Xətti cəbr və analitik həndəsə-2308-xətti cəbr və analitik həndəsə
Determinantlar və onların əsas xassələri.
(1) matrisinin elementlərindən düzəldilmiş fərqinə (1) matrisinin determinantı deyilir və (2) kimi yazılır. (1) matrisinin (2) determinantına ∆(A2) və ya det A2 ilə işarə olunur. Üçtərtibli determinant aşağıdakı kimi işarə olunur:
∆(A3)= (3)
determinantın hər hansı elementinin olduğu sətir və sütun üzərindən düz xətlər çəkdikdə yerdə qalan elementlər (nisbi vəziyyətini dəyişmədən) bir determinant ( tərtibi verilmiş determinantın tərtibindən bir vahid az olan) əmələ gətirir. Bu determinanta həmin elementin minoru deyilir.aijelementinin minorunu Mij ilə işarə edilir. Mij minorunun (-1) vuruğu ilə hasilinə aij elemenyinin cəbri tamamlayıcısı deyilir və
Aij= ilə işarə olunur.
Teorem 1. Hər bir determinant hər hansı bir sətir və ya sütun elementlərinin öz cəbri tamamlayıcıları ilə hasillərinin cəminə bərabərdir.
Xassə1. Determinantın bütün sətirləri ilə sütunlarının uyğun olaraq yerini dəyişdikdə onun qiyməti dəyişməz.
∆=
Xassə 2. Determinantın iki sətrinin və ya sütunun bir- biri ilə yerini dəyişdikdə determinantın ancaq işarəsi dəyişər.
Xassə 3. İki sətri eyni olan determinant sıfıra bərabərdir.
∆=
Xassə 4. Determinantın hər hansı bir sətir elementlərinin ortaq vuruğu olarsa, onda həmin vuruğu determinantın xaricinə çıxarmaq olar;
Xassə 5. Determinantın hər hansı bir sətrinin bütün elementləri iki ədədin cəmi kimi verildikdə, həmin determinant iki determinantın cəminə bərabər olar,: bu determinantların birində həmin sətir elementləri olaraq birinçi toplananlar, o birində isə həmin sətir elementləri olaraq ikinçi toplananlar götürülür.
=
Xassə 6. Determinantın hər hansı sətirinin bütün elementlərini bir ədədə vurub onun başqa bir sətrinin uyğun elementləri üzərinə əlavə etsək, determinant dəyiş-məz;