91
Xəstəliyə ən çox heyvanın diri zamanı yoluxucu əti səbəb ola bilir 9endogen).
Heyvanın kəsməzdən əvvəl ac saxlanılması, yorğunluğu, xəstələnməsi, yəni
orqanizmin immunbioloji vəziyyətinin zəifləməsi nəticəsində orqan və toxumalara
salmonella deyilə bilər. Ətin xırdalanmasından (qiymə) hazırlanmış məmulatlar ən
çox təhlükəlidir. Belə ki, xırdalanma prosesində limfa düyünlərindəki
salmonellalar qiymənin bütün kütləsi üzrə yayılır və düzgün saxlanılmadıqda
intensiv çoxalırlar.
Salmonellalar ən çox qida məhsullarının birinci növbədə ətin hazırlanma
texnologiyasının
pozulması
nəticəsində
də
baş
verir.
Salmonella
toksikoinfeksiyaları yumurta və yumurta məhsullarını istifadə edərkən də yarana
bilər. Süd və süd məhsulları da «salmonellanın» tez-tez təsadüf olunan keçirici
amilidir.
Salmonellanın inkubasiya dövrü 10 saatdan 48 saata qədər davam edir.
Xəstəlik kəskin başlayır: temperatur 38-40°C qalxır, baş ağrısı, qarında ağrılar,
ürək bulanma, qusma, qarın işləməsi baş verir. Xəstəlik 3 gündən 7 günə qədər
davam edir.
Dostları ilə paylaş: