MühazirəLƏrin toplusu fənn müƏLLİMİ- I.ü. f d., Səmədov Sakit Müzəffər baki- 2022 Giriş



Yüklə 1,8 Mb.
səhifə41/85
tarix15.11.2022
ölçüsü1,8 Mb.
#69304
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   85
RƏQƏMSAL MARKETİNQ MÜHAZIRƏLƏRIN TOPLUSU

Rəqabət strategiyası



Rəqabət konsepsiyası. Rəqabət fenomeninin getdikcə daha çox özünü büruzə verdiyi bazarlarda müəssisələrin davamlılığının əsas şərti dəyişikliyi vaxtında çox yaxşı başa düşmək və müvafiq strategiyalar hazırlamaqdır. Qloballaşan dünyada müştərilərin strukturunun dəyişməsi biznesin müştəriləri üçün strategiyalarının ciddi şəkildə yenidən qurulmasını və yenidən nəzərdən keçirməsini zəruri edib. Rəqabət birbaşa və ya dolayısilə bazara məhsul və xidmət təklif etməyə çalışan müəssisələrin fəaliyyətinə təsir edən mühit şərtlərdən ibarət anlayışdır.
Rəqabət - ümumbəşəri qaydalara əsaslanan münasibətlər sistemi olub, məhdud sərvətlərdən istifadə etməklə iqtisadi cəhətdən tələbatı ödəmək və mövcudluğunu saxlamaq qabiliyyətini əldə etməkdir. Bu kontekstdə rəqabət çox fərqli məqsədlər üçün müxtəlif elementləri vurğulamaqla təyin oluna bilən. O, iqtisadi, siyasi və sosial ölçüləri olan bir anlayışdır və “eyni məqsəd daşıyan insanlar arasındakı çəkişmə və yarışma” kimi.
Ümumi mənada desək, rəqabət, daha yaxşı və öndə olmağa çalışan fərdlər, təşkilatlar kimi müəyyən edilə bilər. İqtisadçıların fikrincə, rəqabət anlayışı azad bazar mexanizmi çərçivəsində fəaliyyət göstərən ən azı iki iqtisadi sahibkarın(firmanın, müəssisənin, şirkətin, “oyunçuların” və s.) öz mənfəətlərini və bazar paylarını artırmaq üçün apardığı mübarizə ilə strateji qarşılıqlı əlaqəni əhatə edən prosesdir.
Rəqabət, geniş mənada, əsas azadlıqların və insan hüquqlarının müəyyən qaydalar və məhdudiyyətlər çərçivəsində təmin edildiyi, heç bir imtiyaz və ayrı-seçkiliyin olmadığı bir mühitdə paylaşmaq və ya mükafat almaq üçün birdən çox “oyunçu” arasında yarışdır. Rəqabət, mərkəzi müdaxiləyə ehtiyac olmadan bazarda şirkətlərin fərdi fəaliyyətinin qarşılıqlı koordinasiyası üçün ən təsirli üsuldur.
Müəssisələr arasında rəqabət qiymət, keyfiyyət, xidmət, dəstək və s. kimi, bir sıra amillərə əsaslanaraq, müəssisələrin qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsində səmərəlidir. Dəyişən rəqabət anlayışı istehsalın üstünlüyü ilə başlamış, dəyərin, keyfiyyətin və sürətin üstünlüyü ilə də inkişaf etmişdir. Bu gün xidmətin üstünlüyü ilə rəqabət daha da aydın olmuşdur. Rəqabət iqtisadi səmərəliliyi təmin etmək üçün zəruri şərtlərdən biridir və bir çox iqtisadi funksiyaları yerinə yetirir. Bu funksiyalar aşağıda kimi:

  • iqtisadi resursların bölüşdürülməsində səmərəliliyin təmin edilməsi;

  • innovasiya və texniki inkişafın stimullaşdırılması;

  • gəlir bölgüsündə qeyri-bərabərliyin aradan qaldırılması;

  • müəssisələrin iqtisadi və texnoloji dəyişikliklərə, iqtisadi böhran və dalğalanmalara uyğunlaşma qabiliyyətinin artırılması;

  • şirkətlərin mənfəət limitlərini məhdudlaşdırmaqla istehlakçı rifahının artırılması;

  • dövlətin bazara müdaxilə etməsinə mane olmaq və s.

Klassik baxışa görə, tarazlığa çatmaq üçün alət olan rəqabət, bazar prosesi neoklassiklər tərəfindən “bazar quruluşu” kimi qəbul edilirdi. Klassik iqtisadiyyatda dinamik proses kimi tarazlığa gətirib çıxaran rəqabət, tarazlıq əldə edildikdə tarazlığın harada olmasını göstərən və neoklassik analizdə tarazlıqdan uzaqlaşmanın qarşısını alan statik vəziyyəti nəzərdə tutur. Bu baxımdan, iqtisadiyyat elmi artıq iqtisadi hadisələrin nə olduğunun təhlilinə deyil, onların nə olması lazım olduğuna diqqət yetirir. Çünki neoklassik iqtisadiyyat tarazlıq vəziyyəti ilə məşğul olarkən təhlil vasitəsi kimi zərurət nəticəsində real iqtisadi həyatda heç vaxt rast gəlinməyən “səmərəli rəqabət” bazarlarını meydana çıxarmışdır. Mükəmməl rəqabət anlayışı bazarı çoxlu alıcı və satıcıların olması, iştirak edən hər kəsin bazar haqqında məlumatlı olması, bazara giriş və çıxışların sərbəst şəkildə həyata keçirilməsi, bölünə bilən və eynicinsli malın olması ilə bağlı fərziyyələrlə müəyyən edilir. Bu anlayışa görə, əgər firmalar sonsuz elastik tələb əyrisi ilə qarşılaşırlarsa, deməli, mükəmməl rəqabət vardır. Göründüyü kimi, rəqabət anlayışı iqtisadi nəzəriyyənin mərkəzində dayansa da, hər dövrdə müxtəlif çevrələr tərəfindən bir anlayış və əməliyyat kimi fərqli qiymətləndirmələrlə işlənmişdir.
Rəqabət sosial həyatda kimin daha yaxşı olduğunun bilinmədiyi halda müəyyən etmək üsuludur. İqtisadi həyatda olduğu kimi sosial həyatın da digər sahələrində rəqabət müəyyən bir vəziyyətdə kimin uğurlu olduğunu göstərsə də, fərdlərin daha çox uğur qazanmaq üçün səy göstərməsinə təsir göstərir. Rəqabət insanları bilik və bacarıqlarından istifadə etməyə təşviqin ən təsirli və mükəmməl üsuludur. İnsanların digərlərindən daha uğurlu olmaq üçün bütün faydalı bilik və bacarıqlarından bəhrələnməsi həm də sosial qazancdır. Ən yaxşının müəyyənləşdirilməsi üsulu kimi rəqabət, yeni sosial dəyərin meydana çıxmasını təmin edir.

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin