Viktorian dövrünün başlanması. 1837-ci ildə hanniverlər sülaləsinin kişi nümayəndəsi qutardı və taxt-taca həmin sülalənin nümayəndəsi olan 19 yaşlı gənc qız Viktoriya gəldi. Viktoriya Böyük Britaniya taxtında 60 il hökmranlıq etmişdir. Onun hakimiyyət dövrü tarixə “Viktoriya İngiltərəsi” adı ilə düşmüşdür.
Təcrübəsiz olaraq hakimiyyətə yiyələnən Viktoriya konstitusiya qərarlarını çox tez mənimsədi. Və tədricən inadcıl xarakterdə olduğunu biruzə verdi. Heç kim onun səlahiyyətlərinə müdaxilə edə bilməzdi. Eyni zamanda o, parlamentin səlahiyyətlərinə müdaxilə etmirdi. Oz arzusu ilə Albert Soksen Koburq Qotskiyə ərə getmiş və ingilis ailəsinin çoxuşaqlı ana obrazına çevrilmişdir. Hətta əri vaxtından əvvəl vəfat etdikdən sonra 40 il onun üçün yas saxlamışdır. Belə ki. Kraliça İngiltərə cəmiyyətində yüksək mənəviyyat simvoluna çevrilmişdir. Kraliça adətləri və geyimlərinin-ciddiliyi ilə çox fərqlənirdi. Viktoriya əmisi IV Georqun vaxtında saxladığı monarxiya institunun nüfuzunu yüksəklərə qaldırdı. Onun obrazı isə tədricən imperiyanın böyüklüyü və əzəməti ilə başlandı.
Kraliça Viktoriya özünün çoxillik hakimiyyəti dövründə hakim Avrona sülaləsinin çoxu ilə qohum olmuşdur. Məsələn, Rusiyada Çariça Aleksandra Fyodorovna Viktoriyanın nəvəsi idi və ingilis tərbiyəsi görmüşdür.
Hakimiyyətə gələrkən Viktoriyanı millət rəğbətlə qarşıladı. Həmin dövrdə xarici ticarət məsələsi ətrafında kəskin qalmaqal var idi. Verilmiş çörək qanunları daimi olaraq ərzaq üzərində yüksək qiymətlərin saxlanmasına səbəb olurdu. Bundan da kasıblar əziyyət çəkirdi. Başda Riçard Kobden və Con Brayt olmaqla, radikallar həmin qanunun ləğv olunmasını tələb etdilər. Xalq kütləsi onları rəğbətlə qarşıladı. Lakin bu 1846-cı ilin iyun ayında baş verdi:Robert Pilin israrı nəticəsində parlament “çörək” qanununun ləğv edilməsi haqqında qanun qəbul etdi. Bununla, onun geniş xalq kütlələri içərisində nüfuzu artdı. Lakin Pil sonradan öz karyerasına ağır zərbə vurdu. O, liberalların və İrlandların səs çoxluğu ilə üzvü olduğu konservativ (mühafizəkar) partiyanın əleyhinə qanun qəbul etdirdi. Bundan sonra konservatorlar parçalandı, R. Pil istefaya getdi. 4 ildən sonra atdan yıxılıb öldü.
“Böyük sərgi”. İngiltərənin iqtisadiyyatı. 1851-ci ilin mayında Londonun Hayd-park deyilən ərazisində böyük bir binada Ümümdünya sənaye sərgisi keçirildi. İngilislər onu “Böyük sərgi” adlandırdı. Bu sərgidə onlarla ölkədən minlərlə firma iştirak etdi. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, sənaye inqilabı başa çatarkən istehsal sahəsində dünyada ingiltərəni təkrarlayacaq dövlət yox idi. İngiltərə dünya emalatxanasına çevrilmişdi. Ölkə iqtisadiyyatı inkişafda idi. Dəmir yolu İngiltərənin əsas görkəminə dönmüşdü.
Sənayenin yüksəlişi getdikcə tənəzzüllə əvəz olunurdu. Proletariat dəfələrlə geniş və uzunmüddətli tətil aksiyasına qalxaraq həyat şəraitlərinin yaxşılaşmasına nail ola bilirdi. Bəzən də aclıq qiyamı qaldırırdılar. Britaniya fəhlə hərəkatında əsas məsələ mövcud quruluşun təkmilləşdirilməsi uğrunda mübarizənin təşkili idi. 1851-ci ildə Birləşmiş mexaniklər cəmiyyəti , 1863-cü ildə isə dağ-mədən işçilərinin milli itifaqı yaradıldı. Fəhlə təşkilatları böyük vüsət alan siyasi aksiyalarda iştirak edirdilər.
Həmin dövrdə İngiltərə fəhlələrinin ağlına da gəlmirdi ki, özlərinin siyasi partiyalarını yaratsınlar. Xalqın geniş kütləsinin maraqlarını müdafiə edən isə liberalların radikal qanadı idi. 1832-ci ildə parlament islahatlarının keçirilməsi, çörək qanununun ləğvi ilə azad ticarət sahəsində bir sıra aktların qəbul edilməsi və s. uzun müddət liberalların geniş xalq kütləsi arasında nüfüza sahib olmasını təmin etmişdir.
Konservatların işi isə hələ də mürəkkəb olaraq qalmaqda idi. Partiyanın siyasi bazasının genişləndirilməsinin mütləq olduğunu düşünən torilər bütün zaman boyunca bu məsələ uğrunda vuruşurdular. Yenilənmə təkcə daxili imkanlar hesabına deyil, həm də milli ənənələrə olan müraciətlər hesabına aparılırdı (ənənəvi paltarların geyinilməsi). Bu proses V. Dizraelinin adı ilə bağlı idi. O, “Gənc İngiltərə” qrupu adlanan təşkilata rəhbərlik edirdi ki, bu təşkilatın da üzvləri aristokratik ailələrin övladları idi. Onlar yenilənməni keçmiş və xeyirxaq əxlaqa qayıtmaqda görürdülər.
Kapitalizmin çiçəkləndiyi dövrdə böyük sayda fəhlə kütləsinə tələbat müşahidə olunurdu. 6-8 yaşlı uşaqların əməyindən çox geniş istifadə edilirdi. Bir sıra fabrik fəhlələrinin işi bir qədər yaxşı idi, hansı ki, onlar iş gününü 10 saata edirilməsinə və əmək haqqının artırılmasına nail olmuşdular. Kapitalizmin sürətli inkişafı dövründə güzəştlər İngiltərə fəhlələrinin bir hissəsinin daha da inkişafına səbəb olmuşdur. 1848-ci ildə baş vermiş hadisələr isə fəhlə hərəkatının xarakterlərində böyük dəyişikliyə səbəb oldu. İngiltərə fəhlələrinin yeni nəsli çartizmin inqilabi metodunu yaddan çıxarmışdır.
Rassel və Qladson dövründəki islahatlar. 1865-ci ildə Ç. Rassel Baş nazir oldu. Onun təşkil etdiyi kabinetin ən görkəmli üzvü isə maliyyə naziri olmuş Ç. Qladson idi. Özünün siyasi karyerasına başlayan zaman o, torilərdən idi. Ç. Qladson parlamentdəki ilk çıxışlarında çörək qanununu, İrlandiyadakı represiyyaları və universitetlərə qəbul qabağı dini mənsubiyyətin yoxlanılmasının mütləqliyini müdafiə edirdi.
Həmin dövrdə bütün ölkə boyu tred-yunionlar və burjua radikallar başda Brayt olmaqla seçki islahatı uğrunda təbliğata başlamışdılar. Londonda, Maniçestrdə, Qlazqoda və başqa şəhərlərdə çoxlu sayda nümayişlər olurdu. Həmin nümayişlərdə deyilirdi ki, İngiltərədə seçicilər bir milyondan azdır. Həmin dövrdə isə ölkənin yaşlı ıhalisinin sayı 5 milyon nəfər idi. Nümayişlərdə seçki qanununun genişləndirilməsi tələb olunur və yetkinlik yaşına çatmış bütün kişilərə seçki hüququnun verilməsi irəli sürülürdü. 1832-ci il islahatından sonra yenə də seçki dairələrinin qeyri-bərabər hüquqluluğu və yerləşdirilməsindəki mənfi hallar saxlanılırdı. Belə ki, İngiltərənin şəhər əhalisinin yarısı parlamentdə 34 yer aldığı halda, digər yarısı 300 yer ala bilmişdir.
Seçki islahatı uğrunda mübarizədə fəal rol oynayan fəhlə sinfi idi. Onlara bu tred-yunionlara qəbul olmaq üçün lazım idi. Fəhlələrin parlamentdə birbaşa nümayəndəliyi onun vəziyyətini dəyişə bilərdi. Bundan əlavə, 1866-cı il böhranı fəhlələr içərisində aliqarxların hakimiyyətinə qarşı etirazı gücləndirmişdir. 1866-cı il 23 iyul tarixində Londonun Hoyd parkında nümayiş müəyyənləşdirilsə də, hökumət tərəfindən park bağlandı. Lakin iştirakçılar çəkilmiş səddi sındırıb nümayişi parkda keçirdilər. İslahat uğrunda parlamentdəki mübarizə də silahlı inqilabi çıxışların başlanması üçün şərait yaratdı. Qraf Derbi hökuməti islahat işində tələsmək lazım olduğu qənaətinə gəldi. Qocalmış Derbi hökumətini idarə edəndən isə faktiki olaraq maliyyə naziri Dizraeli idi.
1868-ci ilin fevralında Derbi istefaya getdi Kraliça isə yeni kabinetin formalaşdırılmasını Dizraeliyə tapşırdı. Konservatorlar parlamentdə çoxluğa sahib deyildilər. Məhz bundan başda Qladson olmaqla liberallar istifadə etdilər. Onlar İrlandiyada ingilis kilsəsinin dövlətdən ayrılması haqqında qanun layihəsini icmalar palatasına təqdim etdilər. Onlar həmin qanun layihəsinin düşmənləri olan mühafizəkarların məğlubiyyətə uğrayacağını hesablamışdılar. Belə də oldu. Çoxluq Qladsonun təklifini müdafiə etdi. 13 iyul 1868-ci il tarixində hökumət palatanı buraxdı. Həmin ilin sonunda yeni seçkilər nəticəsində parlamentdəki qüvvələr nisbəti liberalların xeyrinə dəyişdi (Deputatlardan 349-u liberallar, 265-i isə mühafizəkarlar idi). Beləliklə, Dizraeli hökuməti öz yerini başda Qladson olmaqla yaradılmış kabinetə verdi.
Qladsonun nazirliyi dövründə bir sıra əhəmiyyətli tədbirlər görüldü. Bu tədbirlər içərisində əsas yeri tutanlar isə İrlandiyada ingilis kilsəsi xeyrinə alınan on növ verginin ləğv edilməsi (hansı ki, İrlandiya əhalisinin əsas hissəsi katolik idi) və həmin kilsələrə yığılan verginin könüllü olması idi. 1869-cu ilin iyulunda İrlandiyada kilsənin dövlətdən ayrılması haqqında bill lordlar palatasına verilsə də, düzəlişlərə yenidən baxılması üçün İcmalar palatasına qaytarıldı. 1870-ci ilin fevralında isə irland icarədarı lendlord (mülkədar) tərəfindən köçürülərdisə lendlordun torpağın keyfiyyətini yaxşılaşdırmaq və ona ev tikmək üçün kompensasiya verilməsi haqqında qanun qəbul olundu. Qladsonun bu qanunu lendlordları son dərəcə hiddətləndirmişdir.
Qladsonun digər əhəmiyyətli addımı ibtidai təhsil haqqında islahat olmuşdur. İnkişaf edən İngiltərə sənayesi üçün böyük miqdarda fəhlə tələb olunurdu. Lakin məktəb təhsili çox geridə qalırdı. Özəl məktəblər çoxluq təşkil edirdi. Belə məktəblərdən biri də Dikkens tərəfindən 1849-cu ildə yazılmış “David Koperfild“ romanında əks olunmuş “Mister Kriklinin məktəbi”dir. İngilis məktəbləri dini təşkilatların daha güclü təsiri altında idi. İngilis və Nonkonformist (müxtəlif protestant sektalarına məxsus olan məktəblər) ibtidai məktəbləri maliyyənləşdirirdilər. Rəsmi kilsə ilə protestant sektaları arasında tədris ilini müəyyənləşdirmək uğrunda mübarizə gedirdi. 1870-ci ilin avqust ayında Qladson kabineti dini və dünyəvi məktəblərdə güzəştlərə gedilməsi üçün qanun layihəsi təqdim etdi. Bütün bunlarla yanaşı dünyəvi xarakter daşıyan məktəblər də yaradıldı. Orta təhsilin genişləndirilməsi istiqamətində də bir sıra addımlar atıldı. 1870-ci ildə qəbul edilmiş qanunun nəticəsi olaraq bir neçə ildən sonra məktəblərdəki tələbələrin sayı 3. 5 milyon nəfərə çatmış, yeni məktəb binaları tikilmişdir. İbtidai məktəblərə verilən dövlət subsidiyaları isə 1867-1868-ci illərdə iki dəfə artmışdı.
Dostları ilə paylaş: |