Rəqabət gücü. Rəqabət qabiliyyəti istehsal olunan malların istər daxili istehlak, istərsə də ixrac üçün keyfiyyət və qiymət baxımından digər istehsal olunan mallarla rəqabət apara biləcək səviyyədə olmasıdır. Rəqabət qabiliyyəti istehsalın və məhsuldarlığın artırılması, yaşayış səviyyəsinin yüksəldilməsi və məşğulluğun inkişafı üçün ilkin şərtlərdir. [20]
Rəqabət qabiliyyəti, digər ölkələrin eyni sektorları ilə müqayisədə bir sektorun nisbətən daha yüksək gəlir və məşğulluq yaratma gücü kimi müəyyən edilİr. Bir ölkənin istehsal etdiyi məhsulun qiymətinə, keyfiyyətinə, dizaynına, etibarlılığına və vaxtında çatdırılmasına görə digər ölkələrin məhsullarilə rəqabət apara bilməsidir. Nisbi meyyar kimi rəqabət qabiliyyətliliyin sektorların və ölkələrin bir-birinə nisbətən mövcud vəziyyətini üzə çıxaran xidməttdir.
Rəqabət qabiliyyəti qurumun, sənayenin və ölkənin daha çox iqtisadi məqsədlərə nail olması, daha çox fayda verməsi və rəqiblərlə müqayisədə daha çox rifah yaratmaq gücü kimi ifadə edilir. Qurumların, sənaye sahələrinin və ölkələrin beynəlxalq arenada söz sahibi olmaq qabiliyyəti birbaşa onların rəqabət üstünlüyilə bağlıdır. Bu gün vəziyyətdən xəbərdar olan təşkilatlar qlobal bazardan daha çox pay əldə etmək naminə, rəqabət qabiliyyətlərini artırmaq üçün intensiv səylər göstərirlər. Sənayedəki qurumların rəqabət qabiliyyətinin artması onun rəqabət qabiliyyətini, sənaye sahələrinin rəqabət qabiliyyətinin artması isə ölkənin rəqabət qabiliyyətini artırır. [21]
Rəqabətli olmağın əsas məqsədi ölkədə öz vətəndaşlarının həyat səviyyəsini və rifahını yüksəltməkdir. Rifahın yüksəlişi ticarət, investisiya, istehsal fəaliyyətinə kifayət qədər önəm verilməsi, ölkədəki bütün qurumlar arasında həmrəyliyin artırılması və ixtisaslaşmaya zəmin açılmasilə mümkündür.
Məhsul və xidmətlərin istehsalı və paylanmasında rəqabət aparan ölkələri tutmaq üçün ölkə öz unikal xüsusiyyətlərinə, qabiliyyətlərinə və potensialına diqqət yetirməlidir.
Ölkənin rəqabət qabiliyyətinin araşdırılmasında çoxsaylı göstəricilər araşdırılmalıdır.
Rəqabət qabiliyyəti olduqca dinamik bir fenomendir. Ətraf mühitin dəyişkən təbiəti rəqabət qabiliyyətinin ölçülməsini çətinləşdirir. Rəqabətqabiliyyətlilik üçün standart meyarların olmaması ilə yanaşı, ölçülməsini çətinləşdirən başqa bir məqam, qiymətləndirmədə istifadə edilən bir çox meyarın olması və bu meyarların fərqli vəziyyətlərdə və çəkilərdə rəqabət qabiliyyətinə təsir etməsidir.
Rəqabətli strategiyalar. Strategiya termini uzunmüddətli perspektivdə təşkilatın rəqibləri üzərində rəqabət üstünlüyünün genişləndirilməsilə əlaqədardır. Strateji idarəetmə təşkilatın gələcək fəaliyyəti üçün strategiyaların müəyyən edilməsidir. Uzun müddətdir ki, uzunmüddətli planlaşdırma ilə əlaqələndirilir. Bu gün strateji idarəetmə uzunmüddətli planlaşdırma, cavab idarəetməsi və proaktiv innovasiya kimi bir-birini tamamlayan fəaliyyətləri əhatə edir. [23]
Rəqabət strategiyası sənayedə rəqabəti müəyyən edən qüvvələrə qarşı sərfəli və davamlı rəqabət mövqeyi yaradır. Strateji informasiya sistemləri rəqabət üstünlüyü təmin etmək üçün hazırlanmış sistemlər kimi müəyyən edilə bilər.
Rəqabət strategiyaları təşkilatın yerləşdiyi bazarda rəqiblərinə qarşı necə hərəkət edəcəyi və onlarla necə rəqabət aparacağı ilə bağlı məsələləri araşdırır. Qurum gələcək biznes və fəaliyyəti haqqında düşünərkən, fəaliyyət göstərdiyi sektorda əsas işi ilə bağlı strategiya araşdırmaları da həyata keçirir. Qurumun həyatda qalmasının və rəqabət üstünlüyü qazanmasının yollarından biri gündəlik işini və fəaliyyətini yerinə yetirdiyi və gəlir əldə etdiyi sektoral platformada ən yaxşısı olmaqdır. Bu asan deyil, çünki mövcud biznes mühitində müxtəlif qüvvələr, ilk növbədə rəqiblər təşkilata və buna görə də sənaye daxilində davranışına təsir göstərir. Bu qüvvələrin iş mühitində davranışlarını izləmək və onlara uyğun reaktiv davranışlar inkişaf etdirməklə qurumun gündəlik həyatını effektiv və səmərəli şəkildə davam etdirməsi mümkündür. Rəqabət strategiyası bir çox ölçüləri əhatə edir. Strateji ölçülər müəyyən sektorda təşkilatın variantları arasında görünən bütün fərqləri əhatə edir.
Rəqabət strategiyaları: müəyyən bir bazarda müştərilər üçün dəyər yaradan və əsas imkanlar vasitəsilə rəqabət üstünlüyü təmin edən bütün qərarlar və davranışlardır. [22]