MühaziRƏ MİkrobiologiYA, sanitariya və GİGİyenanin iNKİŞAF tariXİ VƏ VƏZİFƏLƏRİ


Qeyri-mikrob təbiətli qida zəhərlənmələri



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə82/184
tarix30.12.2021
ölçüsü1,8 Mb.
#23896
1   ...   78   79   80   81   82   83   84   85   ...   184
Qeyri-mikrob təbiətli qida zəhərlənmələri 
Bu qrup zəhərlənmələr mikrob mənşəli zəhərlənmələr kimi tez-tez baş verməsə 
də, çox vaxt ağır keçir və ölümlə nəticələnə bilər. 
Belə zəhərlənmələrə aşağıdakılar aiddir: 
1. Təbiətcə zəhərli  yeyinti  məhsullarının:  göbələklərin, bəzi  yabanı bitkilərin 
yeyilməsindən baş verən zəhərlənmələr. 
2. Bəzən, yaxud qismən toksik xassələr qazanan yeyinti məhsullarının: kartof 
salanini  ilə,  «sərxoşlaşdırıcı»  bal,  çəyirdəkli  meyvələrin  ləpəsi  və  s.  baş  verən 
zəhərlənmələr. 
3.  Toksik  maddələr  əmələ  gətirən  göbələkcik  xəstəlikləri  düşmüş  yeyinti 
məhsullarından baş verən zəhərlənmələr (mikotoksikozlar). 
a) Zəhərli göbələklərlə zəhərlənmələr. 
Həm  sayca,  həm  də  xəstəliklərin  ağır  keçməsinə  görə,  qidadan  baş  verən 
zəhərlənmələr  içərisində  zəhərli  göbələklərlə  xəstələnmə  halları  çox  böyük  yer 
tutur. 
Solğun  əzvay  göbələkdən  ağır  zəhərlənmələr  baş  verir.  Həmçinin 
milçəköldürən  göbələklərdən, qırmızıbaş və başqa növlər,  xoruz  göbələyi,  yalançı 
kötük göbələyi və s. zəhərlidirlər. 
Göbələklərlə  xəstələndikdə  adətən  kəskin  qastroentrit  halları  baş  verir,  sonra 
isə  bu  və  ya  başqa  göbələk  növü  üçün  xarakter  zəhərlənmə  əlamətləri  meydana 
çıxır.  Məsələn,  solğun  əzvay  göbələklə  xəstələndikdə  vəbaya  bənzər  ishal, 
milçəköldürənlə  zəhərləndikdə  vegetativ  və  mərkəzi  sinir  sisteminin  xəstələnməsi 


103 
 
əlamətləri, tərkibində  helvel turşusu olan  xoruz  göbələyi  ilə zəhərləndikdə sarılıq 
və hemoqlobinuriyə baş verir. 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin