara bilməz. Qapalı səhmdar cəmiyyətinin üzvləri başqa səhmdar cəmiyyətləri tərəfindən satılan səhmləri almaq hüquqi kimi üstünlüyə malikdirlər.
Səhmdar cəmiyyətləri məhdud məsuliyyətli və əlavə məsuliyyətli cəmiyyətlər formasında təşkil olunurlar.
Məhdud məsuliyyətli səhmdar cəmiyyəti bir və ya bir neçə şəxs tərəfindən təşkil olunur. Belə cəmiyyətin nizamnamə kapitalı onun təsisçiləri arasında müəyyən pay kimi bölüşdürülür və onun təsisçiləri cəmiyyətin öhdəlikləri üçün cavabdehdirlər və bütün zərərlər üçün qoyduqları əmanətin dəyəri həcmində risk edirlər.
Əlavə məsuliyyətli səhmdar cəmiyyətinin nizamnamə kapitalı da təsisçilərin pay ödənişləri əsasında təşkil olunur. Təsisçilər qoyduqları əmanətlərə görə eyni məbləğ cəmiyyətin öhdəlikləri üçün məsuliyyət daşıyırlar. Təsisçilərin əmanətinin dəyəri təsis sənədləri əsasında müəyyən edilir. Hər hansı bir təsisçinin iflası nəticəsində onun məsuliyyəti üzvlər arasında bərabər həcmdə bölüşdürülür.
Iqtisadiyyatın ən mühüm sahələrindən biri olan əsaslı tikintinin özünəməxsus xüsusiyyətləri var ki, həmin xüsusiyyətlər maliyyənin təşkilinə təsir göstərir. Belə xüsusiyyətlərdən aşağıdakıları göstərmək olar: