MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə21/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   17   18   19   20   21   22   23   24   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Əmtəə və xidmətlərbazarı. Buraya əsasən müx­tə­lif ərzaq məhsulları, şəxsi istehlak malları, məişət, kom­munal, nəqliyyat xidmətləri, mədəniyyət, təhsil, səhiyyə üzrə pullu xidmət bazarları daxildir.

  • İstehsal vasitələri bazarı. Buraya istehsal pro­ses­lərini həyata keçirtmək üçün lazım olan əmək cisimləri və əmək vasitələri, habelə onların tərkibindəki bütün kom­pleks şeylər daxildir. Daşınmaz əmlak, əmək alətləri, xam­mal və materiallar, energetika resursları, faydalı qazıntılar da buraya aiddir. Bu bazara bəzən istehsal amilləri bazarı da deyilir.

  • İş qüvvəsi bazarı. Buraya sərbəst surətdə sövdələş­mələr nəticəsində (müqavilələr üzrə) iş qüvvəsinin alqı-satqısı (muzdla tutulması) daxildir.

  • Elmi-texniki tədqiqatlar bazarına hazır iş variant­ları, innovasiya, kəşflər, patentlər, texnoloji üsulların tək­mil­ləşdirilməsinə, əmək məhsuldarlığının yüksəldilməsinə təsir göstərə bilən elmi-texniki ixtiralar, yeni ideyalar, bun­ları hüquqi cəhətdən təsdiqləyən rəsmi sənədlərin, li­sen­ziyaların alqı-satqısı daxildir.

  • Valyuta, qiymətli kağızlar (maliyyə) bazarına müx­təlif ölkə valyutalarının, səhmlərinin, istiqrazlarının, çeklərin, akkredittivlərin, veksillərin və digər pul öhdə­lik­lərini yerinə yetirə bilən qiymətli kağızların sərbəst alqı-satqısı daxildir.

  • Mənzil bazarı mülklərin, bağ evlərinin, özəlləş­di­ril­miş mənzillərin sərbəst surətdə alınıb-satılmasını əhatə edir.

  • Torpaq bazarı müxtəlif torpaq sahələrinin icarəsi və alqı-satqısını əhatə edir.

  • İnformasiya məhsulları bazarı,


    Mövzu 4. Bazar quruluşu və infrastrukturu


    4.1. Bazar quruluşunun mahiyyəti
    4.2. Bazar sisteminin çoxmeyarlılıq xarakteri
    4.3. Bazar infrastrukturunun mahiyyəti
    4.4. Bazar infrastrukturunun yaranması və əsas elementləri
    4.5. Birjalar və bazar iqtisadiyyatında onların rolu

    Yüklə 1,26 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   17   18   19   20   21   22   23   24   ...   166




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin