Bazis minoru haqqında teorem.
Ranqı r olan A matrisinin sıfırdan fərqli olan r tərtibli minoruna onun bazis minoru deyilir.A matrisinin sıfırdan fərqli bir neçə r-tərtibli minoru ola bilər. Bu halda, həmin minorların hər biri həmin matrisin bazis minotu olur.
A matrisin, kəsişmələrində bazis minorun elementləri yerləşən sətir və sütunlarına bazis sətirləri və bazis sütunları deyilir.
Teorem ; Bazis sətirləri ( sütunları) xətti asılı deyildir. A matrisinin istənilən sətri
(sütunu) onun bazis sətirlərinin (sütunlarının) xətti kombinasiyasıdır.
Deməli, A matrisinin xətti asılı olmayan sətirlərinin sayı onun ranqına bərabərdir.
Dostları ilə paylaş: |