Vərəm xəstəliyi. Xəstəliyin amili Kox (1802-ci ili) tərəfindən tapılmış
Mycobac.tuberculosis–dir. Bu çöplər polimorf xüsusiyyətli olub, qısa, uzun,
düzgün, əyilmiş formada ola bilər. Vərəm çöpləri hərəkətsiz, sporsuz, aerob,
nisbətən çətin boyanan, turşuya, spirtə və s. davamlıdır. İnsanı, qaramalı, quşları və
balıqları yoluxdurmasına görə əsasən 4 tip vərəm çöplərinin olducu göstərilir.
İnsan, xüsusilə uşaqlar qaramalın vərəm çöplərinə çox həssasdırlar. Nadir hallarda,
insan quşlardan da yoluxa bilər. Vərəm çöpləri insan orqanizminə dəridən və
tənəffüs yollarından daxil ola bilər. Vərəm çöpləri tənəffüs yollarından daxil
olduqda, ilk proses ağ ciyərlərdə baş verir və sonradan bunlar bədənin hər bir
nahiyəsinə yayılaraq ümumi infeksiyanın meydana çıxmasına səbəb olur. Vərəm
çöpləri xarici mühit amillərinə çox davamlıdır. Qida məhsullarında, məsələn,
yacda 3 aya qədər, pendirdə 2 aya qədər qala bilər. Duru mühitdə 100°C-yə qədər
qızdırdıqda, 10 saniyə müddətinə tələf olur.
Vəba. Vəbanın törədicisi hərəkətli, sporsuz, qram-müsbət, vergül şəklində
əyilmiş, vibrionlardır (Vibrio cholerae). Vəba vibrionları fakültativ anaerobdurlar.
İnkişafı üçün optimal temperatura 25-37°C-dir, onlar 55°C-də 25-30 dəqiqəyə
məhv olurlar. Qida məhsullarında 10-15 gün, torpaqda 2 ay, suda bir neçə gün
qalırlar. Vibrionlar mühitin turşuluqlucuna həssasdır, aşacı temperatura isə
davamlıdırlar. Vəba vibrionu güclü təsir edən endotoksin və ekzotoksin –
84
enterotoksin (bacırsaq zəhəri) əmələ gətirir. İnkubasiya dövrü bir neçə saatdan bir
neçə günə qədər davam edir.