MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Bazar sisteminin çoxmeyarlılıq xarakteri



Yüklə 1,26 Mb.
səhifə23/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   19   20   21   22   23   24   25   26   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

4.2. Bazar sisteminin çoxmeyarlılıq xarakteri
Alıcı bazarında təklif tələbdən çox olmalıdır, bu halda alıcı müxtəlif növ əmtəələri, onların qiymətlərini müqayisə edir və bu və ya digər əmtəəni seçir. Burada istehsalçı və ti­carətçilərin rəqabəti mövcuddur, bu müasir inkişaf etmiş milli və beynəlxalq bazarlar üçün səciyyəvidir.
Satıcı bazarı tələbin təklifdən xeyli çox olması ilə səciy­yələnir. Burada əmtəə və xidmətlərin kəmiyyəti əsas rol oy­nayır, keyfiyyətə minimum diqqət yetirilir. Satışqabağı və satışdan sonrakı servisin adı belə çəkilmir, hər şey o saat, yerindəcə satılır, çünki istehsalçılar arasında rəqabət yox­dur, əmtəə çeşidi kasaddır. Ticarət: “Nə verirlər, onu da gö­tür” prinsipi ilə işləyir. Bizim bazar belədir.
Dövlət təşkilatları bazarı hakimiyyətlərinin icrası ilə bağlı öz əsas funksiyalarını yerinə yetirmələri üçün zəruri olan əmtəələri alan və ya icarəyə götürən dövlət təşkilatla­rının, federal orqanların, yerli hakimiyyət orqanlarının alqı- satqı aktlarının məcmusundan ibarətdir.
Aralıq satıcı - vasitəçilər bazarı əmtəəni özünə xeyir qalmaqla təkrar satış məqsədilə alan və ya başqa istehlakçı­lara icarəyə verən şəxslər və təşkilatların iqtisadi münasibət­lərinin məcmusunu ifadə edir.
İctimai əmək bölgüsünə görə fərqləndirilirlər:

  • yerli (lokal) bazar;

  • region bazarı;

  • milli bazar;

  • dünya bazarı.

Dünya bazarı iqtisadi əlaqələri yalnız beynəlxalq ticarətlə (o cümlədən lisenziyalar, xidmətlər, kapitalın beynəlxalq hərəkəti və s.) müəyyənləşmiş müxtəlif dövlətlərin milli ba­zarlarının məcmusu deyil, həm də keyfiyyətcə yeni səviy­yədir.
Təsnifatın başqa meyarlarını da göstərmək olar. Mükəmməllik səviyyəsinə görə:

  • tarazlı bazar;

  • qıtlıq bazarı;

  • ifrat bazar.

Yetkinlik səviyyəsinə görə:

  • inkişaf etməmiş bazar;

Rəqabətin məhdudlaşdırılması dərəcəsinə görə: m sərbəst bazar;

  • inhisarçı bazar;

  • oliqopolik bazar;

  • qarışıq bazar.

Qüvvədə olan qanunvericiliyə uyğunluğuna görə:

  • leqal bazar;

  • qeyri-leqal («qara» və «boz») bazar.

Sahələr üzrə:
m avtomobil bazarı;

  • kompüter bazarı və b.k.

Bazar mübadiləsinin təşkilinə görə:

  • topdansatış bazarı;

  • pərakəndəsatış bazarı;

  • ixrac bazarı;

  • idxal bazarı.

Əmtəənin çeşidinə görə:

  • yalnız ilkin istehsalçının əmtəəsi olan qapalı bazar;

  • çoxlu istehsalçının çoxsaylı oxşar əmtəələri olan dolğun bazar;

  • bir və ya öz aralarında əlaqəli olan bir neçə tələbatı ödəməyə yönəldilmiş və bir-birinə uyğun gələn bir sıra əm­təələrin mövcud olduğu geniş çeşidli bazar;

  • aralarında əlaqə olmayan müxtəlif əmtəələr təmsil olunmuş qarışıq bazar.

Xarici ölkələrin iqtisadiyyatında aşağıdakı bazarları da fərqləndirirlər: hərraclar, uzunmüddətli müqavilələr, tele- fon-teleks bazarı, birdəfəlik sövdələşmələr, birja ticarəti.
Tenderlər (ticarət) - bu ticarətin bölgülü formasıdır ki, bu zaman alıcı ticarət vasitəsilə sifarişlərin yerləşdirilməsi haqqında qərar qəbul edən texniki və kommersiya ekspertlə­rinin, idarə heyətinin nümayəndələrinin, alıcıların və başqa iştirakçıların daxil olduğu tender komissiyasının köməyi ilə müəyyən texniki-iqtisadi səciyyələri olan əmtəəyə satıcılar üçün müsabiqə elan edir.
İnkişaf etmiş sivil bazar inkişaf etmiş infrastrukturun olmasını tələb edir.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin