3.Fəal təlim texnologiyaları Fəal təlim texnologiyaları pedaqogika elminin son dərəcə aktual problemlərindəndir. Fəal təlim tələbələrin fəal idrak fəaliyyətinə əsaslanan və təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlimi nəzərdə tutur. Təhsilalanların təlim-idrak fəallığına necə nail olmalı? Bu problem XX əsrin 70-ci illərində V.O.Kon, A.M. Matyuşkin, T.V.Kudryavtsev, M.İ.Maxmutov, İ.Y. Lerner və başqalarının tədqiqatlarında öz əksini tapdı. Təlim motivlərini, idrak maraqlarını inkişaf etdirən, təhsilalanların yaradıcılıq qabiliyyətlərini formalaşdıran aktiv metodlar axtarışı bu gün də davam edir. Təlimi fəallaşdırmaq məqsədilə aşağıdakı priyomlar irəli sürülür: • informasiyaların həcmini çoxaltmaq və onları presləşdirmək (sıxlaşdırmaq);
• öyrənmə prosesini sürətləndirmək;
• çətinlik səviyyəsini yüksəltmək;
• təlim üçün xüsusi psixoloji və didaktik ,'jəraii yaratmaq;
• ləlim-idrak fəaliyyətinin idarə olunmasında nəzarət ibnnalannı gücləndirmək;
• təlimin müasir texniki vasitələrindən daha geniş surətdə istifadə etmək və s.
Bu priyomlara istinad edərək aktiv təlimin üstünlüklərini təyin etmək mümkündür:
• öyrənənlərin arzusundan asılı olmayaraq, fəal olmaq məcburiyyəti;
• öyrənənlərin fəallığının qısa müddətli və epizodik deyil, uzun müddətli (bütün məşğələ müddətində) və davamlı olması;
• məsələnin müstəqil və yaradıcı şəkildə həlli;
• motivasiyaların yüksək inkişaf səviyyəsi;
• təlim prosesinin və öyrənənlərin emosionallığı;
• öyrədən və öyrənənlərin müntəzəm düz və əksəlaqə şəraitində işləməsi.
Fəal təlim texnologiyasının strukturunu sxematik şəkildə nəzərdən keçirək:
Motivasiya – problemin qoyuluşu Tədqiqat sualı Tədqiqatın icrası (fərziyyələr ) Kollektiv müzakirə Nəticə çıxarılması Fəal təlim texnologiyasında çox müxtəlif interaktiv metodlardan (“beyin həmləsi”, diskussiya, müzakirə, mətn üzrə iş, situativ təhlil, sxem və cədvəllərlə iş, işgüzar rollu oyunlar və s.) istifadə edilir.