Matrislər üzərində əməllər. İki və üç tərtibli determinantlar. Determinantların xassələri. Matrisin minoru. Matrisin ranqı. Matrisin elementar çevirmələri. Matrisin ranqı barədə teorem n-tərtibli derminantlar və onun anlayışı



Yüklə 155,1 Kb.
səhifə1/8
tarix02.01.2022
ölçüsü155,1 Kb.
#35369
növüMühazirə
  1   2   3   4   5   6   7   8
Mühazirə 1


Mühazirə 1 - 6 saat


Matrislər üzərində əməllər. İki və üç tərtibli determinantlar. Determinantların xassələri. Matrisin minoru. Matrisin ranqı. Matrisin elementar çevirmələri. Matrisin ranqı barədə teorem. n-tərtibli derminantlar və onun anlayışı.




Mövzu 1. Matrislər və onlar üzərində əməllər
Tərif. m sayda sətri və n sayda sütunu olan, həqiqi ədədlərdən düzbucaqlı şəklində düzəlmiş cədvələ m×n ölçülü matris deyilir və

(1.1)

şəklində yazılır. Bəzən qısa olmaq üçün matrisi böyük hərflə (A, B, C, X, Y, …) və ya aij ( , ) şəklində işarə edirlər.



Tərif. Matrisi təşkil edən aij ədədlərinə onun elementləri deyilir. Elementin aşağısında yazılan iki ( ij) indeksdən birincisi ( i) həmin elementin yerləşdiyi sətrin nömrəsini, ikincisi ( j) isə onun yerləşdiyi sütunun nömrəsini göstərir.

Tərif. m×n – ölçülü (1.1) matrisinin sətir və sütunlarının sayı bərabər olduqda m=n ona kvadrat matris deyilir.

Bu halda n ədədinə kvadrat matrisin tərtibi deyilir. Məsələn,



ikitərtibli matris, – üçtərtibli matris.

Tərif. Eyni ölçülü və bütün uyğun elementləri bərabər olan matrislərə bərabər matrislər deyilir.

Bir elementdən ibarət olan matrisə birtərtibli matris deyilir. Ancaq bir sətri olan matrisə sətir-matris

,

ancaq bir sütunu olan matrisə isə sütun-matris deyilir





Tərif. n tərtibli

(1.2)

kvadrat matrisinin yuxarı sol küncündə yerləşən elementi ilə aşağı sağ küncündəki ann elementini birləşdirən düz xətt parçası üzərində yerləşən elementləri çoxluğu həmin matrisin baş diaqonalı adlanır.




Yüklə 155,1 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin