İnformatika dərslərinin təşkili formaları. Təlimin təşkili forması şagirdlərin fəaliyyətinin bu və ya digər şəkildə təşkili deməkdir. Təlimin təşkilinin aşağıdakı kimi formaları mövcuddur:
İnformatikanın tədrisinin təşkilinin əsas forması dərsdir. İnformatikanın məktəbdə tədris edilən digər fənlərdən fərqi bu dərslərdə kompüterdən istifadə zərurətidir. İnformatika fənni kabinetindən istifadənin üç əsas növü var – nümayiş, frontal laborator iş və praktikum.
Praktikum qazanılan biliklərə əsaslanır. Bu təlim formasında müəllimin bilavasitə iştirakı olmur. Hər bir şagird fərdi olaraq və ya qrup şəklində işi yeinə yetirir. Bu əlamətə görə yəni şagirdin fəallığı baxımından praktikumu dərsdən fərqləndirirlər.
Laborator iş zamanı didaktik məqsəd müəy- yənləşir və qabaqcadan yerinə yetiriləcək əməliyyatlar şagirdlərə təqdim olunur. Adətən informatikadan laborator işlər eyni mövzu üzrə yerinə yetirilir, müəllim isə şagirdlərə yaxınlaşaraq onlara operativ
kömək göstərir. Əgər müəllim şagirdlərin əksəriyyətinin eyni səhvə yol verdiklərini aşkar edirsə, işi dayandıraraq ümumi şəkildə düzgün istiqamət göstərə bilər.
Bundan başqa, informatika dərsləri üzrə ekskur- siyalar təşkil etmək olar (nəşriyyatlara, idarəetmə mərkəzlərinə, İKT üzrə keçirilən sərgilərə və s.). Belə ekskursiyalar şagirdlərə ən müasir informasiya texnologiyaları vasitələri ilə və İT mütəxəssislərinin işi ilə tanış olmaq imkanı verir. Ekskursiyalardan sonra şagirdlər əldə etdikləri informasiya əsasında reklam məhsulları, təqdimatlar, divar qəzetləri və s. hazırlaya bilərlər ki, bu da onların biliklərinin möhkəmlənməsinə səbəb olar. Ekskursiyalar zamanı video çəkilişlərin aparılması xüsusilə məqsədəuy- ğundur. Belə ki, bu, hesabatların hazırlanması və ekskursiyaların əsasında müəyyən fikir mübadiləsinin aparılması üçün faydalı ola bilər.
Ev tapşırıqlarının yerinə yetirilməsi dərs prosesinin əsas tərkib hissəsi kimi həmişə diqqət mərkəzində olmuşdur. Psixoloji fakt kimi sübut olunmuşdur ki, öyrənilən material ilk sutka və hətta ilk saatlardan sonra unudula bilər. Ev tapşırıqlarının verilməsi də məhz bu zərurətdən yaranmışdır. Ev tapşırıqlarını verərkən müəllim adətən şagirdlərin orta bilik səviyyələrini nəzərə almalıdır.
Müəyyən edilmişdir ki, zəif və güclü şagirdlər ev tapşırıqlarını yerinə yetirərkən 1:6 nisbətində vaxt sərf edirlər: yəni zəif şagirdlərin 6 saata yerinə yetirdiyi işin öhdəsindən güclü şagirdlər 1 saata gəlirlər. Bu isə güclü şagirdlərin çox az işləməsinə, zəif şagirdlərin isə yorulmasına səbəb ola bilər. Bu uyğunsuzluğu aradan qaldırmaq müəllim ya orta çətinlik səviyyəli tapşırıqları verməli, ya da şagirdlərə differensiyasiyalı, yəni çoxvariantlı ev tapşırıqlarını təqdim etməlidir.
Dostları ilə paylaş: |