Mühazirə Pedaqoji biliklər sistemində "İnformatikanın tədrisi üsulları"


Məktəb informatika kursunun predmeti və məzmunu



Yüklə 74,17 Kb.
səhifə4/17
tarix14.10.2023
ölçüsü74,17 Kb.
#155574
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   17
ITM Mühazirə 1.

Məktəb informatika kursunun predmeti və məzmunu.
Informatikanın bir elm kimi formalaşması keçən əsrin ikinci yarısına təsadüf edir. İnformatika elmi kibernetika elminin əsasında yaradılmış və təkmilləşdirilmişdir. İnformatika elmi komkret informasiya proseslərinin (texnologiyalarının) hamısına aid olan ümumi qanunauyğunluqları öyrənir. Məhz informasiya texnologiyaları və prosesləri informatika elminin obyektini təşkil edir. İnformatikanın predmeti bu elmin müxtəlif tətbiq sahələrinin olması ilə müəyyən edilir. Belə ki, insan həyatının fərqli sahələrində (iqtisadi proseslərin idarə olunmasında, tibbdə, maliyyə əməliyyatlarında, təhsil sahəsində və s.) istifadə və tətbiq edilən informasiya prosesləri ümumi cəhətlərə malik olmaqla yanaşı, birbirlərindən fərqlənirlər. Bunun sayəsində müxtəlif əməliyyat və prosedur qaydalarına malik, müxtəlif texnikadan istifadə edən predmet sahələri yaranır. Bu sahələrin arasında xüsusi əhəmiyyətə malik olan bir sahə təhsil sahəsidir. Məhz informatikanın təhsildə tətbiqləri ilə məşğul olan predmet məktəb informatikası adını almışdır. Məktəb informatikası informatikanın məktəbdə kompüter texnikasının tətbiqi ilə proqram, texniki, tədris-metodiki və təşkilati təminatının öyrənilməsi məsələləri ilə məşğul olan sahəsidir. Məktəb informatikasının proqram təminatı məktəblərin informasiya sistemlərinə əsaslanır. Bu sistemlər isə məktəbin bütün kollektivinin - məktəblilər, idarə edənlər və müəllimlərin fəaliyyətini uzlaşdırır. Məktəb informatiakasının texniki təminatı dedikdə isə məktəbdə təlim- tərbiyə işinin optimal təşkili üçün nəzərdə tutulmuş bütün texniki avadanlıqlar başa düşülür. Tədris metodiki təminat məktəblərdə tədris olunan və informatika elmi ilə müəyyən dərəcədə əlaqəsi olan bütün fənlər üzrə istifadə edilən dərsliklər, elmi- metodiki vəsaitlər və s.-dir.
Məktəb informatikasının təşkilati təminatı daim yenilənən və inkişaf edən informasiya texnologiyalarının dinamikliyi səbəbindən çox mürəkkəbdir. Buraya məktəb informatikasının texniki bazasının yaradılması, bütün səviyyələrdə yeni informasiya texnologiyalarından bacarıqla istifadə edə bilən və informatikadan şagirdlərə digər fənlərin öyrənilməsi üçün zəruri bacarıqları aşılaya bilən pedaqoji kadrların hazırlanması daxildir.

Yüklə 74,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin