Mövzunun planına daxil olan suallar: Mövzunun planına daxil olan suallar


Iqtisadiyyatın ən mühüm sahələrindən biri olan əsaslı tikintinin özünəməxsus xüsusiyyətləri var ki, həmin xüsusiyyətlər maliyyənin təşkilinə təsir göstərir. Belə xüsusiyyətlərdən aşağıdakıları göstərm



Yüklə 446 b.
səhifə3/15
tarix28.04.2017
ölçüsü446 b.
#16114
1   2   3   4   5   6   7   8   9   ...   15

Iqtisadiyyatın ən mühüm sahələrindən biri olan əsaslı tikintinin özünəməxsus xüsusiyyətləri var ki, həmin xüsusiyyətlər maliyyənin təşkilinə təsir göstərir. Belə xüsusiyyətlərdən aşağıdakıları göstərmək olar:

  • - tikinti istehsalı uzun müddətə aparılır və nəticədə dövriyyə vəsaitinin quruluşunda bitməmiş istehsal böyük xüsusi çəkini təşkil edir;
  • - müxtəlif zonalarda yerləşən obyektlərin fərdi dəyəri də müxtəlifdir və bu isə gəlirin qeyri-bərabər daxil olmasına səbəb olur;
  • - tikintinin ayrı-ayrı dövrlərində tikinti-quraşdırma işlərinin xarakteri materialtutumlu və əməktutumlu işlərin həcminin müxtəlifliyinə səbəb olur və bu isə dövriyyə vəsaitinə qeyri-bərabər tələbatın yaranmasına gətirib çıxarır;
  • - hər bir tikinti obyektində qiymət fərdi müəyyən edilir. Tikintinin smeta dəyərinə birbaşa, dolayı və s. xərclər və eləcə də normativ mənfəət daxildir.
  • Tikinti sifarişçi tərəfindən maliyyələşdirilir. Tikinti təşkilatlarında dövriyyə vəsaitinin norması tikinti-quraşdırma işlərinin illik həcminə görə faizlə müəyyən edilir. Bitməmiş istehsal üzrə normativ müəyyən edilmir.



  • Iqtisadiyyatın ən mühüm sahələrindən birini kənd təsərrüfatı təşkil edir. Kənd təsərrüfatı müəssisələrində maliyyənin təşkilinə bir sıra amillər təsir göstərir.

    • Iqtisadiyyatın ən mühüm sahələrindən birini kənd təsərrüfatı təşkil edir. Kənd təsərrüfatı müəssisələrində maliyyənin təşkilinə bir sıra amillər təsir göstərir.

    • Təbii – iqlim şəraiti kənd təsərrüfatında istehsalda iş vaxtının uzunluğunu, təsərrüfatın məhsuldarlığında və gəlirliyində müxtəlifliyi, təsərrüfatın zona ixtisaslaşmasını, ayrı – ayrı məhsul növlərinin maya dəyərinin rentabelliyinin müxtəlifliyini müəyyən edir.

    • Təbii şərait bitkiçiliyin və heyvandarlığın təbii inkişaf dövrünü müəyyən edir ki, nəticədə təsərrüfatın maliyyə resursları müəyyən dövrdə (məhsuldan məhsula) formalaşır. Bu isə dövriyəyə qısa müddətli kreditin cəlb edilməsini zəruri edir. Kənd təsərrüfatı istehsalına təbii-iqlim şəraiti birbaşa təsir göstərdiyinə görə pul və natural formada maliyyə ehtiyatlarının təşkili zəruriliyi yaranır.

    • Kənd təsərrüfatında istehsal ili ilə təqvim ili uyğun gəlmir. Kənd təsərrüfatında istehsal mövsümü xarakter daşıdığına görə onun dövriyyə vəsaitinin təşkili mənbələrində qısamüddətli kredit böyük xüsusi çəkini təşkil edir.



    Nəqliyyat təşkilatlarının istehsal və idarə olunmasındakı xüsusiyyətlər onlarda maliyyənin təşkilinə təsir göstərir. Məs. nəqliyyatın məhsulu əşya formasını almır, daşınan yüklər ona aid deyil. Nəqliyyatda qiymətlər tariflərdən ibarətdir. Istehsal dövriyyə fondlarında xammal yoxdur və s. Nəqliyyatda hazır məhsul nəqliyyat prosesinin başa çatmasından ibarətdir. Istehsal fondlarının tərkibində əsas fondlar böyük xüsusi çəkiyə malikdir, bu isə külli miqdarda vəsait tələb edir.

    • Nəqliyyat təşkilatlarının istehsal və idarə olunmasındakı xüsusiyyətlər onlarda maliyyənin təşkilinə təsir göstərir. Məs. nəqliyyatın məhsulu əşya formasını almır, daşınan yüklər ona aid deyil. Nəqliyyatda qiymətlər tariflərdən ibarətdir. Istehsal dövriyyə fondlarında xammal yoxdur və s. Nəqliyyatda hazır məhsul nəqliyyat prosesinin başa çatmasından ibarətdir. Istehsal fondlarının tərkibində əsas fondlar böyük xüsusi çəkiyə malikdir, bu isə külli miqdarda vəsait tələb edir.

    • Nəqliyyatın məhsulunu ehtiyata keçirmək olmaz. Nəqliyyatda istehsal fondlarının tərkibində xammal və material yoxdur.

    • Nəqliyyatın ayrı-ayrı sahələrinin (dəmir yolu,çay nəqliyyatı,avtomobil və hava nəqliyyatı və s.) xüsusiyyətləri özü də hər bir nəqliyyat sahəsində maliyyənin təşkilinə təsir göstərir.

    • Avtomobil nəqliyyatında yüklərin daşınma sürəti daha böyükdür.

    • Avtomobil nəqliyyatında kapital qoyuluşunun həcmi çox da böyük deyildir.

    • Dəniz nəqliyyatında uzaq məsafələrə daşınmanın çox aşağı maya dəyəri mövcuddur. Dəniz nəqliyyatında kapital qoyuluşunun həcmi də azdır



    IV sual. Müəssisənin maliyyə resursları.

    • IV sual. Müəssisənin maliyyə resursları.

    • Müəssisənin maliyyə resursları onun balansının aktivində göstərilir. Maliyyə resursları müxtəlifdirlər və onlar müəyyən əlamətlərlə təsnifləşdirirlər.

    • Müəssisənin maliyyə resursları daxili və xarici mənbələr hesabına formalaşır. Daxili mənbə xüsusi və ona bərabər tutulan vəsaitlərdən ibarətdir. Xarici mənbə isə sonrakılara ayrılır: maliyyə bazarında səfərbərliyə alınan resurslar; yenidənbölüşdürmə yolu ilə daxil olan resurslar.

    • Təsərrüfat subyektinin xüsusi və ona bərabər tutulan vəsaitləri gəlirlər və daxil olmalardan ibarətdir. Gəlirlərə əsas iş fəaliyyətindən mənfəət, maliyyə əməliyyatlarından mənfəət, və s. aiddir.

    • Müəssisələrin maliyyə resurslarına yenidən bölüşdürmə yolu ilə daxil olan vəsaitlər aşağıdakılardan ibarətdir:

      • - sığorta ödənişləri;
      • - büdcə vəsaitləri;
      • - qiymətli kağızlar üçün dividendlər və faizlər;
      • - sahə strukturlarından daxil olan vəsaitlər;
      • - pay haqları hesabına formalaşan maliyyə resursları və sair.




    V sual. Müəssisənin maliyyə mexanizmi

    • V sual. Müəssisənin maliyyə mexanizmi

    • Maliyyə mexanizmi – maliyyə münasibətlərinin təşkili üsullarının məcmuudur.

    • Maliyyə mexanizmi – maliyyənin idarə olunmasının form və metodlarının məcmuudur.

    • Maliyyə münasibətlərinin sfera və həlqələrinə uyğun maliyyə mexanizminin quruluşu aşağıdakı kimidir:Maliyyə münasibətlərinin sfera və həlqələrinə uyğun maliyyə mexanizminin quruluşu aşağıdakı kimidir:

      • - müəssisələr və təsərrüfat təşkilatlarının maliyyə mexanizmi;
      • - sığorta mexanizmi;
      • dövlət maliyyəsi mexanizmi
      • Maliyyə mexanizminin hər bir sferası özü də həlqələrə ayrılır. Məsələn, dövlət maliyyəsi mexanizminə daxildir:
      • - büdcə mexanizmi;
      • - büdcədənkənar fondların fəaliyyəti mexanizmi;
      • - dövlət krediti mexanizmi.





    Yüklə 446 b.

    Dostları ilə paylaş:
    1   2   3   4   5   6   7   8   9   ...   15




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin