supermarketlər - əsasən ərzaq çeşidli özünəxidmət mağazaları;
superonterı - əsasən şəhərdən kənarda yerləşən tez xarab olan malların ticarəti üçün perspektivli mağazalar;
konvinnesonterlər - məhdud çeşidli yüksək hazırlıq dərəcəli məhsulların kiçik mağazaları (iri mağazalara əlavə kimi);
supertriado (superüçlük)- yüksək keyfiyyətli bahalı əmtəənin satışı ilə məşğul olan müasir ticarət mərkəzi, anbar-supermarket zonası, yaxşılaşdırılmış keyfiyyətli əmtəə satışı zonası olan iri mağazaların yeni modeli;
draqonterlər — əməliyatların yüksək dərəcədə avtomatlaşdırıldığı və kredit və debitor kartlarının qəbul olunduğu pərakəndəsatış müəssisələri;
diskaunt-mağazalar - orta keyfiyyətli malları nisbətən aşağı qiymətlərə satan və s. ucuzlaşdırılmış qiymətlər mağazaları.
Parakəndə konqlomeratlar- vahid sərəncamlı, bölgü və idarəetmə funksiyaları qismən inteqrasiyalı bir sıra müxtə
4.5. Birjalar və bazar iqtisadiyyatında onların rolu Birja — kütləvi standart əmtəələrin topdansatış ticarətinin təşkilati forması və ya valyuta, iş qüvvəsi və qiymətli kağızların alqı-satqısı üzrə sistematik əməliyyatlar növüdür. Birja bazarın hərtərəfli təşkili üçün təyinatlanıb. Hazırda birja aşağıda göstərilən bir sıra funksiyaları yerinə yetirən dövlət səhmdar təsisatıdır:
ticarət üçün yer verilməsi (satıcı və alıcılar burada toplaşır və qiymətlər barədə razılığa gəlirlər);
birja hərraclarının təşkili;
ticarət qaydalarının, o cümlədən birja vasitəsilə satılan məhsulun standartlarının müəyyənləşdirilməsi;
alqı-satqı sövdələşmələri üzrə nümunəvi müqavilələr paketinin işlənib hazırlanması;
qiymətlərin təyini;
mübahisələrin tənzimlənməsi və ya arbitrajı;
informasiya fəaliyyəti;
qiymətli kağızlar və ya əmtəələr üzrə sövdələşmə zamanı müəyyən təminat vermək və əvəzində müəyyən haqq alma. Sövdələşmə (əməliyyat) - maliyyə alətinin (pul, bank sənədləri və s.) bir şəxsdən digərinə keçməsi ilə müşayiət olunan, birja əmtəəsinə münasibətdə hüquq və öhdəliklərin qarşılıqlı verilməsi haqqında razılaşmadır. Birjadakı bütün sövdələşmələri (əməliyyatları) aşağıdakı qruplara bölmək olar: real əmtəəyə görə sövdələşmə (əmtəə birjalarının əksəriyyətində real əmtəə göndərişinin payı ümumi əmtəə dövriyyəsinin 1-2%-dən artıq olmur) - bu zaman əmtəə satanın əlində olmalı və kontraktda göstərilmiş vaxtda yerinə çatdırılmalıdır. Belə müddətli sövdələşmələrə forvard sövdələşmələri də deyirlər;
sövdələşmə həyata keçirilən vaxt əldə olmayan əmtəələrlə (məsələn, gələn ilin məhsuluna görə) fyuçers sövdələşmələri. Belə sövdələşmələr müəyyən müddətə bağlanılır və dəfələrlə təkrarən satıla bilərlər. Əslində bu əmtəənin özünün satışı deyil, ona olan hüququn alqı-satqısıdır. Bu əmtəə ilə deyil, onun verilməsi ilə bağlı öhdəliklərlə bağlı ticarətdir. Fyuçers sövdələşmələri real əmtəəyə görə sövdələşmə zamanı bazar qiymətlərinin dəyişməsindən irəli gələ biləcək itkilərdən özünü sığortalamaq məqsədilə istifadə olunur. Fyuçers birja ticarəti - dünya bazar iqtisadiyyatının ən dinamik bölmələrindən biridir. Hazırda 54 adda əmtəə üzrə və illik dövriyyəsi 3 trilyon dollardan yuxarı olan 150-yə yaxın fyuçers birjaları var. Fyuçers sövdələşmələrinin 85% Amerika, 8% ingilis, 6% yapon birjalarının payına düşür;
mükafatlı sövdələşmə (opsion) ödəyənə seçim hüququ verir: müqavilədə göstərilən müddət ərzində öhdəliyi yerinə yetirmək və ya ondan imtina etmək. Mükafatı ödəyən satıcı da ola bilər (əmtəəni daha baha qiymətə başqa alıcıya satır), alıcı da (əmtəəni daha ucuz alıb baha qiymətə satır və gəlir əldə edir). Qiymətlər dəyişməzdirsə və ya aşağı düşürsə, ödəyən sövdələşmədən imtina etmək hüququna malikdir, bu halda mükafat alıcıya qalır. Birja oyunlarının mənası bundadır;
sığortalayıcı əməliyyatlar və ya hecirləmə iki növdür: a) birja müqavilələrinin satışı («qısa» hecirləmə); b) birja müqavilələrinin alışı («uzun» hecirləmə). Bu əməliyyatlar qiymət dəyişməsi zamanı gəlirinriskdən qorunması aləti kimi çıxış edir.
Hecirləmə möhtəkirliyin (yeganə məqsədi qiymət dəyişmələrində gəlir əldə etmək olan birja sövdələşmələri) əksi olan məfhumdur. Hecirləmə məfhumu bank, birja və kommersiya təcrübəsində itkilərin qarşısını almağın müxtəlif metodlarını qeyd etmək üçün işlədilir. Hecirləmənin ən geniş yayılmış növü (metodu) müddətli (müqaviləli) sövdələşmədir. Hecirləmə real əmtəə bazarı və birja arasında tarazlığı saxlamaq deməkdir; qiymətin sonradan müəyyən edildiyi sövdələşmə («on- kol» sövdələşmələr); icra olunmalı, əmrli sövdələşmələr. Bu halda bir tərəf digərinə müqavilənin imzalandığı vaxtla əmtəənin göndərilməsi arasındakı istənilən anda qiyməti müəyyənləşdirmək hüququ verir. Burada qiymət iki elementdən əmələ gəlir:
birja qiymət təyini (fyuçers);
onlarda (bazisdən) əlavələr və ya güzəştlər. Adətən bazis birja qiymətindən 3%-dən artıq olmur.
Qiymət təyini (kotirovka) əmtəə, qiymətli kağızlar, istənilən pul öhdəliklərinə cədvəl halma salınmış satıcının qiymətinin və alıcının qiymətinin müəyyənləşdirilməsidir; başqa sözlə, qiymət təyini əmtəə, səhmlər və onlarrn alqı-satqısı, o cümlədən qiymətlər haqqında informasiyam əks etdirən cədvəllərdir. Birja əmtəəsinə - birja ticarəti predmetinə xüsusi tələblər göstərilir ki, əsasları bunlardır: istehsalın kütləviliyi, standartlıq, sabit tələb. Birjada fəaliyyət göstərirlər:
dəllal (makler) - birjada yeri olan, müştərilərin tapşırığı ilə və onların hesabına sövdələşmələr aparan, hüquqi şəxs statusuna malik və müəyyən birja əməliyyatları üzrə ixtisaslaşan şəxsdir;
broker maraqlı tərəflər (müştərilər) arasında sövdələşmənin aparılmasına kömək edən vasitəçi; adətən müştərilərin tapşırığı və onları hesabına müqavilə bağlayır və buna görə haqq alır; brokerlər müştərilərə əlavə xidmətlər də: bazarın öyrənilməsi, reklam, kredit - göstərə bilirlər;
diler çox vaxt öz adından və öz hesabına əmtəənin yenidən satışı ilə məşğul olan şəxs və firmanı bildirən ümumiləşdirilmiş məfhumdur. Dilerin qazancı əmtəəni alıb satdığı qiymətlər arasındakı fərq hesabına yaranır.
Birja fəaliyyətinin başqa bir növü - valyuta birjaları heç də az əhəmiyyətli deyil. İqtisadiyyatın inkişafının hazırkı mərhələsində Rusiya bazarına xarici valyutanın gəlişi mübadilə zərurəti yaradır, çünki xarici tərəfdaşlarla hesablaşma üçün vəsait tələb olunur. Hazırda Rusiyada valyuta birjalarının əsas funksiyaları bunlardır:
valyuta resurslarına tələb və təkliflərin toplanılması;
bankların nağdsız əməliyyatları üzrə rublun vahid kursunun müəyyənləşdirilməsi;
valyuta sövdələri bağlananda əlavə təminatların təmin edilməsi;
sövdələr üzrə xarici valyuta və rublla hesablaşmaların təşkili və aparılması;
xarici valyutanın rubla nisbətdə cari kursunun müəyyənləşdirilməsi;
valyuta bazarında baş verənlər haqqında informasiyanın toplanması və təhlili.