Mühazirə Pedaqoji biliklər sistemində "İnformatikanın tədrisi üsulları"


Ibtidai siniflərdə informatika dörd əsas bölmə üzrə öyrədilir. Bunlar aşağıdakılardır



Yüklə 74,17 Kb.
səhifə5/17
tarix14.10.2023
ölçüsü74,17 Kb.
#155574
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   17
ITM Mühazirə 1.

Ibtidai siniflərdə informatika dörd əsas bölmə üzrə öyrədilir. Bunlar aşağıdakılardır:
1.informasiya və informasiya prosesləri; 2.formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma; 3.kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri; 4.cəmiyyətin informasiyalaşdırılması.
İTM-in obyekti təbiətdə və cəmiyyətdə informasiya prosesləri və informasiya texnologiyalarıdır. İTM-in predmeti təbiətdə və cəmiyyətdə informasiya proseslərinin ümumi xüsusiyyətləri və qanunauyğunluqlarıdır.
İnformatika kursunun məzmununa ümumi didaktik yanaşma.
İnformatika fənninə didaktik yanaşmanın mənasını aydınlaşdıraq. İnformatikanın məzmunu bir-birilə dialektik cəhətdən əks vəhdət təşkil edən iki əsas faktorlar qrupundan ibarətdir. 1.Elmilik və praktiklik. Bu o deməkdir ki, kursun məzmunu informatika elminə əsaslanaraq onun müasir inkişafına, praktikaya uyğun şəkildə qurulmalıdır. 2.Əlyetənlik və ümumilik. Bu o deməkdir ki, kurs şagirdlərin hamısı üçün aydın və anlaşıqlı olmalı, həmçinin onların bilik, bacarıq və vərdiş- lərinin ümumi inkişafını nəzərdə tutmalıdır. Başqa sözlə, məktəb informatikası bir tərəfdən müasir olmalıdır, digər tərəfdən isə elementar, aydın və sadə dilə malik olmalıdır. İnformatikanın ilk zamanlarda tədrisində üç əsas baza anlayışı var idi – informasiya, alqoritm, EHM. İnformatikanın ilk maşınlı variantı 1985-ci ildə “İnformatika və hesablama texnikasının əsasları kursu üçün hazırlanmışdı. Kurs əasən yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuşdu. Həmin kurs şagirdlərin kompüter siniflərində işini nəzərdə tuturdu. Bu zaman informatika dərsi üç formada təşkil edilirdi – kompüterdə nümayiş, laborator iş və praktikum. Lakin bu halda da kompüterdə alqoritm və proqramlaşdırma məsələlərinə, yəni maşınsız varianta müəyyən yer verilirdi.
Informatikanın maşın variantında təxminən aşağıdakı mövzular nəzərdə tutulurdu: EHM-lə tanışlıq; Alqoritmləşmənin əsasları; Hesablama texnikasının əsasları; Proqramlaşdırmanın əsasları; EHM-də məsələ həlli; Cəmiyyətdə EHM. 90-cı illərdə bir çox məktəblərin maddi-texniki bazalarının genişləndirilməsi, kompüterlə təchiz edilməsi nəticəsində informatika dərsləri maşınlı variantda keçilməyə başladı. Qeyd etmək lazımdır ki, ibtidai siniflərdə informatikanın tədrisində maşınsız varianta daha çox üstünlik verilir. Lakin son illərdə məktəblərin kompüterlə təmin olunması, kompüter siniflərinin yaradılması nəticəsində informatika daha çox maşınlı variantda tədris edilir. Pedaqoq və psixoloqların fikrincə, ibtidai siniflərdə şagirdlərin kompüter arxasında işinin müddəti 15 dəqiqədən çox olmamalıdır. Lakin bu sahədə müxtəlif fikirlər mövcuddur. Məsələn, digər mənbələrə görə, şagirdlərin kompüter arxasındakı işi həftədə 2 dəfə 60 dəqiqədən çox olmamalıdır. Əgər informatika dərsinin mövzusu kompüterdə işi nəzərdə tutursa, dərs zamanı şagirdlərə fasilə vermək, bunu oyun formasında aparmaq məqsədəuyğundur.

Yüklə 74,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin