Müasir fəlsəfə problemləri” şöbəsi MÜASİr fəLSƏFƏ, elm və MƏDƏNİYYƏT: postqeyri-klassik epistemologiYA



Yüklə 2,59 Mb.
səhifə27/38
tarix01.01.2017
ölçüsü2,59 Mb.
#3891
1   ...   23   24   25   26   27   28   29   30   ...   38

Литература и примечания:

1. В более широком контексте можно назвать Е. Гротовского, К. Штокхаузена, А. Кифера и некоторых других, творчество которых, несмотря на номинальную удаленность от догматического концептуализма и удачную вписанность в историю искусств и даже популярность, тем не менее выпадает из контекста "реальности актуального".


2. Хотя, справедливости ради, признаем, что сам постмодернизм не так прост, и в нем самом существует масса подводных течений, корреспондирующихся с перцептивным нигилизмом, и недаром в определенных кругах принято считать концептуализм первой ласточкой постмодернизма.

3. Что касается уничижения индивидуума, или, как это еще называется, "практики репрессивной социализации", то этот вопрос серьезно проанализировал М. Фуко, обратившись к таким "институтам воспитания", как тюрьма и сумасшедший дом.

4. Еще одно тонкое замечание, сделанное Кошутом в этом контексте: истинная философия стала невозможна в силу того, что после Гегеля философ, призванный вопрошать бытие и выслеживать истину, превратился в историка философии, занимающегося количественными величинами: фактографией и перемалыванием чужих концептов.

5. К слову заметим, что сам Делез собирался совершить этот переход буквально, "завязав" с философией и начав заниматься живописью.

6. Сделаем небольшую оговорку: депривация органов восприятия и деконцентрация внимания относительно объектов внешнего мира достигаются и прямо противоположным путем – методом перенасыщения перцептивного аппарата визуально-информационным перебором.

7. Отрывок приведен по книге: Р. Сафрански. "Хайдеггер. Германский мастер и его время". М., 2002, c. 140-141.

8. Вторая группа – идолы пещеры – ошибки, связанные с психологическими особенностями определенных людских групп со спецификой сословного или профессионального менталитета. Третья группа – идолы рынка – ошибки, проистекающие от несовершенства языка, в частности от многозначности смысла слов. И, наконец, четвертая группа – идолы театра – ошибки, порождаемые следованием авторитетам и доверием общепринятым мнениям.

9. Скажем, еще Демокрит указывал на неадекватность человеческого восприятия: палка, опущенная в воду, кажется как бы переломленной, сахар кажется печеночному больному горьким и т.д.

10. Для более подробного описания процесса восприятия отсылаем к работе А. Бергсона "Опыт о непосредственных данных сознания. Материя и память". (М., 1992, c. 254), где он пишет о том, что по-настоящему мы воспринимаем только прошлое...

11. Шри Рамана Махарши: Весть Истины и Прямой Путь к Себе. М., 1991, c. 8.


12. Реперцепция предполагает включение в нейрофизиологический процесс новых перцептивных модальностей (скажем, в исихастской традиции названной "умными чувствами").

13. Готфрид Беем. В круге действительности. В каталоге "Собрание Ленца Шенберга". 1989, с. 39-57.



Əlizadə A.
Modernizm, postmodernizm və müasir Azərbaycan

1.      Modernizm

Modernizm XX yüzillikdə texnogen sivilizasiyasının təsiri ilə inkişaf edən yeni düşüncəni, xassiyətləri, praktikaları çevrələyən geniş mənalı anlayışdır. Insanların çevrəsində olanlara öyrəncəli baxışlardan aralanma və onları yeni anlamda ortalığa çıxartmaqdır, hər şeyə xüsusi metaforik baxlışdır. Onu realizmə qarşı bir üsyan kimi dəyərləndirmək olar. İncəsənətdə modernizm kubizm, sürrealizm, abstraksionizm, avanqardizm, impressionizm, modern və başqa axınları içəriləyir. Insan artıq təbiətin verdiyini yansımaqdan yayınaraq, çeşidli şeylərə öz baxışlarını ortalığa qoymuşdur (1). 

Avropa fəlsəfəsində modernizm dəyişilmə ilə yenilənməyə yönəlmiş bir axındır. İdeoloji baxımdan modernizm, dinə ya da milli adətlərə dayanaraq yeniliyi qavramaqdan boyun qaçıran cəmiyyətlərə qarşı durur. Buna görə də modernizmdə fərdçilik adətlərə üstün gəlir. Modernist insan hər zaman yeniliyə yönəlir, onu mənimsəyir.  

Modernizmi ortalığa çıxaran modern dönəmidir. Bu dönəm adətçi cəmiyyətin baxışları ilə qarşı duraraq, şəhərləşmə, sənayeləşmə, dünyaviləşmə ilə xarakterizə edilir. Modernləşmiş adamlar adətlərlə deyil, rasional düşüncə ilə davranırlar, ata-babalarından fərqli sosial təbəqədə olurlar, dəyişən dünyaya uyğunlaşırlar, demokratiyaya gətirə bilən mədəniyyətə yiyələnirlər.  

Modernizm öyrəncəli baxışların, adətlərin dağıdılması, ya da onlara yeni anlam verməsi ilə müşaiyət edilir. Buna da “dekonstruksiya” deyilir.  

Bundan başqa, modernizmin ortalığa çıxması pozitivizmin inkişaf etməsi ilə bağlıdır. Pozitivizm yalnız duyğusal (empirik) yollarla əldə edilən biliyi doğru sayır, fəlsəfi və metafizik biliyin dəyərini tanımır.  

Modernizmin ortalığa çıxması yeniləşən dünyada yaşayan düşüncələri, öyrəncəli həyatlarını, anlamlarını dəyişdir. Yüzilliklər boyu başqılar altında yaşayan insanlar azadlığın havasını dadmağa başladılar. Bu proses özünü hər yerdə göstərməkdə idi. Musuqidə caz, incəsənətdə sürrealizm, elmlərdə təkamülçülük, fəlsəfədə pozitivizm, ölkə quruluşunda respublikaçılıq ortalığa çıxmışdır.  

Modernizm fəlsəfəsinin inkişaf etməsində A. Şopenqauer, R. Vaqner, F. Nitşe O. Uayld kimi mütəfəkkirlər böyük rol oynamışdırlar. Onlar Avropa rasionalizminə, hər şeyi qəliblərə salınmasına, anlaşılmasına qarşı çıxış etmişdirlər. Beləliklə modernizm Avropa aydınlatmasına qarşı çıxış etmişdir.  

Şopenqauer batı ilə doğu mədəniyyətlərinin sintezini yaratmaq istəmişdir. Onun fikrincə batı düşüncəsi rasional, doğu düşüncəsi ilə irrasionaldır. Hər şey təkcə rasionallıqla qavranılmaz, düşüncənin qavramadıqları reallıqlar da vardır. Empirik (duyulan) təcrübədən başqa onu tamamlayan intuitiv təcrübə də vardır. Bunların sintezi dünyanın doğru anlaşılması üçün gərəklidir (2).  

Şopenqauerə görə dünyanı idarə edən güc iradədir. O “Dünya iradəsi” ilə “Dünya Düşüncəsi” anlayışlarını işlətmişdir. İradə heç bir qaydaya və əxlaqa uyuşmayan bir gücdür. O da hər şeyi yaradır, başlanqıcında durur. “Dünya iradəsi” özünü təbiətin güclərində, bitkilər, heyvanlar və insanlar aləmində göstərir. İnsanlarda “düşüncə aləmi” vardır.  Başqalarından fərqli olan insan özünü tanıyır, öz faciəli sonluğunu, həyatın mənasızlığını anlayır. Bu sıxıntılardan çıxmaq üçün o, düşüncəyə əl atır, onun araçılığı ilə dünyanı anlamaq, öz alın yazısını dəyişmək istəyir. Ancaq bu heç bir sonluğa ulaşmır. “Dünya iradəsi” onun düçüncəsini yox edir. Buna görə düşüncəyə arxalanmaq yalnız bir xülyadır, illuziyadır. “Dünya iradəsinə” qarşı getmək olmur. Onu yalnız duymaq, ona qovuşmaq, onun axarı ilə getmək gərəkdir. Bu yol da dünyadan aralanmada, incəsənətdə və fəlsəfədən keçir.  

İncəsənətdə Şopenqauer musuquyə daha da çox önəm verirdi, onu “Dünya iradəsinə” qovuşmada üçün ən yetərli araçı sayırdı. Elə bu yönəlməni R. Vaqner gerçəkləşdirmiş oldu (3). O irrasionallıq ideyaları öz musiqisində yansımışdır. Vaqner əski opera və musuqi adətlərindən aralanaraq bu sənətə yeni baxışları gətirmişdir. Onun yaratdığı musiqi fəlsəfi və mistik məqamlarla dolu idi. Musiqi insanın azad olmasına, Təbiətlə birliyə yönəlməlidir. Beləliklə “Dünya ruhuna” ulaşmaq üçün bir araçi kimi musiqi seçilmişdir.Vaqner artıq çeşidli sahələrin sintezinə ulaşmışdır. O, musuqi ilə dramanı birləşdirə bilmişdir. Bu yolda keçmiş bəstəkarları tənqid etmiş, onları darıxdırıcı və geriçi adlandırmışdır.  

Modernizm fəlsəfəsinin təməllirini qoyan mütəfəkkirlərdən Nitşe də sayılır. Dünya Apollon və Dionisin çarpışması ilə inkişaf edərək irəliləyir. Apollon düzən və ahəngi, Dionis isə qaranlığı, qarışıqlığı simvolizə edən yunan tanrıları olmuşdurlar. Bu substansiyalar bir deyildilər. İlkin olan Dionisdir, ondan Apolon yaranmışdır. Dionislə bağlı iradə hakimiyyətə olan istəkdir. Yalnız güclülərin yaşamağa haqqı vardır, yetəri olmayanlar yox olmalıdır (4).  

Nizam, düşüncə isə ikinci dərəcəlidirlər, hakimiyyətə ulaşmaq üçün bir vasitədirlər. İnsan meymundan oluşduğu kimi, sonra inkişaf edib “olaqanüstü insana çevrilməlidir. Bu kimi insan başqalarından güclü iradəsi ilə seçilir. O, əski dəyərləri devirib, yenilərini qoyur. Əski dəyərlər isə yalnız bunun qarşısını almaq üçün qurulmuşdurlar. Tanrı artıq ölmüşdür. Onun yerinə Dəccal gəlib, yeni həyat gətirməlidir. Əxlaqi dayaqlar da qullar üçün olmuşdur. Olaqanüstü insan yeni əxlaqi prinsiplər gətirməlidir. Bu əxlaq, cəmiyyət, din kimi kənar ideologiyalardan deyil, insanın öz ruhundan ortalığa çıxmalıdır.  

O. Uayld da modernizm ideyalar yazarçılığa gətirmiş, həyatında tətbiq etmişdir. Onun fikrincə incəsənət incəsənət üçün olmalıdır, heç bir ideologiyaya qulluq etməməlidir. O irrasional olmalı, təkcə düşüncə ilə qavranmamalıdır.  

İlk əvvəl modernizm ideyaları çox da yayqın olmamışdır. Cəmiyyətdə daha çox Hegelin rasionalizmi yayılmışdır. Ancaq 1-ci Dünya savaşının başlaması rasionalizmi sonu, inkişaf etmişmiş ölkələrə böyük faciələr gətirmiş bir olay kimi dəyərləndirilmişdir. Barışın və inkişafın uzun sürməsi, savaşların tarixdə qalmasını istəyən avropalılar bu savaşı sıxıntılarla keçirmişdirlər. Mədəniyyət və inkişafın yerinə dağıntılar, öldürmə istəyi gəlmişdir. Hər şey dağılıb ölürsə, deməli düşüncə heç də hər şeyi çözmür. Bununla da düşüncəyə inam sarsılmışdır. Bu arada da modernizm öz yüksəlməsi çağlarını yaşamağa başlamışdır.  

1-ci Dünya savaşı avropalıların mədəniyyətlərinin, inkişaflarının sonu kimi də dəyərləndirilmişdir. Bu qonuda öz fəlsəfi düşüncələrini O. Şpenqler irəli sürmüşdür (5). O, mədəniyyətə “əski, orta, yeni çağlar” kimi evrim (təkamül) modelləri danıb, yeni baxışla çıxış etmişdir. Şpenqlerə görə bütün mədəniyyətlər bir-birindən müstəqildirlər, öz yaranma, inkişaf, yox olma çağlarını yaşayırlar. Çin, Babil, Misir, Hind, Batı, Bizans-Ərəb, Rus-Sibir kimi böyük mədəniyyətlər olmuşdur. Onların hamısının xüsusiyyətləri vardır. Hər bir mədəniyyətin ölməsi onun sivilizasiyaya çevrilməsidir. Yunan mədəniyyəti Roma sivilizasiyasına keçməsi buna örnəkdir. Orta əsrlərdə yaranan Avropa mədəniyyəti də 19 yüzillikdə sivilizasiyaya çevrilib ölməyə doğru getməkdədir. 

Ölümə eşit olan sivilizasiya üçün saldırı (təcavüz), tanrısızlıq, materializm, devrimçilik, şəhərlərə axın özgüləri (xüsusiyyətləri) vardır. Elə bütün bu özgülər də Batı sivilizasiyasında vardır. Buna görə də o ölümə döğru irəliləməkdərir.

Beləliklə 1-ci Dünya savaşı sonrası durum çöküş kimi dəyərləndirilərək irrasional axınların güclənməsinə gətirib çıxartmışdır. Bu isə modernizmin düşünlərərdə, baxışlarda, elmlərdə, həyatda yer alması ilə nəticələnmişdir. Bununla belə, modernizmin ən aşırı formaları da ortalığa çıxmışdır. Sonda bütün bu yönəlmələr nasizm, faşist ideyalarının qurulmasına, 2-ci Dünya savaşına gətirib çıxartmış. Bu isə Avropanı daha da böyük ucurum qarşısında qoymuşdur. 

2-ci Dünya savaşından sonra isə modernizmin çöküşü başlamışdır. Bunun səbəbi dünyanın dəyişməsi, yeni gerçəkliklərin yaranması, kommunikasiyaların açılması, informasiya texnologiyalarının inkişafı, bütün bunlarla bağlı olaraq düşüncələrlə həyat tərzinin dəyişməsi olmuşdur. 
2.      Postmodernizm

XX yüzilliyin 2-ci yarısından başlayaraq öndər ölkələrdə modernizmin özü də böhran keçirmiş, postmodernizmə keçmişdir. Günümüzdə də mədəniyyətin və fəlsəfənin çeşidli sahələrində postmodernizm sürməkdədir. Postmodernizmdə bütün sınırlar ortalıqdan götürülür. Fəlsəfə, mədəniyyət, incəsənət, memarlıq və başqa anlayışlar bir-biri ilə qarışır. Artıq bunların ayrı-ayrı axınları deyil, özləri bir-dirinə qarışır, sinkretikaya çevrilir. Postmodernizmdə varlığın özlüyünə varılmır, hər şey qolay, aydın, incəliklərə önəm vermədən qavranılır. Dünya anlanmadan, olduğu kimi qəbul edilir. Modernizm əski baxışları yeniləri ilə dəyişirdisə, postmodernizmdə bu yeniliklərin də dağılması, hər şeyin bəsit, aydın və sinkretik olması ideyası ortalığa goyulmuşdur (6).  

Modernizm əski anlayışları yeniləri ilə dəyişib, yeni cərəyanlar yadadırdısa, postmodernnizmdə bu məqsəd güdülmür. Burada elitar anlayışlarla kütləvilik eyniləşir, birləşir, oyun kateqoriyalarında ortalığa qoyulur. Burada sistemlikdə xaotikliyə, qarışıqlığa doğru yönəlmələr duyulur. Uzun və çətin kateqoriyalar ən bəsit anlayışlarda verilir. Elmlər, fəlsəfə, sənətlər və başqa sahələr təkcə peşəkarların deyil, hamınınkı olur. Onların arasında sınırlar silinir, sinkretik anlayışlar yaranır. Burada, modernizmdə olduğu kimi, adətlər tam danılmır, onlara qismən dönüş də ola bilər. Pluralizm, ciddilikdən aralanma və dünyaya hironik baxış, həqiqətin olmaması, yazının obyektiv realığı yansımaması və yeni reallıq yaratması prinsipləri, marginalizm, İnternet və başqa informasiya məkanlarının yaranması - postmodernizmin xüsusiyyətlərindəndirlər. Postmodernizm çoxşaxəlilikdir, “isveç masasına” bənzəyir. Kimə oradan nə gərəkdirsə, onu da aparır.  

Postmodernizmin mütəfəkkirlərindən biri olan J. Derrida bütün öyrəncəli anlayışların yanlış olmasında, onların dağıdılmasında (dekonstruksiyasında) dayanırdı. Onun dediklərinə görə, həqiqət kimi dəyərləndirilən qaydalar vardır. Bu “söz mərkəzçiliyidir” (loqosentrizm). Burada hər şey çütlük kimi önə çıxarılır: hərfi-məcazi, ciddi-ciddiyətsiz, transsendent-empirik. Burada birincisi ilkin, ikincisi isə onun xüsusi halı kimi anlaşılır. Bu düzən pozulmalı, birinci anlayışlar ikincilərin törəməsi kimi önə çıxarılmalıdır. Örnək üçün məcazi hərfinin deyil, hərfi məcazinin xüsusi halıdır (7).  

Daha sonra Derrida, hamının önəm verdiyi dilə və qonuşmağa deyil, yazının önəmli olsasında dururdu. Çünki dildə olan simvollardırsa, onların saxlanması yazıda olur. Buna görə də dil və qonuşma yalnış yazının bir çeşididir, ondan törəmədir. 

Beləliklə Derrida bütün öyrəncəli anlayışları sübhə altına qoyur. Onun fikrincə onlar heç də həqiqət və təməl deyillər, yalnız törəmədirlər.


3. Avropa və Amerikada dində modernism

Yeniləşən gerçəkliklərlə, düçüncələrlə dinin uyuşması ən problemli sorulardandır. Çünki din adətçi qaydaların, ehkamların üzərində qurulmuşdur. Bir yandan din modernizmə qarşı çıxır. Ancaq dünyanın inkişaf axarı bu qarşılığın dayanıqlı olmasına imkan vermir. Buna görə də adətçi din seçim qarşısında qalır. O özü, qismən də olsa, yeniliklə barışmalı ya da ortalıqdan çıxmalıdır. Eyni zamanda, modernizmlə qismən barışmaq doktrində də dəyişikliklərə, ona yeni baxışlara gətirib çıxarır. Bunu etməyənlər təriqət olaraq azlıqda qalırlar, cəmiyyətə təsirlərini itirirlər.  

Dində modernizm özünü ikili göstərə bilər: ehkamların dəyişilməsi, ya da əski ehkamların yenidən yorumlanması ilə. Ehkamların dəyişdirilməsi yeni dini axınların yaranmasına gətirib çıxarır. Buna görə də çoxluq bunu etmir. Ənənə ilə bağlılığı kəsmək istəməyən çoxluq əski ehkamlara yeni yorumlar verməsi yolunu tuturlar.  

Bu proseslər hələ antik çağlarda başlamışdır, orta çağlarda xristian və müsəlman cəmiyyətlərində gedib, bu günə kimi də sürməkdədir. Sokratın dinsizlikdə suçlanması, Ksenofanın yunan dininə şübhəçi baxışları, mütəzililərin çalışmaları, protestantizmin və bəhailiyin yaranması kimi olaylar dində yeniləşmənin göstəriləridirlər.  

Daha da irəliləmiş cəmiyyətlərdə dini modernizm prosesləri güclənir, geriləyən cəmiyyətlərdə isə adətçi inancların üstülüyü olur. Bu baxımdan yeni çağlarda Avropa ilə Amerikada gedən proseslər daha dərin olmuşdur. Protestant kilsələr bir mərkəzdən idarə edilmədiklərinə və dəyişiklikliklərə dəha açıq olduqlarına görə modernizmə uyuşmuş, ayrı-ayrı durumlarda isə cəmiyyətin inkişafının önündə getmişdirlər. Ornək üçün kalvinizmdə mistikaya inam azalmış, dini ehkamlar minimuma endirilmiş; rasionalizmə, çalışmalara, səylərə cəmiyyət işlərinə xüsusi önəm vermişdir. Bu kimi protestant axınlar yeni Avrora ilə Amerikanın quruculuq işlərinə qatılmışdırlar.  

Katolik kilsənin isə, ən yeni çağlara qədər inkişaf edən dünya ilə uyuşması prosesi çətin getmişdir. Renessans çağlarındam başlayaraq, 19-cu yüzilliyin sonlarına - 20-ci yüzilliyin ilk illərinə gədər kilsədə yeniləşmə prosesləri dərinə varmırdı (8)  

İlk katolik modernistləri, bu dini yeniləşən dünyaya uyğunlaşdırmaq istəyi ilə, kilsənin bir çox ehkamlarını və rituallarını tənqid etmişdirlər. Katolik modernistlərə görə, dini insan yaradıb; Bibliyanı Tanrı endirməmişdir; mövhumatlardan çəkinilməlidir. Həmdə, onlara görə, İsa tanrı deyil,  Yəhudi məsihi olmuşdur. Xristian enkamlarının hərfi və özlüyü vardır. Onları bir-birindən zamana uyğunlaşaraq ayırmaq gərəkdir (9).  

Əvvəlcə katolik kilsəsi modernistlərə qarşı olmuşdur, onlar kilsədən qovulmuşdurlar. Ancaq sonra, yeniləşən dünyada öz yerini saxlamaq üçün, bir çox modern düşüncələrlə barışmalı oldu. Bu proses 1962—65 illərdə 2-ci Vatikan kilsə məclisindən sonra dərinləşmişdir. Katolik modernistləri A. Luazi, L. Düşen, Blondel, H. Şell, C. Tirell, R. Muarri kimi mütəfəkkirlər olmuşdurlar.


4. Müsəlman ölkələrində modernism

Müsəlman ölkələrində də orta çağlarda dini modernism prosesləri getmişdi. Mütəzililər dində yeni yorumlamalarla çıxış etmiş, onu yeniləşən gerçəkliklərlə uyğunlaşdırmaq istəmişdirlər. Ancaq Avropada gedən proseslərdən ayrılı olaraq, burada modern baxışlar adətçilərlə çarpışmada yenilgiyə uğradı. Buna baxmayaraq, mütəzililərin qoyduğu yöntəmlər müsəlman dünyagörüşünü duyulacaq qədər dəyişə bilmişdir.  

Bundan sonra ideoloji baxımdan uzun yüzilliklər boyu bir durğunluq yaşanmışdır. Avropada getdiyi proseslər müsəlman ölkələrində getməmiş, Renessans yaşanmamışdır, hər bir sahədə geriləmə olmuşdur. Hər yerdə monarxiya, ailə, tayfa, yerliçilik hakimiyyəti qurulmuş, cəmiyyətlərin azadlığı əlindən alınmış, yaltaqlıq, köləlik psixologiyası aşılanmışdır. Dini adətçilər də siyasi yötətimlə birgə çıxış edərək, cəmiyyətin durğunluğunu sürdürmüş, hər bir yeni düşüncənin, yeniliyin qarşısını alırdılar. Bir zamanlar qurulmuş sxolastik ilahiyyatın bütün çağlar üçün dəyişməz olduğu prinsipindən çıxış etmişdirlər. Həyatın və elmin bütün sahələri hazırlanmış qəliblərə sığışdırılmış, onların əbədiliyi önərilmişdir.  

Min il boyu yalnız türklərin yüksəlməsi çağlarında irəlləyişlər əldə olundu. Ancaq bu irəlləyiş daha çox siyasi və hərbi sahələrdə olmuşdur. Elmlər, yeni düşüncələr, fəlsəfələr, modern ideyalar, türklərin zamanında olsa da, Avropanın Renessansı qədər olmamışdır. Onlar daha çox Avropadan alınan modelləri və texniki vasitələri istifadə edirdilər. Öz ixtiraları az olmuşdur. Bu proseslər də getdikcə dərinləşirdi. Kral, tayfa, ailə hakimiyyəti surdürülürdü; respublikaçılıq, parlamentarizm, demokratiya ideyaları yaxına belə buraxılmırdı.  

Sonda çox inkişaf etmiş Avropa, müsəlman dünyasının çox bölgələrini öz sümürgəsinə çevirmişdir. Sümürgəcilikdən qurtara bilmiş az saylı bölgələr də Avropanın güclü təsiri altında olmuş, müstəqil siyasət yeridə bilməmişdirlər.  

Yalnız 19-cu yüzilliyin sonlarında dini və ictimai-siyasi modernizmin ilk göstəriləri oyanmağa başlamışdır. Dini modernizmin iki qolu olmuşdur. Bunlardan biri bəhailər və qədyanilər kimi İslamın dirəklərini danmış, yeni doktrinlə çıxış edənlər idi. Ancaq C. Əfqani, M. Əbduh, R. Riza, Seyyid Əmir Əli, Seyyid Əhməd Xan, Seyyid Qütb, Əli Şəriəti kimi dinin dirəklərini danmayaraq, onlara yeni yorum verənlər, onları müasir zamana uyğunlaşdırmaq istəyən mütəfəkkirlərin ideyaları daha yayqın olmuşdurlar. Onlar da katolik modernistləri kimi dinə rasionalizm baxımından yanaşmış, Quranda elmin olmasını olduğunu önərmişdirlər (10). Onlara görə müsəlmanların geridə qalması ilkin İslamdan aralanmasına görə olmuşdur. Buna görə də məqsəd o çağların dininə qayıtmaq, ictihadın qapılarını açmaq olmuşdur. İslam islahatçıları İslamda ruhaniliyə qarşı çıxış etmiş, siyasi sahədə parlamentarizmin və respublikaçılığın yandaşları olmuşdurlar. İslahatçılara görə, dini təməli yalnız Quranda, onun müasir ruhda yorumlanmasındadır. Elçi olaylarına (hədislərə), bilginlərin çözümlərinə (icma və rəy), bənzətmə (qiyas) yöntəmlərinə isə şübhə ilə yanaşırdılar. Onlar banklarda olan pul əməliyyatlarını faiz kimi dəyərləndirməmiş, daşqalağ etmə kimi sərt cəzaların tətbiq olunması doğru saymamışdırlar. Dini islahatçılara görə İslam liberalizmə qarşı deyil, onun əsasında azadlıq ideyaları durur.  

Dini modernizmlə yanaşı yaşamış başqa sahələrdə də yeniləşmə prosesləri gedirdi. Bu proseslər daha çox müsəlman dünyasının başqa mədəniyyətlərlə (özəlliklə də Avropa və Rusiya) əlaqədə olan yerlərdə gedirdi. Çünki o bölgələr inkişafda olan ölkələrlə ayaqlaşmalı idilər. Hər şeydən əvvəl laiklik, dinin və adətlərin həyatda payının azalmasına yönələn aydınlatma işlərinə başlanılmışdır. Bu prosesi Avropa daha əvvəl keçmişdir. Bunu da müsəlman cəmiyyətlərində gedən dekonstruksiya kimi adlandırmaq olar. Dekonstruksiya bəzən zorakılıqla da keçirilirdi. Zorakılıq Türkiyə ilə İranda daha çox olmuşdur. Ancaq, bununla belə, bir çox müsəlman bölgələrində müsəlmanların bir çoxu dekonstruksiyaya dəstək verirdilər. Bu proseslər Türkiyə ilə Rusiya imperiyasında yaşayan müsəlmanların arasında daha da surətlə gedirdi. Ancaq Sovetlər Birliyi qurulandan sonra, Orta Asiya və Qafqaz müsəlmanlarının arasında dekonstruksuya yeni kommunust ehkamçılığının qurulması üçün keçirilirdi. İranda modernizmin inkişafı İran İslam devrimi ilə geriləmişdi. Ərəb ölkələrində isə avtoritar və totalitar diktaturaların qurulduğuna görə modernizmin inkişafına yol verilməmişdir. Sonda bu yolda ən irəliləyən ölkə Türkiyə olmuşdur.  

Bütövlükdə isə, müsəlman dünyasında modernizm və postmodernizm prosesləri yetərincə getməmişdir və bu günə gədər də buna doğru olan yönəlmələr olsa da, onlar dərinləşməmişdir. Bu da bütün sahələrdə müsəlman cəmiyyətlərini dünyanın başqa yerlərinə nisbətən geridə qoyur. Bundan başqa, müsəlman dünyasında modernizmə qarşı təpkilər, dirənişlər çox güclüdür. Buna qarşı milli ənənələr və dini təməlçilər durur. Cəmiyyətlərin düşüncəsi, həyatlarındakı avtoritar baxışlar yeniliyin qarşısının alınmasına yönəlir. Dünyanın texniki nailiyyətlərini, geyimləri, modaları və başqa görüntülü şeyləri alanların çoxusunun baxışları, iç dünyası, mənəviyyatı avtoritar və geriçidir. Buna görə də dünyavi müsəlman cəmiyyətləri basqı altında yaşayırlar. Ailə və cəmiyyətdən tutmuş yüksək hakimiyyətə gədər hər bir sosial struktur insanları basır, adətlərin köləsi olub hansısa avtoritetlərin qarşısında boyun əyməyə zorlayır. Başqa cür yaşamaq istəyənlər, bu basqılara qarşı olanlar isə əzilir, mənəvi və fiziki sıxıntılara uğradılır. Ancaq qalan dünyadan aralanmaq da olmur, yeni informasiya texnologiyaları müsəlman dünyasına təsir edir. Buna görə də yenilənməni cərçivələndirən, modernizmə qarşı olan müsəlman cəmiyyətlərində ziddiyətlər kəskinləşir. Bu durumun sürməsinə görə də müsəlman cəmiyyətlərində radikalizm və terror baş qaldırır. Modernizmə, yeni həyata, azadlığa, insan ucalığına yol verməyən boğucu ortamda etirazlar yalnız iki qütbün arasında olur – dünyavi avtoritarizmlə dini təəssübkeşliyin. Bu da problemlərin dərinləşməsinə gətirib çıxarır. Bu durumda heç bir irəlləyiş ola bilməz. Çünki irəliləyişi yalnış azad insan edə bilər.  

Müasir zamanda müsəlman dünyagörüşünün yenilənməsinə, ortayüzilliklərin anlayışlarından aralanmasıma çox ehtiyac duyulur. Orta yüzilliklərdə oluşan insanın qul olması ideyası onun geriləməsi və basılmasının səbəblərindəndir. İnsan hamının – Allahdan başlayaraq ölkə başçılarının, rəislərin, alimlərin, böyüklərin, ailənin və ümumiyyətlə hər şeyin quluna çevirilib öz mənliyini inkişaf etdirə bilmir və basılır. Onun bütün təşəbbüsləri öldürülür. Bu psixologiya bütün müsəlman cəmiyyətlərində yayqındır. Buna görə də, dünyavi müsəlman ölkələrində belə bu prinsip qalır, demokratiyaya, plüralizmə, alternativ, qarşıduran mövqelərə az yol verilir ya da heç verilmir.  

Bundan qurtulmaq üçün dünyaya baxışlar dəyişməlidir. İnsan öz böyüklüyünü duymalı, özünün “Mənini” hamıdan əvvəl görməlidir. O gul deyil “Yaradıcı” olduğunu anlamalıdır, hər şeyi bacardığına inanmalıdır. Elə bu ideyalar dünyanı hər zaman irəliləyişlərə və uğurlara gətirirdi. Gullar isə böyük işlər görə bilməzlər. Buna görə də, İslamda modernizm bu köklü problemi önə çıxarmalıdır. Bu olmasa, bütün başqa səylər heç bur müsbət nəticə verə bilməzlər. Bunun üçün İslamda kosmetik, üzdən olan dəyişmələr deyil, ortayüzilliklərdən aralanmaq üçün köklü dəyişikliklər edilməli, insanların dünyagörüşündə devrimçi yeniliklər yer almalıdır. Bu proseslər isə müsəlman dünyasında hələ də ləngiməkdədir. Bunsuz isə heç bir irəlləyiş ola bilməz. Bütün cəmiyyətlər (yəhudilər, xristianlar) bu yolu çoxdan keçmişdirlər. 


Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin