bazar münasibətləri iştirakçılarına öz maraqlarını reallaşdırmağı yüngülləşdirmək;
iqtisadiyyatın ayrı-ayrı subyektlərinin və fəaliyyət növlərinin ixtisaslaşdırılması əsasında bazar subyektlərinin operativliyini və səmərəliliyini yüksəltmək;
hüquqi və iqtisadi nəzarət formalarını, işgüzar təcrübənin dövlət və ictimai tənzimlənməsini sadələşdirmək.
Ölkə iqtisadiyyatındakı dəyişikliklər onun quruluş institutlarına: iqtisadiyyatın ayrı-ayrı hissələrinə xidmət edən və onları qarşılıqlı əlaqələndirən təşkilatlarına, qurumlarına, o cümlədən bazarın infrastrukturuna təsir etməyə bilməz. Bazar infrastrukturunun bəzi elementlərini qısa səciyyələndirək. Plan tipli iqtisadiyyat dövründə kredit sistemi o zamanın şərtlərinə müvafiq fəaliyyət göstərirdi, yəni kreditlər müəssisənin özünün ehtiyacları ilə əlaqədar deyil, dövlət plan orqanlarının qərarına görə verilirdi. Bizim dövrümüzdə kredit təşkilatları çox artır və bazar iqtisadiyyatının təşəkkül tapdığı dövrdə müəssisələrin pul vəsaitlərinə tələbin ödənilməsi üzrə müxtəlif xidmətlər təklif edirlər. XXI əsrin astanasında planlıiqtisadiyyatda olmayan kommersiya bankları, həmçinin ixtisaslaşmış qeyri-bank kredit-maliyə institutları: kommersiya banklarının göstərmədiyi xidmətləri təklif edən və aparmadıqları əməliyyatları həyata keçirən sığorta şirkətləri, təqaüd fondları, investisiya və maliyyə şirkətləri sürətlə artdı. Kredit sisteminin belə quruluşu (Rusiya Federasiyasının Mərkəzi Bankının fəaliyyəti nəzərə alınmaqla) bazar təsərrüfatının tələbatlarını əks etdirir və inkişaf etmiş ölkələrin kredit sistemi modelinə yaxınlaşır. Konsaltinq şirkətləri. Burada bazar və biznesin nəzəriyyəsi və təcrübəsi sahəsində ciddi mütəxəssislər çalışırlar. Sahibkarların sifarişlərilə onlar iqtisadi və hüquqi məsələlər üzrə məsləhətlər verir. Bu məsləhətlərin haqqının ödənilməsi sahibkarlara belə mütəxəssislərin firmada saxlanılmasından ucuz başa gəlir. Rusiya üçün bu yeni və perspektivli sahədir, çünki bizim iş adamlarının bazar təsərrüfat fəaliyyəti sahəsində təcrübə və bilikləri hələ ki, azdır. Hazırda xarici iqtisadi konsaltinq sahəsində ixtisaslaşan Vneşkonsult birgə müəssisəsi yaradılıb. Auditor şirkətləri. Audit firmanın bazarda və biznes sahəsində imkanlarını qiymətləndirməyə imkan verən maliyyə- təsərrüfat fəaliyyətinin kompleks təftişidir. Belə yoxlama müstəqil ekspertiza səciyyəlidir (hökumət, təsisçi, idarəedi- cilər, firma rəhbərliyinin təşəbbüsü ilə). Hazırda Rusiyada Mosaudit və İnaudit firmaları yaradılıb, onların ekspertizası xarici iqtisadi fəaliyyətə, başqa lisenziyalar, birgə müəssisələrin (BM) yaradılmasına icazə verilməsinin zəruri şərtidir. Qərb auditor şirkətlərinin qiymətlərinin obyektivliyi xarici bazarda vizit kartıdır.Bazarın inkişafı və bazar iqtisadiyyatının formalaşması üçün azad iqtisadi zonaların (AİZ) böyük əhəmiyyəti var. İlk AİZ 1959-cu ildə İrlandiyada yaranıb. XX əsrin 70-ci illəri AİZ-ların ən çox təşəkkül tapdığı dövrdür. Məşğulluq sürəti həmin zonalarda son 20 il ərzində hər il 20% -dən artıq olub.
azad sahibkarlıq zonaları (ASZ);
azad ticarət zonaları;
ixrac-istehsal zonaları (İİZ);
regionlarda istehsal zonaları;
azad limanlar;
azad bank zonaları.
Bütün bu zonalar xarici kapitalın cəlb edilməsi, müxtəlif güzəştlərin verilməsi (bir qayda olaraq 10 il ərzində vergidən azad edilmə; birbaşa dövlət subsidiyası; gömrük haqqısız əmtəə idxalı və ixracı; torpağın aşağı qiymətə icarəyə verilməsi və s.) yolu ilə iqtisadi inkişafın amili kimi nəzərdən keçirilir. Hazırda dünyada 400-dən artıq AİZ var (əsasən inkişaf etmiş dövlətlərdə). AİZ-da hakim mövqeyi Yaponiya, ABŞ və Qərbi Avropanın transmilli şirkətləri (TMŞ) tuturlar. Xaricdə ticarət şəbəkəsinin təşkilindən danışarkən ən geniş yayılmış və ən perspektivli obyektlər sırasında aşağıdakıları göstərmək olar: