Yeyinti məhsullarına qatışmış zəhərli qatışıqlardan baş verən zəhərlənmələr. Zəhərli maddələr çox olduğu kimi onların qidanı çirkləndirmə
şəraiti də çox müxtəlifdir. Buna görə də burada daha tez baş verən zəhərlənmələr
təsvir olunur. Hər şeydən əvvəl, sanitariya tələblərini ödəməyən, tərkibində
qurğuşun, sink, mis olan materiallardan qayırılmış qabda saxlanan yaxud əvvəllər
zəhərli maddələr saxlanmış qaba və ya torbaya toxunmuş qida çirklənə bilər. Kənd
təsərrüfatı zərərvericilərini tələf etmək üçün işlədilən zəhərli kimyəvi maddələrlə,
məsələn, əkinləri qranozonla və ya arsenli birləşmələrlə dərmanladıqda,
zəhərlənmiş dəndən alınan məmulatdan baş verən kəskin zəhərlənmələr olmuşdur.
Gəmiriciləri və ya tarakanları tələf etmək üçün hazırlanmış arsenli aldadıcı
yemlərin səhvən maya kimi una qatılmasından, nitrit və ya bromidlərin xörək duzu
əvəzinə verilməsindən, etil spirti əvəzinə metil spirtinin içilməsi nəticəsində
zəhərlənmələr də olmuşdur.