Mühazirə Pedaqoji biliklər sistemində "İnformatikanın tədrisi üsulları"


İbtidai siniflər üzrə tədrisin nəticələri



Yüklə 74,17 Kb.
səhifə6/17
tarix14.10.2023
ölçüsü74,17 Kb.
#155574
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   17
ITM Mühazirə 1.

İbtidai siniflər üzrə tədrisin nəticələri.
I sinfin sonunda şagird: •sadə informasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir; •oxşar obyektlər sırasından əşyaları əlamətlərinə görə tanıdığını nümayiş etdirir; •sadə hadisələr, hərəkətlər ardıcıllığını anladığını nümayiş etdirir; •sadə məntiqi mühakimələri anladığını nümayiş etdirir; •kompüter haqqında sadə biliklərə malik olduğunu nümayiş etdirir; •kompüterdə sadə əməliyyatları icra edir; •kompüterdə sadə şəkillər və füqurlar çəkir; •kompüterdə sadə mətnlər yığır; •cəmiyyətdə informasiya və informasiya vasitələrinin əhəmiyyətini anladığını nümayiş etdirir.
II sinfin sonunda şagird:
•informasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir; •obyektlər qrupundakı əşyaları əlamətlərinə görə tanıdığını nümayiş etdirir; •sadə hadisələr, hərəkətlər ardıcıllığını anladığını nümayiş etdirir; •sadə məntiqi mühakimələri anladığını nümayiş etdirir; •kompüter haqqında ümumi biliklərə malik olduğunu nümayiş etdirir; •kompüterdə əməliyyatları icra edir; •kompüterdə müxtəlif şəkillər çəkir; •kompüterdə mətnlər yığır; •cəmiyyətdə informasiya proseslərinin əhəmiyyətini anladığını nümayiş etdirir.
III sinfin sonunda şagird: •informasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri, informasiyanın ötürül- məsi vasitələri haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir; •obyektlər qrupundakı əşyaları əlamətlərinə görə tanıdığını nümayiş etdirir; •hərəkətlər ardıcıllığını söz və işarələrlə təsvir etmək (alqoritmləşdirmək) bacarığı nümayiş etdirir; məntiqi mühakimələri anladığını nümayiş etdirir; •kompüter haqqında ümumi biliklərə malik olduğunu nümayiş etdirir; •kompüterdə əməliyyatları icra edir; •kompüterdə müxtəlif şəkillər çəkir; •kompüterdə mətnlər yığır; •cəmiyyətin inkişafında informasiya prosesləri və informasiya texnologiyalarının əhəmiyyətini anladığını nümayiş etdirir.
IV sinfin sonunda şagird:
•informasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri, informasiyanın ötürülməsi vasitələri haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir; •obyektlər qrupundakı əşyaları əlamətlərinə görə tanıdığını nümayiş etdirir; •sadə alqoritmləri anladığını nümayiş etdirir; məntiqi mühakimələri anladığını nümayiş etdirir; •kompüter haqqında ümumi biliklərə malik olduğunu nümayiş etdirir; •kompüterdə əməliyyatları icra edir; •kompüterdə müxtəlif şəkillər çəkir; •kompüterdə mətnlər yığır; •cəmiyyətin inkişafında informasiya prosesləri və informasiya texnologiyalarının əhəmiyyətini anladığını nümayiş etdirir.

Yüklə 74,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin