Tərif 2. Təqribi ədədinin mütləq xətasının dəqiq qiymətinin moduluna olan nisbətinə onun nisbi xətası deyilir və
(1.2)
kimi işarə olunur. Nisbi xətanı faizlə də ifadə etmək olar:
Qeyd edək ki, kəmiyyətin dəqiq qiyməti həmişə məlum olmur. Ona görə də xətalar üçün yuxarıda göstərilən ifadələr praktiki olaraq istifadə oluna bilmirlər. Yalnız təqribi qiyməti məlum olur və onun limit xətasını tapmaq lazım gəlir.
Tərif 3. Təqribi ədədinin limit mütləq xətası bərabərsizliyini ödəyən ən kiçik ədədinə deyiılir.
Sonralar qiymətini təqribi ədədinin mütləq xətası olaraq götürəcəyik. Bu halda dəqiq qiyməti intervalında yerləşir.
Tərif 4. Təqribi ədədinin limit nisbi xətası bərabərsizliyini ödəyən ən kiçik mümkün ədəd adlanır. Aydındır ki,
kimi yazmaq olar. Aşağıdakı münasibət doğrudur:
1.2. Xətaların yaranma mənbələri Kompüterdə məsələnin həllinin bəzi mərhələlərində hesablamanın nəticələrini təhrif edən xətalar yarana bilər. Alınan nəticələrin doğruluq dərəcəsinin qiymətləndi-rilməsi hesablama işlərinin təşkilində mühüm əhəmiyyətə malikdir.
Məsələnin ayrı - ayrı həlli mərhələlərində xətaların mənbələrinə baxaq.
Riyazi model baxılan prosesin və ya varlığın təsviri üçün qəbul edilir, əgər onda baxılan məsələnin hər hansı vacib cizgiləri nəzərə alınmırsa, onda mühüm xətalar yarada bilər. Xüsusi halda, riyazi model bir şəraitdə yaxşı işləyə bilər, lakin digər şəraitdə qəbuledilməyən ola bilər. Ona görə də onun tətbiqolunma oblastını düzgün nəzərə almaq lazımdır.
İlkin verilənlər tez - tez xətaların əsas mənbələrindən olurlar. Belə ki, nə məsələnin həllinə qədər, nə də məsələnin həlli zamanı onları azaltmaq mümkün olmur. Ona görə də riyazi modelin yaratdığı xətalarla birlikdə onlar aradan qaldı-rılmayan xətalar olur.
Ədədi üsul da xətaların mənbəyi olur. Bu, məsələn, inteqralın cəmlə əvəz olunması, funksiyanın qiymətinin hesablanması zamanı sıranın kəsilməsi, cədvəl veri-lənlərinin interpolyasiyası və s. ilə əlaqədardır.
Məlumdur ki, ədədi üsulun xətası tənzimlənəndir, yəni hər hansı parametrin müəyyən qiymətə qədər dəyişməsi ilə xəta nəzəri olaraq müəyyən qiymətə qədər azaldıla bilər (məsələn, inteqrallama addımının kiçildilməsi, bölgü nöqtələrinin sayının artırılması, kəsilən sıranın hədlərinin sayının artırılması və s.)