turşusu əmələ gətirir.
Ağ lobyada fazin adlı toksik maddə vardır; lobyanı bişirdikdə adətən bu
maddə parçalanır. Lobya unundan bişirilmiş yeməkdən, məsələn, lavaşdan
zəhərlənmələr olmuşdur. Lobya unu üyütmək və satışa buraxmaq qadağan
edilmişdir.
Kartofu düzgün saxlamadıqda cücərir və rəngi yaşıla çalır. Bu cür kartofun
dadı acı olur və boğazı göynədir. Belə kartofun yumrusunda və xüsusən cücərtisində
salonin adlı zəhərli maddə olur.
Arı balı ilə zəhərlənmələr halları müşahidə edilmişdir. Arılar bəzi rayonlarda
bitən zəhərli bitkilərdən (xanıməli, radodendron) şirə topladıqda, bala toksik
xassələr keçə bilir. Bu cür baldan cəmi 2-3 qaşıq yeyib ağır dərəcədə
zəhərlənmələr olmuşdur. Təsiredici maddə neyrotron zəhərdir.
Heyvan mənşəli yeyinti məhsulları ilə zəhərlənmələrdə maranka, ilan balıq yeyilməsində baş verən zəhərlənmələr aiddir; bu balıqların dərisindəki vəzilərin
ifraz etdiyi selik zəhərlidir.
Alaq otları ilə zəhərlənmələrə zəhərli alaq otlarının toxumları düşmüş dənli
bitkilərdən hazırlanmış məmulatı yedikdə baş verir. Zəhərli alaq otlarına əkin
qərənfili, acı yonca, salaq meyvəli helitron, ağ baş trixodesma, kəkrə aiddir.