Burada əsas məqsəd rəqəmsal marketinq müştərilərini cəlb etmək və rəqəmsal media xidməti və çatdırılması vasitəsilə onların brend ilə qarşılıqlı əlaqə qurmasını təmin etməkdir. Rəqəmsal rabitədən istifadə edərək məlumatları qısa vaxt ərzində əldə etmək asandır. İnternetə daxil olan istifadəçilər Facebook, YouTube, Forumlar və E-poçt kimi bir çox rəqəmsal vasitədən istifadə edə bilər. Rəqəmsal rabitə you ilə, kimliyindən asılı olmayaraq hər kəs, məlumatları tez bir zamanda bütün dünya ilə paylaşa biləcəyi çoxünsiyyətli bir kanal yarada bilər. Üz-üzə ünsiyyətin olmaması və məlumatın seçici auditoriya əvəzinə ümumi yayılması səbəbindən ayrıseçkilik sosial yerlərdə heç bir rol oynamır. Bu interaktiv təbiət istehlakçılara hədəf auditoriyanın ənənəvi marketinq formalarının təqdim edə bilmədiyi bir brend haqqında sual verə biləcəyi və onunla tanışacağı bir söhbət yaratmağa imkan verir.
Rəqabət üstünlüyü. İnternet platformalarından istifadə edərək müəssisələr müxtəlif yollarla rəqabət üstünlüyü yarada bilərlər. Rəqəmsal marketinqin maksimum potensialına çatmaq naminə şirkətlər sosial mediadan informasiya kanalı yaratmaq üçün əsas vasitə olaraq istifadə edirlər. Bu şəkildə bir müəssisə müştərilərin davranış formalarını və ehtiyaclarilə əlaqədar rəylərini təyin edən sistem yarada bilər. Bu məzmun vasitələrinin firmalarla uzunmüddətli münasibətlər quran və nisbətən aktiv sosial media istifadəçilərinə, yəni, istehlakçılara daha çox təsir göstərilir. Müvafiq olaraq, sosial media səhifəsinin yaradılması, istehlakçılar arasında əlaqələrin keyfiyyətini, brendin dəstək tutarlılığını, qalıcılığını və eyni zamanda brend məlumatlılığını artıracaq. Bu da öz növbəsində Brend Məlumatlandırma Piramidasında istehlakçıların mümkün artımına səbəb olacaqdır. Məhsul görüntülərilə uyğunsuzluq olduğu halda, müvəffəqiyyətli sosial medianın mövcudluğunu qorumaq üçün, müəssisədən iki istiqamətli məlumat axını yaratmaqla qarşılıqlı əlaqələrdə ardıcıllıq qorunmalıdır. Şirkətlər məzmununu internetin qlobal təbiəti sayəsində və mühitin dinamikliyilə kanaldan alınan rəylərə əsasən qiymətləndirirlər. Rəqəmsal marketinqdən səmərəli istifadə, ənənəvi marketinq vasitələrilə əlaqədar xərclərin nisbətən azalmasilə nəticələnə bilər. Bunlar xidmət, reklam, tanıtım, əməliyyat, interfeys dizayn və nəhayət nəzarət xərcləridir.
Effektivliyi. Brend məlumatlılığının yüksək dərəcədə qeyri-müəyyənliyin qarşısını alan və qeyri-müəyyənlikdən kənar ölkələrdə daha effektiv işlədiyi sübuta yetirilmişdir. Baxmayaraq ki, sosial media marketinqi səmərəli işləyir, lakin brendlar belə marketinqdən çox istifadə etməkdən çəkinməlidirlər. Yalnız ona etibar etməməlidirlər. Tam belə olan halda, onun imicinə zərər verəcək nəticələr ola bilər. Özlərini antropomorflaşdırma (xassə və xüsusiyyətlərin xarici təbiət qüvvələrinə aid edilməsi) tərzində təmsil edən brendlər, daha çox demoqrafiyaya marketinq tətbiq etdiyi şəraitdə uğur qazanırlar: "Sosial mediadan istifadə brend haqda bilikləri artırar, qeyri-müəyyənliyi isə azaldar. Fransızlar qeyri-müəyyənlikdən uzaq duran insanlardır. Onlar antropomorfik brend ilə sosial mediada qarşılıqlı əlaqəni xüsusi qiymətləndirirlər." Rəqəmsal platforma brend ilə müştərinin qarşılıqlı əlaqəsini və motivasiyasını virtual şəkildə dəyişdirmək imkanı verir.
Rəqəmsal marketinq inkişaf edən, sürətlə dəyişən texnologiyadan asılı olduğu üçün, həmin xüsusiyyətləri rəqəmsal marketinqin inkişafı və strategiyalarından da gözləmək olar. Bu yanaşma, hazırda mətbuatda istifadə olunan mühüm hadisələri xarakterizə etməkdir.
Seqmentasiya: Rəqəmsal marketinqdə müəssisələrarası və müəssisə-istehlakçı arasında xüsusi bazarları hədəfləmək üçün daha çox iki istiqamətdə cəmlənmişdir.
Təsiredici marketinq: Əhəmiyyətli qovşaqlar təsiredici, tanınan əlaqəli cəmiyyətlərdə müəyyənləşir. Bu rəqəmsal hədəflənmədə vacib anlayışdır. Təsiredicilərlə Facebook reklamları, Google Adwords kampaniyalar pullu reklamlar vasitəsilə, SAP C4C, Microsoft Dynamics, Sage CRM və Salesforce CRM kimi mürəkkəb sCRM (sosial müştəri münasibətləri idarəetmə) proqramıilə əlaqə qurulur.